Fizika-1Qacarallnsonjavad layout 1


səhifə23/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   19   20   21   22   23   24   25   26   ...   52

82
Kosmik nəqliyyat sistemi
Speys şattl
Speys şattl (ingiliscə -
Space shuttle -kosmik  ma  -
sura) Amerikanın çoxdəfə -
lik kosmik nəq 
liyyat gə- 
mi sidir.  Speys şattl insan -
ları və yü kü yaxın Yerətra fı
orbitlərə qaldırmaq və geri
qaytarmaq üçün nəzə rdə
tu tu l muş dur.  Ameri ka nın
Şat t lar don an ması  Mi l li
Aero  nav tika və kosmik fəza -
nın təd qiqi idarəsi (NA   SA)
tərəfin dən  yara dıl mış  və
istis mar  edil mişdir.  Şattl ay -
rılan mühərrikin kömə yi lə
kosmosa bura xılır, kosmik
gəmi kimi orbit də dövr
edərək  təy ya rə  kimi  Yerə
qayıdırdı. Şattl  Kolum bi ya
istis mar da  olan  ilk  çox də -
fəlik orbital aparat olmuşdur. Onu 1979-cu ildə ha zır lamışlar. Kolumbiya 1792-ci ildə Britaniya
Kolum bi yasının dərin sularını (ha zırda Amerikanın Vaşinqton və Oreqon ştatları) tədqiq edən ka pitan
Robert Qrey in yelkənli gəmisinin adı ilə adlandırılmışdır. 
Şattl Kolumbiya 2003-cü ildə Yerə enəndə atmosferə daxil olarkən məhv olmuşdur.
İkinci kosmik masura Çelencer 1982-ci ildə yaradılmışdır. Ona 1870-ci illərdə okeanı tədqiq edən
dəniz gəmisinin adı verilmişdir. Çelencer 1986-cı ildə 3-cü dəfə kosmosa buraxılarkən yanmışdı.
Üçüncü Şattl Diskaveri 1982-ci ildə hazırlanmışdır. Ona 1770-ci illərdə Havay adalarını kəşf
edən Britaniya kapitanı Ceyms Kukun idarə etdiyi,  Alyaskanın və Şimal-Qərbi Kanadanın sahillərini
tədqiq edən iki gəmidən birinin adı verilmişdir. Özünün sonuncu, 39-cu uçuşunu 2011-ci ildə uğurla
başa vurmuşdur.
Dördüncü Şattl Atlantis 1985-ci ildə işə salınmışdır.
Beşinci Şattl – İndevor məhv olmuş Çelencer-in əvəzində qurulmuş və 1991-ci ildə istismara
verilmişdir. İndevor-a da Ceyms Kukun gəmilərindən birinin adı verilmişdir. 
Kolumbiya-dan əvvəl  Enterprayz adlı bir şattl da qurulmuşdur ki, ondan 1970-ci ilin sonlarında
yalnız Yerəenmənin metodlarını işləmək üçün test aparatı kimi istifadə olunurdu və o, kosmosa uç-
murdu.
Şattl  üç əsas komponentdən ibarət idi. Yerətrafı orbitə çıxarılan  və demək olar ki, kosmik gəmi olan
orbital aparat (orbiter); əsas mühərriklər üçün böyük xarici yanacaq çəni; aparat uçuşa buraxıldıqdan
sonra iki dəqiqə ərzində işləyən iki bərkyanacaqlı raket sürətləndiricisi. Kosmosa çıxdıqdan sonra or-
biter müstəqil şəkildə Yerə qayıdır və təyyarə kimi uçuş-eniş sahəsinə düşürdü. Bərkyanacaqlı
sürətləndiricilər paraşütlə suyun səthinə qaytarılır və təkrar istifadə olunurdu. Xarici yanacaq çəni
atmosferdə yanırdı. Şattlın ən kiçik heyəti iki astronavtdan – komandirdən və təyyarəçidən ibarət idi.
Adətən heyətə beşdən yeddiyə qədər astronavt daxil olur. 
http://en.wikipedia.org/wiki/Space_Shuttle
Yedəyində Habbl teleskopu olan Speys şattl startda. 


83
Şattllar çoxlu  funksiyanı yerinə yetirir. Belə ki, 1990-cı ildə  Diskaveri ilə məşhur Habbl teleskopu
orbitə çatdırılmışdır. Kolumbiya, Diskaveri, İndevor və Atlantis şattlları ilə Habbl teleskopuna xidmət
etmək üçün dörd ekspedisiya göndərilmişdir. Şattlın Habbl-a sonuncu ekspedisiyası 2009-cu ilin
mayında olmuşdur. 1989-cu ildə Atlantis STS 30 şattlının köməyi ilə Magellan Venerasını
xəritələşdirmək üçün kosmosa radiolokasiya peyki çıxarılmışdır. 
Ümumiyyətlə, 2011-ci il iyunun əvvəlinə kimi şattllar 134 uçuş yerinə yetirmişdir: Dis ka veri – 39,
Atlantis – 32, Kolumbiya 
− 28, İndevor – 25, Çellencer – 10. 
Atlantis aparatı iyulun 8-də saysız-hesabsız turist -
lərin gözu qarşısında (33-cü) uçuşunu yerinə yetirdi və
ABŞ-in çoxdəfəlik kosmik gəmilər proqramında bu, son
nöqtə oldu. Tarixdə axırıncı uçuşunu etmiş Şattl 2011-ci
il iyulun 21-də Floridanın Merritt adasındakı Con
Kennedi adına kosmodromda yerə endi. İndi o, Kennedi
kosmik mərkəzinin nadir eksponatlarından birinə çev -
riləcəkdir. Atlantis-in sonuncu uçuşu nəzərə alın madan
NASA-nın hesablamasına görə, Şattl mi   lə rinin  uçuş -
lari 209 milyard dollara başa gəl  mişdir. Texnoloji cə -
hətcə inkişaf etmiş bir çox ölkələr, o cümlədən Avropa
Birliyi ölkələri (əvvəllər Fransa, AFR, Böyük Britaniya),
habelə Rusiya, Yaponiya, Çin, Hindistan özlərinin çox -
say lı tətbiq üçün yarayan kosmik sistemlərini yaratmaq
isti qamətində çoxlu tədqiqat aparmış və indi də apar -
maqdadır. 
Şattl uçuşda. Yuxarıda: orbital aparat (orbiter); aşağıda: əsas mühərriklər üçün böyük xarici çəni olan və bərk yanacaqla işləyən
raket sürətləndiricisi. İkinci belə raket sürətləndiricisi böyük çənin arxasında  simmetrik olaraq yerləşmişdir. 
Atlantis-ın  heyəti – şattlların sonuncu uçuşu. Soldan sağa: mütəxəssislər Reks Uolhaym
  və Sendi Maqnus, təyyarəçi Duq Harli və gəminin komandiri Kris Fergüsson.


Fırlanma hərəkəti
Təbiətdə bütün hərəkətlər əsasən əyrixətli trayektoriya üzrə baş verir. Cismin əyrixətli trayektoriya üzrə
hərəkət etməsinə səbəb ona hərəkətin istiqaməti ilə bucaq əmələ gətirən qüvvələrin təsir etməsidir. İxtiyarı
əyrixətli hərəkətə diqqət yetirsək, onun  bir neçə düzxətli və müxtəlif radiuslu dairəvi hərəkətlərin cəmindən
ibarət olduğunu görərik. Düzxətli hərəkətdə olduğu kimi, əyrixətli hərəkət də bərabərsürətli və dəyişənsürətli
ola bilər. Lakin bu halda  bərabərsürətli hərəkət dedikdə sürətin ədədi qiymətinin sabit qalması  nəzərdə tutu-
lur. Sürətin istiqaməti isə aramsız olaraq dəyişərək təcil yaradır. Ona görə də ixtiyari əyrixətli hərəkət təcilli
hərəkətdir.
Vahid  zamanda dönmə bucağının qiyməti ilə ölçülən kəmiyyət bucaq sürəti adlanır. Yəni: 
ω = dönmə bucağı /zaman = φ / t  
Bucaq sürəti  radian/s  vahidi ilə ölçülür. Radian latınca  radiusdan (təkərin dəndəsi) əmələ
gəlir. 
Radian - uzunluğu radiusa bərabər olan çevrə qövsünün bucaq ölçüsüdür. Tam çevrə qövsü 2π  radiana
bərabərdir . Əyrixətli hərəkətdə trayektoriyanın verilmiş nöqtəsindəki  xətti sürət vektoru həmin nöqtədə əyrinin
toxunanı üzərində olub hərəkət istiqamətində yönəlir. Əyrixətli hərəkətin bucaq sürəti də vektor  kəmiyyətdir.
O yalnız fırlanma oxu boyunca yönəlmiş, müsbət və mənfi olmaqla  iki istiqamətə malik ola bilər. Müsbət
olaraq elə istiqamət qəbul edilmişdir ki, vektorun ucundan baxdıqda fırlanmanın saat əqrəbinin əksinə baş
verdiyi görünsün,  əks halda isə bucaq sürəti vektoru mənfi qəbul edilir.
Əyrixətli hərəkətdə sürətin dəyişməsi iki növ təcillə ifadə oluna bilər. Bunlardan biri vahid zamanda bucaq
sürətinin  dəyişməsi ilə təyin  olunan bucaq təcilidir. Bucaq təcili vektoru da bucaq sürəti vektoru kimi fırlanma
oxu üzərində yerləşmiş ikiistiqamətli vektordur. Təcilin digər növü isə xətti sürətin dəyişməsini göstərən xətti
təcildir. Məlumdur ki, cismin əyrixətli hərəkəti zamanı xətti sürətin həm ədədi qiyməti, həm də istiqaməti
Əyrixətli hərəkət
Yol quruluşu nümunəsi.
II
84


Yüklə

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə