Firudin Ağasıoğlu, Yusif Bağırzadə Lidiya kralı Krez



Yüklə 332,13 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix15.03.2018
ölçüsü332,13 Kb.
#32053
1   ...   4   5   6   7   8   9   10   11   12

 

38 


onun sonrakı taleyilə bağlı  Herodotun  verdiyi bilgi başqa qay-

naqlarda da təkrar olunur.  

Krezin atası Aliatt vaxtilə qızı Arienisi Mada elbəyi Kiak-

sarın oğlu Astiaqa vermişdi. Kuruş ana babası sayılsa da, Asti-

aqın əlindən  hakimiyəti savaşla aldığından Krez öz qohumunu 

müdafiə etmək bəhanəsilə müharibəyə başlamaq qərarına gəlir. 

Bu  qərarın  qəbul  olunmasında  orakuldan  gələn  falaçmanın  da 

yanlış  yozumunun  etkisi  olmuşdu.  Bunları  söyləyən  Herodot 

daha sonra əlavə edir ki, Kuruş Krezin yandırılmasını əmr edir. 

 Krezin bağlandığı yeri alov bürüyəndə

 

o üç dəfə “Solon” 



deyə, qışqırır. Bunu eşidən Kuruş onun nə demək istədiyini öy-

rənmək  üçün  yanına  gətirdib  sorğulayır.  Krez  də  Solonun  ona 

“ölümündən  öncə  heç  kim  xoşbəxt  sayılmaz”  dediyini  və  bu 

sözlərin  gerçək  anlamının  düşdüyü  indiki  durumda  anladığını 

söyləyir.  Bunu  eşidən  Kuruş  Krezi  azad  edir  və  özü  ilə  Persi-

yaya aparır, yanında müşavir kimi saxlayır.

39

 

Beləliklə,  perslərin  qələbəsilə  başa  çatan  bu  Pers-Lidiya 



savaşından  sonra  Lidiya  dövlətinin  sonu  oldu  və  Pers  imperi-

yasının  bir  əyaləyinə  çevrildi,  Mada  elinin  dağılmasında  pers-

lərə kömək edən madalı Harpaq da buraya canişin təyin edildi. 

Kuruş  əsir  aldığı  Krezlə  Persiyaya  qayıdıb  massagetlərə  qarşı 

müharibəyə hazırlaşdı. 

 

 

 

 

 

                                                

39

 Herodot, I. 73-89. 




 

39 


KURUŞUN TUMRUZLA SAVAŞI  

Tarixi qaynaqlarda Kuruşun ölümü ilə bağlı əsasən Hero-

dotun yazdığı variant daha geniş yayılmış və qəbul olunmuşdur. 

Bu baxışa görə Kuruş massagetlərin hökmdarı Tomris xanımla 

savaşda öldürülmüşdür. Bəzi tarixçilər Massaget elini bu olayla 

bağlı Orta Asiyada yerləşdirirlər, çünki Herodotun burada qeyd 

eydiyi  Araz  çayının  Amudərya  olduğunu  güman  edirlər.  Belə 

baxışa qapı açan məsələlərdən biri də həmin çağlarda massaget 

boylarının  Orta  Asiyada  da  yaşaması  ilə  bağlıdır.  Doğrudur,  o 

dönəmdə massagetlər Orta Asiyada vardı, ancaq massaget boy-

ları təkcə orada deyil, Xəzərin hər iki tərəfində yaşayırdılar. Bu 

məsələlərə  aydınlıq  gətirmək  üçün  Herodotun  hansı  Arazdan 

danışmasına və massagetlərin kimliyinə baxmaq lazım gəlir.  

Araz.  Azərbaycanın  əsas  çaylarından  birinin  adı  olan  bu 

hidronim  hələ  qədim  çağlardan  tarixçilərin  diqqətini  çəkmiş, 

onun  etimologiyası  və  coğrafi  koordinatları  üzərində  böyük 

mübahisələr aparılmışdır. Arazın coğrafi ölçüləri qədim Alban, 

Ərmən,  Atropaten  sınırlarının,  saqa  boylarının  ilkin  Atayurdu 

probleminin  düzgün  yozumu  üçün  böyük  önəm  daşıyır.  Azər 

xalqının  tarixi  coğrafiyası  Arazla  sıx  bağlı  olduğu  kimi,  onun 

gerçək  tarixi-coğrafi  koordinatları  prototürk  etnosunun  ilkin 

yurd  probleminə  də  işıq  tutur.  Öncə  qeyd  edək  ki,  müxtəlif 

bölgələrdə ona rast gəlmək olur. Araz adı teonim, etnonim  və 

toponim kimi də işlənmişdir:  

Urartu  panteonunda  Araza,  asur-urartu  yazılarında  Urmu 

gölündən  yuxarıda  qədim  zəngi  boylarının  Sanqibut  bölgəsindəki 

araz apelyativi  ilə  yaranan  xeyli  yer-yurd adı  və  Arazu şəhəri, Hə-

mədan  tərəfdə  verilən  Araziaş  şəhər-qalası,  Boğazköy  mətnlərində 



Arazaştiya, Arazın orta axarında Araksena ovalığı, çayın sağ yaxa-

sında Arasbaran, sol yaxası Ağrı vadisində müasir Arazdəyən topo-




 

40 


nimləri;  Qazax  boy-soy  adları  sırasında  oraz  etnonimi,  kokan  və 

jaybasar (çaybasar)  boyunda oraz uruğu  və  bu uruğun  tobış-oraz

oraz-keldi  soyu,  etruskların  özlərini  aras  (ras-ena)  adlandırması, 

Türkmən elində Araz-qöl, Dağıstanda Araks toponimi vardır.

40

 

Müxtəlif Araz çayları olduğu üçün bəzi qaynaqlar bunları 



dolaşıq  salır,  bəzən  də  qaynaqda  informasiyanın  qısa  olması 

sonrakı şərhçilərin səhv fikir söyləməsinə səbəb olur. Əsas Araz 

çayı  haqqında  m.ö.VI  əsrdən  üzübəri  Hekatey,  Herodot,  Stra-

bon,  Ptolemey,  Plutarx  və  başqa  yazarların  məlumatı  diqqəti 

çəkir. Bu bəlgələrdə ortaq fikir budur ki, Ərmən ölkəsindən baş-

lanan  Araz  çayı  Azər  ölkəsindən  (Strabon,  XI.  14.  3)  keçir, 

doğuya  axıb  Araksena  bölgəsini  arxada  qoyur  və  sonra  Kürə 

qoşulub, Kaspiyə tökülür və ya Kürə qoşulmadan bu dənizə ay-

rıca tökülür. Lakin qaynaqlar Orta Asiyadan Yunan elinə qədər 

bir  neçə  Araz  hidronimi  qeyd  edir  ki,  bunlar  da  Sır-Dəryanın 

qolu  (Arıs),  Uzboy,  Qızıl-üzən,  Persopoldan  axan  bir  çay  və 

İtil  (Volqa)  ilə  eyniləşdirilir.

41

 Teymur  Məmmədov  «Azərbay-



can  tarixindən  qoparılmış  səhifələr»  (1998)  adlı  dəyərli  silsilə 

məqaləsində Arazla bağlı xeyli dəqiqləşmə aparmışdır. S. Vəli-

yevə  görə,  tarix  boyu  Xəzərin  səviyəsi  bir  neçə  dəfə  enəndə 

Araz Kürdən ayrılıb birbaşa Xəzərə axmışdır, son dəfə 1896-da 

təkrarlanan bu olayın qarşısı süni yolla alınmışdır.

42

 



Araz hidronimi  haqqında  məlumatı  iki ayrı-ayrı  mənbə-

dən  alan  Herodot əsas Arazın coğrafi durumunu  düzgün  versə 

də, başqa bir yerdə Arazı Qızıl-üzənlə dolaşıq salır. Doğu Ana-

                                                

40

 ИНСК,  224;  Övliya  Çələbinin  Şəki  yaxınlığında  qeyd  etdiyi  Araş  qalası,  Türküstanın 



Altın dağlarının güneyində Araş dağı aras sözü ilə bağlıdırsa, Arazı etnohidronim say-

maq olar, lakin Arazyaxası toponimika Arazı tanrıadı kimi təqdim edir (Арутюнян, 359); 

Yardımlıda Arus (Əris) kəndinin adı da diqqəti çəkir.  

41

  Акопян ,1987,76; Велиев, 1983, 132-138; Sümər, 58;       



42

 Велиев, 1983, 132-138. 




Yüklə 332,13 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə