Fizika-1Qacarallnsonjavad layout 1


səhifə26/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   22   23   24   25   26   27   28   29   ...   52

Dünyanın fizika alimləri təkərin müasiri olan bume-
ranqa möcüzə kimi baxırlar. Bumeranq elə bir fırlanan
mərmidir ki, uçuş zamanı o, havada sanki düşünülmüş
məxsusi əyrilərdən ibarət trayektoriya cızır, hətta onu
atan adamın yanına da qayıda bilir. Bumeranq insanların
etibarlı ov silahı olmuşdur. Onunla  tarladan quşları
çıxarmaq, ovu ovçu hədəfinə gətirmək məqsədilə və
bəzən də əyləncə vasitəsi kimi istifadə edərdilər. Müasir
dövrdə o yalnız əyləncə vasitəsi və  idman aləti kimi
qalmışdır.
Bumeranqa yan tərəfdən baxdıqda onun yuxarı
hissəsinin xaricə tərəf çıxdığı, aşağı hissəsinin  isə müs -
təvi şəklində olduğu görünür. Təyyarə qanadları və he-
likopter pərləri də eynilə onun kimidir. Məhz belə
quruluş bumeranqda qaldırıcı qüvvə yaranmasına və
onun havada uçmasına səbəb olur.
Bumeranqın uçuşunu izləmək olduqca maraqlıdır.
Böyük qüvvə ilə atıldıqda onun havadakı trayektoriyası
ilgək əmələ gətirir. Bu zaman o, bir neçə dəfə irəli və
ge ri uçaraq, nəhayət, atıldığı yerə qayıdır. Bumeranqın
uçuş  məsafəsi eyni qüvvə ilə atılmış daşın uçuş
məsafəsindən təxminən üç dəfə böyük olur. 
Bir çox xalqların tarixində bume ranqın mövcudluğu məlum olsa da, yalnız  Avstraliyanin yerli sakinləri
müasir dövrə qədər onu qoruyub-saxlamışlar. Bu alətin Avstraliyaya da başqa bir qədim və inkişaf etmiş   xalq-
dan ötürüldüyü şübhə sizdir. Onun əsl vətəninin Hindistan və ya qədim Şərq olduğu güman edilir. Bumeranqın
Avstraliyada son dövrə qədər saxlanması isə bu ölkədə müharibə və ov etmək üçün daha əlverişli yay-ox
silahının ixtira edilməməsi ilə əlaqələn dirilir.
Mamont dişindən hazırlanmış ən qə dim bumeranq Polşa ərazisində qazın tılar zamanı aşkar edilmişdir.  Onun
düzəldilmə tarixi yeni eradan əvvəl 21000-ci ilə aid edilir. Bumeranqın  müxtəlif növləri Misir fironlarının
piramidalarından, Hin distan, İndo neziya, Almaniya və Hollandiya əra zi  lərindən tapılmışdır. Bu nümu -
nə lərin hamısı ağacdan hazırlandıqı üçün çürümüş və çox pis vəziyyətdə dövrümüzə gəlib çıxmışdır. Avs-
traliyada  əsasən akasiya və evkalipt ağacları bumeranq üçün əsas
məmulat kimi seçilmişdir. Onu  hazırlamaq üçün müəyyən ölçüdə
kəsilib hamarlanmış ağac qızdırılaraq əyilir və ona lazım olan şəkil
verilir. Bumeranqı məş hurlaşdıran cəhətlərindən biri onun geriyə,
atıldığı yerə qayıtmasıdır. Əslində, bu, həmişə belə olmur. Bunun
üçün küləyin gücünü və istiqamətini də nəzərə alaraq xüsusi baca -
rıqla atmaq tələb olunur.   
Klassik  şəkilli bumeranq xüsusi ölçülü en kəsiyinə və dəyişən
qalınlığa malik iki qanaddan ibarət olur. Qollar bir müstəvi üzərində
olmaqla bir-biri ilə 105
0
-110
0
bucaq əmələ gətirərək birləşdirilir.
Bumeranqın uçuş trayektoriyası qa nad lara
təsir edən aerodinamik qüvvələrdən asılı olur.
Bumeranq
Müasir bumeranq.
92
http://de.wikipedia.org/wiki/Bumerang


93
Bu qüvvələr eyni zamanda iki növ 
− irəliləmə və fırlanma hərəkətləri
yaradır. Şaquli istiqamətdə atılmış bumeranq ilgəkvari trayektoriya ilə
hərəkət etməklə yanaşı, fəzadakı vəziyyətini də tez-tez dəyişir. Nəticədə
trayektoriya həlqə,  yay, “səkkiz - 8” və başqa şəkillər alır və onu atan
idmançının ba carığından asılı olaraq ayaqlarına tərəf qayıdır. İlk bume-
ranq idman federasiyası Avropada, sonra isə Avstraliyada yaradılmışdır.
Beynəlxalq bumeranq idman yarışları getdikcə daha çox idmançını özünə
cəlb edir. İndiyədək  bumeranqatma yarışlarında bir çox dünya rekordları
qeydə alınmışdır. 
Avstraliya bumeranqları.
Avtojir
Avtojir – havadan ağır uçuş qurğusudur. Bu -
rada qaldırıcı qüvvə qarşıdan gələn hava axınının
təsiri ilə sərbəst fırlanan, bumeranqa oxşadılmış
aparıcı pərlərin fırlanması sayəsində yaranır.
İrəliləmə hərəkəti isə mühərrikin köməyi ilə
fırlanan itələyici pərlər tərəfindən yaradılır.
Avtojir 1919-cu ildə ispan mühəndisi Xuan
de la Sne rva tərəfindən ixtira edilmiş, 1923-cü il
yanvarın 9-da sınaqdan çıxarılmışdır. 
Helikopterın  ixtirasından və geniş  isteh salın -
dan sonra ona maraq kəskin şəkildə azalmış və
inkişafı dayandırılmışdır. Yalnız  1950-ci illərdən
etibarən o, ABŞ-da yeni inkişaf mər 
hələsinə
qədəm qoymuşdur.
Təyyarə və  helikopterlə müqayisədə avto jir bir çox üstün keyfiyyətə malikdir. Belə ki, uçuş vaxtı
onun mühərriki sıradan çıxarsa, bir neçə saniyə ərzində pilot aparıcı pərləri avtorotasiya iş rejiminə
keçirib maşını sərbəst uçuş qurğusuna çevirir. Bundan sonra o, yeni  idarəetmə sistemindən istifadə
etməklə enmənin sürətini və istiqamətini idarə edir. Məcburi eniş zamanı avtojir Yer səthində istənilən
nöqtəyə enə bilir.
Avtojirin orta sürəti 
180 km/saat,
rekord sürəti isə 
207 km/saat
-dır. Orta sürətlə hərəkət edərkən
hər  
100 km
məsafəyə
15 l
yanacaq sərf edir. Beləliklə, sürətinə və yanacaq sərfinə görə avtojir
avtomobillə müqayisə oluna bilər, lakin  təhlükəsiz hərəkət baxımından o çox böyük üstünlüyə malikdir.
Silkələnmədən və vibrasiyadan azad rahat hərəkəti, geniş görüş sahəsinə, əlverişli aerofotoçəkiliş,
videoçəkiliş və müşahidə imkanlarına malik olması onun üstün cəhətləri sırasına daxildir.
Avtojir ELA-07-Casarrubios - İspaniya.
X şəkilli  bumeranqlar 
X şəkilli bumeranqlar 
V şəkilli bumeranqlara
nisbətən daha çox maraq
doğurur. Buna səbəb onların
tətbiq üsullarının çox sadə və
başadüşülən olmasıdır.  Adi
V şəkilli bumeranq klassik
üsulla baş üzərindən
fırlatmaqla, X şəkilli isə yan
tərəfdən azacıq bədəni
qabağa əyməklə atılır.


Yüklə

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə