Fizika-1Qacarallnsonjavad layout 1


səhifə34/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   30   31   32   33   34   35   36   37   ...   52

126
qarşısında bir daha nümayiş etdirilir. Fuko təcrübəsinin nümayişi zamanı orada olan böyükdən-kiçiyə bütün
tamaşaçılar heyrətdən donub-qalırlar. Sanki onlar ayaqları altında Yerin qaçmasını 
− fırlanmasını hiss edirdilər.
Bundan sonra bu təcrübəni Fuko təcrübəsi kimi qəbul olundu. 
Fuko təcrübəsində kütləsi 28 kq olan kürə 67 metrlik polad məftil vasitəsilə Panteon kilsəsinin qülləsinin
altından elə asılmışdır ki, o, bütün istiqamətlərdə sərbəst rəqsi hərəkət edə bilsin. Rəqqasın altında döşəmədə
mərkəzi asılma nöqtəsinin tuşunda olan 6 m radiuslu dairə ayrılmış və narın qum təbəqəsi ilə örtülmüşdür.
Kürəyə bərkidilmiş nazik metal çubuq rəqs zamanı qum təbəqəsini yararaq iz sala bilir. 
Müəyyən edilmişdir ki, rəqqasın bir tam rəqsi 16,4 saniyəyə başa gəlir və hər periodda qum üzərində polad
çubuğun saldığı iz yerini dəyişərək 3 mm fərqlənir. Bu onu göstərir ki, rəqqasın rəqs müstəvisi döşəməyə
nisbətən saat əqrəbi istiqamətində dönür. 1 saat ərzində bu dönmə 11
o
-yə çatır və 32 saatdan sonra rəqqas tam
dövrünü başa vurub əvvəlki vəziyyətinə qayıdır. Buradan aydın olur ki, Fuko rəqqasının fırlanması coğrafi
enlikdən asılıdır. Şimal, yaxud cənub qütblərində Yerin fırlanma oxu rəqqasın rəqs müstəvisi üzərində ol -
duğundan Fuko rəqqası saatda 15
0
olmaqla bir ulduz günü ərzində 360
o
dönür. Ona görə də şimal yarım kürə -
sində Paris şəhərinin coğrafi enliyində rəqqasın fırlanma sürəti azalır və tam dövr 32 saata başa gəlir. Bu
müddət Londonda 30 saat, Nyu-Yorkda 36 saat 45 dəqiqəyə bərabərdir. Bakı üçün də bu müddət təqribən
36 saat 45 dəqiqədir. Ekvatora yaxınlaşdıqca bu müddət sonsuzluğa qədər böyüyür və Fuko rəqqasının fırlanma
hərəkəti müşahidə edilmir.  Fuko rəqqasının dönmə bucağı Ω-nın coğrafi  enlik bucağı 
φ
-dən asılılığı
Ω =15sin
φ
düsturu ilə ifadə olunur.
Hazırda dünyanın bir çox ölkəsində Fuko rəqqasının bir-birindən bədii tərtibatı ilə seçilən nümunələri
Muxtarov cümə məscidi. Vladiqafqaz. Sovet döv ründə bu məs ciddə Qafqazda yeganə olan Fuko rəqqası qurul muş dur.


127
yara dılmışdır.  Şəkildə Vladiqafqazın ən gözəl məscidinin
qarşı tərəfdən görünüşü verilmişdir. Maraqlıdır ki, bu məs -
ciddə Qafqazda yeganə olan Fuko rəqqası qurul muş dur. Bu
məscid 1908-ci ildə Bakının neft sənayesinin gör kəmli
nümayəndəsi, milyonçu Murtuza Ağa Muxtarovun vəsaiti
və rəhbərliyi ilə tikilmişdir. Onun tikintisini Muxtarov
Bakının ozamankı memarı İosif Ploşkoya tapşırmış və
binanı şəhər sakinlərinə hədiyyə etmişdir. Vladiqafqaz
müsəlmanları minnətdarlıq əlaməti olaraq binanı “Mux-
tarov cümə məscidi” adlandırmış və milyonçunun adını
mərmər lövhəyə həkk etməklə  əbədi ləş dirmişlər.  Sovet
döv 
ründə bina respublikanın diyarşünaslıq müzeyinin
filialı kimi fəaliyyət göstərmişdir. 
BMT-nin Nyu-York şəhərindəki mənzil-qərargahında
Niderland hökuməti tərəfindən Fuko rəqqasının gözəlliyi
ilə seçilən bir nümunəsi qurulmuş və BMT-yə hədiyyə
edilmişdir. Rəqqasın kütləsi 91 kq olan, qızıl suyuna çəkil -
miş kürəsi vestibülün 76 m hündürlüyündəki tavanından
asılmışdır. Kürə döşəmədən bir qədər yuxarıda quraş -
dırılmışdır və diametri 18 m olan dairəşəkilli metal həlqə
üzərində rəqs edir. Rəqs zamanı onun rəqs müs təvisi ves -
tibüldəki əşyalara nisbətən saat əqrəbi istiqamətində dönür
və Yerin fırlanmasını əyani şəkildə nü -
ma yiş etdirir. Rəqqasın tam dövr periodu
36 saat 45 dəqiqəyə bərabərdir.
Bu rəqqası qurarkən maraqlı bir yeni-
lik də edilmişdir. Belə ki, dairəvi həlqə -
nin üzəri elektromaqnitlə örtülmüş ol-
 du ğundan  rəqs  zamanı  kürənin içə risində
yerləşdirilmiş mis sarğıda elektrik cərə -
yanı yaranır. Bu cərəyanın enerjisi sür -
tünmə qüvvəsinə və havanın müqa vi -
mətinə qarşı görülən işə sərf olunur və
rəqqasın bərabər səviyyəli rəqsi təmin
edilir. Maraqlıdır ki,  kürənin üzərində
Hollandiya kraliçası Yulianın bu sözləri
həkk edilmişdir: “Bu gün də, sabah da
bu ləzzətlə yaşa!”
BMT-nin Nyu-York şəhərindəki binasının 
vestibülündə qoyulmuş Fuko rəqqası.


128
Uşaq oyuncağı fırfıra əsasında yaradılmış jiroskop cihazı aviasiya, gəmiçilik, kosmonavtika və bu kimi
mühüm texniki sahələrin inkişafında inqilabi dəyişikliklərə səbəb olmuşdur. Jiroskop sürətli fırlanma hərəkəti
edə bilən bərk cismə deyilir. Mexaniki jiroskoplar içərisində kardan asqısında yerləşdirilmiş rotorlu jiroskoplar
xüsusilə seçilir. Onlar fırlanma oxunun fəzadakı vəziyyətini istənilən istiqamətdə sərbəst şəkildə dəyişə bilirlər.
Lakin xaric dən qüvvə tə siri olma -
dıqda jiros 
ko pun  fırlan ma  oxu
fəzada öz və ziyyətini qo ruyub-
saxlayır. Ji ros kopun oxunun fə zada
istənilən istiqamətdə sərbəst dönə
bilmək imkanı onun üç qar şılıqlı
perpendikulyar fır 
lan 
ma oxu sa 
-
yəsində yaranır. Əgər ji roskop iki
qarşılıqlı  per  pen  dikulyar üfüqi və
bir şaquli ox ətrafında fırlana bi -
lirsə, ona üç sərbəstlik dərəcəli
jiroskop deyilir. Belə jiroskop iki
kardan as qısının köməyi ilə yara -
dılır. İki sərbəstlik dərəcəli jiros -
kopda bir  kardan asqısı kifayət
edir. Kardan asqısı düz bucaqlı çər -
çivə və ya dairəvi həlqə şəklində
hazırlana bilər. Jiros kopun işində onun
uzun müddət fırlanma hərəkəti
etməsi mühüm şərtdir. Oxların
otur duğu dayaq larda sürtünmə nə
qədər az olarsa, jiroskopun oxu
fəzadakı  və ziy  yətini  uzun  müddət
qoru yub-saxlayar. 
İlk  kardan asqı sından asılmış
fır lanan  kürə dən ibarət olan jiro -
skop cihazı 1817-ci ildə İohan
Bonenberger tərəfindən ixtira edil 
-
mişdir. 1832-ci ildə amerikalı
Uolter R. Conson jiros kopun fır -
lanan  kürəsini dairəvi lövhə ilə
əvəz etdi. Bu cihazlara jiroskop
adını da fransalı alim Fuko ver -
mişdir. Jiroskop sözü fırlan ma 
baxıram mənasını verən iki qədim
Jiroskop
Fukonun ixtira etdiyi jiroskop. 
Quraşdıran Dyumolen-Fromentdir. 1852.    


Yüklə

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə