Fizika-1Qacarallnsonjavad layout 1


səhifə38/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   34   35   36   37   38   39   40   41   ...   52

137
böyük radiuslu Yerətrafı orbitə ötürür. Hə rəkət
mühərrikinin tək rarən işə düşməsi ilə gəmi Aya
tərəf uçuş tra 
yektoriyasına  keçir. Bu zaman
gəminin tra yektoriyasında lazımi dü zə lişlər edilir
və o, Ayın cazibə sahəsinə düşərək onun süni
peykinə çevrilir. Bu orbitdə birinci və ikinci
dövrün sonunadək edilən düzəlişlər gəminin Aya
ən yaxın dairəvi orbitə keçməsini təmin edir. Kos-
mik gəminin Ay ətrafında 12-ci dövrünün so-
nunda Ay kabinəsi əsas blokdan ayrılır. Xüsusi
mü hərrikləri işə salmaqla yalnız Ay ka bi nəsindən
ibarət olan kosmik gəminin Ay səthinə eh malca
enməsi təmin edilir. Gə minin Ay sət hindən start
götürməsi də mü hər riklər  va si təsilə  ona  1,4 km/s-
yə bərabər olan birinci Ay kosmik sürəti ver mək -
lə həyata keçirilir. Beləliklə, Ay səthin dən uçuş
etmiş gəmi Ayətrafı orbitə çatıb əsas blokla
birləşir və Yerə tərəf uçuş trayek to riyasına  keçir.
Yerə doğru hərəkət zamanı gəminin trayek tori -
yasına bir neçə dəfə düzəlişlər edilir. 
Apollon gəmisində ilk uçuşlar 1967-ci ilin
sonu - 1968-ci ilin əvvəllərində həyata keçi ril -
mişdir. Apollon-1-dən Apollon-6-ya qədər olan
gəmilərdə astro navtların olması nəzərdə tutul -
ma mışdı. Yoxlama məqsədli bu uçuş lar da gə -
milər Yerin və Ayın süni peyki orbit lərində bir
neçə gün dövrə vurub sınaq təcrübələri aparmış və
Yerə qayıtmışdı. Apollon-7-dən Apollon-10-a
qədər olan gəmilərin hər biri isə üç astronavtla əvvəl Yerətrafı, oradan da Ay ətrafı orbitə çıxarılmış və Ayın süni
peykinə çevri 
lmişdir. Gəminin Aya ən yaxın orbitdə dövrə vurdu 
ğu müddətdə astronavtlar Aya enmə
əməliyyatlarını tədqiq etmişlər. Bütün dörd gəminin uçuşu proqramın tələblərinə uyğun şəkildə başa çatmışdı.
Kosmonavtika tarixində ən böyük hadisə 1969-cu il iyulun 10-da baş verdi. Həmin gün Amerika ast -
ronavtları Neyl Armstronq, Maykl Kol -
linz və Edvin Oldrin Apollon-11 gəmi  sində
Ayətrafı fəzaya tərəf uçmuşlar. Tezliklə,
iyulun 16-da gəmi Ay səthindən 111 km
hündürlükdə dai rə vi orbit üzrə hərə kət
edən süni peykə çevrilmişdi. İyulun 20-
də Eagle (Qartal) adlı Ay kabi nə sinə
keçən astro navtlar Armstronq və Oldrin
onu Co lum bia (Kolumbiya) adla nan or -
bital blokdan ayır mış və Ay səthinə endir -
mişlər. Ma raqlıdır  ki, bu hadisədən üç
gün əvvəl Luna-15 sovet gə misinin
Aya  uğ ur  suz  uçu şu  bu  cəsur  insanları
risk et məkdən çəkindirə bilməmişdi.
İyulun 21-də ilk dəfə Arm stronq, 20
dəqiqə sonra isə Oldrin ayaq larını Ay
Apollon-11 gəmisi uçuşda.
Kərim Kərimovun 90 illiyinə həsr
olunmuş Azərbaycan markası.
Kərim Kərimov (1917-2003) – Sosialist Əməyi
Qəhrəmanı, Stalin, Lenin  və SSRİ Dövlət müka -
fatları laureatı, pilotlaşdırılmış uçuşlar üzrə SSRİ
Dövlət Komissiyasının sədri, general–leytenant.
Milliyyətcə azərbaycanlıdır.1960-cı ilin sent yab -
rında Kərim Kərimov Raket Silahları Baş İda -
rəs 
inə rəis, 1964-cü ildə isə yenicə yaranmış
Mərkəzi Kosmik Vəsaitlər İdarəsinə rəhbər təyin
edilmişdir. “Zenit” raket-kosmos kompleksinin
tətbiqinə görə o, Lenin mükafatına layıq görü l -
müşdür. 1965-ci ildən  Kərim Kərimov raket və
kosmik texnika yaratmaqla məşğul olan Ümumi Maşınqayırma Nazir -
liyində Baş Kosmik İdarəyə rəhbərlik etmişdir.
1966-cı ildə, həmin vəzifədə ikən, o, pilotlaşdırılmış ucuşlar üzrə
Dövlət Komissiyasının sədri təyin edilmiş və 25 il ərzində bu komissiyanın
rəh bəri olmuşdur. Komissiya pilotlaşdırılmış bütün kosmik gəmilərin
dövlət qəbulu ilə məşğul olurdu.


138
səthinə  basdılar.  Ast ro navt -
lar Ay  sət hində olarkən tele -
vi   ziya  kame raları  quraşdır mış,
şəkil lər  çəkmiş, Yerlə tele fon
və tele viziya əlaqəsi yarat mış,
Ame rika elminin qələbə bay -
rağını Ayın səthinə sanc mışlar.
Onlar 1 saat 14 dəqi qədən son -
ra Qartal-a qayıdaraq Aydan
start götürüb Ay 
ətrafı orbitə
çıxmış, orada əsas blokla bir -
ləşərək Yerə uçuş tra yek tori -
yasına keçmişlər. İyulun 24-də
Ay fa tehləri Sakit oke anda  qar -
şı lanmışlar. 
Bundan sonra daha beş
Apollon gəmisi hər birində üç
astronavt olmaqla Aya gön də -
rilmiş, hər dəfə 2 astronavt Ay
səthinə enib bir-birindən ma -
raqlı tapşırıqları yerinə yetir -
mişdi. 1972-ci il dekabrın 7-də
Aya uçmuş sonuncu Apollon-17 gəmisinin heyət üzvlərindən Şmidt və Sernan Ay səthində olarkən özləri ilə
gətirdikləri Ay arabasından nəqliyyat vasitəsi kimi istifadə edib Ay səthində gəzmişlər. Bu proqramda yalnız
Apollon-13 gəmisi uğursuzluğa uğramış, Ayətrafı orbitdən Yerə qaytarılmışdı. Artıq bu vaxta qədər müxtəlif
millətlərin nümayəndələrindən ibarət 432 nəfər müxtəlif müddətlərdə kosmosda olub. Onlardan 33 nəfəri Aya
çox yaxın orbitdən onu seyr etmiş,10 nəfəri isə Ay səthinə enərək orada saatlarla yaşayıb, işləmiş və Yerə
qayıtmışdır. Yerdə qalan kosmonavtlar ancaq Yerətrafı orbitlərdə olmuş, açıq kosmosa çıxaraq müxtəlif elmi
əhəmiyyət daşıyan təcrübələr yerinə yetirmişlər.
Keçən əsrin 70-ci illərindən başlayaraq kosmonavtikada elmi-tədqiqat, kəşfiyyat və kommersiya məqsədli
uçuşlar önə çəkildi. 1972-ci ildə ABŞ və SSRİ dövlətləri arasında Apollon və Soyuz kosmik gəmilərinin bir -
gə uçuşları barədə proqram qəbul olundu. Kosmik fəzanın dinc məqsədlə istifadə edilməsi üzrə əməkdaşlıq
proqramı çərçivəsində həyata keçirilən bu uçuşda əsas məqsəd müxtəlif sistemli gəmilərin yaxınlaşması,
birləşməsi və birindən digərinə kosmonavtın keçidi məsələlərini yoxlamaqdan ibarət idi. Uçuşlar eyni gündə
- 1975-ci il iyulun 15-də həyata keçirildi. Moskva vaxtı ilə saat 15-də Baykonurdan Soyuz-197 saat 30
dəqiqədən sonra isə Kanaveraldan Apollon gəmisi kosmosa göndərildi. İyulun 17-də saat 19 radələrində
gəmilər  kosmosda birləşdi. Sovet kosmonavtları A.Leonov və V.Kubasov Apollon gəmisində Amerika
astronavtları Stafford, Brand və Sleytonla birlikdə 46 saat 36 dəqiqə birgə uçuş həyata keçirdikdən sonra öz
gəmilərinə qayıtdılar. Proqrama uyğun olaraq 1989-cu ildə yaponiyalı  T.Akiyama və 1990-cı ildə böyük
britaniyalı X.Şarman ilk kommersiya məqsədli uçuş təşkil etdilər. Hər iki uçuşda Soyuz TM sovet kosmik
gəmisindən istifadə edilmişdir. 
Artıq kosmosa uçmaq fikri yalnız alimlərin deyil, turistlərin də marağını artırmışdır. Nəticədə
yeni əsrin başlanğıcında kosmos turizmi meydana gəldi. İndi qarşıda kosmosa turist səfərlərini
təşkil etmək məsələsi dayanmışdır. Kosmosa turist səfərlərinin ABŞ və Rusiya alimlərinin birgə
hazırladıqları uçuş layihəsi çərçivəsində həyata keçirilməsi qərara alındı. Layihəyə əsasən,
turistliyə namizədlər müəyyən öhdəlikləri yerinə yetirdikdən və tibbi müa yi nədən keçdikdən
sonra altı aya qədər Moskvada Qaqarin adına Kosmonavtların Haz ır lıq Mərkəzində xüsusi
məşqlərdə iştirak edirlər. Kosmosa uçuş Ulduz şəhər ciyində Soyuz gəmi s i n d ə n   i b a r ə t   Bey nəlxalq  Kos mik
Apollon-17-də  Ay səthinə enmiş Amerika astronavtı  Sernan “Ay arabası”nı  idarə edir. 


Yüklə

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə