Fizika-1Qacarallnsonjavad layout 1


səhifə19/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   15   16   17   18   19   20   21   22   ...   52

F-16 qırıcı təyyarəsi.
Şaquli qalxma və enmə qabiliyyətli qırıncı bombardmançı təyyarə 
AV-8B Harriyer  2.
Qırıcı-bombardmançı  Harriyer GR.3.
Dünyada ilk şaquli  qalxma və enmə
qabiliyyətli qırıcı-bombardmançı
təyyarə 

 Britiş Aerospeys Harriyer
Britiş Aerospeys  Si Harriyer Britaniyaya
məxsus şaquli qalxma və enmə qabiliyyətli
qırıcı-bombardmançı təyyarədir. O,
istənilən uçuş meydançasından havaya
qalxıb enə bilən təyyarələrin əsasında
yaradılmışdır. Bu təyyarələr 1980-2006-cı
illərdə Böyük Britaniyanın Kral Hərbi
Dəniz Qüvvələrinin tərkibində olmuş, Folk-
lend müharibəsində müvəffəqiyyətlə
istifadə edilmişdir. 


“Aerobus-300”.
71
Paraqlaydinq
Uçuş qurğularının inkişafı ilə əlaqədar
olaraq planerlər, demək olar, unuduldu.
Onlar XX  əsrin 20-ci ilinin idman növü
şəklinə qaytarıldı. Bununla belə,  planer -
ləri o səviyyədə təkmilləşdirdilər ki, indi
onlar günlərlə havada qalır və 1000 km-
ə qədər məsafə qət edə bilir. Müasir pla -
ner həcmcə böyük, ağır və həm də çox
və sait tələb edən qurğudur. Ekstremal
idman növünün inkişafı ilə bağlı olaraq
idman həvəskarları arasında planerizm
və onun paraqlaydinq, yaxud parapla -
nerizm kimi növləri böyük maraq doğur -
muşdur. Bu qurğularda uçuş qar şıdan
gələn hava axınından istifadə etməklə
həyata keçirilir. Paraplan 
− paraşütlə  isti qam ət lə nən söz ün dən olub mühərriksiz ifrat yüngül və
idarə olunan uçuş qurğusuna deyilir. İki qat yumşaq örtükdən ibarət olan qanadı qarşıdan gələn
hava axınının təsiri ilə şişərək onu havada saxlayır. Paraplan uçuş qurğuları içərisində sürəti ən
kiçik  (20-70 km/saat) arasında olan ağır uçuş qurğusudur. Paraqlaydinq sonuncu ən sadə və ən
ucuz başa gələn təhlükəsiz hava idman nö vü dür. Onun planer və deltaplanla müqayisədə ən kiçik
kütləyə malik olmasının səbəbi qu ru larkən əsasən xammal kimi parçadan istifadə olunma sın -
dadır. Qurğunun bütün elementləri bir arxa çantasına yerləşə bilir. Belə qurğu ilə uçuş bütün
uçuş növləri içərisində ən sadəsidir. Burada  əsas çətinlik tullanmaq  üçün  hündür uçuş meydan -
çasının olmasıdır.  Hündürlükdən tullanan id mançı bədəninin hərəkəti və paraşüt qanadlarının
köməyi ilə uçuşu idarə edir. Uçuş zamanı idmançının məqsədi böyük yüksəklik qət etməkdir. Bu
sahədə dünya rekordu dəniz səviyyəsindən 4526 m yüksəklikdə olan hündürlükdür.  
Türkiyədə paraqlaydinq.


Müşahidələrdən məlum olur ki, maye və ya qazın daxilində cisim öz çəkisindən
müəyyən qədər itirir. Su ilə dolu vedrəni hovuzdan çıxararkən bu sadə həqiqət
aydın görünür. Belə ki, suda yüngül olan vedrə suyun səthinə çıxan kimi dərhal
ağırlaşır. Bu hadisə qazlarda da müşahidə olunur. Onda qətiyyətlə demək olar ki,
mayeyə və ya qaza batırılmış cisim aşağıdan yuxarıya yönəlmiş bir qüvvə ilə
itələnir. Yeni eradan əvvəl III əsrdə yaşamış Arximed tərəfindən müəyyən edildiyi
Hava balonu və dirijabl 
Arximed
Dövrünün görkəmli mexanika və  həndəsə alimlərindən  olan
Arximed  (y.e.ə. 287-212)  Siciliyanın Sirakuza şəhərində  çox kasıb
yaşayan riyaziyyatçı, astronom Fidiyanın ailəsində dünyaya göz
açmışdır. 
Fidiyanın yaxın qohumu, müharibələrdə böyük qəhrəmanlıqlar
gös tərmiş Giyeron Siciliya hökmdarı seçildikdən sonra o, kasıblığın
daşını atmış, hətta  oğlu Arximedi təhsil almaq üçün  dövrün elm və
mədəniyyət mərkəzi sayılan İsgəndəriyyə şəhərinə göndərə bilmişdir.
Dünyanın  hər tərəfindən bu şəhərə təhsil almağa gəlmiş insanlar
dövlət qayğısı ilə tam əhatə olunur, onların elmi işlə məşğul olması
üçün hər cür şərait yaradılırdı. Arximed burada   riyaziyyatçı,
coğrafiyaşünas Eratosfen, astronom Konon və bu kimi  məşhur
alimlərdən dərs alır, bir çox gənc və istedadlı alimlərlə dostluq
əlaqələri yaradır. O özünün  4 metr hündürlüyə su qaldırmağa imkan
verən, Arximed yivi kimi  tanınan ilk ixtirasını da burada nümayiş
etdirmişdir. 
Arximed təhsilini başa vurub Sirakuzaya qayıtdıqdan sonra qohumu Giyeron onu maddi cəhətdən
tam təmin etdiyindən vaxtını tamamilə həndəsə elminə həsr edir. O, sonsuz azalan həndəsi silsilənin
cəminin tapılması üsulunu ixtira etmiş, müxtəlif həndəsi cisimlərin - ellipsin, parabola seqmentinin,
konus və kürə səthlərinin sahəsini hesablamaq üçün  düsturlar vermişdir. Arximed uzun müddət
çevrə uzunluğunun diametrinə nisbətini hesablamaqla məşğul olmuş və bu nisbəti ilk dəfə 
π
hərfi
ilə işarə edib  ədədi qiymətinin 3,14...  və yaxud  22/7  ilə  223/71 aralığında  olduğunu müəyyən etmiş -
dir. Elm aləmində Arximed qanunu kimi tanınan cisimlərin üzmə şərtlərinin kəşfi  də ona məxsusdur.
Arximed hökmdar Giyerona məktub yazaraq kiçik qüvvə sərf etməklə böyük yükü yerindən
tərpətməyin mümkün olduğunu bildirir. Giyeron dərhal sübut tələb edir. Onda Arximed əmr edir ki,
nəhəng və yüklü bir gəmini sahilə yaxınlaşdırsınlar. Bu zaman alim özü sahildə oturub polispast
blokundan keçirilərək  bir ucu gəmiyə bağlanmış kəndirin digər ucundan çəkməklə gəmini yavaş-
yavaş özünə tərəf hərəkət etdirir.
Rəvayətə görə, Arximedin qarşısında hökmdar Giyeronun şərəfinə hazırlanmış qızıl tacın tərkibinə
onu düzəldən zərgərin gümüş qatıb-qatmadığını  müəyyənləşdirmək məsələsi qoyulur. Burada əsas
çətinlik olan tacın həcminin ölçülməsi üzərində uzun müddət düşünən alim vannada çimərkən ağlına
gəlir ki, tacı suya salmaqla onun həcmini tapmaq olar. O, dərhal çılpaq halda küçəyə çıxır və  Evrika
-  Tapdım deyə qışqırır. Məşhur Arximed qanunu belə ixtira edilmişdir.
Arximedin quyudan su çıxaran qurğuları, oxatan və daşatan silahları Sirakuzanın müdafiəsində
geniş istifadə edilmişdir. O özünün yaratdığı sferik güzgülərin köməyi ilə 200-dən çox düşmən gəmisini
yandırıb məhv etmiş, adaya yaxınlaşmasına imkan verməmişdir. Lakin buna baxmayaraq iki il
mühasirədə qalan sirakuzalılar Roma qoşunlarının təzyiqinə  tab gətirməmiş, nəhayət, təslim
olmuşlar. Həmin gün düşmən əsgərləri ilə qarşılaşan 75 yaşlı Arximed qılıncla qətlə yetirilmişdir.
«Arximed». Domeniko Fetti, 1620.
72
http://en.wikipedia.org/wiki/Airship


Yüklə

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə