Fizika-1Qacarallnsonjavad layout 1


səhifə51/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   44   45   46   47   48   49   50   51   52

173
San-Fransisko, 1908-ci ildə İtaliyanın Mesina, 1920-ci ildə Yaponiyanın Kansyuda və 1923-cü ildə isə Tokio
şəhərlərində baş vermiş zəlzələləri göstərmək olar.
Tokio zəlzələsi ərəfəsində Avstraliyada ezamiyyətdə olan bir nəfər yaponiyalı seysmoloq alim ölkənin
seysmik stansiyalarından birinə baş çəkir. Qonağa seysmik cihazları göstərən stansiyanın direktoru görülən
işlər haqqında məlumat verir. Birdən cihazların əqrəbləri titrəyir, güclü seysmik dalğalar qeydə alınır. Direktor
yapon aliminə deyir: «Siz xoşbəxtsiniz ki, cihazların seysmik dalğaları necə yazdığını öz gözlərinizlə
görürsünüz». O, cihazlardan nəzərlərini ayırmadan söhbətinə davam edir: «Zəlzələ ocağı buradan təxminən 19
min km uzaqda yerləşir, təkanlar isə çox güclüdür, ola bilsin, o, Yaponiyada, ya da Aleut dağlarında baş ver -
miş dir». Sonradan məlum olur ki, doğrudan da zəlzələ ocağı Tokio şəhərində olub, böyük dağıntı və insan
tələfatı törətmişdir. Həmin an yapon aliminə böyük bədbəxtlik üz vermiş, onun beş nəfərlik ailə üzvünün hamısı
həlak olmuşdu. 1755-ci ildə Lissabon şəhərində baş verən zəlzələ zamanı şəhər evlərinin 75 faizdən çoxu uçub

dağılmış, 60 min insan tələf olmuşdur.
Azərbaycan ərazisi zəlzələyə aktiv zona hesab edilir. Ölkənin tarixində bir çox dağıdıcı zəlzələ baş vermişdir.
Onlardan bəzilərinin izləri indi də qalmaqdadır. Azərbaycanın görkəmli şairləri şahidi olduqları zəlzələləri
poeziya dili ilə təsvir etmişlər. Ömrünün əsas hissəsini Təbrizdə yaşayıb-yaratmış böyük Azərbaycan şairi
Qətran Təbrizi 1042-ci ildə, şahidi olduğu Təbrizi xarabazara çevirmiş  dəhşətli
zəlzələni belə təsvir etmişdi:
Dünyada gözəllikdə, bolluqda və əzəmətdə
Təbrizdən üstün şəhər yox idi.
Orada əmir, rəiyyət, ordu başçısı və alimlər,
Hər kəs öz istədiyi kimi yaşayırdı.
Bəziləri Allaha, bəziləri xalqa xidmət edirdi.
Kimi sərvət, kimi də şöhrət dalınca gedirdi.
Biri qəzəl dinləyir, şərab içib, məst olurdu,
Biri ceyran üçün ova gedirdi.
Gündüzlər şirindilli xanəndələrin,
Gecələr isə gözəllərin nəğmələrini dinləyirdilər.
Birdən elə gün gəldi ki, yer titrədi,
Hər şey bir-birinə qarışdı.
Yer aralandı, ağaclar yıxıldı,
Dəli sel hər yanı ağzına aldı.
Bu bəladan canını qurtaranlar həmişəlik
Ayıla-ayıla qorxudan nal kimi əyildilər.
Allah dünyanın əvvəlki əzəmətini aldı, 
Təbrizdəki gözəllik yerli-dibli yoxa çıxdı.
1903-cü ildə Şamaxı zəlzələsindən sonra  dağılmış şəhərin görünüşü.


1139-cu ilin sentyabrında Gəncədə baş ver -
miş güclü zəlzələ zamanı şəhər ta mamilə dağıl -
mış, 200 min əhali həlak olmuşdur. Zəlzələ
Kəpəz dağının bir hissəsini uçuraraq Ağsu ça -
yının qarşısını kəsməsi və Göygölün yara n ması
ilə nəticələnmişdir. Dahi Azərbaycan şairi Şeyx
Nizami Gəncəli isə İsgəndərnamə əsər ində
şahidlərdən eşitdiyi bu dəhşətli hadisəni belə
təsvir etmişdir:
Qopdu bir zəlzələ, göyü oynatdı,
Şəhərlər dağılıb yerlərə batdı.
Dağ-daş sarsılaraq qopub uçanda
Fələk toz altında qaldı bir anda...
Ruzigarın etdiyi oyunbazlıqdan
Sanki alt-üst oldu həmin asiman.
Suyun gur səsindən balıq qorxaraq,
Atıldı öküzdən bir xeyli uzaq.
Fələk zəncirinin həlqələritək
Yerin də bəndləri ayrıldı tək-tək. 
Azdı yollarını gur axan çaylar,
Dağlar çarpışmaqdan bitab oldular...
Heç bir göz salamat qalmadı, inan, 
Matəm sürməsinə qərq oldu cahan, 
Nə qədər xəzinə batdı o gecə, 
О şənbə gecəsi qərq oldu Gəncə...
Azərbaycanın zəlzələ tarixinə nəzər salsaq görərik ki, son beş yüz ildə Zəngəzurda 1, Oğuzda 1, Gəncədə
2, Şamaxıda 7, Ərdəbildə 3 və Təbrizdə 2 dəfə dağıdıcı zəlzələ baş vermişdir. Zəlzələyə ən çox həssas olan
Şamaxı ərazisində 1872-ci il yanvarın 28-də baş vermiş zəlzələ zamanı şəhər və onu əhatə edən ətraf kəndlər,
demək olar ki, tamamilə dağılmış, 118 adam həlak olmuş, yüzlərcə adam isə yaralanmışdır. Bu hadisədən sonra
dövlət quberniya idarələrini Şamaxıdan Bakıya köçürməyə məcbur olmuşdur. 1902-ci il fevralın 13-də baş
vermiş Şamaxı zəlzələsində isə 4000-ə qədər ev uçmuş və xeyli insan tələfatı baş vermişdir.
Abşeron ərazisində nisbətən güclü zəlzələ 1842-ci il yanvarın 2-də müşahidə edilmişdir. Bu zəlzələ zamanı
episentrə ya xın olan Maştağa kəndində 700 ev uçmuş dur. Bakıda isə heç bir uçqun, dağıntı olmamışdı. Əgər
son dövrdə baş vermiş 1986-cı və 2000-
ci il zəlzələlərini də nə zə rə alsaq, görərik
ki, Bakının tarixində onu güclü uçquna və
dağıntıya məruz qoymuş zəlzələ müşahidə
edilmə mişdir. Yalnız episentri şəhərdən
100 km kənarda, Xəzərdə olan sonuncu
zəlzələdə bir neçə köhnə bir mərtəbəli ev
uçmuş, 325 nəfər zərər çəkmiş, 26 nəfər
həlak olmuş, bir nəfər də olsa uçqun altında
qal mamışdır. Qeyd etmək lazımdır ki, zəl -
zələ zamanı ölən lərin əksə riyyəti qorxu-
Azərbaycanda zəlzələlər
Tarixi məlumatlara görə, son min ildə
Azərbaycanda gücü 8-10 bal olan aşağıdakı
zəlzələlər baş vermişdir: 
1139-cu il Gəncə zəlzələsi zamanı 200 mindən çox
insan həlak olmuş, böyük dağıntılar baş vermiş,
dağların uçması nəticəsində Ağsu çayının qarşısı
kəsilərək Göygöl əmələ gəlmişdir.
1191-ci il Şamaxı zəlzələsi böyük dağıntılara, çoxlu
sayda insanın, o cümlədən Şirvanşah I Axsitanın
ailəsinin məhvinə səbəb olmuşdur. 
1667-ci il Samaxı zəlzələsində böyük dağıntılar
olmuş, 80 mindən artıq insan ölmüşdür.
1669-cu il Şamaxı zəlzələsi böyük dağıntılar və yeddi
mindən çox insanın ölümü ilə nəticələnmişdir.
1780-ci il Təbriz - Mərənd zəlzələsi zamanı böyük
dağıntı və çoxsaylı insan ölümü müşahidə edilmişdir.
1859-cu ildə Şamaxıda,
1872-ci ildə Şamaxıda,
1879-cu ildə Ərdəbildə,
1931-ci ildə Zəngəzurda intensivliyi 8-10 bal
civarında olan zəlzələlər olmuşdur.
1902-ci il Şamaxı zəlzələsində 150 yaşayış
məntəqəsi, o cümlədən 4000 ev yerlə yeksan olmuş,
1000 nəfərdən artıq insan həyatını itirmişdir.
1139-cu ildə baş vermiş zəlzələdən sonra 
yaranmış göl - Göygöl. Azərbaycan.
174


Yüklə

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə