Fizika-1Qacarallnsonjavad layout 1


səhifə13/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   9   10   11   12   13   14   15   16   ...   52

tarixi çox qədimdir. Hələ XII əsrdə Çin akrobatları hündür yerdən tullanma nömrələri göstərir və bu zaman
əllərində ehtiyat üçün kiçik paraşüt tuturdular. Bu sahədə rekord İran hərbçisi polkovnik Behzad Payana
məxsusdur. O, 2006-cı ildə  İran  televiziya qülləsinin 315 metrliyindən müvəffəqiyyətlə tullanmışdır.
Məlumdur ki, cismə qüvvə təsir etdikdə o, hərəkət  etməsindən asılı olmayaraq deformasiyaya uğrayır. De-
formasiya  zamanı cismin xətti ölçüləri dəyişir. Cismin mühitdə  hərəkəti zamanı  müqavimət qüvvəsinin tə  si -
rinə məruz qalması  deformasiya etməsi ilə nəticələnir. Deformasiyanın müəyyən həddən artıq olması   cismin
parçalanıb-dağılmasına səbəb ola bilər. Bu cür təhlükəni azaltmaq üçün gəmi və təyyarə konstruktorları,
mühəndis və alimlər müntəzəm olaraq tədqiqat işləri aparır, faydalı təkliflər irəli sürürlər. Belə təkliflərin
əksəriyyətində gəmi və ya təyyarənin inşasında istifadə edilən materialların seçilməsi əsas yer tutur. Bununla
bərabər, cismə   mühitin müqavimətini azaldan axıcılıq formasının verilməsi də onun dözümlülüyünü kifayət
qədər artırır.    
Qlisser
Qlisser (fransızca - “sürüşmə”) – yüngül və sürətlə hərəkət edən
qayıqdır. Onun suya oturan hissəsi elə şəkildə hazırlanır ki, hərəkət
zamanı hidrodinamik qüvvə yaranır və bu qüvvə ağırlıq qüvvəsinin
bir hissəsini tarazlaşdırır. Nəticədə qayıq suyun səthinə qalxıb sanki
sürüşməklə hərəkət edir. Qayığın su ilə təmasda olan sahəsinin
azalması, əlbəttə, suyun müqavimətinin azalmasına və qayığın
sürətinin artmasına səbəb olur. 
49


Ehtiyatlı olun: ətalət 
Cisimlərin ətalət xassəsindən doğan təhlükələr onların  qeyri-müntəzəm hərəkətləri zamanı özünü göstərir.
Məlumdur ki, sürətin dəyişməsi eyni zamanda cismin təcil alması deməkdir. Tutaq ki,  cisim qeyri-müntəzəm
hərəkəti zamanı  təcil almışdır. Bu zaman Nyutonun ikinci qanununa əsasən cismə ətalət qüvvəsi təsir edə -
cəkdir. Ətalət qüvvəsi o qədər böyük qiymət ala bilər ki, o, cismin parçalanıb-dağılmasına səbəb olar. Ona
görə də maşın və mexanizmlərin istehsalı zamanı materialların seçilməsində və quruluş verilməsində ətalət
təhlükəsini nəzərə almaq lazım gəlir. Sürətlə hərəkət edən avtomobil, qatar, təyyarə, motosiklet və başqa
nəqliyyat vasitələrinin sürət yığması və ya əyləc sisteminin qəfildən işə salınması  zamanı sərnişinlər böyük
təhlükə ilə üzləşirlər.
Təsəvvür edin ki, sürətlə hərəkət etdiyiniz nəqliyyat vasitəsinin əyləc sistemi qəflətən işə salınmışdır. Bu
zaman siz yıxılmamaq üçün özünüzə dayaq axtaracaqsınız. Nəqliyyat vasitəsi hərəkətə başlayanda da oxşar
hadisə baş verəcəkdir. Yeganə fərq ondan ibarət olacaqdır ki, birinci halda yıxılma hərəkət istiqamətində, ikinci
halda isə hərəkətin əksi istiqamətində olur.  İndi  həyatda  tez-tez qarşılaşdığımız, görüb və ya eşitdiyimiz  baş -
qa bir hadisəyə nəzər salaq. Tutaq ki, siz stansiyaya yaxınlaşan və ya hərəkətə başlayan qatardan düşmək
məcburiyyəti qarşısındasınız. Necə tullanmaq lazımdır ki, o, təhlükəsiz olsun?  Nəzərə almaq lazımdır ki,
qatardan ayrılanda ətalət qanununa əsasən bir müddət  qatarın sürətinə bərabər sürətlə hərəkətinizi davam
еtdirməli olacaqsınız. İrəliyə tullandıqda tullanma sürətinizlə qatarın sürəti toplanar və siz böyük sürətlə yerə
enməli olarsınız. Bu zaman özünüzü saxlaya bilməyib böyük ətalət qüvvəsinin  təsirindən üzüüstə yıxılma
ehtimalınız artacaqdır. Əksinə, azacıq belinizi qabağa   əyərək arxaya tullansanız, yekun sürətiniz azaldığından
yıxılma ehtimalınız da azalar. 
Məlumdur ki, XIX əsrin axırına qədər Azərbaycanın Bakı və Gəncə şəhərlərinin küçələrində sərnişindaşıyan
50


faytonlar və at qoşulmuş konkalar hərəkət edirdi. Əksər
hallarda şəhər əhalisi bu nəqliyyat vasitələrinə onlar
hərəkətdə ola-ola minir və düşürdü. Sonradan
konkalar sürətli tramvaylarla əvəz olundu. Buna
baxmayaraq şəhərlilərin bir çoxu, xüsusilə də
gənclər bu adətlərini davam etdirirdilər. Təəssüflər
olsun ki, bu zaman ətalət qanununa düzgün əməl etməyən
gənclərimizin bir çoxu ağır faciələrə düçar olurdu. Ona
görə də gündəlik hə yatınızda, xüsusilə də qatar, avtobus,
tramvay, avto mo bil və bu kimi sürətli nəqliyyat vasi tələri
ilə rəftarda olar kən ətalət qanununun tələblərini nə zə rə
almaq lazımdır.
n
Ətalət qüvvələri içərisində aşağıdakılar xüsusilə
seçilir:
* yuxarıda nəzərdən keçirdiyimiz sadə ətalət qüvvəsi;
*fırlanma sistemində cismin fırlanma oxundan
uzaqlaşmasına səbəb olan mərkəzdənqaçma qüvvəsi; 
*fırlanma sistemində radial istiqamətdə hərəkətə başlayan  cismin sonda radiusdan
meyiletməsini izah edən Koriolis qüvvəsi.
Axırıncı iki növ ətalət qüvvəsinin təsirlərinə sonrakı fəsildə baxılacaqdır.
Yerin qütblərdən basıq olması mərkəzdənqaçma
ətalət qüvvəsinin təsirinin nəticəsidir.
Qəfil dayanma zamanı sürücünün öz ətaləti üzrə hərəkəti.
51


Tikinti işlərində çalışan ustaların divar
hörərkən  şaqul adlanan alətdən tez-tez
istifadə etdikləri hər kəsə məlumdur.
Onlar bu alətin köməyi ilə Yerin kütlə
mərkəzindən keçən şaquli istiqaməti
müəyyən edir və divarı şaqul boyunca
hörməyə çalışırlar. Şaqul - nazik ipdən
asılmış ağırkütləli cisimdən ibarət olan
çox sadə bir alətdir. Yük Yer tərə findən
cəzb olunduğundan onun asıldığı ipin
uzantısı Yerin cazibə mərkəzindən keçir.
Bina divarlarının şaqul boyunca hörül -
məsi onun da yanıqlı olması, titrə mələrə,
xü susilə də zəlzələyə qarşı davamlı olması
üçün böyük əhəmiyyət daşıyır. İnsan ti -
kin  tiyə başladığı ilk gündən indiyədək
ümumdünya cazibə qanununa əsaslanan
Şaqul
Qız qalası. Bakı.
Şaqul
.
52


Yüklə

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə