Fizika-1Qacarallnsonjavad layout 1


səhifə33/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   29   30   31   32   33   34   35   36   ...   52

121
Fırfıra əsasında hazırlanmış uşaq oyuncaqları dünyanın bütün
ölkələrinə yayılmışdır. Yaponiyada hazırda onun müxtəlif şəklə
və ölçülərə malik minə qədər növü vardır. Onların ölçüləri 0,5
mm-dən 90 sm-ə qədər dəyişə bilər. Latın Amerikasında trompo
adlanan fırfıra oyuncağı ağacdan, oxu isə po laddan şişuclu çu buq
şəklində hazırlanır. İspa niya da bu oyuncaq peon, bir sıra Latın
Amerikası ölkələrində isə runço adı ilə tanı nır. Meksika, Peru və
Ko lum biyada trompo o qədər geniş yayılmışdır ki, hətta onun
yarışları da keçirilir. Mala yziyada insanlar
bəzən çəkisi bir neçə kiloqrama çatan
trompoların fırlan ma sına saatlarla ta maşa
edirlər. 
Fırfıra.
Yerin orbital presessiyası.
Çin, yaxud Tomson fırfırası
Görünüşünə və kütləsinin həcm üzrə qeyri-bərabər
paylanmasına görə ilk baxışdan bilmək olar ki, Çin
fırfırası mexanikanın saxlanma qanunları ilə ziddiyyət
təşkil edir. Belə ki, fırlanmağa başlayandan bir müddət
sonra o dönür və başqa bir nöqtəsi ilə fırlanma
müstəvisinə toxunaraq hərəkətini davam etdirir. Bu
zaman onun fırlanma istiqaməti dəyişir, kütlə mərkəzi
isə yuxarı qalxır. Çin fırfırasının çox mürəkkəb olan
fizikası indiyə qədər özünün tam və düzgün izahını
tapmamışdır.
Çin fırfırasının bəzi nümunələri.
http://ru.wikipedia.org/wiki/Волчок_(игрушка)


Hər halda, o fırlanır... -
Fuko  rəqqası


123
Yerin öz oxu ətrafında firlanma hərəkəti etməsi fikri ilə dünya alimləri çox qədimdən razılaşmışlar. Lakin
bu hadisənin təcrübədə təsdiq edilməsi yaxın dövrün işidir. Artıq müəyyən edilmişdir ki, Yer kürəsinin bəra -
bər  sürətli  fırlanma  hərəkəti şimal qütbündə dayanan müşahidəçiyə görə qərbdən şərqə və yaxud saat əqrəbinin
əksi istiqamətində, cənub qütbündə dayanan müşahidəçiyə görə isə əksinə baş verir. Məlumdur ki, belə  sis tem -
lərdə mərkəzdənqaçma və  Koriolis olmaqla iki növ ətalət qüvvəsi özünü göstərir. Ona görə də Yerlə bağlı olan
hər hansı bir sistemdə bu iki qüvvədən heç olmasa birinin varlığını aşkar edən təcrübə olarsa, o, elə Yer
kürəsinin fırlanmasını təsdiqləyən təcrübə olacaqdır.
1672-ci ildə Fransadan olan fizika alimi Rişe aşkar etmişdir ki, ekvatora yaxın yerlərdə kəfkirli saatların
Hər halda, o fırlanır!
«Hər halda, o fırlanır!...» -  bu tarixi ifadə, guya, 1633-cü
ildə məşhur astronom, fizik və filosof Qalileo Qaliley
tərəfindən dini məhkəmədən çıxarkən söylənilmişdir. O,
məhkəmədə fikirlərindən imtina etməyə məcbur olsa da,
bu sözləri ilə əqidəsindən dönmədiyini, Günəşin Yerin
ətrafında deyil, Yerin Günəş ətrafında fırlandığını bir daha
dilinə gətirmişdir. 
http://ru.wikipedia.org/wiki/Маятник_Фуко


124
Fuko rəqqasının  tuncdan tökülmüş 54 kiloqramlıq kürələri. 
gedişi yavaşıyır, ekvatordan uzaqda, məsələn, Paris
şəhərində isə yeyinləşir. Bu hadisənin səbəbi İsaak
Nyuton tərəfindən izah edilmişdir. Belə ki, Yerin
fırlanması nəticəsində onun səthindəki hər bir cismə
mərkəzdənqaçma qüvvəsi təsir edir. Bu qüvvə Yerin
fırlanma oxuna perpendikulyar olub əks istiqamətə
yönəlir. Orta coğrafi enliklərdə mərkəzdənqaçma
qüvvəsi kiçik qiymət alar və üfüqlə müəyyən bucaq
əmələ gətirən istiqamətə yönələr. Fırlanma oxu ən
böyük olan ekvatorda isə bu qüvvə ən böyük qiymət
alar və ağırlıq qüvvəsinin, başqa sözlə, sərbəstdüşmə
təcilinin əksi istiqamətində yönələr. Bu isə ekvatorda
sər bəstdüşmə təcilinin və ağırlıq qüvvəsinin azalması
deməkdir. Rəqqasın rəqs periodunun sərbəstdüşmə
təcilinin  kvadrat  kökü ilə tərs mütənasib olduğunu
nəzərə alsaq, qütblərdən ekvatora tərəf getdikcə
rəqqaslı saatların yavaşımasının səbəbi aydın olar. Yer
kürəsinin qüt blərdən basıq olmasının da mərkəz -
dənqaçma qüv vəsinin təsirinin nəticəsi olduğu heç
kimdə şübhə doğurmur. 


125
Fuko rəqqası bu yerdən  asılmışdır.
Koriolis qüvvəsinin varlığı ilə izah olunan təbiət hadisələri və təcrübədən alınan nəticələr də kifayət qədərdir.
Belə təcrübələrdən biri olaraq hündür qüllədən sərbəst buraxılmış cismin şaquli xətdən meyil etməsini
göstərmək olar. Aydındır ki, qüllədə olan cisim qüllənin oturacağına nisbətən daha böyük xətti sürətlə hərəkət
etdiyindən düşərkən onu qabaqlayaraq irəli keçər, trayektoriyası da parabola şəklini alar. Bu hadisə hələ 1679-
cu ildə Nyuton tərəfindən söylənilmiş, təcrübədə təsdiqini isə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində
tapmışdır. Təsvir olunan bu təcrübələr Yerin fırlanma hərəkəti etdiyini təsdiqləsə də, onlarda dəqiqlik aşağı,
əyanilik isə yox idi. 
Yer kürəsinin fırlanma hərəkəti etdiyini əyani şəkildə gözlə müşahidə etmək üçün 1851-ci ildə fransalı fizika
alimi Leon Fuko maraqlı bir təcrübə aparmışdır. Təcrübədə əsas alət kimi rəqqas seçilmişdir. Məlumdur ki,
rəqqasın rəqsi zamanı onun rəqs müstəvisi dəyişmir. Yəni əgər biz rəqqasın rəqsinin istiqamətini və yaxud rəqs
müstəvisinin vəziyyətini ulduzlara görə müəyyənləşdirsək, bu vəziyyət dəyişməyəcəkdir. Lakin rəqqasın
vəziyyətini Yer səthinə görə müəyyənləşdirsək, onun aramsız olaraq dəyişdiyini, rəqs müstəvisinin daim
dönməsini müşahidə edərik. Bu fikirlərə əsaslanan Fuko təklif etdiyi təcrübəni otaq şəraitində yaxın dostları
üçün nümayiş etdirmişdir. Hadisədən xəbər tutan Fransanın gələcək imperatoru Lui Bonapart (III Napoleon)
alimə öz təcrübəsini daha geniş şəraitdə nümayiş etdirməyi məsləhət görür. Bu məqsədlə o, Paris Panteonu n -
 dan istifadə edilməsinə də razılıq verir. 1852-ci ildə Panteonda qurulmuş bu təcrübə çoxsaylı tamaşacılar


Yüklə

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə