Fizika-1Qacarallnsonjavad layout 1


səhifə10/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   6   7   8   9   10   11   12   13   ...   52

qanununu belə ifadə etmişdir: “Kainatda hər bir hissəcik hər hansı başqa bir hissəciyi onların kütlələrinin
hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib olan bir qüvvə ilə cəzb edir”. Bu qüvvəyə
cazibə, yaxud qravitasiya qüvvəsi deyilir. Ümumdünya cazibə qanunu düstur şəklində aşağıdakı kimi yazılır:
F = 
γ 
m
1
m
2
/ R 
2
Burada 
m
1

m
2
- hissəciklərin kütləsi, 

onlar arasındakı məsafə,
γ 
= 6,6742·10
-11 
m

/ (s
2
кq)
- qrav-
i tasiya sabitidir.
Bütün cisimlər Yer tərəfindən
F = m g
ilə hesablanan qüvvə ilə cəzb olunur. Burada 
m
cismin kütləsi,
g
isə qravitasiya və ya sərbəstdüşmə təcili adlanan sabitdir. Qüvvənin təsiri iş adlanan kəmiyyətlə də təyin edilə
bilər. İş yerdəyişmə istiqamətində olan qüvvənin yerdəyişməyə hasili ilə ölçülür. Yerdəyişmə cismin hərəkətə
başladığı nöqtə ilə hərəkətin sonunda dayandığı nöqtə arasındakı ən qısa məsafədir. Əgər hər hansı bir cisim
yerdəyişmə istiqamətində yönələn

qüvvəsinin təsiri ilə yerini
d
qədər dəyişmiş olarsa, görülən işi 
A = F d
düsturu ilə hesablaya bilərik. Beynəlxalq vahidlər sistemində iş 
Coul (C)
adlanan vahidlə ölçülür.
Əgər

sürəti ilə hərəkət edən kütləli cismi dayandırmaq istəsək, onda biz müəyyən qədər iş görməli
olarıq. Müəyyən edilmişdir ki, bu işin miqdarı 
mV

/ 2-y
ə bərabər olur. Onda deyilir ki, cisim 
mV

/ 2
düs-
turu ilə təyin olunan kinetik enerjiyə malikdir. Enerji cismin işgörmə qabiliyyəti, yəni hələ görə biləcəyi
görülməmiş işdir. Cismin kinetik enerjisi dəyişərsə, deməli, o, iş görmüşdür və görülən işin miqdarı kinetik ener  jinin
dəyişməsinə bərabərdir, yəni: 
A = T
2
- T
1
= mV
2
2
/ 2 - mV
1
2
/2 
Cisimlər bir-birinin və ya eyni bir cismin ayrı-ayrı hissələrinin qarşılıqlı vəziyyəti ilə bağlı olaraq da
müəyyən enerjiyə malik ola bilər. Bu halda cismin malik olduğu enerjiyə potensial enerji deyiliir. Ağırlıq
qüvvəsi
F = mg
olan cismi Yer səthindən hündür  lüyünə qaldırsaq, onda onun potensial enerjisi
P = mgh
qədər olar. Cismin Yer səthindən hündürlüyü 
h

-dən 
h

-yə dəyişmiş olarsa, onda potensial enerjilərin fərqinə
bərabər olan iş görülmüş olacaqdır: 
Arximedin lingi  
R ə v a y ə t ə g ö r ə ,  y e n i
eradan əvvəl IV əsrdə
yaşamış yunan alimi Ar- 
ximed dostları ara 
sında
“Mənə dayaq nöq təsi ve -
rin, Yeri tərpə dim”  deyə
lov ğalanarmış.  Ling  qanu- 
nuna əsasən aparıl mış he -
sab la malar    isə  gös tərir
ki,  Arxime din  bü  tün  tələb -
ləri ödənilsəydi, özü nün
600 N-luq çəkisinə bərabər
qüvvəsi ilə  Yeri  1 sm hün -
dürlüyə qaldırmaq üçün ona
uzu n luğu    10
21
km olan ling  və 
.
10
13   
il ömür  lazım gələrdi. Görü nür, Arxi med fizikanın
bu  qanu nundan xəbərsiz ol muş, ona görə də lovğalan maqdan əvvəl belə bir sadə hesab -
lama aparmamışdır.
40


A= P

- P

= mg( h
1
-h
2

Fərz edək ki, bizim baxdığımız cisim qapalı sistemdə hərəkət edir, yəni kənar cisimlərlə heç bir qarşılıqlı
təsir mümkün deyildir. Belə sistemdə cismin potensial enerjisinin azalması onun kinetik enerjisinin mü-
vafiq miqdarda artması ilə müşayiət olunur. Müvafiq şəkildə kinetik enerjinin artması da potensial ener-
jinin azalmasına səbəb olacaqdır. Bu o deməkdir ki, qapalı sistemin tam enerjisi dəyişmir, bir növdən başqa
növə çevrilir. Aldığımız nəticə mexanikada enerjinin itməməsi və saxlanması qanunu adlanır və aşağıdakı
kimi göstərilir: 
E+ P = const.
Cismin vahid zamanda gördüyü işin miqdarı onun gücünü müəyyən edir və 
N = A / t 
düsturu ilə
hesablanır. Beynəlxalq vahidlər sistemində güc vahidi
Vatt-dır (Vt ).
O, 1 saniyədə 
1 Coul
iş görə bilən
maşının və ya canlının gücüdür. Güc cismin hərəkət sürətindən də asılı olaraq təyin edilə bilər: 
N = FV.
Texnikada geniş istifadə olunan 
735 Vt
gücün sistemdənkənar vahidi olub 
at qüvvəsi 
adlanır və qısa
şəkildə 
a.q.
kimi yazılır

İş və güc skalyar kəmiyyətlərdir.
Qədim dövrlərdən bəri insanlar böyük qüvvə tələb edən işləri kiçik qüvvə sərf etməklə yerinə yetirmək
üçün müxtəlif iş alətləri və vasitələri yaradıb istifadə etmişlər. Əsas hissəsi daş, dəmir, tunc və ağacdan
hazırlanmış belə alət və vasitələrin köməyi ilə əcdadlarımız nəhəng saraylar, sərdabələr və körpülər tikmiş,
heykəllər ucaltmışlar. 
Böyük qüvvə tələb edən ağır işlər görərkən insanların istifadə etdikləri ən qədim alətlərdən biri lingdir.
Ling əyilməyən bərk məmulatdan hazırlanmış adi tirdən ibarətdir. İstifadə edərkən əvvəlcə fırlanma
mərkəzi olan dayaq nöqtəsini seçib lingi onun üzərindən aşırmaqla ucunu yükün altına yerləşdirmək
lazımdır. Bundan sonra əzələ qüvvəmizlə lingin digər ucundan aşağı basaraq onu dayaq nöqtəsinin ətrafında
fırlanmağa məcbur etsək, məqsədimizə çatmış olarıq. Hər tərəfdən mıxlanmış taxta qutunun qapağını
açmaq lazım gəldikdə də lingdən istifadə etmək olar. Bunun üçün lingin iti ucunu qutunun qapağı ilə
gövdəsi arasında yerləşdirib digər ucundan aşağı basmaqla onu dayaq nöqtəsi ətrafında fırlatmaq kifayət
edəcəkdir. Qədim dövrə məxsus, tonlarla ağırlığa malik daşlarla hörülmüş tikinti qalıqlarına diqqət yetirsək,
yalnız lingdən deyil, başqa əmək alətlərindən də çox geniş şəkildə istifadə olunduğunu yəqin edərik. 
At qüvvəsi
At qüvvəsi avtomobil həvəskarlarına yaxşı  məlum
olan güc vahididir. Güc vahidi kimi at qüvvəsini ilk dəfə
olaraq buxar mühərrikinin ixtiraçısı Ceyms Vatt (ing.
James Watt;   1736-1819) təklif etmişdir. O özünün is-
tehsal etdiyi mühərriklərin gücünü nümayiş etdirmək
üçün şaxtadan su çıxaran və atın dartı qüvvəsindən istifadə
etdiyi nasosa at qoşaraq onun gün ərzində çıxardıqı suyun
miqdarını təyin etdikdən sonra ora özünün  mühərrikini
qoşaraq onun neçə atı əvəzlədiyini nümayiş etdirirdi. Bu
təcrübə yolu ilə təyin edilmiş güc vahidi at qüvvəsi adlandırılmışdır. Sonralar at qüvvəsini
beynəlxalq vahidlər sistemində (BS) yeni vahidi 
− kg·m²/s³ əvəz etmişdir. 1882-ci ildə
Britaniyanın Beynəlxalq Mühəndislər Assosiasiyası bu güc vahidinə Ceyms Vattın soyadını –
Vatt adı vermişdir (1 at qüvvəsi - 735,49875 vattdır). 
Ceyms Vatt.
41


Yüklə

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə