Fizika-1Qacarallnsonjavad layout 1


səhifə42/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   38   39   40   41   42   43   44   45   ...   52

147
məsələn, violanın göv də si, fley -
tanın borusu, na ğara nın gövdəsi
və  s.  mexa  niki  rezona tor lardır. 
Rezonans hadisəsi düz gün
la yihələşdirilməmiş mexaniki
qur ğularda və ti kintilərdə dəh -
şətli dağın tılara səbəb ola bi lər;
məsələn, tikintisində səh və yol
verilmiş körpülərdə bu hal nis -
bətən tez-tez müşahidə edi 
lir.
1905-ci ildə Sankt-Pe ter burq şə -
hərindəki Misir kör püsü qəflə -
tən uçmuşdur. Sonradan mə lum
oldu ki, hadisə zamanı körpünün
üzərindən nizamlı hər bi addım -
larla atlı əsgər alayı keç mişdir.
Atların eyni zaman da ayaqlarını
zərblə yerə vur 
masının tezliyi
təsadüfən körpünün məxsusi rəqslərinin tezliyinə bərabər olmuş, nəticədə körpünün rəqs amplitudası hər ritmdə
müəyyən qədər böyüyərək dağılmaq həddinə çatmışdır. Əgər bu zaman alayın hərəkət ritminin dəyişməsinə aid
göstəriş verilmiş olsaydı, körpü dağılmazdı. Deməli, yelləncəkdə yaratdığınız rezonans hadisəsi körpüdə təsadüfən
baş vermişdi. Rezonans zamanı yekun rəqsin amplitudası o qədər böyüyə bilər ki, bu, körpünün və ya hər hansı bir
qurğunun sınması və dağılması ilə nəticələnər. Yadda saxlamaq lazımdır ki, təbiətdəki bütün cisimlər ölçülərindən
və kütləsindən asılı olan müəyyən bir məxsusi tezliyə malik rəqs mənbəyi - rəqqaslardır.
Hərəkət etdiyimiz hava və ya okean gəmisində bəzən güclü titrəmə ha disəsi müşahidə edilir. Sanki bu an
dəhşətli faciə baş verəcəkdir.  Araş dırmalar nəticəsində məlum olmuşdur ki, bu hadisəyə gəmidəki mühərrikin
tezliyinin gəminin məxsusi tezliyinə yaxınlaşması səbəb olmuşdur. Belə vəziyyət yarananda gəmi kapitanı dərhal
mühərrikin fırlanma tezliyinin dəyişdirilməsini əmr edir və bundan sonra titrəmə də dərhal dayanır.
Misir körpüsünün uçana qədərki görünüşü. Sankt-Peterburq. XIX əsrin sonu.
Sim
Tar, ud, saz, gitara, kamança, violon, pianino və bu kimi
alətlərin hər bir simi müəyyən f - rezonans tezliyinə malikdir.
Rezonans tezliyi simin uzunluğundan və onun gərilmə
dərəcəsindən asılı olur. Simin əsas rezonans tezliyi f-ə  uyğun
olan dalğa uzunluğu simin uzunluğunun iki mislinə bərabərdir.
Ona görə də  simin uzunluğunun azalması rezonans tezliyinin
artması ilə nəticələnir. Simin gərilmə dərəcəsini  böyütdükdə də
rezonans tezliyi artır. Maraqlıdır ki, səsləndirmə zamanı simin
əsas tezliyi ilə eyni anda onun tam misillərinə bərabər olan
yüksək harmonikaların, məsələn, 2f, 3f, 4f və s. tezlikli rəqslərin
də rezonansı  baş  verir. Əgər simə qısa bir təkanla impuls
vermiş olsaq, sim impulsun tərkibindəki bütün rəqslərə uyğun
rəqslər  edəcəkdir. Lakin tezliyi simin rezonans tezliklərinə
uyğun gəlməyən rəqslər tezliklə sönəcək və biz bir musiqi no-
tunu əks etdirən harmonik rəqslər eşidəcəyik. 


148
VIII əsrdə İsfahan şəhərinin ya xınlığında dövrün görkəmli alimi ol muş Amu Abdullanın qəbri üstündə
qoşa minarəli, Menar Conban adı ilə tanınan möhtəşəm bir yellənən məs cid-abidə tikilmişdir. XVII əsrdə Sə -
fəvilərin hökm dar lığı dövründə əsaslı təmir edildikdən sonra bu məscid hətta əcnəbilərin də ziyarət etməyə
can at dıqları bir yerə çevrilmişdir. Bunun səbəbləri sıra sında binada müşahidə edilən rezonans hadisəsi də
vardır. Belə ki, minarələrdən birini əllə silkələdikdə o nəinki rəqs edir, hətta onun rəqsi tədricən digər minarəyə
də ötürülür və hər iki minarə birlikdə rəqsi hərəkət etməyə başlayır. Ən maraqlısı isə odur ki, müəyyən
müddətdən sonra bina özü də bütövlükdə rəqsə gəlir və bütün tikili bir rəqqasa çevrilir. Rezonansa ən parlaq
misal olan bu hadisəni təsadüfi hadisə hesab etmək düzgün deyildir. Görünür, məscidin mühəndisi öz məharətini
göstərmək üçün tikintidə belə rezonans hadisəsini nümayiş etdirməyi bir məqsəd kimi qarşısına qoymuşdur.
Şərq memarları əksər hallarda öz istedadlarını nümayiş etdirmək üçün inşaat işlərində insanları heyrətə salan,
möcüzə təsiri yaradan memarlıq elementləri yaratmağa çalışmışlar.
Rezonans hadisəsi ilə hər birimiz hər an gündəlik həyatımızda da qarşılaşırıq. Evinizin yaxınlığından qatar
keçərkən evdəki qab-qaşıq cingildəyir, paltar dolabı titrəyib səs çıxarır. Deməli, qatarın torpaqda yaratdığı rəqs
torpaq vasitəsilə binaya, oradan da otaqdakı əşyalara ötürülmüşdür. Bu rəqslərin tezliyi binanın məxsusi tezliyi
ilə üst-üstə düşdüyündən rezonans hadisəsi baş vermişdir.
1940-cı il iyulun1-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton ştatında, Takomai-Hippouz körfəzi üzərində
tikilmiş,  1810 m uzunluğunda olan nəhəng Takomai asma körpüsü istifadəyə verildi. Lakin heç beş ay
keçməmişdi ki, güclü küləyin təsirindən körpü rezonansa gəlib uçdu. Qısamüddətli tədqiqatlardan sonra
körpünü küləklə rezonansa gətirən səbəblər aşkarlandı və onun bərpasına başlandı. Lakin bütün rezonans halları
nəzərə alınmaqla yenidən tikilmiş körpü 10 il sonra - 1950-ci ildə istifadəyə verildi. Keçən əsrin sonunda
körpünün yanında əlavə bir körpü də tikilmiş və qoşa Takomai körpüsü yaradılmışdır.
Güclü küləyin və həddən çox yüklənmənin təsirindən körpülərin rezonansa gəlib uçması halları tarixdə çox
olmuşdur. Zəlzələnin təsirindən körpünün uçması hadisəsi hələlik bir dəfə müşahidə edilmişdir. 1989-cu ildə
Kaliforniyada baş vermiş dəhşətli zəlzələ zamanı San-Fransisko körfəzi üzərindəki asma körpü uçmuşdur.
Lakin mühəndis işinin səhvi nəticəsində körpülərin öz-özünə uçması halı indiyədək çox az müşahidə edilmişdir.
Məlum olduqu kimi, oxşar rezonans hadisələri yalnız körpülərdə baş vermir. 2011-ci il iyulun 6-da Seulda
yüzlərcə ticarət mərkəzinin, ofis və kinoteatrın yerləşdiyi 39 mərtəbəli ğöydələn bina titrəməyə başladı. Üç
minə qədər insanın olduğu 189 metr hündürlüyündə binanın titrəməsi on dəqiqə davam etdi. Bu zaman
adamların bir hissəsi evakuasiya olundu. Cənubi  Koreya  ekspertləri müəyyənləşdirdi ki, bu hadisə də rezo-
nansla bağlıdır. Dəhşətli titrəmənin günahkarlarının mərtəbələrin birində ritmik və dövri olaraq təkrarlanan
Takomai körpüsünün uçması.


Yüklə

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə