Film Fiction


Film Fiction | Dekabr, №4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə3/18
tarix17.06.2018
ölçüsü0,51 Mb.
#49229
1   2   3   4   5   6   7   8   9   ...   18

 



Film Fiction | Dekabr, №4 

EMİR 

Kusturica 



 

 

 



 

"Hansısa ölkəyə getdiyimdə, təyyarədən 

düşüb nəhəng reklam lövhələrini görən kimi 

qanım it qanına dönür..." 

 

 



Bosniya mənşəli Serbiyalı kinorejissor. 

Kann mükafatını gənc yaşlarında qazanmış 

şəxsdir Emir Kusturiça. Onu Kventin Tarantino 

ilə birgə “yeni əsrin rejissorları” adlandırırdılar. 

Sonradan kinoya bəxş elədiyi filmləri ilə bu ada 

layiq oldugunu göstərdi. Kusturiça həm də “The 

No Smoking Orchestra” rok qrupunun üzvüdür. 

Bir sözlə əsl incəsənət adamıdır. 

 

1954-cü ildə Sarayevoda doğulan 



rejissor, həm də çox ziddiyətli adamdır. Gah 

solçu-kommunist fikirləri ilə, gah da sağ yönlü 

partiyalara dəstək verməsi ilə yadda qalıb. İlk 

əvvəl müsəlman olsa da, sonradan Emir adını 

Nemanya adı ilə dəyişdirərək Rus Pravoslav 

Kilsəsində vəftiz olundu. 2005-ci ildə baş verən 

bu hadisəni Kusturiça "The Guardian" qəzetinə 

belə anlatmışdı: "Atam ateist idi və özünü hər 



zaman serbiyalı hesab edirdi. Biz son 250 ildir ki

müsəlmanıq, amma müsəlman olmamışdan öncə 

pravoslav idik və daha önəmli olan odur ki, 

serbiyalıyıq. Din isə bunu dəyişə bilməz. Sadəcə 

türklərdən canımızı qurtarmaq üçün müsəlman 

olmuşduq."  

 

Kusturiçanın filmlərinin əksəriyyəti 



Fqaraçıların həyatından, mədəniyyətindən və 

adət-ənənələrindən bəhs edir. Qaraçılar nə 

qədər istiqanlı və çılğındırlarsa, Kusturiça da  

bir o qədər çılğındır. Məsələn, o 1993-cü ildə 

serblərin radikal milliyətçi qrupunun lideri olan 

Voislav Şeşelyanı Belqradın mərkəzində, 

Şeşelyanın özünün seçəcəyi silahla duelə dəvət 

edir. Lakin Şeşelya "Sənətkarın ölümündə 

günahlandırılmaq" istəmədiyi üçün bu dueli 

qəbul etmir. Emirin "dəli"liyi bununla bitmir. O, 

1995-ci ildə Belqrad beynəlxalq Film 

Festivalında "Yeni Serbiya Haqqları" 

hərəkatının lideri N.Paykiçi yumruğunun altına 

salır. 


  

Kusturiça ali təhsilini Praqada Kino 

məktəbində (FAMU) alıb. Bu məktəbin ən 

məşhur nümayəndəsi Miloş Formandır. Praqada 

oxuyarkən Emir bir neçə qısametrajlı film çəkir. 

Bunların arasında ən yadda qalanı "Gernika" 

filmidir, hansı ki, bu film Kusturiçanın diplom 

işidir. 25 dəqiqəlik film uğurlu alınır və "Karlovı 

Varı" film festivalının qalibi olur. 

 

Praqadan sonra vətənə dönən Kusturiça 



bir neçə televiziya filmi çəkir. Bunun ardınca isə 

ilk filmini çəkir. 

 

1."Dolli Belli xatırlayırsanmı?"  (1981)  

 

 



"Qadınlar duz kimidir, onlarsız keçinmək 

olar. Amma belə də həyat çox dadsız olacaq." 

 

 



Film Venetsiya film festivalında ən yaxşı 

debüt film nominasiyasında "Qızıl Şir" 

mükafatını qazanıb. Bundan əlavə Venetsiya 

festivalında FİPRESSİ və San-Paulo film 

festivalında kinotənqidçilərin xüsusi mükafatını 

qazanıb. Film Venetsiya festivalında 

göstərilərkən Kusturiça Yuqoslaviya silahlı 

qüvvələrində hərbi xidmətdə idi, amma 

komandanlıqdan Kusturiçaya 24 saatlıq icazə 

əmri verilir və Emir Venetsiya film festivalına 

təşrif buyurur. Kommunist ruhlu film bir 



 



Film Fiction | Dekabr, №4 

 

 

yeniyetmənin  həyatından bəhs edir. Dino Delli 



Bell ləqəbli aktrisanı (həm də fahişəni) ələ 

keçirtmək üçün hipnoz variantlarını öyrənir və 

bu arada da atası ilə kommunizm, Stalin, Lenin 

haqqında danışır, müzakirə aparır. Filmin 

maraqlı cəhəti Kommunist Yuqoslaviyası 

dövründə kommunizmə aid dialoqların 

ziddiyyətli və fərqli olması idi. Rejissor işində 

isə Kusturiça hələki öz tərzini tapmamışdı. 

Sonradan çəkəcəyi və qaraçı həyatından bəhs 

edəcək filmlərdəki çılğın rejissor xarakteri hələ 

ki yeni-yeni formalaşmağa başlamışdı. 

 

2. "Atam ezamiyyətdədir" (1985) 



 

 

"Rus poxu, amerikan şirniyyatından 

yaxşıdır." 

 

 



1985-ci ildə Kann mükafatının qalibi 

olan film. Kusturiça yavaş-yavaş özünə yer 

eləməyə başlayırdı. Bu filmi onun rejissurasının 

keçid mərhələsi adlandırmaq olar. Filmdən 

dissidentlik havası gəlsə də Kusturiça yenə də 

kommunizmə yaxınlığını göstərir. Film bir 

ailənin həyatından bəhs edir. Ata ezamiyyət adı 

 

 



ilə digər şəhərlərdəki sevgililərinin yanına gedir 

və belə də ailəsi ilə az vaxt keçirdir. Bu da  

ailənin uşaqlarına psixoloji təsiri ilə yadda qalır. 

Sonda isə atanın sevgililərindən biri onun 

barəsində donos yazır və ata üç illik həbs 

olunur. Film yumor və ironik səhnələrlə boldur. 

Yuxarıda söylədiyimiz kimi Kusturiça məhz bu 

filmdə öz tərzini tapır. Film komediyadan əlavə 

həm də bir ailənin faciəsini təsvir edir. İlk iki 

filmindən sonra Kusturiça artıq dünya 

kinosunda özündən söz etdirməyə başlayır. 

Tragikomediya janrında film çəkən rejissor, 

sonradan bu janra tez-tez müraciət edəcək. 

 

3. "Qaraçılar zamanı" (1988) 

 

 

Bu film bəlkə də Kusturiçanın ən gözəl 



rejissor işlərindən biridir. Operatorun əməyi də 

danılmazdır. Balkanlarda yaşayan qaraçıların 

qəliz, anlaşılmaz həyatı və maraqlı adət-

ənənələri ilk dəfə olaraq bu filmdə belə maraqlı 

və rəngarəng göstərilib. Məhz buna görə film 

Kannda ən yaxşı rejissor işinə görə mükafat 

qazandı. 

 

 



 

 

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə