Fizika-1Qacarallnsonjavad layout 1


səhifə44/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   40   41   42   43   44   45   46   47   ...   52

Musiqi yunan sözü olub incəsənətin
elə bir növünə deyilir ki, onun tərkib his -
səsi zamana görə xüsusi qanunauy ğun -
luqla düzülmüş səslərdən ibarətdir. Bu,
tezliyi 16—20 Hs-dən 15—20 кHs ara lı -
ğında olan, tembri, ucalığı və da vam  etmə
müddəti ilə seçilən səslərdir.Musiqi
alətləri sayca çox və müxtəlif olduq la -
rından onlar simli, nəfəsli, dilli, zərb və
elektron musiqi alətləri olmaqla beş bö -
yük qrupa bölünmüşdür.
Alimlər musiqinin yaranma tarixini
təxminən yeni eradan15 min il əvvələ aid
edirlər.  Rəvayətə  görə,  yay oxla  si    lah -
lanmış bir ovçu hədəfi vurduqdan sonra
xoşagələn bir səs eşidir. Bu səs yayın atış
zamanı gərilmiş ipindən gəlirdi. Bundan
sonra ovçular yayın ölçüsünü dəyişmək və onu bir neçə ipdən ibarət düzəltməklə daha xoş səslər almağa nail
olurlar. Beləliklə də müasir arfanı xatırladan musiqi aləti yaranır. 
Zərb alətlərinin yaranması tarixini alimlər arfadan da əvvələ aid edirlər. Onun qədim və ən sadə nümunəsi
olaraq Qobustanda saxlanılmış qaval- daşı göstərmək olar.
Musiqi alətlərində simin rəqs edərək müxtəlif səslərin mənbəyinə çevrilməsi mürəkkəb prosesdir. XVIII
əsrin sonu - XIX əsrin əvvəllərində yaşamış məşhur ingilis fizika alimi, eyni zamanda tanınmış sirk ustası
Tomas Yunq musiqi sahəsində də bir çox
ixtiranın müəllifi olmuşdur. O, üzərində
sirk oyunu göstərdiyi kən dirin rəqsi hərə -
 kə tini müşahidə və təhlil etməklə çox mü -
hüm elmi nəticələr əldə etmişdir. Yunq
müəyyənləşdirmişdir ki, kəndir boyu nə -
inki bir, hətta iki, üç, dörd və s. sayda tam
dalğalar yerləşir və bunların hər biri ayrı-
ay 
rılıqda səs mənbəyi rolunu oyna 
yır.
Başqa sözlə, ixtiyari uzunluqlu simdə və
ya kəndirdə istənilən sayda tam dal ğa nın
yayılması mümkündür. l  uzun luqlu simdə
dalğa uzunluğu λ = 1/2 
.
tez liyi olan,
əsas ton adlanan dalğa simin məx  susi te-
zliyi ilə rezonans halında olar və güclənər.
Simdə əsas tondan başqa, tez lik ləri 2f, 3f,
Səs dalğaları və musiqi səsləri
“Qaval daş“ Neolit dövrü. Qobustan. Abşeron ərazisində yaşamış qədim insanlar  bu qavalın sədaları
altında dini və  bayram rəqsləri yerinə yetirmişlər. 
“Happy birthday to you!” ingilis mahnısının not yazısı.
152
http://ru.wikipedia.org/wiki/Музыка
http://ru.wikipedia.org/wiki/Мугам


153
4f  və s. olan yüksəktezlikli obertonlar da rezonansa gəlib
güclənir. Simli musiqi alətində bütün sim boyu yaranan ən
uzundalğalı, bir nömrəli səs - əsas səs tonu ən gur səs dir.
Obertonların nömrəsi artdıqca səsin gurluğu zəifləyir.
Qısa və möhkəm dartılmış simin rezonans tezliyi də böyük
olur. Musiqi alətini köklədikdə simə vurulan zərbələrin gücünü
və yerini dəyişməklə onda yaranan səslərin rezonans tezliyi
dəyişdirilir. Tembr səsin rəngini seçməyə kömək edən əla -
mətdir. Bu, eyni zilə və ucalığa malik olan səsin müxtəlif
alətlərlə və yaxud eyni bir alətlə müxtəlif ifaçılar tərəfindən
səs ləndirilməsi zamanı özünü göstərir. Tembr musiqi alətinin
keyfiyyətindən, səsləndirilmə şəraitindən və salonun akusti -
kasından da asılıdır.
Musiqinin keyfiyyətinə obertonların da böyük
təsiri vardır. Obertonlar harmonik və qeyri-har -
monik ola bilər. Harmonik obertonların tezliyi əsas
to nun tezliyindən iki və daha çox dəfə böyük olması
ilə seçilir. Lakin ağır və yüksəkgərginlikli simlərdə
obertonların tezliyi əsas tonun tezliyinin tam qiy -
mətlərindən fərqli qiymət ala bilər. Belə obertonlara
qeyri-harmonik obertonlar deyilir. 
Azərbaycanda ən geniş yayılmış musiqi aləti
tardır. Musiqi alətlərinin əksəriyyəti kimi, tar da ağac dan
hazırlanır. O, bir-biri ilə birləşdirilmiş və tut ağacın -
dan hazırlanmış iki çanaqdan və qoz ağacından ha -
zırlanmış qoldan ibarət olur. Çanağın yastı üzü qu- 
rudulmuş balıq dərisi və ya heyvan bağırsağından
ibarət nazik pərdə ilə örtülür. Müasir 11 simli tarın qolu üzərində bir-birindən yarım tonla fərqlənən 19 pərdə
yerləşdirilmişdir. XX əsrin ikinci yarısında tarın ikisimli - dütar, üçsimli - setar, dördsimli - çahartar 
beşsimli - pəncitar kimi növləri yaranmışdır. Bununla belə, tarın təkmilləşməsi bu gün də davam edir. Tarda
ən böyük də yi şikliyi XIX əsrdə Şuşada yaşamış məşhur tarzən Sadıqcan etmişdir. XX əsrdə ən qüdrətli tarzən
Qurban Primov olmuşdur.
Müasir dövrdə Azərbaycanda tar, saz və muğam ifaçılığı çox yüksək səviyyəyə çatmışdır. Bakıda tez-tez
keçirilən muğam və aşıq ifaçılığı yarışları istedadlı gənclərin üzə çıxarılmasına, insanlarda bu musiqi növlərinə
marağın hədsiz dərəcədə artmasına səbəb olmuşdur. 
Azərbaycanda milli musiqi alətləri ilə yanaşı, dünya musiqi alətlərinə, o cümlədən elektron musiqi alətlərinə
maraq çox yüksək səviyyədədir. Gitaranı müasir səviyyəyə gətirən, onu elek trogitaraya çevirənlər isə Boşam
və Adolf Rikenbeker qardaşları olmuşdur. 1950-ci ildə amerikalı gitaraçalan Le Pol elektro gitaranın bir çox
texniki qüsurlarını aradan qaldırmış, onu dün yada geniş yayılmış musiqi alətinə çevir mişdir. Buradan hiss olu  -
nur ki, elektron tarının da yaradılması vaxtı çatmışdır. Elektrotarın geniş imkanları onun bütün dünyada
yayılması ilə nəticələnə bilər.
Simdə rezonansın yaranması.


Müasir dövrdə musiqi səslərini ümu m -
iləşdirməyə, sintez etməyə  im kan ve rən sin-
tezatorlardan dünyanın hər ye-  ri ndə istifadə
edilir. Bu alətlə yalnız bü tün məşhur musiqi
alətlərini deyil, hətta hər növ səs-küyü, quşların
oxu masını,  yağışın  yağmasını, ildırım  çax -
masını və s.səsləndirmək mümkün dür. Əksər
hal larda sintezatorlar for  tepiano  dilləri  ilə
təchiz olunur. Son dövrdə gələcəyin musiqi
aləti - reyakteybl yaradılmışdır. Bu alətlə ifa
zamanı mizraba ehtiyac qalmır. İfa üçün dairə -
şəkilli lövhəyə və yaxud sadəcə olaraq divara
barmaqla zərbələr vurmaq da kifayətdir.
London simfonik orkestri. 
Tarçalan qız. XIX əsr. Qacar rəssamlığı.
154


Yüklə

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə