Fizika-1Qacarallnsonjavad layout 1


səhifə28/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   24   25   26   27   28   29   30   31   ...   52

əsrdən başlanmışdır. XII əsrdə Avropanın, demək olar, bütün
ölkələrində su təkərindən müxtəlif məqsədlər üçün istifadə
edilirdi. Orta əsrlərdə Avropada sənayenin sürətli inkişafı daha
güclü su təkərinə ehtiyac yaratmışdır. Ona görə də bir neçə
təkərdən ibarət sistemlər yaradılırdı. Fransa kralı XIV Luinin
əmri ilə böyük su dəryaçası yaradılmış, onun qarşısında isə 14
su təkəri quraş dırılmışdır. Onlar çay suyunu şəhər parklarına
və  əkin sahələrinə ötürən 221 nasos işlədirdi. 1682-ci ildə Fran -
sada usta R.Salem Sena çayı üzərində diametri  8 m-ə çatan 13 su
təkərindən ibarət nəhəng qurğu yarat mışdır. Qurğu 235 nasosu
hərəkətə gətirir, tonlarla suyu  163 metr hündürlüyə qaldıra
bilirdi. Bundan da güclü hidroqurğular bir qədər sonra İngiltərə
və Almaniyada yaradılmışdır.
Su təkərinin ixtirası texnikanın inkişafı tarixində misilsiz
əhəmiyyət daşımışdır. Bununla insan ilk dəfə olduqca etibarlı,
quruluşca çox sadə universal mühərrik əldə etmiş oldu.
Azərbaycanda əsasən kiçikölçülü su dəyirmanlarından
istifadə olunurdu. Un və  yarma  istehsal edən dəyirmanlar bir-
birindən fərqlənirdi. Düyünü qabığından ayırmaq üçün çəl -
tikdöyən dəyirmanlardan istifadə edilirdi. Burada  su təkərinin
fırlanma hərəkəti dişli ötürmənin köməyi ilə çəltikdöyən çəkicin
düz xətt üzrə irəli-geri hərəkətinə çevrilirdi.
Şəlalə qarşısında qurulmuş su dəyirmanı.
Su təkəri.
99


100
Orta əsrlərdə  su dəyirmanları
inkişafının ən yüksək zirvəsinə
çatmışdır. Almaniyada ondan ma -
hud və müxtəlif növ parça toxu -
culuğunda, İspaniyada ka ğız is- 
teh salında, İsveçdə metalın döy -
mə üsulu ilə emalında və s.-də
istifadə olunurdu. 
Elektrik generatoru kəşf olun-
duqdan sonra su dəyirmanları çox
asanlıqla su-elektrik stansiyala -
rına çevrildi. Bundan ötrü gene-
ratorun valını  fırlanan su təkəri
ilə əla qələndirmək kifayət edirdi.
Terri S. Reynoldsun
“Sənaye inqilablarının
orta əsr kökləri” adlı
kitabından götürülmüş
kağız istehsal edən
maşının şəkli. 
Qədim su dəyirmanı, Çin.


101
Suqaldıran ağac təkər “Norias”. Həma, Suriya. 
Bizans dövründə yaradılması güman edilən ilk  suqaldıran  Norias ağac təkərləri Suriyanın
Oront çayı üzərində  qurulmuşdur. Kiçik hovuzdan keçən çay suyu nəhəng ağac təkəri
fırlanmağa məcbur edir. Bu zaman təkərə bağlanmış çanaqlar hovuzun suyu ilə dolur və
təkərin hündür nöqtəsinə çatdıqda əkin sahələrini suvarmaq üçün nəzərdə tutulmuş kanala
tökülür. Dövrümüzə qədər 20 belə təkər ibtidai quruluşunu  qoruyub-saxlamışdır. Onlardan ən
böyüyünün diametri 20 m-dir. 
İbtidai insanlar dəni una çevirmək üçün  əl dəyirmanı  və ya kirkirə adlanan alətdən də istifadə etmişlər.
Kirkirə diametri 1 m  ətrafında olan iki dairəvi yastı daşdan ibarətdir. Ortasında dən tökmək üçün deşiyi olan
üst daşın kənarına ağacdan dəstək bərkidilir. Alt daşı isə yastı, səthi kələ-kötür hala salınmış daşdır. Üst daşı
dəstəkdən tutaraq fırlatdıqda onun deşiyindən tökülən dən iki daşın arasına düşərək una çevrilir. Bu, böyük
enerji tələb edən ağır iş olduğundan insanlar daşın fırlanmasında qoşqu heyvanlarından istifadə etmişlər. Lakin
bu da müəyyən çətinliklər yaradır, insanların ehtiyacı ödənilmirdi.



Suyun potensial enerjisi ilə işləyən su dəyirmanı.
Dəyirmanların tətbiq sahələri
Əvvəllər əl, su və külək dəyirmanları yalnız dən üyütmək üçün 
yaradılırdı. İllər keçdikcə dəyirmanların tətbiq dairəsi 
genişlənmiş və aşağıdakı sahələri əhatə etmişdir:
1. Taxıl məhsullarının təmizlənməsi və üyüdülməsi. 
2. Suvarma sistemi.
3. Parça istehsalı (1223-cü il,  Almaniya).
4. Kağız istehsalı (1238-ci il, İspaniya).
5. Dəmirin döyülərək emalı (1197-ci il, İsveçrə).
6. Ağac tirlərin doğranması (1240-cı ildən gec olmayaraq) .  
7. Dərinin aşılanması.
8. Məişət alətlərinin itilənməsi.
9. Pivə istehsalı.


Külək dəyirmanı külək enerjisi ilə işləyən, dən üyüdüb un hasil
edən ən qədim aerodinamik qurğudur.  Əslində, külək dəyirmanı
qanadları vasitəsilə aldığı külək enerjisini mexaniki enerjiyə çevi -
rən aerodinamik qurğudur. Un istehsalı onun ən geniş tətbiq olun -
duğu sahədir.  Bu məqsədlə külək dəyirmanları su dəyir man la rı ilə
yanaşı istifadə olunmuşdur. Zaman keçdikcə insanlar külək
dəyirmanından başqa sahələrdə də istifadə etməyi öyrənmişlər. İn-
sanlar  yelkənli qayıqda külək enerjisindən məha rətlə istifadə
etməyi bacarsalar da, uzun müddət  ondan başqa işlərdə istifadə
etməyi  baca rmamışlar.  Babilistan, İran və Çində yeni eradan  əv -
vəl külək dəyirmanından istifadə edilmişdir. XII əsrdə Şimali
Avropada fırlanma oxu üfüqi vəziyyətdə olan külək dəyir man -
larının geniş yayılması haqqında dəqiq elmi məlumatlar vardır. İlk
zamanlarda külək dəyir manlarının məhsuldarlığı çox aşağı olurdu.
Məhsuldarlığı artırmaq üçün əvvəlcə onun şaquli valı üzərində
qurulmuş yelkən pərlərlə əvəz edildi. Sonra isə şaquli val üfüqi
valla əvəz olundu. Qurğunun fırlanan hissəsi binaların ən hündür,
küləktutan yerində qurulurdu. Dişli ötürmələrin köməyi ilə üfüqı valın hərəkəti dəyirmanın üst daşına
ötürülürdü. Bu dəyişikliklər külək dəyirmanlarının gücünü xeyli artırırdı və ondan böyük enerji tələb olunan
sahələrdə, suvarma sistemlərində, kağız istehsalı və ağac emalı sənayesində suqaldıran qurğuların və nasosların
işlədilməsində  və s.-də istifadə etməyə imkan yaratdı. 
Külək dəyirmanları
Açıq havada qurulmuş, külək enerjisi ilə işləyən qədim 
ağac emalı zavod-muzeyi. Niderland.
Rombşəkilli külək dəyirmanı.
104
http://en.wikipedia.org/wiki/Windmill


Yüklə

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə