Fizika-1Qacarallnsonjavad layout 1


səhifə37/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   33   34   35   36   37   38   39   40   ...   52

Tropik siklon
.
135
1970-ci ildə Ban q ladeş ərazisində baş ve rən belə bir siklonda 300.000 əhali həlak  ol muş  dur.  Amerika Birləşmiş
Ştatlar ının tari xində yaşan mış ən böyük fəlakətlərdən birinə Meksika körfə zində  başla mış  Katrina siklonu səbəb
olmuşdur. Bu zaman sürəti 280 km/saat-a çatan külək tezliklə ölkənin Sakit okean sahillərini bürümüş və dəhşətli
dağ ıntılar  törətmiş dir.  Katrina siklonu ən çox Nyu-Orlean ştatına ziyan vurmuşdur. Ştatın mərkəzi Nyu-Orlean
şəhəri, demək olar, tamamilə dağılmış, onun əhalisinin 720, ölkə əhalisininsə 1600 nə fəri həlak olmuşdur.
Dünyada baş verən güclü siklonlardan biri də 2009-cu il noyabrın 9-da Meksika körfəzində yaranmış İda sik-
lonudur. Mərkəzi Kubanın San-Antonio burnundan 150 km məsafədə olsa da, güclü yağışla müşayiət olunan İda
87 km/saat sürətlə Kuba ərazisinə soxulmuş və böyük dağıntılara səbəb olmuşdu. Kubanın 120 nəfər vətəndaşı
İda-nın qurbanına çevrilmişdir.
Antisiklon - qütblərə yaxın yüksək təzyiq mərkəzlərindən başlayan və  ekvator tərəfə yayılan aşağı təzyiqli hava
burulğanıdır. Burada burulğan Koriolis qüvvəsinin təsiri ilə şimal yarımkürəsində saat əqrəbi istiqamətində, cənub
yarımkürəsində isə onun əksi istiqamətində burulur. Antisiklon qütbə yaxın buzlaq zona larda daha güclü şəkildə
yaranır. Onun yaran masına səbəb soyuq qütb havası ilə tropik qurşaqdan gələn isti havanın qarşılaşmasıdır. Bu
qarşılaşma zamanı ayrılan enerji havada burulğanın yaranmasına səbəb olur. Antisiklonda küləyin sürəti 100 km/saat
həddinə çata bilir.
Siklonlar zamanı küləyin enerjisi çox böyük həddə çata bilər. Bəzi hallarda 1,5 x 10
12
Vatt həddində olan bu en-
erji dünyada istehsal edilən il lik elektrik enerjisinin yarısına bərabərdir. Bir sıra alimlər bu enerjidən faydalanmaq
arzusunda olsalar da, bu sahədə görülən işlər haqqında hələlik dəqiq məlumat yoxdur. Siklon hadisəsi yalnız Yer
atmosferində deyil, başqa planetlərin atmosferində də yarana bilər; məsələn, uzun illərdir Yupiterin və Marsın atmos -
ferində qırmızı rəngli böyük ləkələr görü nür. Alimlər onu uzunömürlü siklon hesab edirlər. 
http://en.wikipedia.org/wiki/Cyclone


136
Dünyanın qabaqcıl ölkələrinin kosmik tədqi -
qat proqramlarında Ayın öyrənilməsi məsələləri
geniş yer tutur. Hələ keçən əsrin 50-ci illərindən
ABŞ-da və keçmiş SSRİ-də Aya uçuş proqramı
qəbul edilmişdir. Sovetlər İttifaqında Luna, Ame -
rikada isə Apollon proqramının qarşısına Ayı
ətraflı təd qiq etmək, Ay səthinə insan gön dər mək
kimi məqsədlər qoyul  muş dur. Bu məsələnin həl -
lində güclü daşıyıcı raketlərin yaradıl ması və kos-
mik raketin hərəkət trayek toriyasının  seçil məsi
çox böyük əhəmiyyətə malikdir.
Məlumdur  ki,  kosmik raket start sürətindən
asılı olaraq dairəvi, ellips və parabola şəklində
olan orbitlərə çıxa bilər. Birinci kosmik sür ətdən
(7,9 km/s) başlayaraq ikinci kosmik sürətə qədər
(11,2 km/s) raketin sürəti art dıqca onun daşıdığı
kosmik gəminin orbiti dairəvidən ensiz uzun el-
lips şəklinə qədər dəyişir. Hətta süni peykin or-
biti Ayı da öz daxilinə ala bilər. Uzun ellipsşəkilli
orbitın afeliisi Aya, perihelisi isə Yerə yaxın olur.
Belə orbit üzrə hərəkətdən  Luna proqramında
istifadə edilmişdir. 1959-cu ildə Luna-2 sovet
kosmik gəmisi bu trayektoriya üzrə hərəkət edə -
rək Aya yaxın olduğu nöqtədən Ay səthinə en diri -
lmişdir.  Luna-3 kosmik gəmisi Aya ya xın olduğu vəziyyətdə onun görünən və görünməyən tərəflərinin
fotoşəkillərini çəkmiş və onları Yerə ötürmüşdür.
Luna-1-dən  Luna-15-ə qədər olan ikinci nəsil Luna kosmik gəmiləri əvvəlcə Yerətrafı dairəvi orbitə
çıxarılmış, sonra isə əlavə mühərriklərin köməyi ilə sürətini artıraraq Ayın cazibə sahəsinə gətirilmiş və onun
süni peykinə çevrilmişdir. Beləliklə də Ayı tədqiq etmək üçün əlverişli şərait yaranmişdir. Luna-15-dən Luna -24-ə qədər olan
üçüncü nəsil kosmik gəmilər birbaşa Ay səthinə göndərilmişdir. Bunlar Yer
− Ay –Yer marşrutu üzrə hə  rəkət
edən  kosmik gəmilər idi. Kosmik gəmilərdən Luna-17 və  Luna-21 özügedən  Lunoxod-1 
Lunoxod-2 səyyar elmi laboratoriyalarını 
Ay səthinə çatdırmış, xeyli miqdarda Ay torpağı götürərək Yerə
qayıtmışdı.
Aya uçuş proqramının həyata keçirilməsində ən böyük nailiyyət Amerika alimlərinə, mühəndislərinə və
astronavtlarına məxsusdur. Apollon proqramının həyata keçirilməsi üçün Verner fon Braun və onun rəhbərlik
etdiyi alimlər əvvəlcə böyük dartı qüvvəsinə malik çoxpilləli Saturn-5 kosmik raketini yaratdılar. Apollon
gəmisi isə bir-biri ilə ayrılıb-birləşə bilən iki hissədən - əsas blokdan və Ay kabinəsindən ibarət olaraq hazır -
landı. Proqrama əsasən gəmidə ancaq üç astronavtın olması nəzərdə tutulmuşdu. Lazım gəldikdə onlardan ikisi
Ay kabinəsinə keçər və Ay səthinə düşə bilərdi. Uçuş proqramına əsasən üçpilləli Saturn-5 raketi 30,4 ton
ağırlığında, diametri 3,9 m, uzun luğu 17,8 m olan Apollon gəmisini hünd ürlüyü 185 km olan Yerətrafı orbitə
çıxarır. Bundan sonra astronavtlar hərəkət mühər riklərini işə salmaqla gəmini hündürlüyü 1872 km olan daha
Orbitlərdə  hərəkət
Amerika astronavtı  Neyl Armstronq.


Yüklə

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə