Fizika-1Qacarallnsonjavad layout 1


səhifə29/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   25   26   27   28   29   30   31   32   ...   52

Külək dəyirman larının ən böyük qüsuru güclü küləyin
təsiri ilə onun sınıb-dağılması, sıradan çıxması idi. XVIII əsrdə
gəmilərdə yelkəni açıb-bağlayan mexanizm ixtira olunduqdan sonra
bu problem də qismən həll edildi. Bundan sonra külək
dəyirmanlarının əsas qüsuru küləksiz havada işinin dayanması
oldu. Belə hallarda dəyirman əllə və yaxud ev heyvanlarının
gücündən istifadə etməklə hərəkətə gətirilirdi. XVIII əsrin so-
nunda külək dəyirmanları  artıq ərazisində güclü külək əsən
Av ropanın  bütün ölkələrinə yayılmışdı. Avropanın şimal
bölgələrində, o cümlədən Fransa, Böyük Britaniya, Polşa,
Baltikyanı və Skandinaviya ölkələrinin dənizlə sərhəd olan
sahil ərazilərində  on minlərlə  külək dəyirmanı qurulmuşdur.
Lakin son  dövrdə dün yada müşahidə olunan yanacaq böhranı külək enerji sindən istifadə  edilməsinə diqqəti
xeyli artır mışdır. Dünyanın bir çox inkişaf etmiş  ölkə sində külək enerjisi ilə işləyən elektrik generatorları
ölkənin elektrik enerjisinə olan ehtiyacının 10%-ə qə -
dərini təmin edir. Güclü küləkli günlərinin sayı kifayət
qədər çox olan Azərbaycanda, o cümlədən onun Abşeron
ərazisində, Bakı şəhəri ətrafında külək enerjisi ilə işləyən
elektrik generatorlarının qurulması dövrün tələbinə çevril -
məkdədir.         
Müasir külək elektrik stansiyaları.
Abşeronda külək pərləri.  Rəssam T.Salahov. 1967-ci il.
105



Bir çox Avropa dillərində tez-tez işlədilən “külək dəyirmanı ilə
mübarizə” ifadəsi “xəyali rəqiblə döyüş lazımsız qüvvə sərfidir”
mənasında işlədilir. Bu məcazi ifadə ispan yazıçısı Servantesin
“Don Kixot” əsərindəki qəhrəmanın hərəkətini əks etdirir.


Fizikada Perpetuum mobile adı ilə tanınan daimi mühərrik - istilik
və ya hər hansı bir yanacaq sərf etmədən daimi işləyib iş görə bilən
mühərrikə deyilir. Daimi mühərrik ideyası uzun müddət insanları özünə
cəlb etmiş, onun yaradılması ilə dünyanın adlı-sanlı ixtiraçıları və
texnika həvəskarları məşğul olmuşlar. 
Artıq XVI əsrdən başlayaraq Yaxın Şərqdə və Avropada sənayenin
sürətlə inkişafı işçi qüvvəsinə olan ehtiyacı durmadan artırırdı. Ona görə
də insanlarda kənardan enerji almadan faydalı iş görə bilən və daimi
işləyən mühərrik
− Perpetuum mobile yaratmaq arzusu yenidən oyan -
mışdı. İnsanlar belə bir daimi mühərrik qurmaq üçün uzun müddət yorul-
madan çalışmış, bilik və bacarığını sərf etmişlər. Daimi mühərrik ideyası
Avropada XVI-XVII əsrlərdə çox güclü maraq oyatmış və onun yüzlərcə nümunəsi yaradılmışdır. Şəkildə
belə daimi mühərrikin bir nümunəsi verilmişdir. Adi fırlanan təkərdən iba rət olan bu qurğuda təkərin
dişlərinin dibinə oynaq vasitəsilə ucunda ağır kürəciklər olan çubuqlar bağlanmışdır. Müəllifin düşüncəsinə
görə, təkər saat əqrəbi istiqamətində fır landıqda həmişə sağ tərəfdə yana çox açılan dörd çubuq sol tərəfdə
fırlanma oxuna yaxın olan altı çubuqdan daha böyük fırlatma gücünə malik olacaq və təkərin daimi hərəkətini
təmin edəcəkdir. Əslində isə əgər belə bir təkəri düzəldib işə salsaq, o, tezliklə
dayanacaqdır. Ona görə ki, təkəri sola fırladan dörd kürənin yaratdığı qüvvə
momenti onu sağa fırladan altı kürənin yaratdığı qüvvə momentinə bərabərdir. 
Digər şəkildə isə yaradılmış daimi mühərriklərdən birinin quruluşu veril -
mişdir. Qurğunun müəllifi sərbəst fırlana bilən zəncirə içiboş qutular bağ -
layır. O, sağ tərəfdəki qutuların yolunu su vannasının içərisindən salır və
hesab edir ki, burada onlar suyun səthinə qalxmağa çalışaraq zəncirin daimi
fırlanmasını təmin edəcəkdir. Aydındır ki, bu hadisə baş verməmişdir. Ona
görə ki, itələyici qüvvə suda olan qutuların alt və üst səthlərinə suyun gös tər -
diyi təzyiq qüvvələri cəminin fərqinə bərabərdir. Həqiqətən də tam suda olan
qutulara təsir edən itələmə qüvvəsi suyun səthinə tərəf yönəlmiş ola caq dır.
Lakin qurğunun aşağı hissəsindən suya batmaqda olan qutuya təsir edən
itələmə qüvvəsi isə suyun səthindən həmin qutuya qədər olan su sütununun
təzyiq qüvvəsinə bərabər olub qaldırıcı Arximed qüvvəsinin əksinə yönələcək
və qutunun suya daxil olmasını əngəlləyəcəkdir. Ona görə də mü əy  yən vəziy -
yət də bu qüvvələr bir-birini tarazlaşdırır və daimi hərəkət baş vermir. Daimi
mühərrik yaratmaq uğrunda göstərilən uğursuz cəhdlər onun yüzlərcə maraqlı
növünün yaranması ilə nəticələnmişdir.
Mexaniki saatların ixtirası daimi mühərrik yaratmaq ideyasının geniş
yayıldığı dövrə təsadüf edir. Ona görə də bu ideya saatsazların da diqqətini
cəlb etmişdir. Nəticədə qısa vaxt ərzində yüzlərcə mürək kəb və zə rif quruluşlu Perpetuum mobile saatları
yaradılmışdır. Bunların içəri sində müəyyən vaxt intervalında “daimi” kimi işləyən, fəqət kənardan hiss edil -
məyəcək dərəcədə az miqdarda enerji alan yüksək sə nət kar lıqla işlənmiş saatlar da olmuşdur.
1771-ci ildə fransız saatsazı L.Antuanın ixtira etdiyi saat dayanmadan işləməyə başladı. Sonradan məlum
oldu ki, saatın daimi işləməsinə onun gövdəsində açılmış dar kanal səbəb olur. Belə ki, saat olan otağın
qapısı açılan kimi kanaldakı isti hava çıxır, onun yerini nisbətən soyuq və ağır hava tutur. Bu zaman yaranan
Perpetuum mobile 
Arximed qanunu əsasında yaradılmış daimi
mühərrik.
Ən qədim daimi mühərrikin bir növü.
108
http://ru.wikipedia.org/wiki/Вечный_двигатель


zəif külək kanalda yerləşdirilmiş kiçikpərli külək mühərrikini işə salır və
saat mexanizminin yükünü yuxarı qaldırır.
Saatsazlar daimi saatlar yaradarkən onları enerji ilə təmin
etmək üçün müxtəlif üsullara əl atmışlar.Onlar evin çardağı ndan
tökülən yağış suyundan, havada temperaturun və ya təzyiqin
dəyişməsindən, qola bağlanan saatlarda qolun tərpənməsindən
və s.-dən enerji alıb uzun müddət işləyə bilən nadir saat nümu -
nələri yaratmışlar. Bunların içə ri sində ən əlverişlisi havada təz -
yiqin dəyişməsindən enerji alaraq daimi kimi işləyən saatlardır.
Belə bir daimi işləyən nadir saat XVIII əsrdə ingilis mexaniki və
saatsazı Ceyms Koks tərəfindən yaradılmışdır. Koks saatının en-
er ji təminatı onunla əlaqələndirilmiş barometr vasitəsilə həyata
keçirilirdi. Saatsaz bu əlaqəni elə qurmuşdur ki, baro 
metr də
civənin səviyyəsinin artması da, azalması da saat mexaniz mini
hərəkətə gətirən yükü həmişə yuxarı vəziyyətdə saxlamağa
çalışır. Bu saatlardan eləsi olurdu ki, bir ilə qədər dayanmadan
işləyə bilirdi. Havada temperaturun dəyişməsindən enerji ala raq
daimi işləyən saatların nadir nümunələrindən biri 1928-ci ildə İsveçrə mühəndisi Con-Leon Röyter
tərəfindən yaradılmışdır. Bir neçə il sonra isə İsveçdə yaradılmış Atmos firması həmin saatların isteh -
salını indiyə qədər davam etdi rir. Sıxılmış yayın potensial enerjisi ilə işləyən Röyter saatının yayı hər
tərəfi bağlı, içərisində maye və qaz qarışığı olan kapsulla əlaqələndirilir. Temperaturun dəyiş məsi ilə
havanın, eləcə də kapsulun sıxılıb geniş lənmə hərəkəti saatın yayını sıxıb enerji ehtiyatı yaradır. Havanın
temperaturu 15
0
-30
0
C inter valında olduğu zaman kapsulda temperaturun 1

dəyişməsinin yaratdığı yayın
sıxılması saatı ikigünlük enerji ilə təmin edir. Təxminən 60 milyon Atmos saatının işləməsinə sərf etdiyi
güc 15 Vt-lıq közərmə lampasının gücündən də azdır. Onlar temperaturun dəyişməsindən aldıqları enerji
ilə fasiləsiz olaraq 600 il işləyə bilər.  
Daimi mühərrik axtarışının
nəticəsi heç də tamamilə fay -
da sız olmamış, о, fizikanın bir
neçə mühüm qanun unun  kəşf
edilməsinə yol açmışdır. Belə
qanunlardan iki si sübut edir
ki, birinci və ikinci növ dai -
mi  mü hər riklə ri ya ratmaq
mümkün de yil.
Birinci növ Daimi mühər rik
- yanacaq və ya digər ener ji eh -
ti yatları  sərf  etmədən  daim  iş
görə  bilən  qu rğu   dur.
İkinci növ Daimi mühərrik
- elə maşındır ki, işə salındıqda
ətrafdaki cisimlərdən alınan is-
tiliyin hamısını işə çevirə bilər.  
Daimi işləyən  Atmos stolüstü saatı.
Norveçin kiçik Handerfossen şəhərindəki əyləncə parkında uşaqlar en-
erji hasil edən möcüzəli daimi mühərriklə tanış ola bilirlər.
109


Yüklə

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə