Fizika-1Qacarallnsonjavad layout 1


səhifə18/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   14   15   16   17   18   19   20   21   ...   52

67
ruhlanan Əhməd Çə lə bi pilot ka binə sindən və barıt kamerasından iba rət olan reaktiv mü hərrikli uçuş gəmisini
ixtira edir. 1633-cü ildə sultanın qızının doğum günü münasibətilə keçirilən bayram məra si mində Əhməd
izdihamın gözü qarşısında öz ixtirasını nümayiş etdirmək qərarına gəlir. O, pilot kabinəsində oturub piltəni
yandırır və partlayışın başlamaşı ilə fəzaya uçması bir an çəkir. Uçuş 20 dəqiqə davam etdikdən sonra 300
metr hündürlükdə mühərrikin  yanacağı qurtarır. Tamaşaçılar gözləyir ki, Əhməd zərblə yerə dəyib məhv
olacaqdır. Lakin yerə yaxınlaşan zaman o,
bədəninə bağladığı qanadlarını qəflətən açır və
ehmalca  Bosforun suları üzərinə düşür. Bu -
dəfəki şücaətinə və ixtirasına görə Sultan II
Murad onu bir kisə qı zıl la mükafatlandırır.
Təxminən 1714-cü ildə İsveç ixtiraçısı Em-
manuil Svedenborq planerin eskizini hazır -
lamışdır. 
İngilis alimi və ixtiraçısı Corc Keyli isə
XIX əsrin əvvəlində planerin və təyyarənin
uçuş qanunlarını şərh edən elmi əsər yazıb nəşr
etdirmişdir. 1853-cü ildə o, insanı havaya
qaldıran ilk planerini yaratmışdırİstanbulun.
İnsanın müasir planerlə ilk uçuşu 1890-cı
illərdə alman mühəndisi Otto Liliyental tərə -
fin 
dən özünün düzəltdiyi planer vasitəsilə
həyata keçirilmişdir. Liliyental öz  planeri ilə
iki min dən artıq uçuş həyata keçirmişdir. 
Əhməd Çələbinin tullandığı “Qalata” qülləsi. İstanbul.
“Ariel” nəqliyyat şirkətinin reklam plakatında  Ariel planeri. 1843.


O, əlləri ilə planerin qanadlarının
bərkidildiyi taxtadan tutub bədə ninin
hərəkəti ilə idarəetməni yerinə yeti -
rirdi. Liliyentalın havada qaldı ğı 30
saniyə ərzində  100 m məsafə qət
etdiyi ilk sınaq uçuşu onun ən böyük
uğuru hesab edilir. Sonuncu uçuşu
zamanı Liliyental əsən güclü küləyin
təsirindən idarəetməni itir miş və fa ci -
ə li şəkildə həlak olmuş dur. Bu faciə -
dən sonra planerlərin düzəl dil məsi ilə
amerikalı Rayt qar daşları məşğul ol -
muşlar.  Onların  dü zəlt dik ləri,  şaquli
və üfüqi idarə etmə sis tem ləri ilə təc -
hiz olunmuş ilk pla nerlər etibarlı ida -
rə olunur, havada bir dəqiqəyə qə dər
qala bilirdi. 1903-cü ildə qardaşlar
planerə ben 
zinlə işləyən mühərrik
qoşub ilk mühər 
rikli uçuş həyata
keçirdilər. İlk uçuş zamanı 32 metr
məsafə qət edildi. Həmin il dekabrın
17-də baş tutmuş sınaqda uçuş mə -
safəsi 260 metrə çatdı. Bu tarix dün -
yada ilk təyyarə uçuşunun sınağı və
təyya rənin yaran ma tarixi kimi qəbul
edildi. Rayt qar daşları tədricən mü -
hərrikin gücünü artırdılar və təyya -
rələrini təkmil ləşdirdilər. 1905-ci ildə
qardaşlar təkmilləşdirdikləri və güclü
mühərrik qoyduqları yeni təyyarə
ilə 38 dəqiqə havada qalaraq 39 kilo -
metr məsafəyə uçdular. Belə böyük
uğura baxmayaraq, Rayt qardaş 
-
larının işinə dövlət tərəfindən diqqət
yetirilmədi. Buna görə də onların sınaqları yarımçıq qaldı.
Nəhayət,1907-ci ildə Amerika dövlətinin
sifarişi ilə Rayt qardaşları 2,5 saat müd də tində
350 kilometr məsafəyə uça bilən yeni bir təy -
yarə növü yaratdılar. Hə min il Amerikada bu
təy yarə ləri  istehsal  edən  Rayt təy ya rə  zavodu  işə
salındı.
Rayt qardaşlarının işi, nəhayət, Avropa döv -
lət 
lərində də ciddi maraq oyatmağa baş 
ladı.
1909-cu ildə Fransa mü həndisi Bleora Rayt
qar daş la rının  təyyarələri  əsas ın da  özünün  daha
mükəmməl təyyarəsini yaratdı. O bu təy yarə ilə
ilk dəfə La-Manş boğazı üzərindən uçub keç -
mişdir.
Rayt qardaşlarının təyyarəsi.
Uilber və Orvill Rayt (Rayt qardaşları).
68


Birinci Dünya müharibəsi ərəfə sində planerlərə və təyyarə lərə çox böyük maraq var idi. Yeni hazırlanan
planerlər möhkəm çərçivə, idarəetmə sistemi və pilot kabinəsi ilə təchiz olunurdu. Gövdənin hazır lan masında
metaldan və yüksək möhkəmliyə malik xüsusi parçadan istifadə olunur, gövdəyə axıcılıq forması verilirdi.
Müharibənin gedişində 10 nəfərlik heyət daşıya bilən pilotlu və radiosiqnallarla idarə olunan pilotsuz
planerlərdən geniş istifadə edilirdi.
1915-ci ildə Almaniya mü həndisi
Hüqo Yunkersin səy 
ləri nəticəsində
tamamilə  me taldan  hazır lan mış  ilk
Yun kers  J1 təyya rə si  mey da na  gəldi.
Bununla  da  Yun kers  təy ya rəsinin
konst rukt or ları  tə yyarə qayırmada  yeni
mərhə lənin  baş lanğı cını  qoy muş  oldu -
lar. Bundan sonra təyyarələr yal 
nız
yüksəkkey fiyyətli  metaldan  hazır landı.
Beləliklə,  mühər ri kin  və  qan  ad larının
köməyi ilə havada uça bilən, ha vadan
ağır yeni uçuş qurğusu - təyyarə mey -
dana gəldi. Planerlərdən fər 
qli
ola raq  təyyarə  öz  qan  ad l arının
qaldırıcı qüvvəsi sayə sində ha va -
da qalaraq böyük sü rətlə uç maq
imkanına malik idi.  
Müasir dövrdə təyyarə qayır -
ma sənayesi çox böyük sürətlə in -
kişaf etmiş, təyyarənin müxtə lif
məqsədlərə xidmət edən yü z lərcə
növü yaradılmışdır.
Hazırda sürəti səs sürə tini bir
neçə dəfə qabaq 
layan sərni 
şin
təyyarələrindən geniş isti 
fadə
edilir. Bu gün dünyada ən sürətli
təyyarə ABŞ-da  is teh sal  olunan
X-15a hərbi təyyarəsidir. Saatda 8000 km məsafə qət edən bu hipersəs sürətli təyyarənin sürəti səs sürətindən
6,7 dəfə böyükdür. 
Birinci Dünya müharibəsindən sonra aviasiyanın güclü inkişafı planerə olan marağı zəiflətdi. Uçuş məqsədli
planerlərin istehsalı tamamilə dayandırıldı. Bundan sonra planerlər əsasən böyük təyyarələrin hissələrini
sınaqdan çıxarmaq üçün hazırlanırdı. 
Məlumdur ki, kosmik raketlərin sürəti təyyarəyə nisbətən çox böyük olur. Süni peykləri Yerətrafı orbitə
daşıyan raketlərin ən aşağı sürət həddi 28.800 km/saat-dır. Günəş sisteminin planetinə çevrilmək üçün
göndərilən kosmik gəmiləri daşıyan raketlər saatda 40.300 km-dən də böyük sürətlə uçur. İnsanlar belə böyük
sürətli hərəkət vasitələrinə malik olsalar da, daha böyük sürətli hərəkət vasitəsi yaratmaq üzərində yorulmadan
çalışırlar. Ona görə də inamla demək olar ki, texniki hərəkət vasitələrinin bu günə olan ən böyük sürəti son hədd
deyildir. 
Rayt qardaşlarının  sınaq uçuşları.
69
http://en.wikipedia.org/wiki/Aviation


Yüklə

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə