Fizika-1Qacarallnsonjavad layout 1


səhifə15/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   11   12   13   14   15   16   17   18   ...   52

rəkətə gətirilən müxtəlif növ qur ğ u l a r   d a n
i s t i f a d ə   e d i l m i ş d i r.  Av r o p a d a   faydalı qa -
zıntı mədənlərində insanları və yükləri şaxtadan
qaldırmaq  üçün heyvanlar vasi təsilə hərə kətə
gətirilən mexanizm lər dən istifadə olunmuşdur.
1800-cü  ildə  Amerika nın  kö mür  mədənlərinin
birində buxar maşını ilə hərəkətə gətirilən lift
işə salınmışdır. Lakin bu liftlər az etibarlı
və çox səs-küylü ol duğundan yaşayış binalar -
ın da  sərnişin lifti ki mi  istifadəyə  yaramırdı.
Amerika mühən disi  Tomsonun ixtira etdiyi
hidravlik liftlər bir sıra qüsurlara  malik
olsa da, İngil tərənin  məş hur mehmanxana -
larında onun  təkmil ləşdirilmiş növləri qu -
raş   dırılıb  istifa də  edi lirdi. 
Lakin min illər ərzində liftin müxtəlif
növ ləri yaradılıb istifadə edilsə də, o, heç
vaxt memarlığın əsas elementinə çevrilmə -
mişdir. Yalnız 1852-ci ildə amerikalı ağac
ustası Otis liftə  kiçik bir qurğu əlavə etdik -
dən sonra o, memarlığın ən əhəmiyyətli ele menti
olaraq qəbul edildi. Bu əlavə lifti təhlükəsiz
əyləc sistemi ilə təmin edən ixtiradan ibarətdir.
Hətta liftin trosu qəflətən qırılsa belə,
Otisin əlavəsi onu tam təhlükəsiz vəziy yət -
də saxla yır. Otis qurğusunu təhlükə siz  lift
adlandırdı və tezliklə onun kütləvi is teh salına
başladı.1857-ci ildə  Otis-eleva tor fir  ma sı    Brod  vey
beş mərtəbəli ticarət mərkə zin də ilk beş nəfər -
lik sərnişin liftini quraş dırdı. 
Bu lift də hərəkətetdirici qüvvə kimi buxar
maşınından istifadə edilirdi. Firma 1859-cu
ildə yivli liftlər istehsalına başladı. Binanın
zirzəmisindən çardağına qədər uzanan nəhəng
yivli oxa  yivli  kabinə  oturdulur və yivin fır -
lanması ilə aşağı-yuxarı hərəkət edirdi.
Yeni Zelandiyada tikilmiş “Səma qülləsi”
(Sky Towers) göydələnində liftlərin
döşəməsi  elə şəffaf  materialdandır ki,
sərnişinlər aşağıya baxmaqla liftin
qalxmasını və ya enməsini  müşahidə edə
bilirlər.
Klassik kottec lifti.
56


İlk elektrik lifti 1889-cu ildə Otis-elevator firması tərəfindən Nyu-York şəhərində tikilən göy -
dələnlərin birində quraşdırılmışdır. Həmin dövrdən də  liftin sürətli inkişafı və dünyanın böyük
şəhərlərinə yayılması başlamışdır.
Otisin təhlükəsiz əyləc sistemli   lifti  tikintidə yeni era nın başlanmasına səbəb oldu. 1926-cı ildə
lif 
tin çağı 
rılması, hərəkətə gətirilməsi və qapıların açılıb-bağlanması kimi işlərin avtomat 
-
laşdırılması, demək olar,  başa çatdırıldı. Bun dan sonra  lift üzərində ediləcək yeniliklər ancaq
onun avtomatlaşdırma və idarəetmə sistemlərinə aid olurdu. 
Hazırda istehsal olunan liftlər hərəkətetdirici mexa nizminə görə elektrik və hidravlik olmaqla
iki növə ayrılır. Tətbiq sahələrinə görə müxtəlif  tələblərə cavab  verən liftlər istehsal olunur;
məsələn, beşnəfərlik, onnəfərlik, iyirminəfərlik və s. liftlər vardır. Ağır yükləri qaldırmaq üçün
nəzərdə tutulmuş liftlər də müxtəlif çeşiddə hazırlanır. Xüsusi təyinatlı liftlərə misal olaraq
avtomobilləri qarajın yuxarı  və ya aşağı mərtəbələrinə daşımaq üçün nəzərdə tutulmuş liftləri gös -
tərmək olar.
Lift sənayesinin inkişafı ilə əlaqədar olaraq  dünyanın böyük şəhərlərində  inşa edilən, hündür-
lüyü 100 metrlərlə ölçülən  göydələnlər  ölkənin inkişaf göstəricisinə çevrilirdi. Son məlumatlara
görə, dün yanın inkişaf etmiş ölkələrində hündürlüyü 150 metrlə 300 metr arasında olan 1450-dən
57
Otis-elevator firmanin lifti.  


çox uca və 300 metrdən çox 40-a qədər ifrat uca göydələn vardır.
İlk göydələn 1931-ci ildə ABŞ-ın Çikaqo şəhərində tikilmişdir. Empire State Building adlanan
bu bina uzun müddət  dünyanın fəxr etdiyi  ən uca  memarlıq nümunəsi olmuşdur. Dünyada ən çox
insanın çalışdığı, 381metr hündürlüyü olan 102 mərtəbəli bu binada 73 lift quraşdırılmışdır. Eyni
zamanda binanın 2  mərtəbəsindən sərnişin götürmək imkanı olan ikimərtəbəli liftlərin köməyi ilə 1 saat
ərzində  10 min nəfər sərnişin daşımaq mümkün idi.  Təxminən 40 il sonra Amerikanın Nyu-York
şəhərində tikilmiş 102 mərtəbəli Dünya Ticarət Mərkəzinin qoşa binası hündürlüyünə görə dünya
birincisi oldu. Binalardan birinin hündürlüyü 415, digərinin hündürlüyü isə  417 metr idi. Təəssüflə
qeyd etmək lazımdır ki, Dünya Ticarət Mərkəzinin hər iki  binası 2001-ci il sentyabrın 11-də
terrorçuların təyyarə  hücumuna məruz qalıb dağıdıldı.  Dünya Ticarət Mərkəzinin istifadəyə veril -
mə sindən təxminən  iki il sonra - 1973-cü ildə Çikaqo şəhərində tikintisi başa çatmış,  443,2 metr
hündürlüyə malik, 110  mərtəbəli  Sirs-Tauer binası dünyanın ən uca binası kimi birinciliyi üzərinə
götürmüş və uzun müddət onu qoruyub-saxlamışdır. Amerika Birləşmiş Ştatlarının bu ən uca
göydələnində  106 lift quraşdırılmışdır. Bunlardan 16-sı eyni zamanda  iki mərtəbədən sərnişin
qəbul etməyə  imkan verən ikimərtəbəli liftlərdir.  İki ekspress  lift binanın çardağında nəzərdə
tutulmuş seyrəngah meydanına qalxmaq istəyənləri bir dəqiqə və bir neçə saniyə ərzində 412 metr
hündürlüyə qaldırır.
Ən sürətli lift Tayvanın Taybey-101 binasında quraşdırılmışdır. Hündürlüyü 509 metr olan 101
mərtəbəli bu binada 67 ədəd müxtəlif növ lift işləyir. Bunlardan ancaq 89-cu mərtəbəyə qədər
işləyən  iki lift dünyanın ən sürətli liftləridir. Yuxarı qalxma zamanı onlar sürətlərini  60,6 km/saat, yaxud
saniyədə 16,83 metrə qədər artıra bilir.  Müqayisə üçün göstərmək olar ki,  adi yaşayış binala rında
liftin sürəti saniyədə 1-1,6,  çoxmərtəbəli binalarda 1,6-3,5, muasir uca göydələnlərdə isə 3,5-dən
10 metrə qədər ola bilir.
Dünyanın ifrat uca göydələnləri sırasında Dubay şəhərindəki 585,7 metr  hündürlüklü 156 mər -
Müasir yükdaşıma  lifti. 
58


Yüklə

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə