Fizika-1Qacarallnsonjavad layout 1


səhifə49/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   44   45   46   47   48   49   50   51   52

Ultrasəs qaynağı ultra səs rəqs lə -
rinin təsiri ilə həyata keçirilən təzyiq
qay nağıdır.  Bu  qaynaqdan  qızdırıl -
ması mümkün olmayan, müxtəlif növ
metaldan ibarət olan və səthi oksid -
ləşmiş hissələrin birləş 
diril 
məsində,
həmçinin mikrosxem lərin istehsalında
istifadə edilir.
Bir sıra materiallarda ultrasəs dal -
ğa larının asan ya yıl ması ultrasəs defek -
to  skopiyası üsulunun yaranmasına sə- 
bəb olmuşdur. Bu üsul həmin ma teri -
aldan olan hissələrdə boşluq və çat ki mi
qüsurları aşkarlamağa imkan verir.
Defektoskop cihazları vasitəsilə his sə -
lərin birləşməsinə, qaynaq əməliy -
yatının keyfiy 
yətinə nəzarət həyata
keçirilir. Son dövrdə materialın alt
qatını tədqiq etməyə imkan verən ultrasəs mikros -
kopunun yaradılması istiqa mətində elmi axtarış
işlərinə başlanmışdır. 
Bircins məhlul istehsalında ultrasəsdən qarış -
dırıcı kimi geniş istifadə edilir. 
Laboratoriya larda və istehsalın bir çox sahə -
sində hissələr və istifadə olunan qablar ultrasəs
vannalarında çirkdən təmizlənir. Ultrasəs van na -
larının vasitəsilə qızıl, gümüş və digər zinət əş ya -
larının səthinə yüksək səviyyədə parlaqlıq ver mək
mümkündür. Bir çox ölkədə ultrasəs əsa sın  da ya ra -
dılmış paltaryuyan məişət cihaz ları is teh sal olu nur.
Qaynağın keyfiyyətinə ultrasəs üsulu ilə nəzarət edilməsi.
Nəfəsli musiqi alətinin mis borusunun ultrasəs qaynaq qurğusu ilə qaynaq ediməsi.
Rəngli rəqəm göstəricili balıqaxtaran əks-sədametr.
167


168
Səs dalğalarının hər hansı bir maneədən qayıt -
ması hadisəsinə əks-səda deyilir. Əks-səda zamanı
səs maneədən əks olunaraq geri qayıdır və yenidən
təkrar eşidilir. Eyni bir səs bir neçə maneədən əks
olunub bir neçə dəfə təkrar eşidilə bilər. Əks-sədanın
eşidilməsi qəbuledicinin vəziy yətindən çox asılıdır.
Elə nöqtədə dayanmaq olar ki, orada əks-səda eşi -
dilməsin, ancaq ondan bir az fərqli vəziyyətdə isə
eşidilsin.
Əks-sədanın eşidilməsi üçün səs kifayət qədər
uzun yol keçməlidir. Səsin sürətinin 340 m/s oldu -
ğunu nəzərə alsaq, 170 m məsafədə olan maneədən
qayıdan səsi bir saniyədən sonra eşidirik. Maneə səs
mənbəyinə yaxın olduqca bu müddət o qədər kiçik olur ki, əks-səda əsas səslə qarışıb seçilməz olur.
Əks-sədanın köməyi ilə yanına getmək mümkün olmayan maneəyə qə dər olan məsafəni təyin etmək müm -
kündür. Bunun üçün səs siqnalı verilən anla onun əks olunub təkrar eşidildiyi an arasından keçən vaxtı ölçüb,
səsin havada yayılma sürətinə vurmaq və nəticəni ikiyə bölmək kifayətdir. Divar, meşə, hündür hasar, binalar,
dağlar və s. səsi əks etdirən maneələr, əslində, səs güzgüləridir. Onlar səsi güzgü işığı qaytardığı kimi qaytarır.
Səs güzgüləri yalnız müstəvi deyil, qabarıq şəkildə də ola bilər. Belə səs güzgüləri reflektor rolunu oynayır və
səs şüalarını toplayaraq gücləndirir, nəticədə əks-səda daha aydın eşidilir.
Bina daxilində, salonlarda səsləndirilən istənilən səs kəsil dikdən sonra da uzun müddət davam edir. Ona görə
ki, səs salonun divarlarından bir neçə dəfə əks olunaraq onu
bir neçə dəfə dolanır. Bu müddət ərzində salonda başqa
səslərin də yaranıb yayılması  mümkündür. Belə  hal larda
dinlə   yi  ci bu səsləri ayırd edə bilmir, ancaq qarmaqarışıq səs-
küy eşidir. Ona görə də nati qlər həmişə çıxış edərkən salo-
nun akus tikasını, burada səsin yayılma xüsusiyyətlərini
nəzərə almalı olurlar.
Əvvəllər teatr binalarının akustik olması sırf təsadüfün
nəticəsi olurdu. İndi isə səsin arzuolunmaz uzanmasının
qarşısını almaq üçün ciddi elmi əsasa malik üsullar tətbiq
olunur. Pis akustika ilə mübarizə tələb edir ki, zalın di varları
artıq səsləri udsun. Udulmanı  gücləndirmək  üç ün zalın
pəncərələrini açıq qoymaq ən yaxşı vasitədir. Bundan başqa,
ən yaxşı səsudan vasitə elə teatr tama şaçılarının özləridir.
Hər bir insan bədəninin  səs  udması  yarım kvadratmetr
ölçülü açıq pəncərənin səs udması ilə müqayisə edilə bilər.
Səsin həddindən çox udulması da əlverişli deyildir. Bu halda
səs zəifləyib eşidilməz ola bilər.
Səsin əks-sədası
Səs dalğalarının yayılması və əks olunması.
Gəminin yan tərəfində quraşdırılmış əks-səda hidrolokatoru.
http://ru.wikipedia.org/wiki/Эхо


Uzun müddət insanlar əks-sədadan əsaslı şəkildə faydalana bilməmişlər.
Lakin təsadüfən baş vermiş və faciə ilə nəticələnən bir hadisə əks-sədaya
əsaslanan və çox faydalı bir cihazın kəşfinə səbəb olmuşdur. 1912-ci il aprelin
14-də baş vermiş Titanik faciəsindən sonra alimlər dumanlı havada və gecə
qaranlığında gəminin qarşısına çıxan maneəni aşkarlamaq üçün əks-sədadan
istifadə etməklə qurğu yaratmaq fikrinə düşdülər. Bu məqsədlə yaradılmış qurğu
özünü tam doğrultmasa da, yeni bir fikrin yaranmasına səbəb oldu. Belə ki,
dənizin dibindən əks olunan səsin köməyi ilə onun dərinliyini ölçməyə imkan
verən cihaz üzərində iş başladı. Tezliklə bu fikir özünü doğrultdu. Əks-səda
hadisəsinə əsaslanan və əks-sədametr (exolot) adlanan belə bir cihaz hazırlanıb
istifadəyə verildi.
Dənizin dərinliyini ölçmək üçün cihaz gəminin ən aşağı hissəsində quraşdırılır. Onu cərəyan dövrəsinə
qoşduqda yaranan güclü ultrasəs dalğaları dənizin dibinə gedir və oradan əks olunaraq gəmiyə qayıdır. Qayıdan
səs dalğaları xüsusi qəbuledici cihaz vasitəsilə tutulub gücləndirilir. Dəqiq saat mexanizmi vasitəsilə səsin
yaranması ilə əks-sədanın qəbulu arasında keçən vaxt ölçülür. Bundan sonra səsin suda yayılma sürətini bilərək
dənizin dibinə qədər olan məsafəni hesablamaq çətin olmur. Əks-sədametr cihazı dəniz sularının dərinliyinin
ölçülməsi sahəsində inqilabi dəyişikliklər etdi. Müasir dövrdə dənizin dibini görməyə, balıq sürüsünün yerini,
hərəkət istiqamətini müşahidə etməyə imkan verən əks-sədametr cihazları yaradıl mışdır. 
Ən maraqlısı odur ki, canlı varlıqlarin bir çoxu özünə qida axtararkən əks-sədadan istifadə edərək
səmtlənirlər. Sədalokasiya sözü də uçan yara -
saların tədqiqi zamanı yaranmışdır. Məlumdur
ki, yarasalar tam qaranlıqda heç bir maneəyə
toxunmadan sərbəst uçurlar. İtaliya alimi
Lazaro Spal lantsani bir neçə yarasanı görmə
üzvündən məhrum edərək onların hərə kətini
tədqiq etmiş və müəyyən ləş dirmişdir ki, yara -
saların hərə kəti gör mə hissi yerində olduğu
halından fərq lənmir. Başqa bir italiyalı alim
Jürin isə yarasanı eşitmə üzvündən məhrum
edib hərə kə tini tədqiq etmişdir. Bu halda ya -
rasalar uçarkən qarşıya çıxan bütün ma neə lərlə
toq quş muşlar. Buradan belə nəticə alınır ki,
yarasalar eşitmə üzvlərinin köməyi ilə isti -
qamətlənirlər. Lakin o dövrün alimləri bu ix -
tiranı qəbul etmədilər. Buna səbəb ultrasəsin
qeydedilmə imkanlarının məh dud olması idi.
Yalnız XX əsrin əvvəlində amerikalı bio 
-
akustik D.Qriffin və Ameri ka fizika alimi
Q.Pirs yarasanın maneələri insanın eşitmədiyi
ultrasəs dalğaları buraxıb ondan qayıdanı qəbul
etməklə hiss etməsini sübuta yetirmişlər. Yara -
sa dan başqa, delfin, suiti, quaxaro və quşların
bir çoxu da bu qabiliyyətə malikdir. 
Qaranlıq mağaralarda məskunlaşan quaxaro quşları da yarasalar
kimi sədalokasiya qabiliyyətinə malikdirlər.
169


Yüklə

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə