Firudin Ağasıoğlu, Yusif Bağırzadə Lidiya kralı Krez



Yüklə 332,13 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix15.03.2018
ölçüsü332,13 Kb.
#32053
1   2   3   4   5   6   7   8   9   ...   12

 

22 


on il ərzində Asur torpaqlarına vaxtaşırı hücumlar edir və asur-

ların paytaxt şəhəri Ninevi 612-də zəbt olunub dağıdılır. Nəha-

yət, 604-də Ön Asiyanın bu qəddar imperiyası dayaqlarını itirib 

tam dağılır, torpaqları Mada ilə Babil arasında bölüşdürülür. 

Madanın  doğusunda  türkmənlərin  bir  qolu  olan  Xorasan 

türkləri  o  çağlarda  saqa,  saqat  adı  ilə  Aral  gölünə  qədər  yayıl-

mışdı. Onların içində baş saqat (massaget) adlanan boyların bir 

qismi  sonralar  Abşeron-Dəvəçi  arasında  görünür.  Maştağa  adı 

onlardan  qalmadır.  Xorasandakı  saqaların  Ərsaq  adlanan  süla-

ləsi  sonralar  güclənib  burada  Part  elini  qurmuşdu,  hələlik  isə 

bu  bölgələr  Madaya  tabe  idi.  Ksenofont  perslərin  sayını  120 

min  verir.

23

 Görünür, saqa türklərindən ayrılmış  part  türkmən 



boyunun  bir  qismi  Xorasanın  güney-doğusundu  bu  çağlarda 

asur qaynaqlarının aribi, sonralar Herodotun arizantu adı ilə 

qeyd  etdiyi  bəzi  irandilli  boylarla  qarışmışdı.  Özəlliklə,  Sakas-

tan (Sistan) bölgəsində saqaların sonra irandilli boylara qarışıb 

dilini itirməsi olayı diqqəti çəkir. Belə ki, sonrakı pers folkloru 

və mifologiyasında görünən kəyanilər (kavi) sülaləsi, Səyavuş, 

Rüstəm Zal və sair qəhrəmanlar bu bölgədə ortaya çıxanlardır. 

M. Xorenatsi də Rüstəmi saqa soylu verir.  

Beləliklə,  Mada  elinin  etnik  demoqrafiyasını  göz  önünə 

gətirmək  üçün  Həmədan  bölgəsindən  ətrafa  baxsaq,  quzeydə 

azər-saqa,  kadusi,  doğuda  part,  güney-doğuda  irandilli  aribi, 

güney və güney-batıda elam, pers, batıda kassi və aramey boy-

ları  görünəcəkdir.  Mana  elindən  fərqli  olaraq,  Madanın  etnik 

durumu çox qarışıq idi. Mada eli çağında irandilli miqrantların 

mərkəzi  bölgələrə  sızması  burada  sinkretik  kulturun  formalaş-

masına rəvac verdi.  

                                                

23

 Ксенефонт. Киропедия, I. III.15. 




 

23 


Herodot mad boybirliyinə daxil olan altı boyun adını çəkir: 

bousai, paretakenoi, strukhates, arizantoi, boudoi, maqoi.

24

 Bu 



sıraya mad boyunun özü də əlavə olunmalıdır. Uzmanlar midi-

yalı (madalı) anlamında  müxtəlif dilli  qaynaqlarda madai, ma-

de,  amadai,  matai,  maday,  medoi  formalarında  işlənən  mad 

etnoniminin  mənşəyini  tapmaqda  çətinlik  çəkirlər.

25

 Halbuki 



bu boyadı Altay bölgəsində türk etnonimlərində saxlanmışdır. 

Mada  bölgəsində  yerləşən  madlar,  çox  güman  ki,  m.ö.  II 

minilin  ortalarında  İkiçayarasından  Orta  Asiyaya  köçən  subar 

boylarından  imiş.  Etimoloji  açımı  çətin  olan    budi,  bus,  maq 

boyadlarından danışan İ. M. Dyakonov budiləri batıda, busları 

Həmədən  bölgəsində,  maqları  isə  Tehran  civarında  yerləşdi-

rir.

26

 Asur-Urartu  qaynaqları  Bustu//Buştu  bölgəsini  Mananın 



güneyində qeyd edir.  Başqa bir  Bustis bölgəsi  isə  Aribi tərəf-

də  verilir.  Əgər  bu  toponimlərin  kökündə  bus  boyadı  durursa, 

onda  busların  Madanın  həm  batı,  həm  də  doğu  sınırlarında 

yaşadığını  güman  etmək  olar.  Etnonimin  leksik  anlamı  isə  dış 

oğuzların boz oq (bozuq) boylarına uyğun gəlir. Budi etnonimi 

quzey  saqalarda  budin  şəklində  görünür  və  hər  iki  etnonim 

qədim  türkcə  «boy»,  «xalq»  anlamındakı  bod,  budun  sözlərilə 

yozula  bilir.  Mada  əhalisi  içində  maq  adlı  kahin  tirəsi  maq 

boylarının  içindən  çıxmışdır.  Yəni  kahinlər  maq  adlansa  da, 

maqların hamısı kahin olmamışdır.  

                                                

24

 Herodot, I. 101.  



25

 İ. M. Dyakonov müxtəlifdilli qaynaqlardan bu formaları örnək verir: asur yazılarında 



madâi,  âmadâi,  matâi;  qədim perscə  -  mâda;  yeni  elamca  -  matape;  yunanca -  mēdoi

hayca - mark (Дьяконов, 1956, 149).  

26

 Дьяконов,1956, 148, 152. 




 

24 


Pers  epik  əsərlərində  İran-Turan  qarşıdurmasının  qayna-

ğında  pers  və  mad  boylarının  savaşları,  bu  boylara  aid  əyan-

ların  hakimiyət  uğrunda  mübarizəsi  durur.  Avestada  aryan  və 

tur qarşıdurması kimi  verilən belə olaylardan sonrakı çağlarda 

İran-Turan  deyimi  ilə  bəhs  olunur  və  Turan  adı  İranın  quzey-

doğu  sınırlarındakı  türkləri  bildirir.  Əhəməni  çağında  ortaya 

çıxan mad-pers savaşlarından biri də mad böyüklərindən olan 



Qam Ata ilə bağlıdır. İran-Turan savaşının öndəri olan bu tari-

xi şəxsiyətin davasını «üsyan» və ya «saray çevrilişi» kimi ve-

rən və bu olayda onun rolunu geniş tədqiq və təsvir edən onlar-

la iranşünasın heç biri onun əsl soyunu, etnik mənsubiyətini or-

taya  çıxara  bilən  adının  leksik  anlamını  aça  bilməmişdir.  Belə 

ki,  «qəbul  olunmuş  konsepsiya»  imkan  verməmişdir  ki,  onun 

türk  soyundan  olub,  Qam  Ata  adı 

(sanı) daşıdığını görə bilsinlər. Bəl-

kə  də,  bu  tədqiqatçılar  qədim  türk 

dili  və  mifologiyasına  bələd  olsay-

dılar, belə «yanlışlıq» yapmazdılar.

27

  



Qam Ata ilə bağlı Bisutun abidəsin-

dəki  bircə  cümlənin  filoloji  təhlilini 

və  buradakı  maq  (maquş)  və  Qam 

Ata (qaumata) sözlərinin semantika-

sını gözdən keçirək:  

                                                

27

 Mütəxəssislər  Bisutun  yazısında  Qam  Atanın  adını  qədim  perscə  Qaumata  şəklində 



oxuyurlar.  Lakin  yuxarıdakı  şəkilaltı  yazıda  olduğu  kimi,  həmin  Bisutun  yazısının 

elamca  Kamata  (Kamada)  və  akadca  Qumati  variantlarında,  həmçinin  Yustinin  əski 

latınca  verdiyi  Kometes  formasında  ilk  saitin  diftonq  olmadığı  görünür.  Vaxtilə  König 

də bunu Qomata şəklində vermişdir (Дьяконов, 1956, 429):  İlk dəfə linqvistik təhlillə 

bu adın «şaman ata» anlamında qədim türkcə qam və ata sözlərindən yaranmış qamata 

titulu  olduğunu  yazmışdım.  Artıq  bəzi  yazarlarımız  bu  adı  Qaumata  yox,  Qamata 

şəklində yazırlar.  



Yüklə 332,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə