Firudin Ağasıoğlu, Yusif Bağırzadə Lidiya kralı Krez



Yüklə 332,13 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix15.03.2018
ölçüsü332,13 Kb.
#32053
1   2   3   4   5   6   7   8   9   ...   12

 

11 


Yuxarıdakı  oxla  göstərilən  yerdə  isə  kiros  person  sözləri 

yazılmışdır, bu da çox guman ki, pers Kuruşun adıdır. Minelay 

yaxud  Birinci  Minelay  adına  isə  həmin  çağa  aid  qaynaqlarda 

rast gəlinmir, sonralar Selevki çağında bu adı Yerusəlimin baş 

kahini daşıyır.   

Bizcə,  yuxarıdakı  üç  daşdan  ikisi  m.ö.VI  əsrə,  biri  (№  3) 

isə m.ö. III-II əsrdə Selevkilər çağına aiddir. Əlbəttə, bu bizim 

ilkin  ehtimalımızdır,  daşların  daha  dəqiq  tarixini  isə  uzmanlar 

müəyyən edəcəklər. Yazılarda görünən səhvlər belə qənaət ya-

radır ki, onların yazarları o qədər də savadlı deyilmiş. Bunu da 

qədim yunan yazıları üzrə uzmanlar aydınlaşdıra bilər. 

Burada adı keçən Krez lidiyalı idi. Lakin Lidiya adı xalqın 

deyil, ölkənin adıdır, tarixi qaynaqlarda burada yaşayan boylar 

turşa, tirse(n) və başqa adlarla verilmişdir. Çağdaş dilçilər lidi-

yalıları hindavropa dilli xalqlardan (het-luvi, het-lidi) sayırlar.

4

 

Halbuki, Misir yazılarında turşa, Herodotda tirsen kimi verilən 



lidiyalılar  hindavropalı  ola  bilməzdilər,  çünki  ən  azından,  tir-

senlərin  (sonrakı  etruskların)  hindavropa  dilli  olmaması  elmə 

çoxdan bəllidir.

5

 



Krez-Solon,  Krez-Kuruş,  Kuruş-Tomiris  münasibətlərini 

açıqlamaq  üçün  saqa-qamər  boylarının  Ön  Asiyaya  qayıtması 

dönəmindən Selevkilər çağına qədər davam edən dönəmin bəzi 

boyutlarını gözdən keçirmək lazım gəlir. Pers şahı Kuruşla Li-

diya  kralı  Krezin  hekayəsində  və  hər  ikisinin  Tomirislə  ilgili 

hekayəsində  onların  soykökü  və  hakimiyətləri  haqqında  olan 

bilgilər  də  yararlıdır.  Beləliklə,  söhbətimizə  dış  oğuzlar  saydı-

ğımız saqa boylarından başlayaq.  

                                                

4

 Шеворошкин, 1967, 17. 



5

 Ağasıoğlu. Etrusk-Türk bağı. 2011. 




 

12 


SAQALAR ÖN ASİYADA 

 

Həm  qədim,  həm də çağdaş tarixçilər saqa boylarının Ön 

Asiyadan quzey və doğu ölkələrə miqrasiyasından bəhs edirlər. 

Herodot  yazır:  «Koçəri  skitlər  Asiyada  yaşayırdı.  Massaqet-

lərlə savaşda məğlub olanda Araz  çayını keçib, kimmerlərin 

yanına köç etdilər».

6

 

Siciliyalı  Diodor  da  saqalar 



haqqında  deyir  ki,  əvvəllər  onlar 

azsaylı  idi  və  Araz  qırağında 

yaşayırdılar.  Ön  Asiyadan  saqa-

ların  doğu  və  quzeyə  getməsini 

əks  etdirən  bu  xəritəni  də  rus 

skitşünasları tərtib etmişlər: 

7

 

Saqaların  Azaq  və  Qara  də-



niz yaxalarına getmə tarixi də ar-

tıq  bir  neçə  əsr  qədimə  çəkilir.  Belə  ki,  bu  tarixi  T.  Sulimirski 

m.ö. IX əsrə aid edirsə, M. İ. Artamonov, B. N. Qrakov m.ö. II 

minilin  son  əsrlərinə  aid  edirlər.

8

 Artıq  saqa  boylarının  quzey 



və  doğu  yönlərə  Ön  Asiyadan  miqrasiyası  da  öz  həllini  tap-

maqdadır.  N.  L.  Çlenova  skit  kulturu  prototipinin  Mesopota-

miyanın quzeyində yarandığını söyləyir.

9

  



Ön  Asiyadan  doğu  və  quzey  ölkələrə  vaxtilə  (ən  azından 

üç min il öncə) köçən saqa boylarının bir qismi sonralar Azər-

baycana qayıtmışdı. Doğuya  gedən saqalar haqqında C. Nehru 

belə yazmışdır:  

                                                

6

 Herodot, IV. 11. 



7

 Ağasıoğlu, 2006, 32. 

8

 Sulimirski, 1954, 283-284; Артаманов, 1950, 44; Граков, 1971, 18-26. 

9

 НАА, 1980, №5, 87. 




 

13 


"Sonra  saqa  axını  başlandı.  Onlar  sayca  çox  idilər,  Hin-

distanın  quzey-batı  bölgələrinə  yayıldılır.  Saqalar  türklərin 

böyük  köçəri  boylarından  idi.  Onları  da  öz  yerindən  başqa  bir 

böyük  boy  olan  kuşanlar  çıxarmışdı.  Bütöv  Baktriya  və  Par-

fiyanı  bürüyən  saqalar  tədricən  Pəncab,  Racputan  və  Katxia-

varda məskunlaşdılar».

10 

 

Quzeydən  Azərbaycana  qayıdan  qamər  (kimer)  və  caqa 



(skit)  boyları  da  vaxtilə  buradan  getmiş  oğuz  boyları  idi.  Bir 

neçə əsr Sibirin və Rusiyanın  güney çöllərində bozqır  yaşamı-

na  alışan  bu  dış  oğuzlar  artıq  Atayurda  qayıdanda  yerli  türk 

boylarından  fərqli  olaraq,  savaşda  daha  çevik  və  mobil  topar-

lanma taktikası ilə seçilirdi. Bu üstünlük onlara az itgi ilə  ətraf 

bölgə və ölkələri yağmalamaq imkanı verirdi. 

Uzaq  məsafələri  sürətlə  qət  edən  mahir  oxçu  süvarilərin 

bozqır savaş kulturunu Ön Asiyaya gətirən saqa-qamər boyları 

buradakı  geosiyasi  durumu  dəyişdi.  Frigiya,  Lidiya  dövlətləri 

dağıldı,  əsrlərlə  ətrafdakı  xalqlara  qan  udduran  Asur,  Urartu 

kimi  dövlətlər  son  illərini  yaşamalı  oldular.  Bu  olaylar  Töv-

ratda  yolunu  azmışları  cəzalandırmaq  üçün  Tanrının  öz  ordu-

sunu göndərməsi kimi dəyərləndirilmişdir.  

VIII əsrin sonunda Azaq yaxasından qayıdan qamər boy-

larının bir  hissəsi  Azərbaycanın batı bölgələrinə  və  Kiçik  Asi-

yanın  quzey-doğu bölgələrində yerləşdilər. Onların ardınca VII 

əsrin  əvvəllərində  Dərbənd  və  Dəryal  keçidlərilə  Azərbaycana 

qayıdan  saqaların bir  hissəsi də  Urmu-Göycə  gölləri  arasındakı 

bölgələrdə oturdu. Saqa-qamər boyları VII əsrin əvvəlində yerli 

soydaşları ilə burada birləşərək böyük hərbi qüvvəyə çevrilirdi. 

                                                

10

 Неру, I. 1981, 129. 




Yüklə 332,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə