Firudin Ağasıoğlu, Yusif Bağırzadə Lidiya kralı Krez



Yüklə 332,13 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix15.03.2018
ölçüsü332,13 Kb.
#32053
1   ...   4   5   6   7   8   9   10   11   12

 

44 


ilkin yurdu kimi başqa yazarların da qeydləri vardır. Hər halda 

Xəzərin  doğu  yaxasında  yaşayan  massagetlər  üzərinə  getmək 

istəyən  Kuruş  hansısa çayı keçməli  deyildi, çünki belə bir çay 

orada  yoxdur.  Halbuki,  Araz  çayından  keçmək  üçün  Kuruşun 

gəmilərdən körpü düzəltmək planı vardı. 

Tumruz. Herodotun  massaqet boylarının qadın hökmdarı 

kimi  verdiyi  Tomiris  xatunun  adı  Tomruz  və  Tumruz  şəklində 

bugünəcən Azərbaycanda işlənməkdədir. Yazara görə, Tumruz 

xatun  massaget  elbəyinin  xanımı  idi,  elbəy  öləndən  sonra  onu 

əvəz edirdi. Türk dövlət gələnəyində bunun başqa örnəkləri də 

vardır.  Bunun  üçün  heç  uzağa  getmək  lazım  deyil,  elə  massa-

getlərin  yaşadığı  Azərbaycanın  quzey  bölgəsində  min  il  sonra 

da eyni olay təkrar olunmuşdur. Buradakı subar başbuğu Balaq 

öləndən sonra onu  «kişi kimi təpərli və ağıllı» xanımı Buğarıq 

xatun əvəz edir. Bu xatunun 100 minlik ordusu vardı.

49

 

Görünür,  hələ  Mana-Mada 



çağında  Atayurda  qayıdan  saqala-

rın  bir  hissəsi  (massagetlər)  Xəzər 

boyu  Dədbənd-Muğan  arasında 

oturmuşdular.  Burada  Saqa  elinin 

bir  əyalətini  təşkil  edən  massaget-

lər  Saqa  eli  dağılandan  sonra  bir 

az  quzeyə  çəkilib  bəylik  qurmuş-

dular.  Sonrakı  Alban  eli  çağında 

Maskut adlanan bu bəylikdə Bakı-

Dərbənd arasındakı yollara nəzarət 

edən  və  vaxtilə  massaget  adlanan 

boylardan  qalanlar  məskunlaşmışdı.  İndiki  Maştağa  kəndinin 

                                                

49

 Moravcik, 1983, ЫЫ. 85, 108, 114, 292-293. 




 

45 


adı  da  (masqat 

mastaq)  massagetlərdən  qalmadır.  Massaget 



adı, əslində, başsaqat (massaqat) boyadının yunan-latın qaynaq-

larındakı təhrif olunmuş formasıdır, necə ki, dış saqatlar də tis-



sagetlər kimi qələmə alınırdı. Massaqetlərin bir qolu da sonralar 

mesxet  (meseqet)  adlanırdı  ki,  onlar  da  Axıska-Tiflis  arasında 

oturmuşdular.  Bunlar  saqaların  batı  qolu  olduğundan  aq  saqa 

(axıska), yəni batıdakı saqalar kimi tanınırdılar və  KDQ-da bu 

bölgə elə Aqsaqa adlanır. Göründüyü kimi, m.ö.VII əsrdə Saqa 

eli çağında Azərbaycanda  massaget boyları ayrı-ayrı bölgələrə 

yayılmışdılar.  Təbii  ki,  belə  durum  sonrakı  yüzildə  Mada  eli 

çağında da davam etmişdir. Tumruz xatun Madada hakimiyətin 

perslərə  keçdiyi  çağda  Azərbaycandakı  massagetlərin  hökm-

darı idi. 

Kuruş  elçi  göndərib  onunla  evlənmək  istədiyini  bildirir, 

ancaq  təklifi  rədd  edən  Tumruz  xatun  bilir  ki,  Kuruşun  məq-

sədi  massagetlərin  ölkəsini  ələ  keçirməkdir.  Bu  hiylənin  baş 

tutmadığını görən Kuruş hücuma keçmək üçün Araz üzərindən 

keçməyə hazırlaşır.  

Tumruz Kuruşa xəbər  göndərir ki, əgər sən  massagetlərlə 

savaşmaq  istəyirsənsə,  biz  döyüşçülərimizi  çaydan  üç  günlük 

məsafəyə  geri  çəkərik,  körpü  qurmağı  saxlayıb,  rahatca  bu  tə-

rəfə  keç,  əgər  savaş  üçün  bizi  öz  torpağına  buraxmaq  istəyir-

sənsə, işinə davam et. Bu  müraciətdən sonra Kuruş pers əyan-

larını  yanına  çağırıb  məsləhət  istəyir.  Onlar  da  məsləhət  görür 

ki, Tumruzun ordusunu bu tayda gözləmək daha yaxşı olar. Bu 

fikrə qarşı çıxan Krez isə o tərəfə keçməyi təklif edir və massa-

getlərə  necə  tələ  qurmağı  Kuruşa  anladır.  Bu  planı  bəyənən 

pers  şahı  oğlu  Kambizlə  Krezi  geri  göndərir  və  oğluna  Krezi 

himayə etməyi tapşırır. 




 

46 


Qoşunla  birlikdə  Araz  çayını  keçən  Kuruş  Krezin  dediyi 

üsulla  massaget  döyüşçülərinin  kiçik  bir  dəstəsini  tələyə  salır. 

Zəif  bir  qurbanlıq  dəstəsini  düşərgədə  qoyub,  özü  geri  çəkilir. 

Massagetlərin kiçik bir qrupu  Tumruz  xatunun oğlu Sparqapis 

(Subarqapis) bəyin başçılığı ilə düşərgəyə hücum edib, persləri 

qırır. Krezin planına uyğun perslərin düşərgədə qoyduğu çaxır-

dan  içib,  qələbəni  qeyd  edən  massaqetlər  sərxoş  olub  burada 

yatırlar. Onlar yuxuda ikən perslərin hücumuna məruz qalırlar, 

bəziləri şəhid, bəziləri əsir düşür. Sparqapis də əsirlərin  içində 

idi.  


Oğlunun massaget döyüşçülərilə birlikdə pers hiyləgərliyi 

ilə qurulan tuzağa düşməsini öyrənən Tumruz xatun Kuruşa bu 

xəbəri  göndərir:  "Ey  qana  doymaz  Kuruş!  Öz  hünərinlə  öyün-

mə! Siz perslər üzüm suyundan məst olub hədyanlar danışarsı-

nız.  Elə  həmin  zəhrimarla  da  mənim  oğlumun  qoşununa  qalib 

gəlibsiz.  Əgər  hiylə  ilə  qələbə  çalmasaydınız,  şərəfli  döyüşdə 

silah  gücünə  heç  nə edə bilməzdiniz. Massaget döyüşçülərinin 

üçdə birini yenəndən sonra xoşluqla mənim məsləhətimə qulaq 

as, oğlumu qaytar və necə gəlmisənsə, eləcə də sağ-salamat çıx 

get.  Əgər  bunu  etməsən,  bütün  massagetlərin  tapındığı  qutsal 

Günəşə and olsun ki, qana doymayan adam,  mən doğrudan da 

səni qan canağında boğaram."

  

Kuruş isə bu sözlərə əhəmiyət vermədi. Çaxırın təsirindən 



dumanlanan başı ayılanda düşdüyü  vəziyəti anlayan  Sparqapis 

əllərinin  çözülməsini  Kuruşdan  xahiş  edir,  əli  açılanda  yanın-

dakı  persin  xəncərini  alıb  özünü  öldürür,  çünki  bu  türk  tegini-

nin qüruru düşmənə əsir düşməyi qəbul edə bilməzdi.  

Bu  olaydan  xəbər  tutan  Tumruz  xatun  Kuruşun  ordusuna 

qarşı  hücuma  keçir.  Herodotun  yazdığına  görə,  massagetlərin 

bu savaşı düşmənə qarşı keçirdiyi ən böyük və ən qanlı döyüş 



 

47 


idi.  Savaş  başlayanda  düşmən  qoşunları  üz-üzə  dayanıb  bir-

birini  uzaqdan  oxa  tutdular.  Sonra  nizə  və  xəncərlə  əlbəyaxa 

döyüşə keçdilər. Heç biri geri çəkilmək istəmir, döyüş uzanırdı. 

Nəhayət, massagetlər pers ordusunu yendilər və perslərin çoxu 

bu savaşda həlak oldu. Kuruş da öldürüldü.  

Kuruşun cəsədini tapmağı tapşıran Tumruz xatun əmr edir 

ki, çaxır tuluğunu da qanla doldursunlar. Kuruşun meyidini ta-

pıb gətirirlər. Tumruz xatun onun başını kəsib qanla dolu tulu-

ğun içinə soxur və tarixə ibrət dərsi olan bu deyimini söyləyir: 

"Sən  hiyləgərliklə  mənim  oğlumu  tutdun,  onu  əlimdən  aldın. 

Mən demişdim, sənə qan içirdəcəyəm. İndi nə qədər istəyirsən, 

iç bu insan qanından."

  



 

48 


Bu tarixi olayı belə təsvir edən Herodot yazır: “Kuruşun 

necə öldürülməsi haqqında çox hekayə danışırlar. Ancaq mən 

daha doğrusunu anlattım”.

50

  



Azərbaycan  türklərinin  soykökündə  duran  onlarla  türk 

boylarından  biri  də  dış  oğuzlardan  sayılan  massagetlər  idi  və 

yuxarıda deyildiyi  kimi, onlar Xəzərin  həm  doğu,  həm də batı 

yaxalarında yaşayırdılar. Tumruz xatun azər türklərinin ən çox 

sevilən  qadın  hökmdarı  idi.  Tomirislə  bağlı  bu  əfsanənin 

Qafqazda  geniş  yayılmasını  N.Y.Marr,  L.S.Tolstova  da  qeyd 

etmişlər.  Belə  ki,  hekayələrin  birində  pers  şahının  Gürcüstan 

kraliçası 

Tamaraya 

elçi 


düşməsi  deyilir  və  istəyinə 

nail 


olmayan 

şahın 


müharibə  etməsi,  kraliçanın 

                                                

50

 

Herodot, I. 214.



 


 

49 


oğlunu  hiylə  ilə  öldürməsi,  savaşda  özünün  də  ölməsi, 

Tamaranın  onun  başını  nizəyə  taxdırıb  qələbə  törənində 

nümayiş  etdirməsi  söylənir.  Göründüyü  kimi,  bu  gürcü 

əfsanəsində  kraliça  Tamara  eynən  Tumruz  xatuna  bən-

zədilmişdir. 

Beləliklə, 

yazılı 

daş  fiqurda  adı  keçən 



pers  kralı  Kuruş  və 

Lidiya 


kralı 

Krezin 


həyatı  ilə  bağlı  tarixi 

olayları, onun Solonla olan (və ya uydurulan) görüş haqqındakı 

deyimləri  gözdən  keçirmiş  olduq.  Tarixi  bəlgələrə  görə  hər  üç 

şəxsin  m.ö.  VI  əsrdə  yaşaması  bu  daş  fiqurun  da  həmin  çağa 

aid olmasını mümkün saymağa imkan verir.    

 

 



SELEVKİLƏR ÇAĞI 

Nəzərdən keçirilən yazılı daşların üzərindəki yazılar onla-

rın m.ö. VI əsrdə baş verən olaylarda adı keçən tarixi şəxslərlə 

ilgili  olduğundan  daşların  da  həmin  əsrə  aid  olduğunu  güman 

etmək olar. Ancaq bu daşlardan biri m.ö. III-I əsrə aid ola bilər, 

çünki  buradakı  Antiotxa  adı  Selevki  xanədanında  ən  yayğın 

olan  Antiox  adına  yaxındır.  Bu  daşdakı  qabartma  qadın  fiquru 

olduğundan  Katrian  adını  da  Katerina  qadın  adının  yanlış 

yazılışı  kimi  qəbul  etmək  olar.  Selevki  xanədanında  bəzi 

kraliçaların basilissa titulu daşıması da bəllidir. 

Antik  çağın  ən  qüdrətli  cahangiri  olub,  bir  çox  xalqların 

mifik-epik qəhrəmanına çevrilən Makedoniyalı İskəndər Misir-

dən Hindistana, Orta Asiyaya qədər böyük ərazini az müddətdə 

işğal etmiş, ellinizmin bu ərazilərə təsir etmə imkanı yaranmış-




 

50 


dır.  Lakin  İskəndər  öləndən  sonra  bu  nəhəng  imperiya  Misir, 

Suriya və Makedoniya kimi üç böyük dövlətə parçalandı. Haki-

miyəti  Suriyada  Selevkilər,  Misirdə  isə  Ptolemeylər  sülaləsi 

yürütdü.  Selevkilərdən  çar  III  Antiox  Roma ordusuna  məğlub 

olandan sonra Selevk dövləti parçalandı və getdikcə doğu böl-

gələr Part, batı bölgələr Roma imperiyasının nüfuzu altına düş-

dü. Suriyada son Selevki bölgəsi də onların əlindən m.ö. 63-də 

çıxdı.  


Doğrudur,  İskəndər  Azərbaycanda  olmamışdı,  lakin  yunan 

tacir  və  sənətkarlarının  Azərbaycana  yolunu  açmışdı.  Ondan 

sonra Selevkin göstərişilə m.ö. 283-də Patrokl Xəzər dənizinin 

coğrafi durumunu öyrənməyə başlamışdı. Bərdədə m.ö. II əsrə 

aid  selevki  pulları  (tetradraxma)  tapılması,  bir-iki  əsr  sonraya 

aid  yunan  əlifbası  ilə  olan  yazının  Şəkidə  bulunması  yunan-

azər  əlaqələrinin  göstərgəsidir.  Selevki  dönəmində  yunanlar 

doğu  ölkələrlə  həmişə  əlaqədə  olmuşlar.  Bizans  çağı  qaynaq-

ları  bu  yöndə  türklərin  tarixi  üçün  əvəzsiz  bəlgələr  verir.

51

 Bu 



baxımdan, üzərində BASİLES ANTİOTXA KATRİAN sözləri 

yazılmış daş fiqurun da Azərbaycanda tapılması normal haldır, 

necə ki, AYLIOS 10 ASON sözlərilə başlanan yazılı daş Şəki-

də tapılmışdır:  

                                                

51

 İskəndər  və  Selevkilər  çağında  yunan-makedon  əskərlərinə  ayrılan  torpaqda  onların 



yerlilərlə qarışması görünür. Olsun ki, vaxtilə Muğan-Xəzər arasında olmuş Yunan-şəhər 

də o çağlarda yunan koloniyası imiş. Vaxtilə pers çarının Xəzərin güneyindən Anado-

luya  köçürüb,  sonralar  Lidiyada  Hirkan-çuxuru  adlanan  bölgədə  yerləşdirdiyi  hirkanlı-

larla burada oturan makedonialı əsgərlərinin qovuşması buranın «makedon-hirkan poli-

si» adlanmasına  səbəb  olmuşdur.  Görünür,  bu  cür  qarışıq  yaşayanlara  «qatılmış»  anla-

mında qatıq (katık)

 

demişlər


 

(

Бикерман, 1985, 95-98). 




 

51 


 Suriya  krallarının  soybabası 

sayılan  Selevkin  adı  onların  xanə-

dan  adına  çevrilsə  də,  onun  oğlu,

 

m.ö. 281-261-də hökmdar olmuş  I 



Antioxun  adı  xanədan  yönəticiləri 

arasında  daha  çox  yayılmış  və  bu 

adı  bir  çox    kral  daşımışdır.  İndi 

Britaniya  muzeyində  saxlanan  bu 

heykəl  də  Antioxlardan  birinin 

Herakl  ilə  görüşünü  əks  etdirir. 

Haqqında 

danışdığımız 

yazılı 

daşın  Mada  canişini  Molonu  220-



də  zərərsizləş-

dirən,  212-də  isə  partlarla  savaşda  “böyük” 

ləqəbini  alan  III  Böyük  Antioxla  bir  bağı  ola 

bilməsi mümkündür.  

I  Selevkin  evləndiyi  Apama  bəyim  Orta 

Asiyadan  idi,  onların  oğlu  Antiox  atasının  o  biri  arvadı 

Stratonikə  vurulmuş  və  analığına  olan  məhəbbəti  onu 

xəstələndirib yatağa salmışdı. Bunu öyrənən saray həkimi olayı 

Antioxun  atasına  söyləyir,  o  da  oğlunun  Stratoniklə 



 

52 


evlənməsinə  razılıq  verir.  Sonralar  bu  hadisə  bir  neçə  məşhur 

rəssamın çəkdiyi şəkilin mövzusu olmuşdur: 

Yazıda adı keçən Katrianın xristian camiyəsində Katerina, 

Yekaterina,  Katrina  şəklində  yayğın  olan  qutsal  Katerinanın 

adı  ilə  bağlıdırsa,  onda  yazılı  daşın  yaşı  bir  neçə  əsr  sonraya 

çəkilməsi  gərəkir.  Belə  ki,  Katerina  adı  III  əsrdən  sonra  geniş 

yayılmışdır.  Lakin  bu  çağlarda  Antiox  adı  artıq  dəbdən  düş-

müşdü.  Yəni  yazıdakı  adlardan  Antiotxa  yazılı  daşın  tarixini 

Selevki çağına, Katrian isə Poma-Bizans çağına aparır.  



 

53 


Xristian  dini  ədəbiyatında  yayğın  əfsanəyə  görə,  294-də 

Aleksandriyada doğulmuş Katerina həm gözəl, həm də oxumuş 

ağıllı bir qız imiş. Tanrıya qəlbən bağlı olan bu qız xristianlığı 

təbliğ etdiyi üçün ağır işgəncə ilə öldürüləndə möcüzəli şəkildə 

qeyb  olur.  Bu  olaydan  üç  yüz  il  sonra 

monaxlar  onun  cəsədini  Sinay  dağında 

tapırlar 

və 


buradakı 

monastra qutsal Katerinanın adını verirlər.  

Bu  monastrın  bir  özəlliyi  də  İslam  peyğəmbəri  həzrət 

Muhəmmədlə  bağlıdır.  Belə  ki  rəvayətə  görə  gəncliyində 

burada  qonaqlanıb  ağırlandığından  Katerina  monastırının 

qorunması üçün 635-də yazılı göstəriş vermişdir. Katerina mo-

nastırını  bugün  də  ziyarət  edənlərin  sayı  çoxdur.  Qutsal 

Katerinanın  1505-də  ağacdan  yonma  bu  nadir  alman  heykəli 

hətta son illərdə keçirilən bir auksona 4-6 milyon dollar dəyərilə 

çıxarılmışdı. 

   



 

54 


 

 

 



SÖZSONU 

Krezin  530-da  pers-massaget  savaşında  Kuruşa  məsləhət 

verməsi və Kuruşun oğlu Kambizlə İrana qayıtması bəllidir və 

ola  bilər  ki,  Kambiz  şahlıq  edəndə  (529-522)  Krez  onun  da 

müşaviri idi. Lakin Qam Ata ilə bağlı 522-dəki olaylarda onun 

adı keçmir, I Dariuş (522-486) dönəmində də xatırlanmır. Ona 

görə  də,  düşünmək  olar  ki,  artıq  522-də  Krez  həyatda  yox  idi. 

Bu  nədənlə  üç  tarixi  şəxsiyətin  adı  keçən  daş  fiqurun  m.ö.  VI 

əsrin  sonlarında  hazırlandığını  ilkin  versiya  kimi  irəli  sürmək 

olar. 


 

 

 



 

 

 




 

55 


Hər  iki  tərəfində  rəsm  və  yazı  olan  daşın  tarixi  də  həmin 

çağa  aid  ola  bilər.  Daşın  bir  üzündəki  yazı  (№  1)  o  dönəmdə 

Ön  Asiyanın  müxtəlif  bölgələrində  geniş  işlənən  aramey  əlif-

basına bənzəsə də, hələlik bunu qəti söyləmək mümkün deyil: 

 

 

Üzərində  basiles  antiotxa  katrian  sözləri  yazılmış  (№  3) 



daşın  isə  daha  sonrakı  əsrlərdə  hazırlanması  ehtimal  olunur. 

Beləliklə,  Azərbaycanda  tapılmış  hər  üç  daşın  hazırlana  bilə-

cəyi  tarixlər  haqqında  müəyyən  bəlgələri  gözdən  keçirib,  bəzi 

ehtimallarda  bulunduq,  yozumlar  verdik.  Lakin  bunlar  hələlik 

ilkin ehtimallardır. Gerçəyini isə uzmanlar söyləyəcək. 

Ədəbiyat 

Алиев И. Очерк истории Атропатены. Б. 1989 

Артамонов М. И. К вопросу о происхождении скифов. ВДИ, №2, 1950 

Акопян А. А. Албания - Алуанк в греко-латинских и древнеармянских источниках. 

Ереван, 1987 



Бикерман Э. Государство Селевкидов. М. 1985 

Велиев С. Древний, древний Азербайджан. Б.1983 

Геродот. История в девяти книгах. Л.1972 

Гракав Б. Н. Скифы. М. 1971  

Дюмезиль Ж. Скифы и нарты. М. 1990 

Дьяконов И. М.  История Мидии. М.-Л. 1956 

Закиев М. З. Этногенез и основные вехи развития булгаро-татар в контексте «Запад-

Восток». «Очерки по истории татарской культуры», Казань, 2001 



Ксенофонт. Киропедия. М. 1976 

Ксенофонт. Анабасис. Греческая история. М. 2003 

Ибн Хордадбех. Книга путей и стран. Б.1986 

Неру Дж. Взгляд на всемирную историю. 1 т. М.1981  

Плутарх. Избранные жизнеописания. Ы-ЫЫ тт. М.1987 

Плутарх. Застольные беседы. М. 1990 

Страбон. География в 17 книгах. М.1994 


 

56 


Струве  В.  В.  Этюды  по  истории  Северного  Причерноморья,  Кавказа  и  Средней 

Азии. Л. 1968 



Шеворошкин В. В. Лидийский язык. М. 1967 

Ağasıoğlu F.  Azər xalqı. B. 2000 (III basqı 2005) 

Ağasıoğlu F.  Türk elləri. Saqa-qamər boyları. B. 2006 

Ağasıoğlu F.  Doqquz Bitik (əlyazma) 

Candar A. Kimmerler. «Ülkü» dergisi, şubat, 1935 

Durmuş İ. İskitler (Sakalar). Ankara, 1993 

Moravcsik G. Bizantinoturcica. I-II. Berlin, 1983 

Herodotos. Herodot tarihi (çeviren Muntekim Ökmen). İstanbul,1983 

Kırzıoğlu M. F. Yukarı-Kür ve Çoruk boylarında kıpçaklar. Ankara,1992 

Kokovtsev P. X əsr Yəhudi-Xəzər yazışması. (Tərcümə edən V.Zifəroğlu). B. 2009  

Sulimirski T. Scythian Antiquies in Westen Asia. «Artibus Asiae», vol.17, №3-4, Askona,1954 

Sulimirski T. The Gimmerian problem. «Bul.İnst.Archeol.Univ.», №2, London, 1959 

Sümer F.  Safavi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolü. Ankara,1976 

Sümer F.  Selcuqlu  tarihinde  igdişler. TDA,  №35, 1985 

 

Qısaltmalar  

АВИИУ 

Дьяконов И.M.  Ассиро - Вавилонские источники по истории Урарту.  



ВДИ,  №2-3, 1951 

АИОСК 


-  Античные  источники  о Северном Кавказе.(Сост. В.Аталиков).  Наль-

чик, 1990 

AT 1994 

- Àzərbaycan tarixi. Ən qədim zamanlardan XX əsrədək, I c. (red. Z.Bün-



yadov, Y.Yusifov). Á. 1994.  

AT 1996 


-  Azərbaycan  tarixi.  Uzaq  keçmişdən  1870-ci  illərə  qədər.  (red.  S.  Əliya-

rov). B. 1996  

EAMTİL 

- Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti (Budaqov 



B.E., Qeybullayev Q.). B.1998 

ИНСК 


- История нородов Северного Кавказа с древнейших времен до конца 

XVIII в. М.1988 

КДГ 

-  Китаби  Дядя  Горгуд  (Араслы  Щ.)  Б.1938; 



1962; (Ерэин М.) Ы-ЫЫ ъ. Анкара 

НАА 


- Народы Азии и Африки 

ОК 


- Ономастика Кавказа. Махачкала, 1976 

ПОА 


- Путешественники об Азербайджане. I т. Б. 1961  

 

 




 

57 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Yüklə 332,13 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə