Firudin Ağasıoğlu, Yusif Bağırzadə Lidiya kralı Krez



Yüklə 332,13 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix15.03.2018
ölçüsü332,13 Kb.
#32053
1   ...   4   5   6   7   8   9   10   11   12

 

29 


ropat Azərbiqan adlı dövləti qurdu ki, bu da Azərbaycan adının 

ilkin yaranma forması idi.

34

    


Kuruş.  Mada  dövlətinin  m.ö.  549-da  çökməsinə  səbəb 

olan  Kuruş  perslərin  pasarqad  boyunun  əhəməni  (Haxamaniş) 

soyundan idi. Rusca Kir, yunanca Kyros, perscə Kuruş adlanan 

bu  pers  şahı  Mada  dövlətinə  tabe  olan  bögələrdə  hakimiyətini 

möhkəmlətmək üçün 20 il qonşu ölkələrlə müharibə etdi. Öncə 

546-da  batıya  yürüş  edib  Kiçik  Asiyadakı  Lidia  dövləti  və 

kiçik  yunan  şıhər-dövlətləri  üzərində  qələbə  çaldı,  sonra  545-

539 illər arasında doğuda Parfiyanı zəbt etdi, 538-də isə qonşu 

Babilistanı tutdu, lakin 530-da Azərbaycanda massagetlərlə sa-

vaşda öldürüldü. Böyük  Kuruş və  ya II Kuruş adlanan bu pers 

şahı  haqqında  bir  çox  qədim  tarixçi  və  yazıçıların  əsərlərində, 

özəlliklə  Ksenefontun  “Kiropediya”  ki-

tabında xeyli məlumat vardır. 

Kuruşun hakimiyətə gəlməsinə qə-

dərki  yaşamı  haqqında  müxtəlif  əfsa-

nələr  söylənib  yazılsa  da,  Herodotun 

qələmə  aldığı  daha  yayğın  hekayənin 

qısa özəti belədir:  

Mada  elbəyi  Astiyaq  (İştuvequ

qızı  Mandana  ilə  bağlı  yuxusunda  gör-

düyü  olayı  kahinlər  belə  yozur  ki,  qı-

zının  doğacağı  uşaq  hakimiyəti  onun 

əlindən  alacaq.  Ona  görə  də,  qızını 

                                                

34

 Herodotun  verdiyi  bəlgəyə görə mad  boylarının  yalnız  bir qismi irandilli  idi.  İ.  Əliyev 



yanlış  olaraq,  hellin  çağında  madların  əksərini  irandilli  saysa  da,  Azərbiqanda  o  çağın  

etnik  özəlliyi  haqında  yazır:  «Heç  bir  şübhə  yoxdur  ki,  gəlmə  irandillilərə,  yaxud  yerli 

boylara aid mədəniyətlərdən hansının üstün olmasından asılı olmayaraq, Atropaten çarlı-

ğında siyasi hakimiyət, aparıcı etnokultur element madlara məxsus idi» (Алиев, 1989, 61). 




 

30 


Kambiz  (Kambuciya)  adlı  bir  pers  bölgəbəyinə  ərə  verir  ki, 

ondan  olan  evladın  hakimiyətə  iddiası  ola  bilməsin.  Lakin 

ikinci  dəfə  gördüyü  yuxudan  sonra  artıq  hamilə  olan  Manda-

nanı gətirdib yanında saxlayır. Uşaq doğulanda Astiyaq güvən-

diyi qohumu Harpaqı (Ərbəg) çağırıb onun öldürülməsinə gös-

təriş verir və Harpaq da bu işi Mitridat adlı çobana həvalə edir. 

Lakin çobanla “köpək” adlanan arvadı Spaka (Səbək) bu qərara 

gəlirlər ki, uşağı öldürməsinlər, özlərinin  yenicə ölü doğulmuş 

uşağın əvəzinə saxlasınlar.

35

 Beləliklə, pers Kambizin oğlu Ku-



ruş adı ilə on yaşına qədər bu çobanın evində böyüyür.  

Herodotun yazdığına görə, on il sonra Astiyaq öyrənir ki, 

torunu  sağdır  və  onu  öldürməkdən  vaz  keçir,  lakin  vaxtında 

əmrini  yerinə  yetirməyən  Harpaqa  ağır  cəza  kəsir,  onun  yeni-

yetmə oğlunu doğradıb ətini özünə yedirdir. Bu dəhşətli cəzaya 

təmkinlə  dözən  Harpaq  intiqam  üçün  Kuruşun  böyüməsini 

gözləyir.  

Nəhayət, Mada elinə qarşı m.ö. 553-də başlanan perslərin 

üsyanına  Kuruş  başçılıq  edirdi.  Babası  Astiyaqa  qarşı  savaşan 

Kuruşa Harpaq yardım edir, Mada əyanlarını da Astiyaqa qarşı 

qaldırırdı. Bir neçə  il davam edən savaş 550-də Kuruşun qələ-

bəsilə  nəticələndi.

36

 Beləliklə,  Mada  eli  dağıldı,  imperiyanın 



əraziləri  Kuruşun  təmsil  olunduğu  Əhəməni  sülaləsinin  əlinə 

keçdi və o dönəmdə kiçik bölgədə oturan perslər bu hakimiyəti 

220 il əllərində saxlaya bildi.  

                                                

35

 Əslində,  bir  persin  Herodota  söylədiyi  bu  hekayə  öğuzların  “dişi  qurd”  əfsanəsinin 



persləşmiş variantıdır və burada qurd köpəklə əvəz olunmuşdur.  

36

  Mada elbəyi Astiyaqa qarşı persləri qaldıran Kuruşun bu savaşından bəhs edən tarixçi 



Plutarx yazır ki, savaşda məğlub olub geri qayıdan perslərin arvadları şəhər dışına çıxıb 

donlarını göbəkdən yuxarı qaldıraraq belə deyirmişlər: “Hara qaçırsınız, qayıdıb çıxdığı-

nız  yerəmi  girəcəksiniz?”.  Belə  qınaq  onları  yenidən  döyüş  meydanına  qaytarır  və  bu 

dəfə perslər qalib gəlirlər (Плутарх, 1990, 266).  




 

31 


LİDİYA KRALI KREZİN KURUŞLA SAVAŞI 

 

Het  dövləti  dağılandan  sonra  Anadoluda  bir  sıra  kiçik 

krallıqlar  (bəyliklər)  ortaya  çıxmışdı.  Bunlardan  biri  də  yarı-

madanın  batısında  yaranan  və  Asur  yazılarında  Ludu  kimi 

anılan  Lidiya  bəyliyi  idi.  Çağdaş  Manisa  və  Uşaq  bölgələrini 

əhatə  edən  Lidiya  quzeydə  Misiya,  doğuda  Frigiya,  güneydə 

Kariya,  batıda  İoniya  bəylikləri  ilə  əhatə  olunmuşdu.  Lidiya 

Roma imperiyasının tərkibinə girənə qədər adını saxlamışdı. 

Çeşidli  bitgi  örtüyü  ilə  zəngin  olan  Lidiya  torpağı  meşəli 

dağları və otlu örüşlərilə heyvançılıq, atçılıq üçün, geniş vadilər 

taxılçılıq  üçün  yararlı  idi.  Başkənd  Sardın  içindən  keçən  Pak-



 

32 


tolos çayı da özülə bura qızıl tozu gətirir. Belə doğal zənginlik 

Lidiya elinin bacarıqlı elbəylərinin də qüdrətli olmasına  nədən 

olmuşdur. 

Bəzi tarixçilərə görə, Lidiyada üç elbəy soyu hakimiyətdə 

olmuşdur.  Tilonid  və  ya  Atyanid  (Ata)  adlanan  ilk  xanədanın 

elbəyləri  haqqında  bilgi  qaynağı  olmasa  da,  sonrakı  Heraklid 

və  Mermnad  soylarına  aid  antik  çağ  yazarları  müəyyən  bilgi 

vermişlər.  Güya  lidiyalıların  soydaşları  sayılan  qonşu  Kariya 

ölkəsinin  adı  əfsanəvi  elbəyləri  Kara  adından  yarandığı  kimi, 

lidiyalıların  adı  da  ilk  elbəylərindən  olan  Lid  adından  ortaya 

çıxmışdır. Əlbəttə, bu ehtimal xalq etimologiyasına əsaslanır. 

Lidiya  elbəylərindən  bəzilərinin  hakimiyət  illəri  bəllidir: 

Kandavl (717 - 700), Gige (680 - 645), Krez (560 - 546). Lidi-

yanın ən parlaq dövrü m.ö. 700-550 illəri arasında Mermnadlar 

xanədanı  dönəmində  olmuşdur.  İnkişaf  əsasən  Mermnadların 

ilk elbəyi Gige ilə başlanmış, ondan sonra Lidiyada Ard, Sadi-

att, Aliatt ve Krez elbəylik etmişlər. 

Herodot  yazır ki, 

Gige  (Giges)  Milet, 

Smirna  və  Kolofon 

üzərinə  yürüşlər  edir-

di. Məhz onu cəzalan-

dırmaq  üçün  üzərinə 

Tanrının  saqa-qamər 

ordularını  göndərməsi  yəhudi  kahinlərin  Bibliyadakı  duasında 

əks  olunmuşdur.  Qamər  bəyliyi  VII  əsrdə  Ön  Asiyada  baş 

verən  tarixi  dəyişikliklərdə  önəm  daşımışdır.  Atlı  orduları  ilə 

seçilən  qamərlər  o  dönəmdə  Kiçik  Asiyada  qüdrətli  Frigiya 

dövlətini  təxminən  675-də  darmadağın  etmiş,  655-645-ci  illər 

arasında Efes və Sardı yağmalamışdı. Yalnız bu əsrin sonunda 




Yüklə 332,13 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə