Fizika-1Qacarallnsonjavad layout 1


səhifə43/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   39   40   41   42   43   44   45   46   ...   52

149
tullanma hərəkətləri və rəqs edən fitnes həvəskarları olduğu aşkarlandi. Rezonans universal hadisədir. Rezonans
hadisəsini elmin bir çox sahəsində, o cümlədən elektronikada, kimyada, biologiyada, hətta psixologiyada da
müşahidə etmək olar. 
Mühəndislər tikinti layihələri hazırlayarkən rezonans hadisəsi ilə hesablaşmalı olurlar. Xüsusilə körpülərin
tikintisi zamanı çalışırlar ki, onun məxsusi rəqsinin tezliyi üzərindən keçəcək alayın, maşın karvanının və ya
küləyin rəqs tezliyindən çox fərqli olsun. Maşın konstruktorları da maşının əsasını elə hazırlayırlar ki, onun
məxsusi rəqs tezliyi hərəkət edən hissələrin, xüsusilə də mühərrikin rəqs tez lik lərindən kəskin fərqlənsin.
Rəqs edən körpü
Rəqs edən körpü adı Volqoqrad şəhərində Volqa çayı üzərində qurulmuş avtomobil körpüsünə
verilmişdir. Körpünün  açılışı 2009-cu il oktyabrın 10-da olmuş, 2010-cu il mayın    20-də onun
ləngər vurması - oynaması müşahidə edildikdən dərhal sonra isə üzərində hərəkət
dayandırılmışdır.  Müəyyən edilmişdir ki, küləyin təsirindən körpü rezonansa gəlmiş və onun
şaquli müstəvi üzərində yaranan  rəqslərinin amplitudası 50-60 sm-ə çatmışdır. Lakin
şahidlərin söylədiyinə görə, körpünün rəqslərinin amplitudası 1 metrə qədər olmuşdur.
Aparılmış tədqiqat işlərindən məlum olmuşdur ki, bu hadisədə  körpünün əsas hissəsi olan yol
örtüyü və dayaqları zərər çəkməmişdir. Ona görə də körpü üzərindən hərəkət bərpa edilmiş,
adı isə  xalq arasında  rəqs edən körpü kimi  qalmışdır.
http://en.wikipedia.org/wiki/Mechanical_resonance


Müəyyən bir rəqsi hərəkətin mühitdə
yayılması hadisəsinə dalğa deyilir. Dalğavari
hadisələr təbiətdə çox geniş yayılmışdır.
Maye səthində yaranan, həcmi, elastiki, elek -
tromaqnit və s. dalğa növləri vardır. Təbiətdə
mexaniki və elektromaqnit dalğa növləri
özü nü daha geniş şəkildə göstərir. Mexaniki
dalğalar müəyyən mühitdə - qaz da, mayedə,
yaxud bərk ci simdə rəqsin ya yılması hadi -
səsidir. Əsasən radio dal ğa lardan və işıqdan
ibarət olan elektromaqnit dal ğa larının yayıl -
ması üçün isə heç bir mühitə ehtiyac olmur.
Elektromaqnit dalğaları vakuumda da sərbəst
yayıla bilir. Buna baxmayaraq bütün dal ğa -
ların yayılması, demək olar , eyni fiziki qanunlarla baş verir. Biz burada ancaq mexaniki dalğaları nəzə rdən
keçirəcəyik.
Əgər sakit su səthinə bir daş atsaq, onun düşdüyü yerdə suyun hissəciklərinin aşağı və yuxarı olmaqla rəqsi
hərəkət etdiyini görərik. Müəyyən müddət keçdikdən sonra isə suyun səthində maraqlı bir mənzərə müşahidə
olunur. Daşın düşdüyü nöqtədən başlayaraq getdikcə radiusu böyüyən qabarıq və çökük dairələr suyun səthini
bürüyür. Hər yerdə suyun hissəcikləri rəqs edir, periodik olaraq qabarıqlıq çöküklüklə və əksinə, çöküklük
qabarıqlıqla əvəz olunur. Bu hadisəni belə izah edə bilərik ki, daşın düşdüyü nöqtədə yaranan su hissəciyinin
rəqsi hərəkəti onunla bağlı olan qonşu hissəciyə, oradan da onun qonşusuna və s.-yə ötürülmüş, nəticədə rəqsin
suda yayılması hadisəsi baş vermişdir. Buna oxşar hadisə bir ucu dayağa bağlanmış kəndirin digər ucunu əlimizlə
rəqs etdirdikdə də müşahidə olunur. Burada qabarıqlıq və çöküklük bütün kəndir boyu əmələ gəlir. Bu o deməkdir
ki, kəndirin ucunda yaratdığımız rəqs kəndir uzunu yayılmışdır.  
Göstərdiyimiz hər iki misalda kəndirin və ya suyun hissəcikləri dalğanın yayılma istiqamətinə perpendikulyar
olaraq rəqs edir. Ona görə də belə dalğalara eninə dalğalar deyilir. Dalğa uzunluğu iki qonşu - qabarıqlıq və ya
çökəklık arasındakı məsafəyə deyilir. Aydındır ki, dalğa uzunluğu bir rəqs periodunda rəqsin yayıldığı məsafəyə
bərabər olacaqdır. Dalğa uzunluğu - λ, rəqs periodu - olarsa, onda dalğanın yayılma sürəti V = λ/Т = λ f olar.
Burada rəqsin tezliyidir. Şəkildə göstərilmiş məsafəsi rəqs edən hissəciyin tarazlıq vəziyyətindən kənara
çıxdığı ən böyük məsafə olub rəqsin və ya dalğanın amplitudası adlanır.
İndi başqa bir rəqsin yayılma hadisəsini nəzər dən keçirək. Bir ucu da yağa bərkidilmiş üfüqi is ti -
qamətdə dayanan yayın digər
ucunu kiçik bir təkanla yayın
oxu boyunca rəqsə gətirib bura -
xaq və elastiki qüv vənin təsiri ilə
yay boyu yaranan mənzərəyə
baxaq. Rəqs yayın birinci həl qə -
sindən ikinciyə, ondan üçüncüyə
Mexaniki dalğalar
Dalğanın əsas parametrləri:
А  -  amplitudası, 
λ
- dalğa uzunluğu.
Su səthində dalğa.
150


151
və s.-yə ötürülərək yayı tam əhatə edə cəkdir.
Bir azdan yayın bütün həlqələri müəyyən bir
tarazlıq vəziy yətindən sağa və sola rəqsi hərə -
kət edər. Yayın özündə isə həlqələrin sıxıl ması
və sey rək ləşməsi ha disəsi baş verə cəkdir. Gö -
rün düyü kimi, burada həl qələrin rəqsləri dal -
ğanın yayılma istiqamətində  y a y  boyunca
baş verir. Ona görə də belə dal ğalara uzu -
nuna dalğalar deyilir. Elastiki qüv vənin təsiri
ilə yaranan dal ğalara elastiki dalğalar da de -
yilir. Elastiki dalğalarda dalğa uzunluğu iki
qonşu sıxlaşma və ya sey rəkləşmə nöqtələri
arasındakı məsafədir. 
Eyni bir mühitdə həm eninə, həm də uzununa dalğa yayıla bilər. Bu halda dalğaların rəqs periodları, dalğa
uzunluqları və sürətləri mühitdən asılı olaraq müxtəlif ola caqdır. Hər iki növ dalğanın eyni zamanda yayılması
üçün ən yaxşı mühit bərk cisimdir. Qazlarda və ma yelərdə ancaq uzununa dalğalar yayıla bilir. Eyni bir mühitdə
hər iki dalğanın eyni zamanda yayılması da mümkündür. Bu çox böyük elmi və əməli əhəmiyyət daşıyan fiziki
hadisədir. 
Rəqsi hərəkətin mühitdə yayılması zamanı enerji daşınması hadisəsi də baş verir. Bu enerji mühitin
hissəciklərinin rəqsi hərəkətinə və müqavimət qüvvələrinə qarşı görülən işə sərf olunur. Ona görə də rəqs
mənbəyindən uzaqlaşdıqca dalğaların amplitudası kiçilir, tam enerjisi azalır. Hər bir dalğa başlanğıcda ona veri -
lən enerjidən asılı olaraq müəyyən məsafəyə yayıla bilir. İtən enerjinin miqdarı rəqslərin tezliyindən və mü hi tin
parametrlərindən asılı olur. Tezlik böyük olduqca enerji itkisi də artır. İtən enerji mühitin qızmasına sərf olunur. 
Dalğalar maneə ilə qarşılaşdıqda isə onun arxasına keçə bilir. Buna dalğanın difraksiyası hadisəsi deyilir.
Məhz bu hadisə sayəsində hündür binanın, dağın arxasında və ya meşədə dayanıb maneənin əks tərəfindən gələn
səs dalğalarını eşidə bilirik. Dalğanın difraksiyası dalğa uzunluğundan və maneənin ölçüsündən asılıdır. Müəyyən
mühitdə yayılan qaçan dalğa öz yolunda bir maneə ilə qarşılaşdıqda onun bir hissəsi əks olunaraq gəldiyi yolla
da geri qayıdır. Bu zaman eyni xətt boyunca yayılan qaçan dalğa ilə qayıdan dalğa toplanaraq durğun dalğa
əmələ gətirir. Durğun dalğaların müxtəlif nöqtələrdə fazaları eyni olsa da, amplitudaları müxtəlif istiqamətli olur.
Qaçan dalğadan fərqli olaraq durğun dalğalarda enerji daşınması baş vermir. Simin rəqsi durğun dalğalara misal
ola bilər. 
Dalğa enerjisinə misal olaraq öncə dəniz dalğalarının daşıdığı enerjini göstərmək olar. Bu enerji
o qədər böyükdür ki, ondan elektrik enerjisi hasil etmək, dəniz suyunu duzdan təmizləmək, çənə su
vurmaq və bu kimi böyük enerji tələb olunan faydalı işlərdə istifadə etmək olar. Dalğa enerjisi -
bərpa olunan, tükənməz enerjidir. Vahid səthə düşən dalğanın gücü kVt /m
2
kimi böyük vahidlə
ölçülür. Külək və günəş enerjisi ilə müqayisədə dalğa enerjisinin xüsusi gücü çox böyükdür. Dəniz
və okeanların səthində adi şəraitdə dalğanın vahid səthə düşən orta gücü 15 kVt /m
2
olduğu halda,
dalğanın hündürlüyü 2 m olduqda o, 80 kVt /m
2
həddinə çatır. Bu onu göstərir ki, okean səthinin
mənim sənilməsi insanların enerji ehtiyacını tam şəkildə ödəyə bilər. Dalğa enerjisi, əslində,
toplanmış külək enerjisi və ya son nəticədə günəş enerjisidir. 
Dəniz dalğasından elektrik enerjisinin alınmasında əsas həlledilməli məsələ dalğanın irəliləmə
hərəkət enerjisini fırlanma hərəkətinə çevirib elektrik generatorunun valına ötürməkdən ibarətdir.
Bu zaman xidmətin asanlığı baxımından qurğunun mümkün olan müəyyən hissələrinin quruda
olması qarşıya qoyulan əsas tələblərdən biridir. Lakin bu sahədə görülən işlər hələlik başlanğıc
mərhələdə olmaqla təcrübi xarakter daşıyır. Daimi güclü küləkli dəniz sahilləri olan Böyük Britaniya
və İrlandiya kimi ölkələr enerjiyə olan tələbatının yalnız beş faizini dalğa enerjisi hesabına ödəmək
imkanına malikdir. Yalnız Böyük Britaniyada Oyster adlı dalğa elektrik generatoru quraşdırılıb işə
salınmışdır.
Qum səthində dalğa.


Yüklə

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə