Fizika-1Qacarallnsonjavad layout 1


səhifə31/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   27   28   29   30   31   32   33   34   ...   52

Müasir dövrdə fizika elminin qanunları əsasında
yaradılmış, qeyri-adi çətinliyi, mürəkkəbliyi, həyat
üçün təhlükəli olması ilə seçilən və cəsarət tələb edən
bir çox idman və sirk növləri yaranmışdır. Bu onu
göstərir ki, insanların bəzisi ölümlə həyat arasında olan
ekstremal vəziyyətə düşməkdən və bu vəziy yətdən
fiziki gücü və qeyri-adi məharəti sayəsində xilas ol-
maqdan zövq alır. İnsanın ekstremal vəziyyəti ilə
yerinə yetirilən belə idman növləri XX əsrin 50-ci
illərindən etibarən ekstremal idman adlandırılmışdır.
Snoubordinq idman növündən görüntülər.
Ekstremal idman
114


Ekstrim - xüsusiqeyri-adi və ən yüksək məna la rın -
da işlədilən ingilis sözü olub insan həyatına təhlükə
yaradan fəaliyyət növünə deyilir. Ekstremal idmanda
idmançı bilərəkdən özünü ölüm təhlükəsi qar şısında
qoyur. Akrobatika və gimnastika element ləri bu id -
manın əsas tərkib hissələrini təşkil edir. Ekstremal
idmanın snoubordinq, dayvinq, skaydayvinq,  skeyt -
bordinq, kaytinq, raftinq, beyscam pinq, beykbor-
dinq, akvabayk, mauntinbayk, skay  sörfinq və s.
növlərini göstərmək olar. Demək olar ki, hər il ek-
stremal idmanın bir neçə yeni növü yaranır. Ekstremal
idmanın bir çoxu Olimpiya oyunları sırasına daxil
edilmişdir.
Ekstremal idmançının bütün oyunları fizikanın qa -
nunlarına əsaslanır. İdmançı ona təsir edən ağırlıq,
müqavimət, sürtünmə, mərkəzdənqaçma və s. qüv -
vələrini idarə etməklə müvazinətini saxlayır v ə
mürəkkəb  akrobatik  hərə kət ləri  yerinə  yetirməyə
çalışır. Onun müvəffə qiy yəti enerjinin saxlanması və
cismin hərəkət qanun larına ne -
cə əməl etməsindən asılı olur. 
Snoubordinq ingilis sö 

olub qar və taxta (xizəkcik)  söz lə -
rinin bir ləş məsindən ibarətdir. Bu
idman növü xizəkçiklə dağ sürüş -
məsinin və akro bat ikanın bir çox
ele ment lə rini  özündə  birləş dirir.
Hərəkət zamanı idmançı sü 
-
rətini 100 km /saat-a qədər çat dıra
bilir.
Skeytbordinq idman növündən görüntülər.
Kaytinq idmanı.
Sörfinq. 


Dayvinq - sualtı idman növüdür. Bu ekstremal id -
man növü ilə məşğul olan idmançılar su altında üzə-
üzə nəfəsini beş dəqiqəyə qədər saxlaya bilirlər. Xü-
susi nəfəsalma cihazlarının köməyi ilə suyun müxtəlif
dərinliklərində 20 dəqiqədən altı saata qədər qala bilən
idmançılara dayverlər və ya akvalanqçılar deyilir.
Skeytbordinq  diyircəkli taxta üzərində dayan-
maqla xizəkcik idmanına məxsus oyunlar edilən id -
man dır. 
İdmançı diyircəkli xizəkciklə tir üzərində, ho-
 
vuzda, asfalt döşə 
mədə, qarlı yamacda və s.-də
diyirlə nə rək mürəkkəb nömrələr göstərə bilər.
Kaytinq ən gənc ekstremal id -
man növlərindən bi ridir. Bu növlə
məşgul olan id mançı əlində saxla -
dığı çərpə ləngin köməyi ilə suda
mü rəkkəb hərə kətlər yerinə yetirir.
Raftinq idman növündə bir qrup
idmançı hava doldurulmuş raft ad-
la nan rezin qayıqla gur axan çay
sula rında üzür. Yumşaq gövdəli raft
qa 
yıqları 4-20 nəfərlik idmançı
üçün hazırlanır. 
Beyscampinq idmançı paraşütlə hündür binadan tullanır.
Dayvinq.
Raftinq.
116


Beyscampinq (ingiliscə 
− BASE jumping ) -
elə bir ekstremal idman növüdür ki, idmançı xü-
susi paraşütdən və ya çərpələngdən istifadə
edərək hündür nöqtə lərdən, məsələn, televiziya
qülləsindən, qaya zirvəsindən, körpüdən və s.-dən
aşağı tullanır. İdmanın adını əmələ gətirən
“BASE” hərfləri hündür bina, antena, körpü və
qaya mənası daşıyan ingilis sözlərinin baş hərf -
ləridir. 
Beystullanmanın tarixi çox qədim dir. Rəva -
yətə görə, hələ XII əsrdə Çin akro batları hündür
yerdən tullanma nöm rələri göstərir və bu zaman
əllərində ehtiyat üçün kiçik paraşüt tutur -
muşlar. 1783-cü ildə Lenorman bu üsulla
Monpelye şəhərindəkı rəsəd xananın qül lə -
sindən tullanmışdır. O, hava şarından isti -
fadə edə rək Yer səthinə uğurlu eniş etmişdir.
1912-ci ildə Rodmen Lo para şüt dən istifadə
edərək Amerikadakı Azadlıq abidəsinin
başından tullan mışdır. Bundan sonra para -
şütün kö məyi ilə Sena çayı üzərində tikilmiş
hündürlüyü 60 metr olan körpüdən, Eyfel
qülləsindən,  İngil tə rənin  Yose miti  parkın -
dakı əl-Kapitan qa ya  sın dan,  Kanadadakı
Si-En Tauer göydə ləninin  sonuncu mər -
təbəsin dən tullanan idmançılar olmuşdur. 
Beykbordinq ingilis sözü olub dalğa 
taxta sözlərinin birləş məsindən əmələ gəl -
mişdir. Bu elə bir idman növünü ifadə edir
Su motosikleti  idmanı - akvabayk.
Beykbordinq idmanı.
Beykbordinq idmanı.
117


ki, o, su xizəyi, snoubord, skeyt və
sörfinq idmanlarını özündə birləş -
dirir. Qısa, enli taxta lövhə üzərində
dayanan idmançı katerə bağlanmış
kəndirdən tutaraq 30-40 km/saat
sürətlə hərə kət edir. Bu zaman o,
katerin ar xa sında yaratdığı dalğadan
tramplin kimi istifadə edib mürək -
kəb tryuklar yerinə yetirir.
Akvabayk
− su motosikleti 
hidro sikl ilə yerinə yetirilən ekst re -
mal idman növüdür. İlk su motosik-
leti 1968-ci ildə suyun səthi ilə
sürüşmək məqsədi ilə yaradılmışdır.
O, oturaq və ayaqüstü olmaqla iki
növdə istehsal olunur. Bu növ mü -
asir maşınlar gücü 225 at qüv vəsinə
qədər olan mühərriklə təchiz olunur.
Yüksək manevretmə və dönmə im -
Mauntinbayk - dağ velosipedi idmanı.
118


Yüklə

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə