Fizika-1Qacarallnsonjavad layout 1


səhifə32/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   28   29   30   31   32   33   34   35   ...   52

kanlarına malik olan bu maşın ların suda mak simal sürəti 120 km/saat-a ça tır. Turist gəzintisi, ekstremal
su idmanı və xilasetmə işləri üçün nəzərdə tutulmuş akvabayk maşın növləri vardır. Su motosikletinin xüsusi
növündən su xizəkciyi idmanında istifadə edilir. Ayağında xizəkcik olan idmançı sürətli hərəkət edən maşına
bağlanmış kəndirdən tutaraq qeyri-adi hərəkətlər edir. Müasir akvabayk idmanı yarışlarında idmançıya hərə -
kət sürətinə və göstərdiyi mürəkkəb hərəkətlərinə görə qiymət verilir.
Mauntinbayk dağ velosipedi idmanı olub məqsədi mürəkkəb dağ yollarında və cığır larda velo sipedlə
hərəkət etməklə yarışmaqdan ibarətdir. Bu gün bir çox maraqlı beynəlxalq dağ velosipedi yarışlarının şahidi
ola bilərik. Müasir dövrdə mauntinbayk idmanı növündən dağ yolları ilə sürətli eniş üzrə velosiped yarışı
gəncləri daha çox özünə cəlb edir. Velosipedlə sürət yarışlarında çətin dağ yolunu böyük sürətlə başa vurmaq -
la yanaşı, yeri gəldikcə müxtəlif mürəkkəb tryuklar da yerinə yetirilir. Dağ idmanı üçün nəzərdə tutulmuş
velosipedlər kiçik ölçüsü və yüksək möhkəmliyi ilə seçilir.
Skaysörfinq ən maraqlı ekstremal idman növü olub paraşüt idmanına aiddir. Ayağında xizəkcik olan
idmançı təyyarədən tullanaraq müəyyən müddət havada çəkisizlik şəraitində olur. Bu zaman o, müxtəlif ek-
stremal idman hərəkətləri nümayiş etdirir.
Skaydayvinq (ing. - skydiving) - hərfi mənası səmada üzmək, paraşütlə uzunmüddətli tullanmaqdır
. Sözün
geniş mənasında ekstremal idman olub skaydayvinq paraşüt idmanının sinonimidir. Sözün dar mənasında
tullanmanın təyarədən aralanma zamanı ilə paraşütün açılma zamanı arasında müddət olub atmosferin aşağı
qatında sərbəstdüşməni xarakterizə edir. Sərbəstdüşmə idmanı bu növün ən parlaq və cəlbedici elementidir. Bu
cür tullanmalar həm fərdi, həm də qrup şəkilində ola bilər.
Skaysörfinq idmanı.
119


Fırfıra kimi tanınan uşaq oyuncağı özünü çox
qeyri-adi aparması ilə diqqəti cəlb edir. Bu oyun-
caq ağırlıq mərkəzindən keçən nazik fırlanma oxu
olan cisimdir. İri bir məcməyi götürüb onun
içərisində fırfıranın iti ucu üzərində dik dayan -
masına çalışaq. Bu mümkün olmayacaqdır. Onda
iki barmağımızla fırfıra oxunun digər ucundan
tutub fırlanma hərəkəti verək və onu məcmə yi nin
içərisinə ataq. Fırfıra uzun müddət dik, şaquli
vəziyyət alaraq böyük sürətlə öz oxu ətra 
fında
fırlanacaqdır. İndi fırlanan fırfıranı yıxmağa, yəni onun OA oxunu üfüqi vəziyyətə gətirməyə çalışaq. Bunun
üçün fırfıraya nöqtəsindən üfüqi istiqamətdə yönəlmiş bir qüvvə ilə təsir edək. Maraqlıdır ki, bu zaman fır -
 fıra yıxılmır, lakin qüvvənin təsir istiqamətinə perpendikulyar olan başqa bir maili vəziyyət alaraq fırlanma
hərəkətini davam etdirir. Digər tərəfdən fırfıranın oxu şaqul oxu ətrafında da nisbətən yavaş sürətlə fırlanma
hərəkətinə davam edərək konus səthi əmələ gətirir. Belə hərəkətə presessiya hərəkəti deyilir. Fırfıranın kütləsi
və fırlanma sürəti böyük olduqca onun oxunu döndərmək, yəni meyil etdirmək üçün də o qədər böyük qüvvə
tələb olunur. Fırfıranın qeyri-adi görünən bu hərəkətinə səbəb onun ətalət xassəsidir. Belə ki, fırlanma
hərəkətində olan fırfıra ətalət xassəsinə görə hərəkət halını, deməli, həm də fırlanma oxunun vəziyyətini
qoruyub-saxlamağa çalışır. Fırfıranın bu xassəsi bir cox qiymətli cihazın yaradılmasına səbəb olmuşdur. 
Fırfıranın xassəsindən texnikanın bir çox sahəsində, məsələn, naviqasiyada, aviasiyada, xüsusilə də hərbi
texnikada geniş istifadə edilir. Məlumdur ki, havada uçan mərmiyə ağırlıq qüvvəsindən başqa, havanın
müqavimət qüvvəsi də təsir edir. Bu iki qüvvənin əvəzləyicisi mərminin hərəkət istiqamətinin əksinə yönəlir.
Əvəzləyici qüvvənin tətbiq nöqtəsi ilə mərminin ağırlıq mərkəzi üst-üstə düşmədiyindən mərmi fəzada
kəlləmayallaq olub fırlanma hərəkəti edər. Bunun nəticəsində mərminin uçuş məsafəsi və onun baş hissəsinin
hədəfə dəymə ehtimalı kəskin şəkildə azalar. Mərmiyə fırfıra kimi öz oxu ətrafında fırlanma hərəkəti verməklə
göstərilən nöqsanları aradan qaldırmaq olar. Bu məqsədlə silahın lüləsində yiv açılır və mərmi bu yivlə hərəkət
edərək bayıra çıxana qədər fırlanma hərəkəti alır. Uçuş zamanı mərmi-
fırfıra fırlanma oxunu sabit saxladığından baş hissəsi qabaqda olmaqla
hərəkətini axıra qədər davam etdirəcəkdir. Yalnız havanın müqavimət
qüvvəsinin təsirindən mərminin oxu sürət vektoru ətrafında zəif presessiya
hərəkəti edər. Belə hərəkət mərminin düzgün hərəkət etməsini - onun baş
hissəsinin hədəfə dəyməsini təmin edir. Bu vəziyyəti nəzərə alaraq tüfəng
və top kimi atəş açan silahların lüləsində yiv şəklində yarıq açılır ki, atəş
zamanı mərmi bu yarıqla hərəkət edib uçan fırfıraya çevrilsin.
Üzərində yaşadığımız Yer kürəsi də qütblərdən basılmış vəziyyətdə
olan bir fırfıradır. Onun fırlanma oxu Yerin orbit müstəvisi ilə 23
0
27

bucaq əmələ gətirərək presessiya edir. Presessiyanın periodu, yəni Yerin
fırlanma oxunun tam bir dövrü 26 min ilə bərabərdir. Bu isə o deməkdir
ki, 13 min ildən sonra Yerin oxu 180
0
əks tərəfə meyil etmiş olacaqdır.
Fırfıra
Fırfıranın ağırlıq qüvvəsinin təsiri altında presessiyası.
Fırfıranın özünü aparması olduqca heyrətamizdir.
Əgər o fırlanmırsa, dərhal yıxılır, onu itiuclu
oturacağı üzərində tarazlıqda saxlamaq mümkün
olmur. Lakin o fırlandıqda tamam başqa əşyaya
çevrilir. Belə ki,  bu zaman  fırfıra nəinki yıxılmır,
hətta onu itələdikdə müqavimət də göstərir və daha
da dik, şaquli vəziyyət almağa çalışır.
Məşhur ingilis alimi C.Perri.
120


Yüklə

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə