Fizika-1Qacarallnsonjavad layout 1


səhifə16/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   12   13   14   15   16   17   18   19   ...   52

təbəli Dubay Bürcü də vardır.
Hazırda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində tikilmiş 164 mərtəbəli  Xəlifə bürcü
kompleksi dünyanın göydələnləri arasında birinci yerdə dayanır. Binanın tikintisinə 1 milyarddan
çox  ABŞ dolları həcmində vəsait xərclənmişdir. Maraqlıdır ki, binanın saytında onun hündür-
lüyünün 822,55, bəzi mənbələrdə isə 828 metr olduğu göstərilir. Binada ümumi dəyəri 36 milyon
dollar olan 65 ədəd ikimərtəbəli lift quraşdırılmışdır.  Ancaq xidmət liftləri birinci mərtəbədən
162-ci mərtəbəyə qalxa bilir. Sakinlər isə 162-ci mər  təbəyə qalxmaq üçün bir neçə dəfə lifti dəyiş -
məli olurlar. Binanın lift ləri dünyada ən sürətli lif tlər olub sürətini 64,8 km/saat-a qədər artıra bilir.
Okean sularında üzən nəhəng gəmilərdə də liftə ehtiyac duyulur. Belə liftlər Kanada, Almaniya,
Fransa  və  s.ölkələrə məx sus gə  mi lə rin  bir  çoxunda  quraşdırılmışdır. 
Müasir  sərnişin lifti.
59
http://en.wikipedia.org/wiki/Elevator


60
Kosmos lifti
XXI əsrdən etibarən dünya alimləri kosmik liftin layihəsi üzərində işləyirlər. Burada məqsəd
müəyyən yükləri Yerətrafı orbitə daşıyıcı kosmik raketlər vasitəsilə deyil, daha ucuz başa gələn
liftlərlə daşımaqdan ibarətdir. Kosmos liftlərinin yaradılması istiqamətində Amerika Birləşmiş
Ştatlarından olan alimlərin irəli sürdüyü layihə çox maraqlıdır. Bu layihəyə görə, yüksək
möhkəmliyə malik  materialdan  hazırlanmış, bir ucu Yer  səthində, digər ucu isə Yerətrafı
orbitə çıxarılmış kosmik stansiyada olan trosun köməyi ilə yükü Yerətrafı orbitə daşımaq onu
kosmik raketlərlə daşımaqdan daha sərfəlidir. Trosa bağlanmış yük hərəkətə gətirilərsə,
müəyyən bir andan sonra o, Yerin öz oxu ətrafında fırlanmasından yaranan mərkəzdənqaçma
qüvvəsinin təsiri ilə hərəkətini davam etdirərək nəinki Yerətrafı orbitə, hətta Yerin cazibə
sahəsindən də kənara çıxa bilər. Belə kosmik liftlərin yaradılmasını mümkün 
hesab edən başqa layihələr də vardır.


61


=    
Çərpələng 
Beynəlxalq çərpələng festivalı
Oktyabrın ikinci bazar günü - Ümumdünya  çərpələng günündə   dünyanın hər yerində
çərpələng həvəskarları öz yaradıcılıqlarını nümayiş etdirirlər. Təxminən orta əsrlərdən
başlayaraq hər il aprel ayının 21-i və 22-də Çinin Şandun şəhərində keçirilən
beynəlxalq çərpələng festivalını izləmək üçün dünyanın hər yerindən buraya minlərlə
həvəskar axışıb gəlir. Festival günlərində insanlar şəhərin üzərində səmanı bürüyən al-
əlvan rəngli, çoxsaylı çərpələng uçuşunun  yaratdığı mənzərəni seyr edərək bundan
yüksək zövq alırlar. Bir qayda olaraq festival ölkənin incəsənət 
ustalarının çıxışı ilə müşayiət olunur ki, bu da insanların festivala 
marağını xeyli artırır.
Çərpələng fəzada küləyin səthində yaratdığı təzyiq və yerdən ona bağlanmış iplə üfüqə meyilli saxlanılan,
havadan ağır uçan qurğudur. Aviasiya qurğularının inkişafı tarıxındə çərpələng mühüm yer tutur. Çərpələngdən
sonra isə planerlərin kəşfi insanın daim fəzada olmaq istəyi ilə əlaqədardır. Bu qurğuları kimlərin icad etdiyini
tam dəqiqliklə demək mümkün olmasa da, alimlər ilk çərpələngin Uzaq Şərqdə yaranması fikrində yekdildirlər.
Çin, Koreya və Yaponiya xalqlarına məxsus qədim əlyazmalarda çərpələngın nəinki adı çəkilir, hətta onların
tətbiq edilməsinə aid misallar da göstərilir. Bu yazılardan aydın olur ki, Çində asma körpülərin tikinti si zamanı
enlı çayların və dərin dağ yarğan larının üzərindən kəndir aşır  maq üçün çərpələngdən istifadə edilmişdir.
Adamları göyə qaldıra bilən çərpələnglər müharibə zamanı şəhərlərin mü ha sirəsində və əsgərlərin düşmən
arxasına keçirilməsində geniş istifadə edilən əvəzsiz vasitə olmuşdur. Məlumdur ki, Çin və Yaponiya
əsgərlərinin çərpələngdən istifadə edərək düşmən mövqe lərində kəşfiyyat işi apardıqları haqqında qədim yazılı
mən bələrdə ətraflı məlumatlar vardır.
Çin əlyazmalarında qeyd edilmiş dir ki, çərpələnglər quş, balıq, kəpənək, insan fiqurları şəklində düzəldilir
əlvan boya 
larla rəng 
lənirdi. Onları kiçik çıraqlarla, külək fırlanğıcları və səsçıxaran oyuncaqlarla
bəzəyirdilər. Belə hesab edilirdi ki, çərpələngin çıxardığı səslər ruhların qorxmasına səbəb olur. Cinlərin əcdadı,
guya, çərpələngin ən geniş yayılmış növü olan, fövqəltəbii qüvvələr rəmzi sayılan əfsanəvi qa nadlı ilan-
əjdahadır. Özünün qor xunc görkə minə baxmayaraq, Çin əjdahası, bir qayda olaraq, insanlara qarşı mü layim və
mərhəmətli varlıqdır. 
Çinin Veyfan şəhərində ilin doqquzuncu
ayının doqquzuncu günü beynəlxalq çərpə -
ləng festivalı keçirilir və burada dünyanın
30-dan artıq ölkə sindən 1000-dən çox
adam iştirak edir. Festivalın proqramına
beynə l xalq mü sabiqə və kağız çərpələng
üzrə Çin çempionatı, kağız çərpə lənglər
muzeyinə gediş, çinli ustalar tərəfindən
kağız çərpə lənglərin hazırlanmasının nü -
ma yiş etdi rilməsi daxildir. Belə fikir vardır
ki, ilk Çin çərpələngləri üzərinə əvvəlcə
Çərpələng festivalı.
62


ipək parça, sonra isə kağız çəkilmiş qamış çərçivədən ibarət
olmuşdur.
Çərpələng Koreyada xüsusilə geniş yayılmışdır. Əvvəllər bu
iş burada sırf dini xarakter daşımış, sonra isə çərpələng bura -
xılması cəlbedici məşğələ və tamaşa kimi insanları daha çox
özünə cəlb etmişdir. Qədim yapon rəsmlərində Çin çərpə 
-
ləngindən xeyli fərqlənən çər pələnglərin təsvirinə rast gəlmək olar. 
Avro paya çərpələng, ola bilsin ki, XIII əsrin sonunda Çinə
gəlmiş və 17 il orada yaşamış venesiyalı Marko Polo tərə findən
gətirilmişdir. Onun daha əvvəl Böyük İpək yolunun tacirləri
tərəfindən gətirilməsi haqqında da rəvayətlər vardır. Hər halda,
Avropada çərpələng yalnız XVIII əsrin ortalarında tətbiq edil -
məyə başlamışdır. 1749-cu ildə ingilis Vilson hündürlükdə ha -
vanın temperaturunu ölç 
mək məqsədilə termo 
metri səmaya
qaldırmaq üçün çərpələngdən istifadə etmişdir.1752-ci ildə
Amerika alimi fizik Ben camin Franklin çərpə ləngin kömə yi ilə
ildırımın elektrik təbiətini aşkarlamış və ildı rımötürəni icad
etmişdir. Beləliklə də çər pələng elmə qiymətli xid mətlər gös -
tərməyə başlayır. 1756-cı ildə məşhur riyaziyyatçı Eyler əbəs yerə
yazm amışdır ki: «Uşaqlar üçün əyləncə olan, alimlərin
isə saymadıqları çərpələng onları özü haqqında dərindən
 düşünməyə vadar edə bilər». Avstraliya alimi L.Harqraf XIX
əsrin 90-cı illərində çərpələng üzərində xeyli əhə miy -
yətli təkmilləşdirmələr apar mışdır. O, ilk dəfə olaraq
çərpələng əvəzinə bir-birinə birləşdirilmiş və havada
dayanıqlığını saxlamaq üçün quyruğu ol 
mayan iki
qutudan istifadə etmişdir. Harqrafın uçan qutuları bəzi
təyyarələrin konstruksiyasının əksi olmuş 
dur. Qutu
çərpələnglərindən ilk dəfə insanın göyə qaldır ılması
üçün istifadə edilmişdir. 1894-cü ildən başlayaraq
çərpələng Avropada, ABŞ-da və Yaponiyada atmosferin
yuxarı təbəqələrini öyrən mək üçün ardıcıl olaraq tətbiq
edilmişdir. 1895-ci ildə Vaşinqton hava məlumatı bürosunda ilk çərpələng stan siyası yara dılmışdır. 1896-cı
ildə Boston rəsədxanasında qutu çərpələng 2000 m hündürlüyə, 1900-cü ildə isə oradaca 4600 m hün dürlüyə
qal dırıl mı şdır.  Alma niyanın  Linder berq  rəsədxanasında
çərpələngi 7000 metrdən artıq hün dürlüyə qaldırmaq
mümkün ol muşdur. Atlantik oke anı üzə rindən ilk radio
ra bi təsi qutu çərpələngin köməyi ilə baş tut muşdur.
1901-ci ildə İtaliya mü 
hən 
disi H.Markoni Nyu-
Faundlen 
adasında, 
radio qəbul edi cisini 
sınaq dan
çıxararkən hündür antena əldə etmək üçün çər pələngə
məftil bağlamış və onu havaya bu rax  mış dır. 1903-cü
ildə aviasiyanın pioneri Samuel Kodi insanı göyə qaldıra
bilən çərpələng hazırlamış və ona baglanmış kiçik
Çində təşkil edilmiş çərpələng festivalında Əjdaha.
Çində çərpələng festivalı.
Çində çərpələng festivalında nümayiş etdirilən Əjdaha.
63


Yüklə

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə