Fizika-1Qacarallnsonjavad layout 1


səhifə20/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   16   17   18   19   20   21   22   23   ...   52

üçün ona Arximed qanunu, itələmə qüvvəsinə isə Arximed
qüvvəsi deyilir. 
V   
həcmli cismi sıxlığı olan maye və ya qaz daxilində
şaquli istiqamətdə yuxarı itələyən Arximed qüvvəsini aşa -
ğıdakı düsturla hesablamaq olar: F

= d g
V
.
Burada
d g
V
= m g şərtindən görünür ki, maye və ya qaza ba tırılmış
V
həcmli cismə təsir edən Arximed qüvvəsi həmin həcmdə
olan maye və ya qazın ağırlıq qüvvəsinə bərabərdir. Əgər
maye və ya qazın sıxlığı ona batırılmış cis min sıxlığından
böyük olarsa, onda cisim maye və ya qazın səthinə çıxıb
səthdə üzər. Bu, cisimlərin maye və ya qazlarda üzmə
şərtidir. Üzmə şərtinin kəşfindən çox-çox əvvəl insanlar
suda üzməyi öyrənmişlər. Uzun bir dövr ərzində bu sahədə
insanların bilik və təcrübəsi artmış, müxtəlif üzmə vasitələri
yaradılmışdır. Onlar təkmil 
ləşdirilərək sü 
rətli yük və
sərnişindaşıyan layner, tanker, sualtı qayıq və s. şəklində
dövrümüzə qədər gəlib çıxmışdır. 
Arximed qüvvəsinin kəşfindən 2000 il sonra insanlar
havada üzmək fikrinə düşdülər. 1783-cü ildə Fransada
Monqolfye  qardaşları  kətan  və  kağızdan  hazır la dıq ları
ha va balonunda havaya qalxıb qayıda bil miş dilər. Bu za -
man onları şaquli istiqamətdə yuxarı qaldıran qüvvə isə
balona doldurulmuş qızmış havanın ətrafdakı soyuq havaya
nisbətən yüngüllüyü şərtindən yaranan Arximed qüvvəsi
olmuşdur. Belə uçuş zamanı qızmış havanı soyutmaq və ya xaricə buraxmaqla hava balonunu daya n dırmaq və
ya geri qaytarmaq mümkündür.
Fransalı fizika alimi Jak Şarl balondakı qızmış havanı yüngül qazlarla, məsələn, hidrogenlə əvəzləməyi
təklif etdi. Bununla da balonın qaldırıcı qüvvəsini bir neçə dəfə artırmaq imkanı yarandı. Belə qurğular havada
dayanıram mənasını daşıyan yunan sözü ilə aerostat adlandırıldı. 
Monqolfye qardaşlarının hazırladıqları aerostatın ilk sınaq uçuşu 1783-cü il sentyabrın 19-da Paris
yaxınlığında,Versal sarayının həyətində Kral XVI Lüdovikin iştirakı ilə həyata keçirildi. Günortaya yaxın
ördək, quzu və xoruz olan balon zənbilində havaya qalxdı. Balon 10 dəqiqədə 4 km məsafəyə uçaraq sağ-
salamat yerə qayıtdı. Bu uğurlu sınaqdan sonra qardaşlar mükafatlandırıldı və onların hava balonuna monqolfye
adı verildi. Müvəffəqiyyətdən ruhlanan qardaşlar insanın havada sərbəst uçmasını təmin edən yeni aerostat
yaratmağa girişdilər. Bu işdən xəbər tutan XVI Lüdovik sınaq uçuşu üçün ölüm hökmü altında yatan iki qatı
cinayətkarı göndərdi. Lakin bu sınağın böyük tarixi hadisə olduğunu krala izah edib onu fikrindən daşındırdılar.
1783-cü il noyabrın 21-də Fransalı fizika alimi Rozyenin və markiz de Arlandın idarə etdiyi monqolfye La
Myuet bağından havaya qalxdı. Aerostat 25 dəqiqə ərzində Paris üzərində 9 km məsafəyə uçaraq başqa bir
yerdə 
− Byut-o-Haylda yerə endi. Qeyd etmək lazımdır ki, bundan sonra da monqolfye və şarlye kimi tanınan
hava balonları arasında yarışma uzun müddət davam etdi. 
Fransalı mühəndis Santos-Dyumon 1899-cu ildə aerostata mühərrik və hava pəri əlavə etməklə onu üfüqi
istiqamətdə uçmağa məcbur etdi. Bununla da idarə olunan, insanın uçmasını mümkün edən dirijablin yaran -
masının əsası qoyuldu. Ölkə başçılarının bir çoxu dirijablı hərbi əhəmiyyətli texnika hesab edərək onun
təkmilləşməsinə və inkişafına diqqəti artırdı. Buna baxmayaraq dirijabllarda yanğın və digər qəza hadisələrinin
ehtimalını lazım olan həddə qədər azaltmaq mümkün olmadı. Uçuş tarixində ən böyük dirijabl faciəsi 1937-ci
il mayın 6-da Gindenburq dirijablında baş vermiş yanğın hadisəsi hesab edilir. Uzunluğu 248 m, diametri
40 m olan balonuna hidrogen qazı doldurulmuş dirijabl Almaniyadan ABŞ-a uçarkən yolda qəflətən yanğın baş
Hava balonunun ilk sərbəst uçuşu. 
Rozye və markiz de Arland, 21 noyabr 1783.
73


74
Hava balonu festivalı. 


75


vermişdir. Hündürlüyün böyük ol ması
xilasa ümid yeri qoymasa da, həyəcan
içə risində olan insanların bir çoxu öz -
lərini dirijablın pəncə 
rələrindən yerə
atmışdı. Yanan dirijablın yerə toxunması
ilə müəy yən qədər sərnişinin xilas olma -
sına imkan yaranmışdır. Bu faciə zamanı
97 sərnişindən 36 nəfəri yanmış və ya
aldığı zədədən həlak olmuşdur. 
Birinci Dünya müharibəsi ərə fəsində
İngil tərədə on, İtaliyada yeddi, Fransada
bir, ABŞ-da altı, Alma niyada isə 76 bö -
yük həcmə və böyük yükdaşıma  xüsu -
siy  yətinə malik olan dirijabl var idi. 
Müharibə başlayan kimi alman diri -
jablları döyüşə qatılıb 1210 döyüşün işti 
rakçısı oldu. Bu zaman döyüşdə iştirak
edən 75 hava gəmisindən 52-si məhv
edildi və döyüş səhnəsində qaldı.
Müharibədən sonrakı illərdə yükdaşımada istifadə etmək üçün böyük ölçülü, nəhəng diri 
jablların
yaradılmasına üstün lük verildi; məsələn, Qraf Seppelin dirijablının uzunluğu 250 m, hündürlüyü 30 m, həcmi
105.000 m
3
, gücü 3.600 a.q., yükqaldırması 23 ton, sürəti isə saatda 125 km olmuşdur. Qraf Sep pelin1929-cu ildə dövr-aləm
uçuşu həyata keçirmiş və 21 gün 5 saat davam edən uçuş müddətində cəmi üç məntəqədə dayanmışdır. Bu
zaman dirijabl 34.000 kilometr məsafə qət etmiş, 115 km/saat orta sürətlə hərəkət etmişdir. ABŞ-da istehsal
olunmuş təyyarədaşıyan Akron dirijablı dünyanın ən böyük hava gəmisi idi. Həcmi 184.000 m
3
olan bu hava
gəmisi göyərtəsindəki beş təyyarə-biplan, yaxud 200 sərnişinlə dayanmadan 17.000 km məsafə qət etmışdır.
Belə nəhəng dirijablların Yerə enməsi çox da asan məsələ olmayıb, ancaq sakit, küləksiz havada və 200 nəfərin
çalışması sayəsində mümkün ola bilər. Ona görə də çox vaxt dirijablları xüsusi hazırlanmış hündür dayağa
yaxınlaşdırıb bağlamaqla dayandırırlar. Dirijablı bağlamaq üçün hazırlanmış xüsusi gəmilərdə də belə dayaqlar
quraşdırılır.
XX əsrin 30-cu illərində dirijabllarda yanğın və digər bədbəxt hadisələrin sayının artması və aviasiyanın
Dirijabl - ZR-3  Los Anjeles .
“Nerpa” sualtı qayığı.
76


Yüklə

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə