Firudin Ağasıoğlu, Yusif Bağırzadə Lidiya kralı Krez



Yüklə 332,13 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix15.03.2018
ölçüsü332,13 Kb.
#32053
1   2   3   4   5   6   7   8   9   ...   12

 

25 


I martiya maquş aha qaumata nama hauv udapatata haça paişi-

yahuvadaya arakadriş  nama kaufa  haça avadaşa viyaxanahiya  mah. 

«Bir  adam  maq,  Qaumata  adında  Payşiyauvada  Arakadriş  adlı 

dağda Viyaxna ayında (üsyana) qalxdı».

 

522-ci il martın 11-də açıq mübarizə ilə hakimiyəti ələ alıb 



yenidən  paytaxtı  Madaya  (Həmədana)  köçürən  Qam  Ata  taxta 

çıxdığı  gündən  imperiyada  əmin-amanlıq  yaranmışdı,  amansız 

müharibə  və  çəkişmələrdən  əziyət  çəkən  əhali  yeni  elbəyin 

fərmanı ilə üç il vergilərdən və hərbi çağrışdan azad edilmişdi. 

Herodot yazır ki, Qam Atanı (Smerdisi) xalq çox sevirdi, cünki 

xalq üçün çox iş görmüşdü, «o öləndə perslərdən  başqa bütöv 



Asiya ağlayırdı».

28

  



Asur  dövləti  dağılandan  sonra Madaya  tabe olan  ölkələrin 

sayı  artır,  Madanın  əraziləri  böyüyür.  Anadoluda  Lidiya  ilə 

Mada arasında 590-da başlanan müharibə 585-də sülh müqavi-

                                                

28

 Herodot, III. 80. 




 

26 


ləsilə başa çatır və indiki Qızıl-irmaq çayı bu dövlətlərin sınırı 

kimi qəbul edilir. 550-də Madaya qarşı çıxan perslər hakimiyə-

ti ələ alır. Əhəməni sülaləsinə qarşı 522-də geniş  xalq kütlələ-

rinin  iştirakı  ilə  bir  neçə  bölgədə  üsyanlar  başlayır.  Qam  Ata 

hakimiyəti  geri  qaytarsa  da,  yeddi  aydan  sonra  onu  suiqəsdlə 

öldürən  perslər  yenidən  hakimiyəti  ələ  keçirir  və  başlanan  yeni 

üsyanların qarşısı qəddarlıqla alınır.  

Beləliklə,  VII  əsrin  ortalarına  yaxın  asur  istilasına  qarşı 

üsyana qoşulan  mad boybirlikləri az sonra  mərkəzi  hakimiyəti 

olan  dövlət  qurumu  ilə  siyasi  meydana  çıxır,  lakin  VI  əsrin 

ortasında  Mada  elinin  siyasi  hakimiyəti  perslərin  əlinə  keçir, 

Mada elinin ərazilərinə Əhəməni sülaləsinin qurduğu yeni Pers 

dövləti  yiyələnir.  Bu  qısa  xülasədən  göründüyü  kimi,  Mada 

elində  hadisələrin  ümumi  axarı  ətraf  dövlətlərdə  baş  verən 

siyasi olaylarla sıx bağlı idi. Herodot Deyokun 53 il, Phraortun 

(Fraortun) 22 il, Kiaksarın 40 il, Astiaqın isə 30 il hakimiyətdə 

olduğunu qeyd edir. Ktesi isə tamam fərqli tarixlər göstərir.

29

  



Kiaksar öncə Pars bölgəsini tutur, 620-lərdə Mada torpaq-

larında  at  oynadan  saqaları  qovur,  Asura  qarşı  Babil  çarı  Na-

bupalasarla  müttəfiq  olur.  Nabupalasarla  müqavilə  bağla-yan 

Kiaksar  qızını  və  ya  nəvəsini  (Astiaqın  qızını)  onun  oğlu  ilə 

evləndirir.  Babildəki  «Asma  bağlar»  da  bu  qızın  şərəfinə  sa-

lınmışdır. Mada elinin sınırlarını Anadoluda Qızıl-irmağa qədər 

uzadan  Kiaksar  Lidiya  dövləti  ilə  barış  müqaviləsi  bağlayır  və 

oğlu  Astiaq  Lidiya  çarı  Aliattın  qızı  Arieni  ilə  evlənir.  Belə-

liklə,  Asur  dövlətinin  dağılmasında  tarixi  rolu  olan  Kiaksar 

585-dən  ölənə  qədər  Pars,  Part,  Mana,  Urartu,  Saqa,  Qamər 

kimi  bir  çox  dövlətləri,  bəylikləri  Mada  elindən  asılı  ölkə  və 

bölgələrə çevirə bilmişdi.  

                                                

29

 Дьяконов, 1956, 26-27.  




 

27 


Göründüyü  kimi,  oğlu  Astiaqa  böyük  dövlət  adamı  olan 

Kiaksardan  o  çağlarda  Ön  Asiyanın  ən  böyük  imperiyası  olan 

Mada  eli  miras  qalmışdı.  Lakin 

25  ilə  yaxın  bu  imperiyanın  ba-

şında  duran  Astiaq  layiqli  bir 

varis  hazırlamadı.  Pars  bölgəbə-

yinə  verdiyi  qızından  doğulan 

nəvəsi  Kuruş  onu  devirib  haki-

miyəti  ələ  aldı  və  Mada  elinin 

yerində  perslərin  Əhəməni  (Ha-

xamaniş)  sülaləsinin  yeni  Pers 

dövləti yarandı.

30

  

Beləliklə,  Pars  bölgəsinə 



gəlib  yerləşən  aryan  boylarının 

bir neçə nəsildən sonra Haxama-

niş,  Çişpiş  və  I  Kuruşla  başlanan  bölgə  bəyliyini  Mada  elbəyi 

Astiaqın  nəvəsi  və  pers  əyanı  Kambizin  oğlu  olan  II  Kuruş 

böyük  Pers  imperiyasına  çevirdi.

31

 Əhəməni  çağında  İran 



şahları  Quzey  Azərbaycan  torpaqlarını  da  əldə  etmək  üçün 

bura yürüşlər təşkil etmişlər. Bu haqda Azərbaycan tarixçiləri 

belə yazır:  

                                                

30

 Ksenofont isə başqa bir versiya verir. Ona görə, Astiaq qızı Mandananı pers bölgəbəyi 



Kambisə  vermiş,  bu  izdivacdan  Kuruş  doğulmuşdur.  Astiaqın  oğlu  Kiaksar  da  qızını 

bacısı oğlu olan bu Kuruşa verib, belə deyir: «Cehiz kimi bütün Madanı sənə verirəm, 

çünki  oğlum  -  varisim  yoxdur»  (Ксенофонт.  VIII.  V.  19);  Asur  qaynağı  isə  Kuruşu 

perslərin yerləşdiyi Ançanın çarı kimi verir (Дьяконов, 1956, 415). 

31

 Əhəməni  şahlarnın  sırası  belədir:  II  Kuruş  (550-529),  I  Kambiz  (529-522),  I  Dara 



(522-486),  I  Kserks  (486-465),  Artakserks  (465-425),  II  Dara  (424-405),  II  Artakserks 

(404-359), III Artakserks (358-338), Arses (337-336), III Dara (336-330). 




 

28 


«Pomponi  Mela, Böyük Plini, Dion Kassi və başqalarının  yazıların-

dan  aydınlaşır  ki,  massagetlərin  ölkəsi  Dərbəndlə  Gilgilçay  arasın-

dakı  torpaqlarda  yerləşirdi.  Beləliklə,  II  Kuruş  massagetləri  ram 

etməklə  Alban  torpaqlarına  yiyələnmək  istəmişdir.  Onun  bu  istəyi 

baş  tutmadı.  Tomrisin  başçılıq  etdiyi  ikinci  döyüşdə  İran  ordusu 

darmadağın  edildi,  Kuruş  döyüşdə  öldürüldü.  Arazdan  quzeydəki 

torpaqları işğal etməyə yönələn ilk Əhəməni yürüşü boşa çıxdı»

.

32



  

Güney  Qafqazın  batı  bölgələrin-

də isə durum başqa idi, vaxtilə burada 

Madaya,  sonralarsa  perslərə  tabe  olan 

satraplıqlar  vardı.

33

 Qam  Atadan  haki-



miyəti geri alan Daranın Bisutun qaya-

sında  həmin  olayı  əks  etdirən  yazısı 

var. 

  Makedoniyalı  İskəndərə  məğlub 



olana  qədər  Əhəməni  sülaləsinin  ida-

rə etdiyi Pers dövlətinin  milli siyasəti 

İranda  yerli  boyların  assimilyasiya-

sına  yönəlmişdi.  Lakin  öncəki  Mana 

ərazisi  bu  çağda  Mada  satrapiyası 

daxilində  olduğu  üçün  Mada  adlansa 

da, burada irandilli  mad boyları deyil, 

türkdilli madlar yaşayırdı. Pers dövləti 

dağılandan  sonra  Atropatena  (Kiçik 

Mada) kimi tanınan həmin ərazidə At-

                                                

32

 AT, 1996, 75. 



33

 Q.  A.  Melikişvilinin  qeyd  etdiyi  kimi,  hələ  Mana  eli  çağında  Güney  Qafqazın  batı 

bölgələrində yaşayan boylarla manalıların əlaqəsi vardı. Mada eli çağında isə Madadan 

asılı olan bu bölgələr Əhəmənilərə miras qalmış 13, 18 və 19-cu satraplıqlar idi. 




Yüklə 332,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə