Firudin Ağasıoğlu, Yusif Bağırzadə Lidiya kralı Krez



Yüklə 332,13 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix15.03.2018
ölçüsü332,13 Kb.
#32053
1   ...   4   5   6   7   8   9   10   11   12

 

33 


Lidiya  elbəyi  Aliattla  döyüşdə  məğlub  olandan  sonra  Qamər 

bəyliyi zəifləyib Mada elinin əyalətinə çevrildi. 

Mada  elinin  batı  sını-

rını  Anadoluda  Halis  ça-

yına  (Qızıl-irmaq)  çatdıran 

Kiaksar m.ö.585-də burada 

lidiyalılarla  müharibə  edir. 

May ayının 28-də Günəşin 

tutulması  nədənilə  bu  sa-

vaş  Aliattla  Kiaksar  ara-

sında barışla  nəticələnir  və 

Halis çayı Mada ilə Lidiya 

dövlətlərinin sınırı kimi qə-

bul olunur. Böyüməkdə olan 

Lidiyanın  yönətimini  devr 

alan  Krez  onun  sınırlarını 

daha da böyütdü.  

Sard  şəhərindən  axan 

çaydan  bulunan  gümüş-qızıl 

qarışığı  elektron  külçəsin-

dən  basılan  ilk  sikkələrin  üzərində 

Lidya  krallığının  simgəsi  olan  aslan 

başı vardı.  

Stater  adlanan  ilk  Lidya  sikkə-

ləri  Aliatt  dönəmində  basılsa  da, 

elektron  yerinə  gümüş  və  qızıldan 

ayrıca sikkə basımının daha gəlişmiş 

durumu  elbəy  Krez  çağında  gerçək-

ləşmişdir. Beləliklə, ilk pulun ortaya 

çıxması tarixi lidiyalılar ilə bağlıdır. 




 

34 


Sonralar  pulun  müxtəlif  ölkə-

lərdə  dövrəyə  girməsilə  zaman-

zaman  Krezin  adı  xatırlanmış, 

onunla  bağlı  olayları  ünlü  rəssam-

lar  yağlı  boya  ilə  kətana  çəkmiş, 

bəzi  sikkələr  üzərində  onun  rəsmi 

çizilmişdir.  Hətta,  qazax  türkləri 

bağımsızlığını  qazanandan  sonra 

Qazaxstan  Milli  Bankı  Krezin 

rəsmilə  100  tengə  altun  sikkə  bas-

mışdır. 

Krezin var-dövləti haqqında antik çağda yaranan əfsanələr 

orta əsrlərdə də davam etmişdir. Onun  yatırı aldığı  vergilər  və 

tabeliyində olan ölkələrdən topladığı bac-xəracla dolmaqda idi. 

Bu durum məşhur rəssamların əsərlərində də əks olunmuşdur.  

 



 

35 


Antik  çağ  tarixçiləri  Krezlə  filosofların,  özəlliklə  Solonla 

görüşündən bəhs etmişlər. Tarixdə islahatçı bilgə (filosof) kimi 

və  məşhur  deyimlərilə  tanınan  Solon  (Σόλων)  m.ö.  559-da  öl-

müşdür. Krezin hakimiyət illəri isə m.ö. 560-546 illər arasında 

olmuşdur.

37

 Plutarxın  yazmasına  görə,  10  il  Afinadan  ayrılan 



Solon  öncə  Misirə  gedir,  bir  müddət  burada  yaşayır  və  yerli 

kahinlərdən  Atlantida  haqqında  bilgi  alır,  sonra  Kıprısa  gedir, 

Krezin dəvəti ilə Sarda gəlir və buradan da Afinaya qayıdır.

 

 



                                                

37

 Olsun  ki,  Krez  Solonla  görüşməmişdir,  çünki  Solonun  10  illik  səfəri  təxminən  594-



584-cü illər arasında olmuşdur, bu çağda isə Krez hələ kral deyildi. Lakin antik çağ ya-

zarlarının  uydurduğu  hekayələr  çox  vaxt  həqiqət  kimi  qəbul  olunur.  Maraqlı  uydurma 

isə daha geniş  yayıldığından  zaman  keçdikcə  ona  gerçəklik  donu  geydirilir.  Hər halda, 

bizim məqsədimiz belə bir görüşün gerçəkliyi deyil, onu gerçək qəbul edənlərin çəkdiyi 

rəsmlər, Solonla Krezin “görüşü” ilə bağlı sonrakı yozumlar, təsviri sənət əsərləridir.  



 

36 


Lidiya  elində  saqa  filosofu  Anaxarsa  olan  böyük  hörmət 

Siciliyalı  Diodorun  «Kitabxana»  əsərində  açıq  verilir.  Yazar  

Lidiya  elbəyi  Krezə  qonaq  gedən  müdriklərdən  Biantın,  Solo-

nun,  Pittakın  və  Anaxarsın  söhbətlərini  «Anaxars  Krezin  ya-

nında»  başlığı  altında  verir  və  göstərir  ki, qonaqlıqda  Krez  ilk 

müraciəti  müdriklərin  yaşlısı  (ağsaqqalı)  Anaxarsa  edir.  Belə 

bir  görüşün  olub-olmadığını  qəti  söyləmək  olmur.  Lakin  Kre-

zin  ayrılıqda  Solonla  görüşməsi  haqqında  söhbətlər  geniş  ya-

yılmışdır. Deyilənə görə, topladığı var-dövləti ilə öyünən Krez 

filosofdan  soruşur  ki,  öləri  insanlar  arasında  bu  qədər  zəngin-

liyə sahib olanı xoşbəxt saymamaq olarmı?  Solonsa ona cavab 

verir ki, “heç kimi ölümündən öncə xoşbəxt saymaq olmaz.” 

Bu  görüş  haqqında  saqa  bilgəsi  Anaxarsın  da  söylədiyi 

fikir  maraqlıdır.  Plutarxın  yazdığına  görə,  müdriklər  arasında 

“yaxşı ev” mövzusunda söhbət başlayanda Ezopun arabada ya-

şayan  saqaların  bilgəsi  Anaxarsa  yönəlik  atmacasına  saqa  bil-

gəsi  cavab  verir  ki,  Ezop,  sən  gil,  torpaq  və  ağac  yığınını  ev 

sayırsan,  ancaq  onun  içindəkinin  durumunu,  önəmini  gözardı 

edirsən, ona görə Solona gülürdün ki, Krezin əzəmətli sarayını 

görsə də, içəridəki yaşamı dəyərləndirmədən ona “xoşbəxtsən” 

deməmişdi. 

Herodotun  yazdığına  görə,  vaxtilə  Manesin  oğlu  Atisin 

krallığı dönəmində Lidiyada quraqlıq nədənilə aclıq olmuş və 

onun  oğlu  Tirsenin  başçılığı  ilə  lidiyalıların  bir  bölümü  artıq 

tirsen  adı  ilə  İtaliyaya  köçmüşdür.

38

 Həmin  tirsenlər  İtaliyada 



Etrusk  uyqarlığını  yaradıb,  Poma  dövlətinin özülünü  qurmuş-

lar.


 

                                                

38

 Herodot, I. 94. 




 

37 


Lidiya  dili  haqqında  uzmanların  yekdil  fikri  olmasa  da, 

lidiyalıların istifadə etdiyi yazının etrusk və qədim türk əlifbası 

ilə  eyni  mənşəli  olması  quşqu  doğurmur.  Bunu  Lidiya  əlifba-

sında işlənən həflərə adi baxışla da görmək olur: 

 

 

Yunanlarla olan ticarət əlaqələri Lidiya toplumuna Artimu 



(Artemis)  kimi  teonimi  tanıtsa  da,  burada  daha  cox  yerli  tanrı 

adları  işlənmişdir.  Lidiyada  Dionisin  qarşılığı  kimi  əkinçilik 

tanrısı  Baki  teonimi  vardı,  yağmur  tanrısı  Leus,  məzarları  qo-

ruyan  tanrı  isə  Santas  adlanırdı.  Türkcədə  məzar  daşına  sıntaş 

deyilməsi  və  türklərə  yad  olmayan  Bakı  adı  Lidiyada  işlənmiş 

teonimlərə marağı artırır.     

Lidiyanın  sonuncu  kralı  olan  Krez  yaxın  bölgələri  işğal 

etməyə çalışan babalarının istəyini gerçəkləşdirə bilmişdi. Belə 

ki,  öncə  Efesi,  sonra  ionların,  eolilərin  torpaqlarını  zəbt  edib 

ölkəsinin  sınırlarını  böyütmüşdü.  Halis  çayından  batıda  kiliki-

yalılar  və  likiyalılardan  başqa  hamı  Krezə  vergi  ödəyirdi.  Qa-

zandığı  uğurlar  onu  başqa  bölgələri  də  işğal  etməyə  həvəslən-

dirmişdi. Əslində, 546-da Lidiya-Pers savaşı bu nədənlə başla-

mışdı. 


Krez  vaxtilə  Mada  ilə  Lidiya  arasında  qalmış  Kilikiyaya 

hücum etdi və bəzi bölgələri tutdu. Lakin az sonra burada Ku-

ruşun  sayca  çox  olan  qoşunu  ilə  qarşılaşanda  geri  çəkilməli 

oldu.  Onu  təqib  edən  Kuruşun  ordusu  başkənd  Sarda  yaxın-

laşdı və buradakı düzənlikdə qarşılaşan ordular arasında böyük 

savaş başlandı. Savaşda yenilən lidiyalıların sağ qalanları Sard 

qalasına  sığındılar.  Lakin  pers  qoşunu  bu  qalanın  gizli  yolunu 

tapıb  Sard  şəhərinə  girə  bildilər.  Əsir  alınan  Krezlə  Kuruşun 

buradakı  görüşü  haqqında  müxtəlif  fikirlər  olsa  da,  hər  halda 



Yüklə 332,13 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə