Firudin Ağasıoğlu, Yusif Bağırzadə Lidiya kralı Krez



Yüklə 332,13 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix15.03.2018
ölçüsü332,13 Kb.
#32053
1   2   3   4   5   6   7   8   9   ...   12

 

18 


sını əks etdirir. İç-Oğuz və Dış-Oğuz bölgüləri Azərbaycanda-

kı oğuzlarla saqa-qamər boylarının bölgüsünü bildirir. Yerli və 

gəlmə boyların birlikdə «Qalın Oğuz eli» adlanması da bunun-

la  bağlı  ola  bilər.  Hər  halda,  İç-Oğuz  ilə  Dış-Oğuz  boylarının 

Azərbaycandakı  savaşı  antik  yazarların  qeyd  etdiyi  saqalarla 

qamərlərin  və  ya saqalarla Mana, Mada  türklərinin savaşı  idi. 

Bu  iç  savaşda  Urmu  gölü  yaxınlığında  öldürülən  Alpər  Tunqa 

da  dışoğuzların  başbuğu  idi.  Türkmənistandakı  Daşoğuz  adı 

onlardan qalmadır. Ola bilər ki, antik yazarların qeyd etdiyi tis-

saget (dişsaqat) boyları dışoğuzlar imiş.

 

Asur  ordusunda 670-ci  illərdə  muzdlu  qamər  əskərləri  gö-



rünür.

19

 Bu  siyasəti  saqa  bəylərilə  də  qohum  olmaqla  qurmaq 



istəyən  asur  çarları  hər  vasitəyə  əl  atırdılar.  Qamər  bəyləri  ki-

mi, saqa elbəylərinin də urartulara nisbətən, asurlarla münasibə-

tində ziddiyət vardı. Bu boyların bəzi soyları öz bəylərilə Asu-

ra  qarşı  olan  Mana  və  Mada  qüvvələrinin  yanında  idi.  Lakin 

Asur çarının qızı ilə evlənən nüfuzlu saqa bəyi Partatu və son-

ralar onun oğlu Madi asurlarla müttəfiq olub, dağılmaqda olan 

Asur  dövlətinin  ömrünü  xeyli  uzatdı.  İ.  M.  Dyakonova  görə, 

Kiçik  Asiyanın  batı  bölgələrini  tutan  qamərləri  də  oradan  bu 

Madi  sıxışdırıb  çıxarmışdı.

20

 Görünür,  sonralar  asurlardan  istə-



dikləri  vergini ala bilməyən saqalar Asur dövlətinə qarşı Babil-

Mada ittifaqına qoşuldu.  

Saqa-Mana  (İç  Oğuz  -  Dış  Oğuz)  əlaqələri  dostluq  və 

müttəfiqlik şəraitində davam edir. Asurlar 670-lərdə manalılara 

yardım  edən  saqa  bəyi  İşpakayı  məğlub  etdiklərini  yazırlar.

21

 



Saqa bəylərilə Mada çarlarının münasibəti isə təzadlarla müşa-

                                                

19

 АВИИУ,  №66. 



20

 Дьяконов, 1956, 234. 

21

 АВИИУ,  №63;  №65. 




 

19 


yiət  olunur:  əlaqələr  gah  dostluq-müttəfiqlik,  gah  da düşmənçi-

liklə davam edir. Saqaların ilk gəlişində, Herodota görə, bunla-

rın arasında savaş baş vermiş və saqalar məğlub olmuşlar. Son-

ra saqalar Madadan bac alaraq, onları uzun müddət dəstəkləyir, 

VII  əsrin  30-20-ci  illəri  arasında  isə  Kiaksar  qonaqlığa  dəvət 

etdiyi saqa bəylərini öldürür və bundan sonra bəzi saqa tayfaları 

Qafqaz üzərindən Azaq yaxalarına qayıdır. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

20 


MADADA HAKİMİYƏTİN PERSLƏRƏ KEÇMƏSİ 

 

Mada imperiyasının qurulmasında saqa qüvvələrindən isti-



fadə olunsa da, sonradan Kuruş dönəmində imperiyanın başına 

keçən perslər yalnız saqa qüvvəsindən istifadə etdikləri çağlar-

da  onlara  yaxşı  münasibət  göstərmişlər,  əksər  hallarda  isə  ən 

qatı düşmən mövqeyində durmuşlar. Hətta perslər nə vaxt saqa 

döyüşçülərinə  qələbə  çalmışsa,  hər  il  həmin  qələbə  gününü 

bayram edib şənlənmiş və bunu sakeya adlandırmışlar. Strabon 

iki  müxtəlif  bölgədə  belə  sakeya  olayını  göstərir;  Kappadoki-

yanın Zel şəhərində perslərin bir qrup saqanı qırdığı gün, bir də 

Kuruşun  hiylə  ilə  qurduğu  tələyə  düşərək,  başı  içkiyə  qarışan 

saqaların qətl olunduğu gün. 

 

Mana  elinin  qürub  çağında  onun  güney-doğu  qonşulu-



ğunda  formalaşan  mad  boylarının  siyasi  birliyi  m.ö.VII  əsrin 

son rübündə artıq  yeni qüvvə  ilə ortaya çıxmışdı. Mada adı  ilə 

tanınan  bu  dövlətin  qədim  Ön  Asiya  tarixində  önəmli  rolu  ol-

muşdur.


22

 Belə  ki,  Asur  dövlətinin  çökməsilə  Ön  Asiyada  qısa 

müddətdə  böyük  imperiyaya  çevrilən  Mada  elinin  sınırları  çox 

geniş  əraziləri  əhatə  edirdi.  Təxminən  70  il  davam  edən  Mada 

elinin  sonu  (m.ö.  550)  haqqında  xeyli  bəlgə  olsa  da,  onun  ilk 

yaranma  çağları  o  qədər  də  aydın  deyil,  çünki  həmin  dövrdən 

bəhs edən qaynaqlar aydın bilgi  vermir.  Herodotun saqa-mada 

savaşlarına  aid  ziddiyətli  məlumatı  da  bu  sahədə  müəyyən 

                                                

22

 Qərb  yazarları  Mediya,  Midiya  kimi  verdiyi  ölkəadı  Tövratda  Maday,  qədim  farsca 



Mada,  elamca  Mata  şəklində  yazılmışdır.  Qədim  formanı  altay  eposu  «Maday  Kara» 

saxladığı  kimi,  karaimlər  indi  də  «midiyalı»  anlamında  madaylı  ifadəsini  işlədirlər. 

Orta əsr Avropa  səyahları Şirvan və Muğanı da Midiya adlandırmış (Ambrozio Kon-

tarini, Antoni Cenkinson), Şamaxını Midiya dövlətinin ən gözəl  şəhəri hesab etmişlər 

(Artur Eduards və Larens Çepmen). Doğrudur, bu, tarixi anaxronizm olsa da, hər halda 

qədim Mada-Azərbaycan bağının sonrakı əks-sədasıdır. 




 

21 


dolaşıqlıq  yaratmışdır.  620-ci  illərə  qədər  Ön  Asiyanın  əksər 

xalqlarından  və  dövlətlərindən  vergi  alan  Saqa  eli  sonra  Mana 

və Urartu ilə birlikdə artıq güclənməkdə olan Mada elindən asılı 

vəziyətə düşdü.  

Asur hegemoniyası əsrin sonuna yaxın Babil-Mada ittifaqı 

qarşısında  tab  gətirə  bilməyib  dağıldı.  Beləliklə,  VII  əsr  boyu 

davam  edən  olaylar  fonunda  öncə  Mada  bəyliyinin  (650-620), 

daha  sonra  isə  Mada  elinin  (620-550)  yaranmasını  izləmək 

mümkündür. Bu çağlarda ətraf ölkə və bölgələr kimi mada böl-

gələri də saqalara vergi verirlər. Bu illərdə saqalar ilə madalılar 

arasında  yaxın  ilişkilər  qurulur.  Madalı  gənclər  saqa  hərb  sə-

nətini,  özəlliklə  saqalara  məxsus  məharətli  ox  atma  üsullarını 

öyrənmək üçün Saqa elinə göndərilirdi. Beləliklə, 620-ci illərə 

qədər  saqa  bəylərinin  himayəsilə  qüclənən  madalılar  artıq 

müstəqil hərbi gücü olan topluma çevrilir və bu güc öncə saqa 

(dış  oğuz)  bəylərinə  qarşı  yönəlir.  Güney  Azərbaycandakı  sa-

qa elitasını qovandan sonra Mada elbəyi Kiaksar asurlara qarşı 

Babil  çarı  Nabupalasar  ilə  ittifaqa  girir.  Mada-Babil  qoşunları 




Yüklə 332,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə