Fizika-1Qacarallnsonjavad layout 1


səhifə40/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

Rəqsi və dalğavari
hərəkət
Təbiətdə müşahidə olunan hərəkət növlərindən biri də dövri olaraq təkrarlanan
rəqsi hərəkətdir. Rəqsi hərəkət dövri olaraq dəyişən qüvvənin təsiri altında baş
verir. Fizikanın mexanika bölməsində həm ağırlıq, həm də elastiki qüvvələrin təsiri
ilə baş verən rəqsi hərəkətlərin öyrənilməsinə geniş yer verilir.
Rəqqas (kəfkir) ağırlıq qüvvəsinin təsiri altında mexaniki rəqs edən sistemdir.
Mexaniki rəqslər elastiki və sürtünmə qüvvələrinin təsiri altında da baş verə bilər.
Ən sadə rəqqasa misal olaraq sapla dayaqdan asılmış kürəciyi göstərə bilərik. İde -
al halda olan, yəni çəkisiz və sıxılıb-uzanmayan sapla və ya çəkisiz çubuqla dayaq-
dan asılmış maddi nöqtədən ibarət mexaniki sistem riyazi rəqqas olaraq qəbul
edilə bilər. Bu ideal şərtlərin pozulduğu halda belə riyazi rəqqas fiziki rəqqasa
çevrilir. Fiziki rəqqas hər hansı bir qüvvənin təsiri ilə kütlə mərkəzi olmayan bir
nöqtəyə və ya kütlə mərkəzindən keçməyən tərpənməz üfüqi oxa nəzərən rəqs
edən bərk cisimdir.
Sadə riyazi rəqqasda rəqsi hərəkətin əmələ gəlməsi hadisəsinə baxaq. Kürəcik
tarazlıq vəziyyətində olduqda onun ağırlıq qüvvəsi sapın gərilmə qüv və ilə taraz -
laşır. Əgər kürəciyi tarazlıq vəziy yə tindən çıxarıb,
mə sələn,  sağ  tərəfdə  yeni  bir və  ziy yətə  gə tir  sək, biz
ona uyğun potensial enerji vermiş olarıq. 
Yeni vəziy yətdə kürəciyi tarazlıq vəziyyətinə qay -
tarmağa çalışan qüvvə yaranacaqdır. Bu qüv vənin
təsiri ilə kürəcik tarazlıq vəziyyətinə doğru təcil alır.
Lakin o, ətalət xassəsinə görə tarazlıq və ziy yətində
dayanmadan hərəkətini davam etdirib sol tərəfdə
yeni bir nöqtəyə qədər hərəkət edəcəkdir. Yeni vəziy -
yətdə də yaranan və tarazlıq vəziyyətinə doğru yö -
nə lmiş qüvvə kürəciyi sağ kənar vəziyyətə gəti rə-
cəkdir. Müqavimət qüvvələrinin sıfıra bərabər oldu -
ğu ideal rəqqası bir dəfə hərəkətə gətirsək, o dayan-
madan əbədi olaraq rəqs edər. Deməli, rəqsi hə- 
rə kətin davametmə müddətini artırmaq üçün mü -
qavimət qüvvələrini azaltmaq lazımdır. Sön məyən
rəqsi hərəkət almaq üçünsə rəqqasın müqavimət
qüvvələrinə qarşı gördüyü işlərə sərf etdiyi enerji
bərpa edilməlidir. Rəqqasın ağırlıq mərkəzinin
Rəqsi hərəkət
III
Bakı - hava limanı yolunda quraşdırılmış nəhəng kəfkirli saat.
Foto Fərid Xayrulinindır.
142


143
tara zlıq vəziy yə tindən uzaqlaşdığı ən böyük məsa fəyə
onun amplitudası, bir tam dövrə sərf edilən zamana
isə dövr periodu deyilir. Rəqslərin yeyin və ya yavaş
olması isə bir tam rəqsə sərf olunan zamanla, yəni
rəqsin periodu ilə müəyyən edilir. Fiziki və riyazi
rəqqaslar üçün bu periodlar aşağıdakı kimi təyin olunur:
Bu düsturdan görünür ki, sərbəstdüşmə təcili g-nin
sabit olduğunu nəzərə alsaq, fiziki və riyazi rəq 
-
qaslarda rəqs periodu rəqqasın kütləsindən və rəqsin
amplitudasından asılı olmayıb, ancaq onun qolunun
uzunluğu  L-dən asılıdır. Rəqqasın qolu dedikdə
onun ağırlıq mərkəzindən asılma nöqtəsinə qədər olan
uzunluq başa düşülür. Nəzərə almaq la 
zımdır ki,
rəqqaslar üçün bu qanunlar kiçik amplitudalı rəqslər
üçün doğrudur. 
Yaylı rəqqas 
− ucuna ağırlıq qüvvəsi və ya kütləsi olan cisim bağlanmış elastiki yaydan ibarətdir. Yayın
sıxılması və ya dartılması zamanı meydana çıxan, Fel = 

kx qanunu ilə dəyişən elastiki qüvvənin təsiri altında
baş verən rəqslərə elastiki rəqslər, rəqqasa isə harmonik ossilyator deyilir. Burada yayın elastiklik əmsalı,
x - deformasiya və ya yerdəyişmədir. Kiçik yerdəyişmələrdə bir çox bərk cismin sıxılma və dartılması həmin
bu qanunla baş verir. Ona görə də təbiətdə müşahidə olunan rəqsi hərəkətlərin əksəriyyəti harmonik qanunla
baş verən və ya ona yaxın olan hərəkətlərdir.
Yaylı rəqqasın rəqs periodu yayın hazırlandığı materialın fiziki keyfiyyətləri və ölçüləri ilə təyin olunan k
elastiklik əmsalından və rəqs edən cismin kütləsindən asılı olub aşağıdakı şəkildə təyin edilir:
Rəqsin periodu zaman vahidi saniyə ilə ölçülür. Lakin məişətdə və texnikada əsasən rəqs periodu va hid indən
deyil, rəqs tezliyi va hidindən istifadə edilir. Period və rəqs tezliyi bir-birinin tərsi olan kəmiy yətlərdir: T = 1/f
və ya f = 1/TTezlik - bir saniyə ərzin də baş verən rəqslərin say ına deyilir. Bir saniyə də bir dəfə rəqs etmiş
rəqqasın tezliyi tezlik vahidi qəbul edilmişdir. Bu vahidin adı hersdir və “Hs” kimi yazılır. Texnikada Hs-dən
böyük kilohers (kHs) - 10

hersmeqahers (MHs) - 10
6
hers  və  qeqahers (QHs) - 10
9
hers kimi böyük
vahidlərdən də istifadə edilir.
Fiziki və riyazi rəqqasların rəqs qanunları Qaliley tərəfindən öyrənil mişdir. O, müəyyən etmişdir ki, bu
rəqqasların rəqs periodu yalnız onun qolunun uzun luğundan asılıdır. Yaylı rəq qaslarda isə rəqsin periodu yalnız
rəqqasın kütləsindən və yayının elastik liyindən asılı olur. Deməli, hər bir fiziki və ya riyazi rəqqas yalnız
ölçülərindən asılı olan özünəməxsus sabit bir periodla rəqs edə bilər. Qalileyin bu kəşfinə əsas lanan Hüygens
1657-ci ildə za manı ölçməyə imkan verən kəf  kirli saatı ixtira etdi. 
Lakin Hüygensin ilk kəfkirli saatları qısa müddət ərzində, rəqs dayanana qədər işləyirdi. Rəqsin uzun müd -
dət davam etməsi, yəni sön məyən rəqs olması üçün rəq qas enerji ehtiyatına malik olmalı və hər periodda itən enerjisi
bərpa olun malıdır. 
Ehtiyat enerji mənbəyi olaraq fiziki rəq qaslarda yuxarı qaldırılmış yükün potensial enerjisindən istifa də
etmək əlverişli sayıldı.
Mexaniki rəqs
Mexaniki rəqs
− dedikdə bərabər zaman fasilələrində eynilə təkrar
olunan hərəkət başa düşülür.
Sadə rəqs edən sistemə misal olaraq şəkildə
verilmiş riyazi rəqqası (a),  yaxud ucundan yük asılmış yayı (b) göstərmək olar.
143


Yüklə

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə