Fizika-1Qacarallnsonjavad layout 1


səhifə24/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   20   21   22   23   24   25   26   27   ...   52

85
dəyişir. Ona görə də cismin xətti  təcili də iki növ təcildən ibarət olacaqdır. Bunlardan birinə - sürətin ədədi
qiymətinin dəyişməsini göstərən  təcilə toxunan və ya tangensial təcil deyilir. Toxunan təcil vektoru da sürət
vektoru kimi əyri xəttə çəkilmiş toxunan üzərinə düşür. Lakin təcil müsbət olduqda o, sürət vektoru ilə eyni,
mənfi olduqda isə əks istiqamətə yönəlmiş olur. Təcilin digər növü isə sürətin istiqamətinin dəyişməsindən
yaranan təcildir. Bu, normal  təcil adlanır. Normal təcil vektoru  toxunan təcil vektoruna  perpendikulyar olub
əyrilik radiusu boyunca  fırlanma mərkəzinə  doğru yönəldiyindən ona mərkəzəqaçma təcili də deyilir.
Ən sadə əyrixətli hərəkətə misal olaraq çevrə boyunca baş verən bərabərsürətli fırlanma  hərəkətini
göstərmək olar. Belə hərəkət edən cisim bir tam dövr etdiyi  T  müddətində  çevrə qövsü üzrə  2πR məsafəsi
qədər yol qət edər. Burada 
R
cızılmış çevrənin radiusudur. Bir tam dövretmə müddətində radius vektorun
dönmə bucağı 2π olar. Onda çevrə üzrə fırlanma hərəkəti edən cismin bucaq sürəti
ω = 2π/T,
xətti
sürəti isə  
V = 2πR /T = ωR
düsturları  ilə təyin edilə bilər.  Bu halda xətti və bucaq sürətləri sabit
qaldığından tangensial və bucaq təcilləri  sıfıra bərabər olur. Çevrə üzrə baş verən bərabərsürətli hərəkətin
yalnız sürətin istiqamətinin dəyişməsi ilə bağlı olan, əyrilik radiusu boyunca mərkəzə tərəf yönələn normal təcili  sıfırdan
fərqlənər. Bu  təcil  
a
m.q.
= V
2
/R
düsturu ilə hesab lanır. 
Məlumdur ki,  təcil ancaq qüvvənin təsiri nəticəsində yarana bilər. Onda Nyutonun ikinci qanununa  əsasən
mərkəzəqaçan təcilin yaranmasına  səbəb olan qüvvə   
Fm.q. = ma =  mV
2
/R
kimi təyin olunar. Bu qüvvəyə mərkəzəqaçma qüvvəsi deyilir. Təbiətdə qüvvələrin cüt-cüt yarandığını və
onların qiymətcə bərabər, istiqamətcə əks olduqlarını nəzərə alsaq, deyə bilərik ki,  mərkəzə qaçma  ətalət
qüvvəsi onun əksinə yönəlmiş ikinci bir qüvvənin - mər kəz dənqaçma  ətalət  qüvvəsinin yaranmasına səbəb
olmalıdır. Fırlanma hərəkəti zamanı yaranan mərkəzdənqaçma ətalət qüvvəsi cismi fırlanma oxundan
Əyrixətli hərəkət.


uzaqlaşdırmağa çalışır.
Fırlanma hərəkəti edən cisimlərlə  insanlar  tez-tez qarşılaşmalı
olmuşlar. Ona görə də bu hərəkət haqqında zaman-zaman müxtəlif
fikirlər səslənmişdir. Eramızdan əvvəl yunan filosofu Aristotel yaz -
mışdır: “Fırlanan qabdan su hətta qabın dibi  yuxarı, ağzı aşağı
olduqda da tökülmür.  Buna səbəb fırlanmadır”. Sanki suyun ağırlıq
qüvvəsi yox olmuş və o artıq Yer tərəfindən cəzb olunmur. Lakin
yuxarıda öyrəndiyimiz fırlanma hərəkətinin qanunları ilə bu hadisə
çox sadə şəkildə izah edilir. Belə ki, fırlanan satıldan suyun tökül -
məməsinə səbəb ona təsir edən mərkəzdənqaçma qüvvəsinin suyun
ağırlıq qüvvəsindən böyük və ya ona bərabər olmasıdır. Yəni fırlanan
satıldan suyun tökülməməsi üçün mərkəz dənqaçma qüvvəsi ilə
ağırlıq qüvvəsinin bir-birini tarazlaşdırması və ya  mg < mV
2
/R
şərtinin ödənilməsi gərəkdir.
Sapand - fırlanma hərəkəti əsasında yaradılmış  qədim  silah
növlərindən biridir. Bu silah  müasir dövrə qədər qorunub-sax -
lanmışdır. Hətta  Azərbaycan gənc lə rinin həyatında sapand yarışı
çox tez-tez keçirilən yarış növlərindən biri o 

muşdur. Gənclər
yaşayış yerindən kənarda  bir dü zə nliyə toplaşır,
yun ipdən hörüb düzəltdikləri sapandla daş atıb
yarışırdılar. Yarış zamanı sa pand çıların qarşısına
müxtəlif məsafələr üzrə seçilmiş hədəfi  vurmaq
və ya daşı uzağa atmaq kimi şərtlər qoyulurdu.
İnsanların hələ fizika elminin əsas qanunlarını
bilmədiyi dövrlərdə meydana gəlmiş bu alət,
əslində, daşatan və oxatan döyüş silahı kimi
yaradılmışdır. Daş atmaq üçün nəzərdə tutulmuş
sapand uzunluğu təxminən 1m ətrafında olan yun
ipdən hörülmüş iki qoldan və onları birləşdirən,
nisbətən enli içlikdən ibarət olur. Daş mərmi içliyə
qoyulduqdan sonra qollardan birinin ucundakı
ilgək sağ əlin baş barmağına keçirilir, digər açıq
uc isə həmin əlin barmaqları  arasında sıxılaraq
saxlanılır. Bundan sonra  sapandçı onu başı
üzərində mümkün qədər böyük sürətlə fır latmağa
çalışır və müəyyən anda sərbəst qolun ucunu
buraxır. Bu zaman içlikdən ayrılan daş əta ləti üzrə
fırlanma trayektoriyasına toxunan isti 
qamətdə
hərəkətini davam etdirir. Daşın kütləsi   200-300 q
aralığında olduqda onu ən uzaq - 90 m-ə qədər
məsafəyə çatdırmaq mümkün olur. Sa 
pandla
tuşlamanın dəqiqliyi daşın kütləsindən, formasın -
dan, qolların uzunluğundan və s.-dən asılı olduğu
üçün onların hamısını nəzərə almaq sapandçıdan böyük ustalıq tələb edirdi.
Tariximizin müəyyən dövrlərində Azərbaycanda sapanddan yanğın törədən silah kimi də istifadə olunmuşdur. Bu
məqsədlə  xüsusi formalı saxsı mərmilər hazırlanır,  içərisi neftlə doldurulub sapandla düşmən tərəfə atılırdı. 
Fırlanan sistemdə yaranan ikinci bir ətalət qüvvəsi də Koriolis qüvvəsidir. Koriolis qüvvəsi fırlanan
sistemdə   radial istiqamətdə hərəkət edən cismin radiusdan kənara çıxması hadisəsini izah etməyə imkan verir.
Fırlanma hərəkətinin sürəti və təcili.
Daşatan sapand.
86


Sanki cismə fırlanma hərəkətinin əksi istiqamətində yönəlmiş  bir qüvvə təsir etmişdir. Həqiqətdə isə belə bir
qüvvəni yaradan səbəb görünmədiyindən onu saxta qüvvə hesab etmək olar. Fizika alimləri bu ətalət  qüvvəsini
onu ətraflı öyrənmiş fransız alimi  Koriolisin şərəfinə Koriolis qüvvəsi adlandırmışlar:
Fk = m ak= - 2m [ω V]
Burada 

cismin  kütləsi
ak 
Koriolis təcili
  , 
ω 
fırlanan sistemin bucaq sürəti vektoru, - sistemdə
cismin hərəkət sürəti vektorudur. Kvadrat mötərizə iki vektorun hasili əməliyyatını göstərir. Bu düsturdan da
görünür ki, əgər sistemin fırlanması saat əqrəbi isti qamətində baş verirsə, onda fırlanma oxundan radius
boyunca hərəkətə başlayan cisim radiusdan çıxaraq sola meyil edəcəkdir. 
Fırlanma saat əqrəbinin əksinə baş verdikdə isə cismin meyli sağ tərəfə ola caqdır. Koriolis təcili fır   lanma oxu
olan  və  fır lanan  cisim lər də  özünü  göstə rdiyin dən  ona  dönmə təcili də deyi lir. Koriolis qüv vəsi çay ların
sahillərinin  yeyil məsində,  siklon  və  antisiklon    külək lərin in  fır lanma  sın da,  okeanlarda  su  axın   ları nın  hə   rə  kətində
və  s.-də  özü nü  gös tərir. Şimal
yarım  kü   rə   sində  Koriolis  qü v -
vəsi hə rəkə tin  sağ  tərə finə  yö -
nəldiyi üçün çayla rın sağ tərəfi
yarğan və  ya qayalıq şəklində,
sol tərəf isə hamar olur;
cənub 
ya rım kürəsində 
isə
vəziyyət bunun əksinə baş ve -
rir.
87
Kiçik dağ çayının  yatağı.


Yüklə

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə