Firudin Ağasıoğlu, Yusif Bağırzadə Lidiya kralı Krez



Yüklə 332,13 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix15.03.2018
ölçüsü332,13 Kb.
#32053
1   2   3   4   5   6   7   8   9   ...   12

 

yazı  çox  aydın  görünür,  burada  çizilmiş  şəkil  (№  2)  isə  o  biri 



üzdəki şəkilə nisbətən yaxşı seçilmir.  

Konturları aydın çizilən şəkildə bir gələnəksəl ritual təsvir 

olunmuşdur. Bu ritual törəni  üçün  öküzün  kəsilmiş başı  masa-

nın üzərinə sərilmiş dərisinin üzərinə qoyulmuşdur. Sağ və sol 

tərəfdə duran iki adam da əllərindəki çaxır qədəhlərini masanın 

üzərinə qoymuşlar:  

Təsvir  olunan  belə  bir  səhnə  haqqında  Lukian  Samosat-

lının  (125-190)  «Toksaris  və  ya  dostluq»  adlı  yazısında  və 

Babəklə  bağlı  bir  bəlgədə  vardır.  Lukian  saqalarda  (skitlərdə) 

dostluğa  böyük  dəyər  verildiyini  təsvir  etmək  üçün  Toksarla  

Mnesippin söhbətini verərkən Toksar saqalarda «qardaşlaşma» 

gələnəyini xırdalıqlarına qədər açıqlayır və örnək üçün özünün 

də  iştirak  etdiyi  bir  əhvalatı  danışır.  Çox  uzun  olan  bu  hekayə 

əslində yunan dilində qələmə alınmış Oğuznamə parçalarından 




 

biridir.  Toksarın  danışdığı  hekayədə  birinə  yardım  etmək  istə-



yən  saqa  igidləri  kəsilmiş  öküz  dərisi  üzərində  andiçmə  törəni 

keçirirlər.  Burada  həm  də  söylənir  ki,  dostluğu  hər  şeydən  üs-

tün tutan saqalar dostluğu himayə edən iyəni  Korak adlandırır 

və  bunun  da  yunan  dilinə  tərcüməsi  «dostluğu  qoruyan  tanrı» 

anlamı daşıyır.

2

  



Eyni olayı  Babək başçı seçiləndə ona qoşulan döyüşçülər 

təkrar  edirlər,  onlar  da  kəsilmiş  öküz  dərisi  üzərində  and  içir-

lər. Beləliklə, hər iki halda saqa (oğuz) gələnəyi yuxarıdakı daş 

üzərindəki təsvirə uyğun gəlir. 

                                                

2

 AИОСK, 1990, 137-145. 




 

Daşın o biri üzündəki görüntünü böyüdəndə bu mənzərəni 



görmək olur:  Sağ və sol tərəfdə əlində qılınc tutmuş iki adamın 

rəsmi  var.  Ortada  isə  beş  bölümə  ayrılmış  tikinti  meydanı  təs-

vir edilmişdir. Buradakı adamların əlində tikintidə istifadə olu-

nan  alətlər,  tikinti  materialı  var,  kimi  ağac  daşıyır,  kimi  də  əl 

arabasında daş aparır. Ən yuxarı hissədə isə iki Yarımay və on-

ların arasında da səkkiz guşəli Günəş şəkili çəkilmişdir. 

Burada yunan hərflərilə yazılmış 

  V              V      

(fthusa simos thutis)

 

sözləri aydın oxunur. Yunan dilində fthusa 



sözünün “həlak oldu, öldü,”, simos sözünün “ucalan” və thutis 

sözünün “qurban” anlamı vardır. Bu halda, yazının tam anlamı 

həlak  olub  ucalana  qurbanvermə  törəni  ilə  bağlanır,  lakin  son 

söz Tutis şəxs adı da ola bilər. Bu halda isə yazı “Ölən uca Tu-

tisə qurbanvermə” anlamı daşıyır. Hər iki halda bu yazı qurban 

törəni  ilə  bağlıdır.  Lakin  yazının  altındakı  sətirdə  yunan  hərf-

lərindən fərqlənən iki-üç işarə də var ki, onlar aydın seçilmir. 

Göründüyü  kimi,  daşın  hər  iki  üzündə  olan  təsvir  antik 

çağ  ədəbiyatında  saqa  (massaget)  adı  ilə  tanınan  oğuzların  et-

noqrafik  törənilə  bağlıdır:  bir  tərəfdə  öküz  dərisi  üzərində  and 

mərasimi,  digər  tərəfdə  də  Günəşə  tapınanların  kiməsə  kurqan 

qurması olayı təsvir olunmuşdur. Yazılar da buna işarə edir.

 

Yusif bəyin kolleksiyasında olan başqa bir daşın üzərində 



oyma  rəsm  (№  3)  və  altında  yunanca  yazı  vardır.  Təəssüf  ki, 

bu  daşın  yuxarı  tərəfi  qırıldığından  buradakı  adamın  başı  da 

görünmür. Başsız fiqurun geyimi və qabarıq döşləri onun qadın 

olduğunu  bəlli  edir.  Oturmuş  vəziyətdə  təsvir  olunan  bu  xanı-

mın  hər  iki  tərəfində  heyvan  fiquru  vardır  ki,  onlardan  birinin 

aslan olması aydın seçilir:  




 

Təsvir  olunmuş  görüntünün  altında  yunan  hərflərilə  bu 



sözlər  yazılmışdır:

 

      



.

.  Bunların 

altında hərfə bənzəyən bir neçə solğun  işarə də görünür. Oxuna 

bilən  ikisətirlik  yazıda  basiles  antiothxa  katrian  sözləri  yazıl-

mışdır  ki,  bunlar  da  elbəy  (Basiles)  titulu  daşıyan  Antiotxa 

Katrianın soy və özəl adıdır. Selevki xanədanında bəzi kraliça-

ların basilissa titulu daşımasını göstərən örnəklər vardır.

3

 Əgər 



Antiotxa adı Selevkilərin soyadına çevrilmiş I Antioxun adı ilə 

bağlıdırsa,  onda  Katrian  daşdakı  xanımın  adı  ola  bilər.  Antiox 

Orta  Asiyadan  bir  bəy  qızı  olan  Apama  ilə  evlənmiş  Selevkin 

oğlu  idi.  Analığı  Stratoniklə  evlənən  Antiox  m.ö.  281-261-də 

hökmdar olmuşdu.    

                                                

3

 Бикерман,  1985, 28 (qeyd 161). 



 

10 


Nəhayət,  bu  kitabın  yazılmasına  səbəb  olan  yazılı  daşın 

formasını və üzərindəki yazıları gözdən keçirəndə bəlli oldu ki, 

bu  çox  nadir  bir  sənət  əsəridir,  çünki  burada  bir-birilə  ilişkisi 

olan m.ö.VI əsrin üç məşhur tarixi şəxsiyətinin adı yazılmışdır: 

Pers şahı II Kuruş, Lidiya kralı Krez və Yunan filosofu Solon. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Burada iki adam fiquru vardır, birisi uzanmış pozada, yal-

nız  başı  görünən  digəri  isə  onun  ayaq  tərəfindədir.  Şəkildə  ox 

işarəsilə  yazıların  yazıldığı  sahə  göstərilir.  Bu  fiqurun  aşağı-

sında  yazılmış  minela  prot.  sgl.  xam.  krzo  solon.  prglsig/y. 

sözləri  içində Minela (Minelay),  Krzo  (Krez), Solon adları se-

çilir.  Yerdə  qalan  prot  (birinci),  sgl.xam  (yer  altında  saxlama) 

və  mənası,  həm  də  sonluğu  aydın  olmayan  prglsig,  yaxud  da 

prglsiy sözünü isə uzmanlar dəqiqləşdirə bilər. 



Yüklə 332,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə