Film Fiction


Film Fiction | Dekabr, №4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix17.06.2018
ölçüsü0,51 Mb.
#49229
1   2   3   4   5   6   7   8   9   10   ...   18

 

16 


Film Fiction | Dekabr, №4 

 

TOP 30 



 

 

 



Bu sayımızda sizə məşhur əsərlər 

əsasında ekranlaşdırılmış 30 ən yadda qalan 

film təqdim edəcəyik. Siyahıya salmadığımız 

filmlər isə diqqətimizdən kənarda qalmayıb, 

sadəcə zamanının ən yadda qalanlarına 

üstünlük vermişik. Beləliklə... 



 

1. Oxucu -  The Reader 

 

Bernhard Şlinkin eyni adlı romanı 



əsasında Stiven Doldrinin ekranlaşdırdığı film. 

Film romanı populyarlaşdırdı. Keyt Uinslet 

məhz bu filmdəki rolu sayəsində Oskar 

həsrətinə son qoydu.  

 

 

 



 

 

2. Parfümer - Perfume 

Patrik Züskindin əsəri əsasında Tom Tıkverin 

çəkdiyi film. Kubrik bu əsəri oxuyub deyəndə ki, 

“Bu əsərə film çəkmək mümkün deyil”, çoxu 

onunla razı olmuşdu. Amma Tıkver belə 

düşünmürdü. Odur ki, bu məhşur əsərin film 

variantını çəkmək qərarına gəldi. Çəkdi də. 

Nəticə... Film əsərin verdiyi effektin yarısını belə 

verə bilmədi. 

 

 

 



 

 

3. Aclıq - Sult  

 

Knut Hamsunun məhşur romanı 



əsasında 1966-cı ildə Henninq Karlsenin çəkdiyi 

film. Məşhur romanın ekran variantının baş 

qəhrəmanı yaratdığı obraza görə Kannda ən 

yaxşılar sırasında oldu. Amma yenə də filmin 

büdcəsi az olduğundan əsərin kölgəsində qaldı. 

 

 



 

 

 



4. Yad - L'Étranger 

 

Albert Kamyunun eyni adlı və dünyaca 



məşhur əsəri əsasında Viskontinin çəkdiyi film. 

Viskonti kinonun ən yaxşı rejissorlarından 

sayılır, amma Albert Kamyu da ədəbiyyatda 

dahilərdəndir. Bu qarşıdurmada sözsüz ki

Kamyu üstün oldu. Bu əsərə, əsərin təsiri 

gücündə film çəkmək mümkün deyil.  



 

5. Lolita 

 

Nabokovun qalmaqallı əsəri əsasında 



Stenli Kubrikin çəkdiyi film. Kubrik bilirdi 

“nəyə” film çəkir. Rejissor qalmaqallı romanın 

alovuna bir az da barıt tökdü və nəticədə 2-3 

dəfə kəsik-kəsik olan lent senzuradan 

ələndikdən sonra ekranlarda göründü.  

 

 



 

 

 

6. Portağal mexanizmi - Clockwork 

Orange 

 

Entoni Berdjessin eyni adlı romanı 



əsasında Kubrikin yaratdığı növbəti dahiyanə 

sənət. Və yenə rejissor böyüklüyünü sübut etdi. 




 

17 


Film Fiction | Dekabr, №4 

Film əsər qədər sevildi, əsər qədər tənqid 

olundu və kino tarixinin ən yaxşıları sırasında 

özünə yer tutdu. 

 

7. Döyüş klubu - Fight Club 

 

Çak Palannikin qalmaqallı romanı 



əsasında Devid Finçerin çəkdiyi film. Əslində bu 

əsərə də film çəkməyə hər rejissor risk etməzdi. 

Çünki, Palannikin qələmi olduqca “itidir”. Amma 

Finçer çəkdi, həm də çox gözəl bir iş ortaya 

qoydu. Filmin sayəsində bestseller romanın 

satışı pik nöqtəyə çatdı. Film nəinki əsər qədər 

uğurlu alındı, hətta hardasa onu üstələməyi də 

bacardı. Finçer filmə Palannikdən fərqli, 

alternativ sonluq vermişdi. 

 

 



 

 

 

8. Xaç atası - Godfather 

 

Mario Puzonun əsəri əsasında Frensis 



Ford Koppolanın çəkdiyi məşhur trilogiya. Film 

əsəri nəinki üstələdi, hətta tozda qoydu. 

Koppola kino tarixinin ən yaxşı filmlər 

trilogiyasına imza atdı. Al Paçino, Robert De 

Niro və Endi Qarsiya kimi aktyorlar bu filmlər 

sayəsində şöhrət qazandılar.  



 

9. 1984 

 

Corc Oruellin əsəri əsasında Maykl 



Redfordun ekranlaşdırdığı film. Oruellin eyni 

adlı romanına çəkilmiş sayca ikinci film. Nə 

demək olar... Əsərini  dəfələrlə oxuyub və bir 

dəfə baxılması mümkün olan filmdir.  

 

 

 



10. Romeo və Culietta - Romeo and 

Juliet 

 

Şeksprin ölməz sevgi dramının ekran 



versiyasını 1968-ci ildə Franko Zaffirelli çəkdi. 

1996-cı ildə filmin remeyki olan 

Romeo+Culietta çəkildi. Film sözsüz ki, əsəri 

üstələyə bilməzdi. Ən azından xoş təsir 

bağışladı. 

 

 



 

 

 



11. Şouşenkdən qaçış - The 

Shawshank Redemption 

 

Stiven Kinqin eyni adlı əsəri əsasında 



Frenk Darabontun çəkdiyi möhtəşəm film. Bax 

bu filmə əminliklə demək olar ki, əsərini 

üstələdi. Olduqca gözəl görüntüsü, yadda qalan 

obraz və sitatları ilə adını kino tarixində ən 

yaxşıların ön sırasına yazdı. 

 

12. 99 frank - 99 franc 

 

Frederik Beqbederin eyni adlı romanı 



əsasında Yan Kunenin çəkmiş olduğu film. 

Narkotik, seks, kreativlik və reklam... 

Həyatınızda reklamların nə kimi rolu var? Bunu 

bilmək vacib deyil? Vacibdi. Bax elə indi də 

mənim etdiyim reklamdı və sən, əziz oxucu, bu 

filmə baxmağa borclusan, çünki, sənə heç nə 

verməyəcək. Əksinə, səndən nələrisə alacaq...  

 

 



 

 

 

13. Yaşıl mil - The Green Mile  

Yenə Stiven Kinq və Frenk Darabont birliyi və 

bu dəfə də gözəl film. Darabont bu dəfə də 

Kinqdən üstün oldu. Çəkdiyi filmi bir kəlmə ilə - 

mükəmməl adlandıra bilərik. Nəhəng bir insan 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə