Firudin Ağasıoğlu, Yusif Bağırzadə Lidiya kralı Krez



Yüklə 332,13 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix15.03.2018
ölçüsü332,13 Kb.
#32053
1   ...   4   5   6   7   8   9   10   11   12

 

41 


dolu (sasper və kolx boylarının əraziləri) ilə Xəzər arası hissədə 

Asiya qitəsinin quzey sınırı Araz çayı olduğunu deyən Herodot 

burada əsas Arazın coğrafi durumunu verir, lakin Xəzərin batı-

sındakı  massaget  boyları  və  Tomirisdən  danışarkən  Qızıl-üzən 

ilə əsl Arazı dolaşıq salır və yazır ki, Araz da Qind (Diala) çayı 

kimi  qaynağını  Matien  dağlarından  alıb,  maneəsiz  keçib  Kas-

piyə  tökülür.

43

   Herodotun  Qızıl-üzənlə  Arazı  dolaşıq  salması 



Strabonun  da  diqqətini  çəkmişdir.  O  yazır  ki,  «Herodotun  bu 

məlumatı tamam yanlışdır».

44

  

Araz  çayı  haqqında  qaynaqların  düz-



gün  qavranılması  olduqca  vacib  məsələdir, 

çünki  coğrafi  durumdan  asılı  olaraq,  bir 

çox protoazər uruq və boylarının, özəlliklə, 

saqa-qamər  boylarının  «ilkin  yurd»  məsə-

ləsi  həmin  coğrafi  durumla  aydınlaşa  bilir. 

Araz hidroniminin türk dilinə aid olması da 

bəllidir,  araz  sözü  azər  və  digər  türklərdə 

antroponim,  etnonim,  oronim  və  hidronim 

kimi işlənmişdir. 

Əsas  Arazın  coğrafi  durumu  üzərində  Strabon  və  Plutarx 

dövründən  başlanıb  hələ  də  davam  edən  mübahisəyə  vaxtilə 

qoşulan Adam Oleari Şamaxı, Muğan, Gilan bölgələrində olar-

kən  bu  ərazilər,  özəlliklə,  Kur-Araz  hidronimləri  üzrə  gedən 

mübahisələrə aydınlıq gətirmək amacı  ilə mövcud durumu təs-

vir  edəndən  sonra  yazmışdır:  «Burada  göründüyü  kimi,  qədim 

yazarlar bu yerlər  və çayların durumu  haqqında böyük səhvlər 

buraxmışlar».

45

  



                                                

43

  Herodot, IV. 40 və I. 202. 



44

  Страбон, 500; Lakin Qızıl-üzənə yaxın toponimlərin tərkibində «araz» sözü vardı.  

45

  ПОА, 288. 




 

42 


Araz adının etimologiyası haqqında müxtəlif fikirlər söy-

lənsə  də,  hələlik  bunların  heç  biri  inandırıcı  deyil,  burada  hə-

min  fikirləri  təkrar  etməyə  lüzum  görmədik.  Bu  hidronimin 

araz  etnonimindən,  yoxsa  etnonimin  Araz  çayadından  yaran-

ması  ayrıca  tədqiq  olunmalı  mövzudur.  Ancaq  bir  məsələni 

vurğulamaq gərəkir, o da Araz çayı  ilə bağlı Arasbar tərlanı 

adlı  dastan,  xalq  deyimi  Xan  Araz,  musiqidə  Arazbarı  kimi 

ifadələr qədim folklor motivlərinin reliktləridir.

46

  



Bu  baxımdan,  Abşeronda  Aras-kut  göladı  araz  sözünün 

qədimdə  qutsal  iyələrdən  birinin  adı  ola  bilməsi  ehtimalını 

ortaya qoyur, çünki Xızır peyğəmbəri görmək üçün Musa pey-

ğəmbərin  Arazla  Kürün  qovuşduğu  yerə  gəlməsi  qədim  mif-

lərdə  əksini  tapmış  və  İbn  Xordadbeh  (IX  əsr)  Ulu  Tanrının 

«iki  dənizin  (çayın)  qovuşuğu»  dediyi  qutsal  yerin  Kür-Araz 

qovuşuğu olduğunu yazmışdır.

47

  



Bu  qısa  məlumatlardan  da  bəlli  olur  ki,  Herodotun  mas-

sagetlərlə bağlı adını çəkdiyi  Araz çayadının  hansı çayı bildir-

məsini dəqiqləşdirmək vacibdir. Bu baxımdan,  “Araz da Qind 

(Diala) çayı kimi qaynağını Matien dağlarından alıb, maneəsiz 

keçib  Kaspiyə  tökülür”  -  deyən  Herodot  təbii  ki,  Qızıl-üzən 

çayını  nəzərdə  tutur,  çünki  Azərbaycanda  Matien  dağlarından 

Kaspiyə  axan  Qızıl-üzən  çayıdır.  Deməli,  Kuruş  bu  çayın  ötə-

sindəki massagetlərlə savaşda ölmüşdür. 

                                                

46

 ЕАМТИЛ,  67;  E.  M.  Murzayev  də  qırğızca  Arasan  hidroniminin  müalicəvi  «qutsal 



axarsu» anlamı bildirdiyini yazır (OK, 15). 

47

 Ибн Хордадбех, 136;  



    Mağara surəsi. 60: [Ya Məhəmməd!] Yadına sal ki, bir zaman Musa öz gənc dostuna 

[xidmətində olan Yuşə ibn Nuna] belə demişdi: «Mən [Xızırla görüşmək üçün] iki dəni-

zin qovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca [bu səfərdən] geri 

dönməyəcəyəm» («Q

URAN


». B. 1992, 270.  Z. Bünyadov və V. Məmmədəliyevin tərcü-

məsi).  Ərəb  dilində  dəniz  və  böyük  çay  bəhr  sözü  ilə  verildiyi  üçün  tərcümədə  «iki 

dəniz» əvəzinə «iki çay» ifadəsi yazılmalı idi.     



 

43 


Əvvəla, Herodotun təsvir etdiyi hər iki Araz, yazara görə, 

Kaspı dənizinə axır. Amu-dərya isə Sır-dərya kimi Aral gölünə 

tökülür.  Kaspiyə  doğudan  axan  Uzboy  çayı  isə  Kuruş-Tumruz 

savaşından  min  illər  öncə  qurumuşdu.  Xəritəyə  baxan  hər  kəs 

bu gerçəyi görə bilər və Herodotun Tomrisdən danışarkən Araz 

çayının  arxasındakı  massagetlərdən  bəhs  etdiyini  açıq-aydın 

görmək olur.  

Herodotun verdiyi 

bəlgə  qısa  olsa  da, 

Azərbaycanda  iki  çayı 

(Araz  və  Qızıl-üzən) 

Araz  adı  ilə  verməsi 

bəllidir.  Lakin  burada 

saqaların  Araz  qırağın-

dan  Azaq  yaxasına  il-

kin köçü ilə vaxtilə do-

ğuya  getmiş  Orta  Asi-

yadakı  saqaların  Azaq 

yaxasına  sonrakı  köçü 

birləşdirilib.  Siciliyalı 

Diodor da onların  Araz 

yaxasından quzeyə miqrasiyasını qeyd etmişdir.

48 


 Hər iki halda, 

saqa (skit) boylarının əvvəllər  Araz yaxasında  yaşadığı deyilir 

və onların Azaq yaxalarına getmə xalq olması faktı vurğulanır. 

Ona  görə  də  bu  köçün  Xəzərin  quzey  yaxası  ilə  və  ya  güne-

yindən  keçən  yol  ilə  gerçəkləşməsi  məsələsisə  ayrıca  tədqiq 

olunmalıdır.  Araz  yaxası  deyimini  Asiyada  saqa  boylarının 

                                                

48

 Antik çağ yazarlarına saqalar (skitlər) bəlli idi. Homer saqalardan deyil, qamərlərdən 



(kimmer) «at sağanlar» kimi bəhs edir, Hesiod isə (m.ö.VIII) sikitlərin adını çəkir. Hero-

dot qeyd edir ki, Aristey skitlər haqqında üç əsr öncə yazmışdır (Herodot, IV.13-14). 




Yüklə 332,13 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə