Film Fiction


Film Fiction | Dekabr, №4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix17.06.2018
ölçüsü0,51 Mb.
#49229
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

 

20 


Film Fiction | Dekabr, №4 

Sitatlar 

 

 



 

 

Bu sayımızda sizə rejissorlardan sitatlar 



təqdim edirik. 

 

Ssenari əsasdır. Film çəkilişi hər şeyin 



improvizasiyaya buraxılması üçün çox 

qarışıqdır. (Roman Polanski) 

 

Film çəkməyi öyrənməyin ən yaxşı yolu 



səssiz film çəkməyə çalışmaqdır. (Alfred 

Hitçkok) 

 

Filmlərimdə qəhramanların başına gələn 



faciəvi hadisələr onların özlərini tanımaları, kim 

olduqlarını anlamalarını, öz mənliklərindən 

xilas olmalarını, bu hadisədən öncəki adi insan 

vəziyyətlərindən çıxmalarına kömək edir. 

Mənim sevdiyim dramatik təməl məhz budur. 

(Con Ford) 

 

İnsan faktoru bir hekayədəki ən önəmli 



tərəfdir. Önəmli bir qərar vermə anında olan 

biri, bunu öz xarakterinə görə edər, müəyyən 

bir istiqamətə doğru gedər.  (Fred Zinnemann) 

 

 



 

 

 



 

 

 



Film çəkərkən səhnəni səssiz çəkirəm 

kimi düşünürəm. Bütün lazımsız dialoqları 

çıxarıram. (Akira Kurasava) 

 

Niyə orjinal bir ssenari yazmadığımı 



soruşursunuz. Əvvəlvə bunu edə biləcək 

qüvvədə olduğumu bilmirəm. İkincisi, bir 

hekayə yazdığınız zaman ona tənqidi yanaşa 

bilməzsiniz. Hələ sizə çox yaxın olan bir 

hekayədirsə, bunu heç bacarmazsınız. Sonra 

yaxşı bir hekayə qəribə bir improvizasiyadır. 

Tamaşaçının diqqətini filmin əsas ideyasına və 

fəlsəfəsinə xəyanət etmədən yönləndirməyiniz 

vacibdir. Sonda yenə etdiyiniz şeyə tərs 

düşməyəcək bir sonluq tapmağınız lazımdır. Bu 

heç də asan deyil. (Stenli Kubrik) 

 

Gəlin ucuz bir film çəkək. Ətrafınıza 



baxın. Nə var ətrafınızda? Bəlkə atanızın bir içki 

anbarı var. Onda hadisələrin o anbarda baş 

verəcəyi bir film çəkin. Bir itinizmi var? Onda  

 

 




 

21 


Film Fiction | Dekabr, №4 

 

itinizdən bəhs edən bir film çəkin. Ananız bəlkə 



bir qocalar evində işləyir? O zaman qocalar 

evindən bəhs edən film çəkin. Mən "El 

Mariaçini" çəkdiyimdə bir tısbağam, bir gitara 

qutum və balaca bir kəndim vardı. Və öz-özümə 

dedim ki, bunlardan bəhs edəcək bir film 

çəkəcəm. (Robert Rodriqez) 

 

Bütünlüklə bir rejissor olmağınız üçün öz 



ssenarinizi yazmağınızın vacibliyinə inanıram. 

(Devid Kronenberq) 

 

Bir film çəkilişində ediləcək ən böyük 



xətalardan biri, pis bir ssenari ilə, ya da belə bir 

ssenari  vacib deyil, mən çəkilişlərdə hər şeyi 

həll edərəm, deyərək setə getməkdir. 

 

Təcrübələrimə görə yaxşı ssenarini pis 



çəkməyi az da olsa qəbul etmək olar, amma 

tərsi heç bir məna kəsb etməz. (Vudi Allen) 

 

Əgər bir film çəkmək istəyirsinizsə 



özünüzdən soruşmağınız vacib olan ilk sual: 

"Demək istədiyim bir sözüm varmı?"dır. Bir 

rejissorun vəzifəsi nədən bəhs edəcəyini 

bilməsidir. Rejissor ən azından insanlara 

çatdırmaq istədiyi hissləri və duyğuları 

tanımalıdır. (Martin Skorseze) 

 

Hər filmin başlanğıcında bir fikir vardır. 



Bu bir qığılcımdır. Bir rejissor üçün ən önəmli 

şey fikrin çıxış nöqtəsi olan bu fikrə sadiq 

qalmaqdır. Film çəkilişi anında meydana çıxan 

hər şey sizi bir tərəfdən irəliyə götürdüyü kimi, 

həmçinin orjinal fikrinizdən uzaqlaşdırma 

təhlükəsinə də malikdir. Bu səbəbdən ilk 

fikirdən yayınmadan işləmək lazımdır. (Devid 

Linç) 


 

Film bir soxulcandır. Həyatımı, ruhumu 

soran 2500 metrlik bir soxulcan. (İnqmar 

Berqman) 

 

Yaxşı bir filmin qüsurları olması vacibdir. 



İnsan kimi, həyat kimi. (Federiko Fellini) 

 

Məktəbdə bizə yuxuları yozmağı 



öyrətmədikləri üçün çox məyusam, çünki 

yuxular filmlərdir. Kitablar sabahlar 

yazdıqlarımız, filmlərsə axşamlar xəyal 

etdiklərimizdir. İnsanlar yuxuları saxlamağın 

yolunu onları filmə köçürməkdə tapmışlar. (Jan 

Luk Qodard) 

 

Hər zaman qorxularla, narahatlıqlarla və 



son ana qədər daha yaxşı bir şey axtararaq film 

çəkmək lazımdır. (Nuri Bilge Ceylan) 

 

Kino azad bir beynin əlindədirsə 



heyrətamiz və təhlükəli bir silahdır.  Xəyallar və 

duyğular insanın daxili dünyasını ifadə etməyin  

 

ən yaxşı yollarıdır. Kino görüntülərini yaradan 



mexanizm, işləmək baxımından insanın bütün 

ifadə yolları arasında, ağlın yuxu anındakı 

işləməsini ən çox xatırladan yoldur. Film  

röyanın istər-istəməz təqlid edilməsi kimi bir 

şeydir. (Luis Bunuel) 

 

Kinoda hiylələri və yenidən qurmaları 



sevmirəm. Çünki keçmiş yenidən qurula bilməz. 

Mənim üçün vacib olan bugün yaşanılanla həyat 

içərisində keçmişə bənzəyənləri axtarıb 

çıxarmaq və onlarla keçmiş arasında əlaqə 

yaratmaqdır. (Pier Paolo Pazolini) 

 

Subyektiv məntiqi göstərməyimə kömək 



edəcək bir qurğu qanunu axtarıram. Düşüncə, 

xəyal və xatirələrdən ibarət subyektiv məntiqi... 

Elə bir şey axtarıram ki, insanın vəziyyətindən 

və ruhi şərtlərindən qaynaqlansın, onlardan 

törəsin. (Andrey Tarkovski) 

 

Bir neçə dəfə çəkirəm. İlk çəkdiyimi 



dəyişdirmirəm. Kameranın harda duracağı 

barədə də narahatlıq yaşamıram. (Mikelancelo 

Antonioni) 

 

Bir gün uduzacaq qədər pulum olduğu 



zaman tənqidçilər üçün film çəkəcəm. (Klaude 

Lelouç) 


 

Müvəffəqiyyətimin formulu yoxdur. 

Amma müvəffəqiyyətsizliyin formulu var: hər 

kəsi birdən xoş etməyə çalışmaq. (Nikolas Rey) 

 

Nəticə həm poetik, həm gerçək olduğu 



müddətcə işləmə üsulunun nə önəmi var ki?! 

(Vittorio De Sika) 

 

Hollivud pis deyil. Pis olan filmlərdir. 



(Orson Velles) 

 

Möhtəşəm bir otaqda oturduğunuzu 



düşünün. Qapının arxasında bir cəsədin 

olduğunu deyirlər. Otaq anında dəyişir. İçindəki 

hər şey başqa görünüşə düşür. İşıq da, atmosfer 

də bambaşqadır artıq. Hər şey eyni qalıb 

əslində. Dəyişən bizik. Əşyalar, bizim dərk 

etdiyimiz formalara düşüblər. Filmlərimdə 

göstərmək istədiyim təsir məhz budur. (Karl 

Dreyer) 


 

 

 

 

 

 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə