Fizika-1Qacarallnsonjavad layout 1


səhifə25/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   21   22   23   24   25   26   27   28   ...   52

İkitəkərli arabanın 
qayaüstü təsviri. Qobustan. 
Tunc dövrü.
Ağac təkər.
Şumer şəhəri Urukdan tapılmış  təkər.
Ağac təkər. 
Təkər
http://en.wikipedia.org/wiki/Wheel
Şumer şəhəri Urukdan tapılmış yük arabasının təkəri.
88


Təkər min  illərlə bəşəriyyətə xidmət göstərmiş, fayda vermiş, eyni zamanda təkmilləşmiş, elm və
texnikanın inkişafında  əsas səbəblərdən biri  olmuşdur. Xalqların bir çoxu üçün  təkər o qədər müqəddəs
əşya  olmuşdur ki, onu Göy allahının və ya Günəşin hərəkət simvolu kimi qəbul etmişlər. İnsanlar  bu
qədim  texniki vasitəyə tez-tez müraciət etmiş, onun  köməyi ilə küləyin və axan suyun kinetik və poten-
sial enerjisini fırlanma hərəkəti enerjisinə çevirərək dəyirman, toxuculuq, yonma və ağac emalı dəzgahlarını
işlətməyi, fabrik, zavod, mədən, kənd təsərrüfatı və bu kimi sahələrdə istifadə etməyi öyrənmişlər.  Təkər
üstürlab, saat və başqa elmi-tədqiqat alətlərinin əsasını təşkil etməklə elmin inkişafına da böyük fayda
vermişdir.
Alimlər təkərin yaranma tarixini 20 min il bundan əvvələ, paleolit dövrünə aid edirlər. Yük daşımaq üçün
insanlar əsasən sudan istifadə etmiş, bu imkan olmadıqda isə onu ya kürəklərində daşımış, ya da yerlə
sürütləmişlər. Lakin onlar çox tez anlamışlar ki, yükün altına yumru ağac tirlər qoyub sürütləməklə iş daha
asan başa gəlir. Bu işdən tezliklə məlum oldu ki, yükün altında diyirlənən tirlərin ortası tez yeyilir, ucları
isə əvvəlki  diametrini saxlayır. Beləliklə,  tirlər işləndikcə “ikitəkərli oxa”  çevrilirdi. Rəvayətə görə,
ilk ikitəkərli yükdaşıma arabası belə  yaranmışdır. Əvvəllər təkər ağac gövdəsindən lazım olan ölçüdə
kəsilərək bütöv şəkildə hazırlanırdı. Sonradan aydın oldu ki, belə təkərlər ağır olduğu üçün sürətli hərəkətə
imkan vermir. Onda təkərin orta hissəsindən deşiklər acıb onu xeyli yüngülləşdirdilər. Lakin bu
yüngülləşmə də insanları tam qane etmirdi. 
Hindistanda müqəddəs Budda məbədinin barelyefi. 
Çarxların hazırlanmış ilkin modelləri və onların şəkilləri arxeoloqlar tərəfindən Avropada, Qafgazda və
Mesopotamiyada aşkar edilmişdi. Bu tapıntılar e.ə. 5-4 minilliklərə aid edilir. Bakının ətrafındakı Qobustan
qaya rəsmləri içərisində aşkar edilmiş arabanin şəkli də, ola bilər, həmin dövrə aiddir.  
Qədim hind məbədgahlarının bir çoxunun naxışlarında təkər təsvirinin olması onun müqəddəs  varlıq kimi
qəbul edildiyini təsdiqləyir.
89


Təkərin inkişafı tarixində ən böyük dönüş  təkər  topunun ix -
tirası ilə başlamışdır. Həmin dövrdən etibarən təkər oxun üzərində
oturdulur və ona sərbəst fırlanma imkanı verilir. Bununla da  təkəri
oxdan ayırmaq və onu yenisi ilə əvəz etmək imkanı yarandı. Oxla
təkər  arasında sürtünməni azaltmaq üçün yağ və qatrandan
istifadə edilirdi.
Təkər müstəvi hamar səthdə yükün yer -
dəyişməsinə sərf olunan enerjinin kəs kin
şəkildə azalmasına səbəb olur.  Bu zaman
Sükan təkəri.
Ağac təkərin yığılması.
İkitəkərli at  arabası. Bakı. XIX əsr.
90


əsasən təkərin diyirlənmə sürtünmə qüv -
vəsinə qarşı iş görülür. Hamar müstəvi
səthdə d i y i r l ə n m ə s ü r t ü n m ə qüvvəsi
sürüşmə sürtünmə qüv və sinə nisbətən çox
kiçik olduğundan hərəkət üçün də o qədər
az enerji sərf  olunur. Lakin dağlıq ərazidə
yaşayan insanlar eniş zamanı təkərin bu
keyfiyyətindən əziyyət çəkmiş, əyləc
sisteminə dərin ehtiyac duymuşlar. Onlar
təkərə qalın taxta lövhə əlavə etməklə bu
məsələni qismən də olsa həll etmişlər.
Eniş zamanı lövhələri təkərə sıxmaqla
əyləc sistemi işə salınmış, hərəkət idarə
olun muş dur.
Təkər tərpənməz  fırlanma oxu olan və
fırlanma hərəkəti edə bilən adi bərk cisimdir.
Onun ixtiyari bir  nöqtəsindən fırlanma oxuna çəkilmiş perpendikulyarın uzunluğu həmişə sabit qalır.  Buradan
alınır ki, fırlanma hərəkəti zamanı təkərin bütün nöqtələri mərkəzi fırlanma oxu üzərində olan çevrələr cızar. Belə
hərəkətin sürəti və təcili çevrə boyunca  baş verən fırlanma  hərəkətində olduğu kimi hesablanır. Tərpənməz ox
ətrafında fırlanan təkər  eyni zamanda  yerini də dəyişmiş olarsa,  deməli, o həm irəliləmə, həm də fırlanma
hərəkəti etmişdir.  Fırlanma hərəkətinə aid fizikanın qanunları məlum olsa da, XIX əsrə qədər təkərin quruluşunda
heç bir əsaslı dəyişiklik edilməmişdir. Hətta ilk velosipedlər və avtomobillər  ağac təkərlə  istehsal olunmuşdur.
1822-ci ildə ingilis Robert Tomson pnevmatik təkərin əsası
sayılan yeni növünü ixtira etdi. O, velosiped təkərinin çənbərinə
davamlı, yumşaq dəridən və ya rezindən örtük çəkməklə  onun dartı
qüvvəsinin təxminən iki, səs-küyün beş dəfə azalmasına, sürətin isə
üç dəfə artmasına nail olmuşdur. 1888-ci ildə Tomsonun rezin
örtüyünü  hava doldurulmuş rezin kamera ilə əvəz etməklə C.Dan-
lop   özünün  ilk  pnevmatik təkərini yaratdı. Yeni təkərin üstünlüyü
dərhal özünü göstərdi. Tezliklə avtomobillər üçün də hava dol -
durulmuş pnevmatik təkərlər düzəldib istifadə etməyə başladılar.
1896-cı ildə İngiltərədə “Lançester” markalı avto mobillər “Danlop”
şinləri ilə təchiz olundu. Bu, avto mobillərin keyfiyyətini kəskin
şəkildə yaxşılaşdırdı. Keçən əsrin 70-ci illərində  avtomobil  şini öz
inkişafının ən yüksək  səviyyəsinə çatdı. Hazırda bu istiqamətdə
aparılan tədqiqat işləri əsasən təkər hazırlanan  materialın keyfiy -
yətinin yüksəldil məsinə və xidmət müddətinin uzadılmasına  həsr
olunur. Maraqlıdır ki, Asiyada və Avropada təkər uzun inkişaf dövrü
keçdiyi halda, Kolumba qədər nə Amerikada, nə Avstraliyada, nə də
Cənubi Afrikada onun haqqında anlayış belə olmamışdır. 
Müasir maşın və texniki qurğuların ən mühüm tərkib his sələrindən biri də ötürmə   mexanizmləridir. Onun dişli
və qayışlı ötürmə  növləri vardır. Ötürmə  mexanizmi təkərin  tətbiq sahələrinin geniş lənməsinə və onun inkişafına
səbəb olmuş ən qədim qurğu  növlərindən biridir. Onun köməyi ilə irəliləmə hərəkəti fırlanma hərəkətinə və
əksinə çevrilir, valın fırlanma hərəkətinin sürətini və istiqamətini dəyişdirmək mümkün olur. Bu qurğuda  me-
xaniki güc fırlanma momenti ilə bucaq sürətinin  hasilinə bərabər olduğundan birinin  artması digərinin
azalmasına səbəb olur, hasil isə dəyişmir. Ona görə də belə qurğularda  fırlanma momentini azaltmaqla  sürətdə
və ya sürəti azaltmaqla momentdə, yəni qüvvədə qazanmaq mümkündür.
Müstəqil elektrik təkəri.
Avtomobil təkəri.
91


Yüklə

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə