Fizika-1Qacarallnsonjavad layout 1


səhifə48/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   44   45   46   47   48   49   50   51   52

164
Ultrasəs
Uçan yarasa.  
Tezliyinə görə səs dalğaları üç növə ayrılır. Bunlar tezliyi 20 Hs-ə qədər olan eşidilməyən infrasəs, tezliyi
1620 Hs-dən 15

20 kHs-ə qədər olan eşidilən səs və tezliyi 20 kHs-dən 1000 MHs-ə qədər olan eşidilməyən
ultrasəsdir. İnsanlar çox yüksək və çox alçaq tezlikli səsləri eşidə bilməsələr də, heyvanların bir çoxu, məsələn,
itlər, yarasalar, fillər, ilanlar, meduzalar və s. onları eşidir və uyğun hərəkətlər edirlər. Gecə qaranlığında
yarasaların maneələr arasında sərbəst hərəkət edə bilməsi, yol seçməsi onların çıxardığı və maneələrdən əks
olunub qayıdan ultrasəs dalğalarını qəbul edib təhlil etməsi sayəsində mümkün olur.
Ultrasəs dalğalarının yayılma sü -
rəti adi səs dalğalarında olduğu ki -
midir. Lakin bu dalğaları müəy yən
bir is ti qamətə yönəltmək və böyük
enerjili səs şüası əldə etmək müm -
kündür. Ona görə də demək olar ki,
ultrasəs həyatımıza yeni bir enerji
növü kimi daxil olmuşdur.Ultrasəs
dal 
ğalarının enerjisi hissə 
ciklərin
kinetik və potensial enerjisi ilə elas -
tik mühitin deformasiya enerjisinin
cəmindən ibarət olan enerjidir. Mə -
lum dur ki, dalğa mühitdə yayılmaqla
özü ilə bərabər müəyyən miqdarda
enerji daşıyır. Daşınan ener jinin miq -
darı mühitin akustik müqaviməti
adlanan kəmiyyətdən asılıdır. 
Akustik müqavimət səs təzyiqinin
Uroloji xəstəliyin ultrasəs cihazı ilə tədqiqi.
http://ru.wikipedia.org/wiki/Ультразвук


dalğasının yayılma sürətinə olan nisbəti ilə
ölçülən kəmiyyətdir. Bu kəmiyyət böyük ol -
duqca mühitin sıxılma və seyrə k ləşmə dərə -
cəsi də o qədər yüksək olar. 
Məlumdur ki, müəyyən tezlikdə səsin gücü
rəqsin amplitudasının kvadratı ilə mü tənasib
olaraq dəyişir. Böyük amplitudalı səs rəqsləri
mühitin hissəciklərinin də böyük amplituda ilə
rəqs etməsinə, yəni mühitdə təzyiqin kəskin
şəkildə dəyişdiyi mexani ki rezonans hadi sə -
sinin yaranmasina səbəb olur. Ultrasəs dal ğa -
la rının mexaniki rezo nansı zamanı mühitin
dal ğanı udma, əksetdirmə və sındırma qa bi -
liyyətini müəy yən edən akustik müqaviməti
artır. Belə dalğa öz yolunda hər hansı bir
ma ne yə ilə qarşılaşarsa, o, müəyyən bir isti -
qamətdə təzyi qə məruz qalar. Maneənin ölçüsü dalğa uzunluğu tərtibində olarsa, onda dalğa onun arxasına
keçə bilir, yəni difraksiya hadisəsi baş verir. Difraksiya hadisəsi ilə yanaşı, ultrasəs dalğalarının mühitdə
yayılarkən maneədən əks olunması, sınması, səpilməsi, udulması və interferensiya etməsi kimi xassələri çox
böyük elmi və texniki əhəmiyyətə malikdir. 
Dalğaların, mühit tərəfindən udulması udulma əmsalı adlanan bir sabitlə müəyyən edilir. Udulma əmsalı
dalğanın yayıldığı mühitdə intensivliyin dəyişmə mənzərəsini göstərir. Mühitdə hər hansı bir qeyri-bircinslilik
olduqda ultrasəs dal ğalarının sə pil -
məsi baş verir. Bu zaman dal ğanın
yayılma istiqa mətində onun inten-
siv liyi  zəif ləyir.  Ultra səs  dal ğa -
ları akustik müqa viməti müx təlif
olan iki mü hit sər hədinə düşərsə,
bu za man dal ğanın sınması ha di -
səsi müşa hidə edilər.
Texnikada, tibbdə və elmin müx -
təlif sahələrində ultrasəs   ge niş is -
ti  fadə  edil məsi əsasən  onun  yuxarıda
gös tərilən  xas sə lərinə  əsas lanır.  Ona
görə də dün  yanın qabaqcıl ölkə lə -
rində bö yük enerjili və müxtəlif
tezlikli ultrasəs hasil edən ge ne ra -
torlar istehsal olu nur. Bunların bir
ço xunda rəqs mən bəyi olaraq mü -
əyyən  fiziki  xas səyə  malik  kris   tal -
lardan istifadə edilir; mə sələn, kvars
kristalı çox böyük texniki əhə -
miyyəti olan ma raqlı bir xassəyə
Kəllə-beyin xəstəliyinin ultrasəs cihazı ilə müalicəsi.
Məhsulun keyfiyyətinə nəzarət edən ultrasəs cihazı.
165


malikdir. Xüsusi istiqamətlər üzrə düz bucaqlı formada kəsilmiş
kvars löhvəsini sıxdıqda onun sıxılan üzlərinin birində müsbət,
digərində isə mənfi yüklər toplanır. Fizikada bu hadisəyə
pyezoelektrik effekti deyilir. Maraqlıdır ki, kvars kristalında
tərs pyezoelektrik effekti də mümkündür. Belə ki, kristalın
paralel üzlərindən birini cə rə yan mənbəyinin müsbət, digərini
isə mənfi qütbü ilə bir ləşdirsək, onda kristal defor masiya
edərək qalınlaşacaq və ya nazikləşəcəkdir. İndi fərz edək ki,
kvars lövhəsinin bir-birinə paralel olan iki üzünü dəyişən
elektrik cərəyanının iki qütbü ilə birləşdirmişik. Bu halda
üzlərdəki elektrik yükü periodik olaraq öz işarəsini, kvars löhvə
isə həmin tezliklə ölçülərini dəyişməyə, yəni mexaniki rəqs
etməyə məcbur olar. Beləliklə də rəqs edən kvars lövhə
ultrasəs
dal ğa larının  mənbəyinə çevrilər. Hər bir kvars lövhə ölçü -
lə ri ndən asılı olaraq rəgs dalğaları diapazonuna düşən mü -
əyyən məxsusi tezliyə malik olur . 
Müasir dövrdə tətbiq sahələrindən asılı olaraq müxtəlif
növ ultrasəs cihazları istehsal edilir. Bu cihazların hər biri
ultrasəs dalğasının müəyyən bir xassəsinə əsaslanmış olur;
məsələn, ultrasəs dia qnos tikası və məhsulun keyfiyyətinə
nəzarət cihazları əsasən dalğanın əks olunması xassəsinə
əsaslanaraq  yara dı l mışdır. Belə  ki, mühitdəki hər  hansı
qeyri-bircinslilik ultrasəs dalğalarının əks olunmasına
səbəb olur. Əks olunmuş dalğanın tədqiqi mühit haqqında
qiymətli məlumat əldə etməyə imkan verir.
Son vaxtlar müalicə sahəsində ultrasəsdən geniş istifadə
olunur. Ultrasəs bədənin xəstə yerində intensiv masaj
əməliyyatı həyata keçirir, qan dövranının güc lənməsinə səbəb olur. Nevrologiya və revmatizm xəstəliklərinin
müalicəsində ultrasəsin tətbiqi və onun köməyi ilə qısa müddətdə başa çatan nadir və incə cərrahiyyə
əməliyyatları çox böyük müsbət nəticələr veir. 
Bu gün tibbi diaqnostikada tətbiq olunan və ultrasəsə əsaslanan tomoqrafiya əhəmiyyətinə görə hətta rentgen
tomoqrafiyasını da arxada qoyur. Ultrasəs tomoqra fiyası insan beyninin və onun ayrı-ayrı daxili üzvlərinin müx -
təlif qatın dan əks olu nan ultrasəs şüala rının monitorun ek ra nında ya ra t dığı təsvirləri və şəkil ləri təd qiq etməklə
xəstəliyi yüksək də qi q liklə  aşkar la -
mağa imkan verən me tod dur.
Ultrasəsin tətbiq sahələri çox geniş -
dir. Onun vasitəsilə istə nilən bərk ci -
simdə istənilən ölçü lü deşik, yaxud yiv
açmaq mümkündür. Hət ta ultrasəs metal
hissələrdə, şüşədə, rubin və almaz
ki mi kristallarda incə yiv yarıqları
açmağa imkan verir. Ultrasəs dəzgahı
metal his sələrin səthini torna dəz gah ın -
dan da tez, keyfiyyətli və sərfəli olaraq
emal edir.
Ultrasəs defektoskopu. 
Məsafəölçən  ultrasəs  cihazı.
Ultrasəs qaynağın keyfiyyətinə nəzarət edir.
166


Yüklə

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə