Fizika-1Qacarallnsonjavad layout 1


səhifə21/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   17   18   19   20   21   22   23   24   ...   52

inkişafı nəqliyyatın bu növünü tamamilə tənəzzülə uğratdı. Lakin XXI əsrdə bir sıra ölkələrdə, xüsusilə də
ABŞ-da dirijabl və aerostatların inkişafında yenidən dirçəliş başladı. 2005-ci ildə bu ölkədə hərbi məqsədlər
üçün 500-1000 ton yükdaşıma qabiliyyətinə malik dirijablların və 80 km hündürlüyə qalxıb oradan strateji
məqsədlə müşahidələr aparmağa imkan verən aerostatların yaradılmasına başlanmışdır.
Müasir dirijabl.
Qraf Seppelin  
Qraf Seppelin 1928-ci ildə Almaniyada
yaradılmış və öz dövründə dünyanın ən mü -
kəmməl dirijablı olmuşdur.Dirijablın adı
görkəmli alman dirijabl qurucusu Qraf Sep-
pelinin adından götürülmüşdür. LZ-127
diri jab lı bütün 150 ədəd bu növ dirijabl içə -
ri sində ən uğurlusu olmuşdur. Belə ki, is-
tismar olunduğu 9 il müddətində Qraf
Seppelin 17.200 saat havada olmuş, 590
uçuş həyata keçirmiş, 1,7 milyon km yol
qət etmiş, 13.110 sərnişin və 70 ton yük
daşı mışdır. Bu zaman o, 143 dəfə Atlantik,
bir də fə də Sakit okean üzərindən uçub keç -
mişdir.
77


Kosmosa uçmaq arzusu insanlarda çoxdan yaranmışdır. XVII əsrdə İsaak Nyuton “Fəlsəfənin riyazi
başlanğıcı” əsərində maraqlı bir ideya irəli sürmüş və onu şəkil üzərində izah etmişdir. Şəkildə uca bir dağın
zirvəsində qoyulmuş topdan üfüqi istiqamətdə atılmış mərmilərin trayektoriyaları təsvir olunub. Nyuton
qeyd edir ki, mərminin başlanğıc sürəti artdıqca onun uçuş məsafəsi də artır. Mərmini elə bir sürətlə atmaq
olar ki, o, bütün Yer kürəsini dolanar və hətta qayıdıb Yerə düşməz, Yerin süni peykinə çevrilər. Nyutonun
bu ideyası XX əsrin ikinci yarısından başlayaraq əməli şəkildə həyata keçirildi. Müəyyən olundu ki,
mərminin Yerətrafı dairəvi orbit üzrə hərəkət edən süni peykə çevrilməsi üçün o, elə sürətlə hərəkət etməlidir
ki, ağırlıq qüvvəsi mərkəzdənqaçma qüvvəsi ilə tarazlaşsın. Sürətin bu qiyməti ağırlıq və mərkəzdənqaçma
qüvvələrinin bərabərliyi şərtindən təyin edilə bilər. Hesablama göstərir ki, Yerətrafı dairəvi orbitə çıxarılmış
peykin son andakı sürəti birinci kosmik sürətə, yəni 7,9 km/s-yə bərabər olmalıdır. Sürətin bundan böyük
qiymətlərində orbit ellips, parabola, yaxud hiperbola şəklində olacaqdır. Raketin sürəti ikinci kosmik sürətin
Kosmosa uçuş
78
Verner fon Braun
http://az.wikipedia.org/wiki/Verner_fon_Braun
Alman və Amerika alimi və raket konstruktoru Verner fon
Braun 1912-ci ildə Almaniyanın Virsitz şəhərində anadan
olmuşdur. 
1932-ci ildə Berlin Texnologiya İnstitutunda bakalavr təhsili alan
fon Braun Almaniya silahlı qüvvələrində işə dəvət olunur. O, bu-
rada ballistik mərmilərin yaradılması ilə məşğul olan işlərə
rəhbərlik edir.
1933-cü ildə hakimiyyətə gələn Hitler yeni silah növləri yarada
bilən alman əsilli alimləri yüksək qiymətləndirirdi. Bu vaxt 
SS sırasına daxil olan gənc fon Braun təxminən bir il sonra Al-
maniyada 22 yaşında ən gənc texnika elmləri doktoru olur. Ona
Rummelsdorfda laboratoriya ayrılır və raketqayırma işlərinə
rəhbərlik etmək tapşırılır.
1934-cü ildə fon Braun özünün ilk  A–2 raketini sınaqdan ke çi rir. Raketin uçuş məsafəsi 3 km-ə yaxın
idi. 1936-cı ildə Penem yund da yüksəksəviyyəli hərbi baza tikilib fon Braunun sərəncamına verilir. Bundan
bir il sonra artıq   A-4 raketi yaradılır. Bu, 200 km məsafəyə uça bilən “qisas silahı” adı ilə məş hurlaşan ilk
Fau raketi idi.  Fau müharibə ərəfəsində Londonu darmadağın etmək məqsədi ilə yara dıl mış dır. 
1943-cü ilin yayında Fransa sahilində Londonu raket atəşinə tutmaq üçün raketburaxma mey -
dançası hazırlandı. Lakin atəşə bir neçə gün qalmış  600 nəfərlik ingilis desantı qəflətən Penemyunda gəlir,
hərbi bazada dəhşətli yanğın  törədib onu dağıdır.  Alovda 735 adam, iş otaqları və hazır raketlər yanıb külə
dönür. Almanlar yalnız 1944-cü ilin sentyabrından başlayaraq 1945-ci ilin martına qədər London  üzərinə
4300 Fau-2  raketi göndərə bildi. Nəticədə 13.029 londonlu   məhv edildi. Müharibənin sonuna yaxın  Ame -
rika kəşfiyyatı başda raket baronu fon Braun olmaqla alman raketçilərini əsir götürüb Amerikaya apardı.
Burada onların qarşısına raketqayırma işlərini davam etdirmək tələbi qoyuldu.  Fon Brauna kosmosa
uçmaq arzularını həyata keçirmək üçün geniş imkanlar yaradıldı. Bundan sonrakı ömrünü fon Braun
Amerikada yaşamış və bu ölkənin raket texnikasının inkişafına rəhbərlik etmişdir. Burada bütün uçuşlar,
o cümlədən  Apollon proqramı onun iştirakı və rəhbərliyi ilə həyata keçirilmişdir.
1972-ci ildə fon Braun NASA  direktorunun müavini, Kanaveral kosmodromunun rəisi təyin edildi. Ar -
tıq bu zaman dövlət Aya uçuşları dayandıraraq kəşfiyyat xarakterli və texniki məqsədli peyklərin
buraxılmasına üstünlük verirdi.  1977-ci il  iyunun 16-da 65 yaşlı raket kralı böyrək xəstəliyindən vəfat etdi.


11,2 km/s qiy mətindən böyük olduqda o, Yerin
cazibə sa həsini tərk edib Günəşin cazibə sahə -
sində hərəkət edən süni peykə çevriləcəkdir.
Orbitin forması isə onun orbitə çatdığı son an -
dakı sürətinin qiymət indən asılı olar. 
Cismin Günəş sistemini tərk etməsi üçün la -
zım olan ən kiçik sürətə üçüncü kosmik sürət
deyilir. Hesablamalar göstərir ki, kosmik raket
Yerin orbiti üzrə hərəkəti istiqamətində atılmış
olarsa, onda üçüncü kosmik sürət 16,6 km/s olar.
Əks istiqamətdə atılmış raket üçün isə üçüncü
kosmik sürət Yerin orbiti üzrə hərəkət sürəti qə -
dər bundan çox, yəni 46,6 km/s-yə olmalıdır.
Kosmosun fəthində əsas çətinlik yüksəksürətli
daşıyıcı raketlərin yaradılması olmuşdur. Raket
havadan ağır və dəyişən kütləli uçuş aparatı olub
reaktiv dartı qüvvəsi yaradan mühərrikdir. Reak -
tiv mühərriklərin dartı qüvvəsi yanma ka me ra sın da
yanacağın  yanmasında  alınan  yük   sək təz yiqli  qaz
kütləsinin böyük sürətlə xüsusi de şik dən xaricə
çıxaraq raketi əks isti 
qamətə itələ 
yən təpmə
qüvvəsi sayəsində yaranır. Bu qüv  vəyə reaktiv
qüvvə deyilir.
Kosmonavtikada böyük sürət əldə etmək üçün
əsasən çoxpilləli raketlərdən istifadə edilir. Pillələr növbə ilə raketləri işə salaraq kosmik gəmini təcilli hərəkət
etdirib lazım olan hədəfə çatdırır. Raketlər müxtəlif növdə müxtəlif məqsədlər üçün hazırlanır. İkinci Dünya
müharibəsindən sonrakı dövrdə həm ABŞ-da, həm də inkişaf etmiş digər ölkələrdə hərbi məqsədli raketlərin
yaradılmasına geniş yer verildi. 1951-ci ildə Amerikada fon Braunun rəhbərliyi ilə nü və silahı daşıya bilən
Saturn raketi uşuşda.
Hərbi raket texnikası.
79


Yüklə

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə