Firudin Ağasıoğlu, Yusif Bağırzadə Lidiya kralı Krez



Yüklə 332,13 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix15.03.2018
ölçüsü332,13 Kb.
#32053
1   2   3   4   5   6   7   8   9   ...   12

 

14 


Həmin  əsrin  sonunda  isə  saqa  boyundan  bəziləri  yenidən 

Azaq  bölgəsinə  qayıtdı,  m.ö.  III  əsrəcən  Skitiya  (Saqatya) 

adlanan bu ölkədə hun axınına qədər tarix səhnəsində qaldı.   

Balkanlar üstündən yunan şəhərləri və Qara dəniz yaxala-

rında  yunan  koloniyaları  ilə  bağlantısı  olan  saqalar  antik  döv-

rün mədəniyəti ilə yaxın təmasda olmuş, burada Abar, Toksar, 



Anaxars kimi filosoflar yetişmişdir. Hətta saqa elbəyinin yunan 

qızından  olan  oğlu  Anaxars  antik  çağın  «7  müdrik»  sırasında 

yer almışdır.

11

  



Tarixdən bəllidir ki, m.ö. IV əsr-

də  Qara  dənizin  quzeyində  saqa  boy-

larını birləşdirib, qısa  müddətdə ətraf 

bölgələri  özünə  tabe  etdirən  çar  Ata 

90  il  ömür  sürmüş,  fateh  İskəndərin 

atası  Makedoniyalı  Filiplə  döyüşdə 

(m.ö.  339)  ölmüşdür.  Onun  vaxtında 

basılan bu sikkə bulunmuşdur. 

                                                

11

 Azər xalqı, 2000, 98-102. 




 

15 


Miladdan  öncə  VIII  əsrin  sonlarında  Azaq  dənizi  yaxa-

larından  qalxaraq,  Güney  Qafqaza  və  Doğu  Anadoluya  gəlib 

bəylik quran qamər boylarının  izi bugünəcən Qəmər, Qəmərli, 

Kəmərli  kimi  toponimlərdə  qalmışdır.  Onların  ardınca  VII 

əsrin  əvvəllərində  Azərbaycana  qayıdıb,  burada  dövlət  quran, 

uzun  müddət  ətraf  ölkələrin  hakimiyətini  rahatsız  edən  saqa 

(saqat) boylarının izi də Saqa, Saqat, Saqatlı (Sahatlı), Şəki kimi 

onlarla  toponimdə  görünür.  Vaxtilə  Ön  Asiyadan,  Urmu  gölü 

hövzəsindən  doğu  və  quzey  ölkələrə  köç  etmiş  türk  boyları 

içindən  sonralar  əvvəlki  Atayurda  qayıdan  ilk  boylar  da  boz-

qır yaşamlı saqa-qamərlərdir. 

Saqa-qamər  boyları  Qafqaz  dağlarından  Urmu  gölünə 

qədər Quzey və Güney Azərbaycan arasında körpü olub, Ara-

zın  sağ  və  sol  yaxalarını  burada  qurduqları  dövlətin  sınırları 

içinə  almışdılar.  Saqa-qamər  boylarının  mənşəyi  məsələsi  ilə 

yanaşı,  bu  boylarla  əlaqədar  VIII-VI  əsrlərdə  Azərbaycanda 

yaşanan  olayların  məntiqi  nəticələri  təkcə  azər  türklərinin 

deyil,  başqa  türk  xalqlarının  da  tarixini  yeni  baxış  bucağından 

öyrənməyə  imkan  açır.  Bibliyada  Yafəs  soyundan  qamər  və 

saqa boylarının soyağacı belə verilir: 



 

16 


Yafet  (Yafəs)  oğulları:  Qomer  və  Məcuc  və  Maday  və 

Yavan və  Tubal  və Meşek  və Tiras

Qomer oğulları: Aşkenaz (saqa) və Rifət və Toqarma.

12

   



Xəzər xaqanı Yusifin  (X əsr)  məktubunda Toqarma oğul-

ları da belə sıralanır:  Aqiyor, Tiras, Avar, Uqin (Uquz), Biz-l, 

T-r-na, Xəzər, Yanur (Z-nur), Bulqar, Savir.

13

 



Beləliklə,  Bibliya  gələnəyi  Qamər  və  Toqarmadan  törə-

yən  saqa,  mada,  tiras,  xəzər,  savir,  bulqar  və  sair  türk  boyla-

rını bir-birinə qohum sayır, onları Ön Asiyada verir, həm də bu 

qutsal  kitabda  Lidiya  kralı  Giqesi  cəzalandıran  tanrı  adından 



«Qomer  və bütün orduları, quzeyin sonlarından  Toqarma  evi 

və  bütün  orduların»  ona  qarşı  çağırılacağı  deyilir.

14

 Bibliyada 



adı  çəkilən  tiras  boyu  başqa  qaynaqlarda  da  türk  boyu  kimi 

verilir.  Görünür,  vaxtilə  Lidiyadan  tirsen  adı  ilə  İtaliyaya 

köçən  etruskların  dilində, 

əlifbasında  görünən  türk 

izləri də onlarla bağlıdır. 

Asur 


sənədlərində 

yağı  sayılan  saqa-qamər 

çarları kimi  Teuşpa, İşpa-

ka,  Tuqdamme    (oğlu) 

Sandakşatru adları çəkilir. 

Asurlar umman-manda or-

dusunun  678-də  başbuğu 

qamər bəyi Teuşpa və ma-

nalılara  yardım  edən  saqa 

                                                

12

 Tekvin, bar.10. 



13

 Kokovtsev, 2009, 89. 

14

 Hezekiel, bar. 38. 




 

17 


bəyi  İşpaka  ilə  (670-lərdə)  vuruşub,  onları  əzdiklərini  yazırdı-

lar.


15

 Qamərli  Tuqdammeni  654-də  umman-manda  çarı  adlan-

dıran sənəddə onun oğlu Sandakşatru haqqında asur çarının bu 

sözləri vardır: 

«Mən  Tuqdammenin  qüvvəsini  dağıdacağam,  meydanda  onu  əvəz 

edən, onun belindən gələn oğlu Sandakşatru əzəcəyəm»

.

16

  



Qamər  elbəyi  Tuğdamın  və  onun  oğlu  tegin  Sandakşat 

ərin  türk  adı  daşıdığını  qeyd  etmişdik.  Həmin  çağlarda  Troya 

qənşərindəki Lemnos adasında savaşda şəhid olan döyüşçünün 

başdaşında Aker Taqar şad adının yazılması da diqqəti çəkir.

17

 

Belə  ki,  türk  gələnəyində  teginlərə  verilən  “şad”  sanı  (titulu) 



bu  yazılı  bəlgədə  özəl  önəm  daşıyır  və  saqa-qamər  boylarının 

oğuzlar olduğunu təsdiq edir. 

Qımız  içən  saqaların  oğuz  boylarından  olmasını  göstərən 

bəlgələr sırasında  «Dədə Qorqud» eposu da önəm daşıyır. Bu 

oğuz  hekayələrində  Dirsə  xan  da  saqa-qamərlər  kimi,  «qımız 

sağdırır». Maraqlıdır ki, bizə çatan «Dədə Qorqud kitabı»  son-

ralar  Axıska  adlanan  Aq-Saqa  türklərinin  dialektində  qələmə 

alınmışdır.

18

 Yuxarıdakı  xəritə-sxemlərdə  saqa  boyunun  batı 



sınırı  Axıska  yurdunda  verilir,  qədim  türk  dilində  ağ  sözü  isə 

«batı»  anlamını  bildirir.  Beləliklə,  Aqsaqa  adı  «batıdakı  saqa» 

deməkdir.   

Saqa  elinin  sosial  və  siyasi  qurumları,  tarixi  coğrafiyası 

Dədə Qorqud boylarının federativ siyasi qurumunu, coğrafiya-

                                                

15

 АВИИУ,  №63;  №65. 



16

 Дьяконов, 1956, 285. 

17

 Ağasıoğlu. Etrusk-Türk bağı. 



18

 Ak-Saka  qalası  (KDQ,  I.  157);  Bölgənin  Ak-Sıka  şəklində  adı  XIV  əsrəcən  qalmışdı. 

«Əmir Teymur Göycədən Alınca qalasına gələndən sonra, 1394-cü ilin avqustynda Ak-

sıka bölgəsinə ordu göndərir» (Kırzıoğlu, 1992, 153). 



Yüklə 332,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə