müttəhimin çıxdığı qapının ağzındaca onu sorğu-suala tutmalı olurlar və onların çox dolaşıq
məlumatlarından nəsə öyrənib müdafiə qururlar. Ancaq bu, əsas
məsələ deyil, çünki belə
üsulla çox şey öyrənmək olmur, başqa yerlərdəki kimi, burda da yalnız ağıllı adamlar
başqalarına nisbətən çox şey öyrənə bilər. Bütün bunlara baxmayaraq, vəkilin şəxsi əlaqələri
burda çox böyük rol oynayır, müdafiənin dəyəri onlardan asılı olur. Yəqin ki K. orda
gördüklərindən başa düşüb ki, bu məhkəmənin lap aşağı vəzifələrində xain, rüşvətxor
məmurlar işləyir və elə onlara görə də çox qapalı saxlanılan sistemdə zəif yerlər əmələ gəlir.
Çoxlu vəkil həmin zəif yerlərdən istıfadə edərək oraya yol tapır,
rüşvətxorluq, qapı pusmaq
başlayır, hətta bəzən, ən azı əvvəlki dövrlərdə, məhkəmə sənədlərinin oğurlanması halları da
olub. Onu da danmaq olmaz ki, bu yolla, bəzən müvəqqəti də olsa, müttəhim üçün
gözlənilməz müsbət nəticələr əldə etmək mümkündür və o vəkil kimilər də döşlərinə döyə-
döyə gəzir, özlərinə təzə müştərilər tapırlar, ancaq məhkəmənin sonrakı gedişində məlum olur
ki, hamısı boş şeydir, hətta bəzən də nəticəsi pis olur. Yalnız səmimi şəxsi minasibətlər
nəyəsə yarayır, özü də yüksək vəzifəli – əlbəttə, aşağı səviyyədəki yuxarı vəzifəli
məmurlarla... Yalnız
bu yolla məhkəmənin gedişinə, əvvəlcə hiss olunmasa da, sonralar aydın
şəkildə təsir etmək olur. Bunu da, şübhəsiz ki, hər vəkil bacarmır və bu baxımdan K.-nın
seçimi çox əlverişli olub. Doktor Huldun əlaqələri bəlkə də bir-iki hakimdə ancaq olar. Belə
vəkillər həmin otağa yığışanlara qarışmırlar, onlarla heç bir əlaqələri yoxdur. Ancaq məhkəmə
məmurları ilə əlaqələri çox yaxşıdır. Məsələn, doktor Hulda həmişə məhkəməyə getmək,
təhqiqat müstəntiqlərinin gözləmə otaqlarında təsadüfi bir görüşə ümid etmək, onların
ovqatından asılı olaraq zahiri bir uğur qazanmaq, bəzən heç bunu da qazanmamaq lazım
gəlmir. Xeyr, K. özü də gördü ki, həmin məmurlar – aralarında kifayət qədər yüksək
vəzifəlilər də olur – özləri gəlib könüllü şəkildə məlumat verirlər, bunu kimisi açıq şəkildə,
kimisi də aydınca
başa düşülən işarələlə edir, məhkəminin sonrakı gedişi barədə danışırlar,
bəli, hətta bəzi hallarda onları nəyəsə inandırmaq da olur, Huldun fikrini qəbul edirlər. Ancaq,
yeri gəlmişkən, sononcu məsələdə onlara çox da etibar etmək olmaz, çünki burda müdafiənin
xeyrinə olan yeni fikirlər söyləyir, çıxan kimi də birbaşa dəftəxanaya gedir və səhəri gün
dediklərinin tam əksi olan hökm çıxarırlar. Bəlkə də bu cəza müttəhim üçün əvvəlcə nəzərdə
tutduğundan qat-qat ağır olur, halbuki burda fikirlərindən tamamilə daşındıqlarını deyirlər.
Əlbəttə, buna qarşı çıxmaq da olmur, çünki ikilikdə olan söhbət o iki nəfərin də arasında
qalmalıdır, hətta müdafiə o cənabların xeyrinə nəsə etmək niyyətində olsa da, müzakirəyə
çıxarıla bilməz.
Digər tərəfdən bu da düzdür ki, həmin cənablar yalnız insanlara məhəbbətdən,
səmimiyyətdən müdafiə ilə – əlbəttə, söhbət əsil müdafiədən gedir – əlaqə yaratmırlar, həm də
bu zaman daha çox öz xeyirlərini güdürlər. Elə əvvəlindən qapalı keçirildiyi üçün məhz bu
anda məhkəmə sistemindəki çatışmazlıq üzə çıxır. Məmurların camaatla əlaqəsi yoxdur,
ancaq adi, orta səviyyəlli məhkəmələrdə məlumatları yaxşı olur, belələri, demək olar ki, öz
yolu ilə düz gedir, yalnız hərdən-birdən ona təkan vermək lazım gəlir, lakin bir də görürsən,
adi hallarda, eləcə də çətin vəziyyətlərdə nə edəcəklərini bilmirlər,
çünki insan
münasibətlərinin mahiyyətinə varmaq əvəzinə bütün vaxtı gecəli– gündüzlü öz qanunlarına
qapanıb qalırlar, ona görə də belə anlarda çətinə düşürlər. Onda məsləhət üçün vəkilin yanına
gəlirlər və arxasınca da xidmətçiləri hamıdan gizli saxlanılan sənədələri gətirir. Bu pəncərənin
önündə elə adamları görərəsən ki, heç birindən belə şey gözləməzsən: vəkil onlara yaxşı bir
məsələhət vermək üçün bu stolun arxasına keçib həmin sənədləri nəzərdən keçirəndə, orda
yazıq-yazıq dayanıb küçəyə baxırlar. Yeri gəlmişkən, məhz belə anlarda onların öz
vəzifələrinə necə dəhşətli dərəcədə ciddi yanaşdıqları, öz təbiətlərinə uyğun olaraq,
üzləşdikləri çətinliklərin öhdəsindən gələ bilməyəndə necə ümidsizliyə qapıldıqları aydınca
görünür. Onların işi də asan deyil, onlara qarşı ədalətsizlik eləyib, “işləri asandır” demək də
olmaz. Bu məhkəmədə kimin nə vəzifədə olduğu, burda nə qədər adamın işlədiyi bilinmir,
hətta münəccim də bundan baş tapa bilməz. Məhkəmə istintaqları bütövlükdə aşağı çinli
məmurlardan gizli saxlanılır, buna görə də özləri apardıqları işləri sonrakı mərhələlərdə tam
şəkildə izləyə bilmirlər, iş onlara çatanda, çox vaxt haradan
gəldiyindən xəbərləri olmur,
sonra haraya getdiyi barədə də onlara məlumat verilmir. Beləliklə də, məhkəmənin
gedişindən, çıxarılan hökmdən, belə bir hökmün nə üçün verildiyindən nəsə öyrənmək
imkanını itirirlər. Onlar işin yalnız qanunun icazə verdiyi hissəsilə məşğul olur və çox vaxt
onun sonrakı gedişi, gördükləri işin nəticəsi barədə, bir qayda olaraq, məhkəmənin axırına
qədər müttəhimlə əlaqədə olan müdafiəçilərdən az bilirlər. Deməli, onlar bu istiqamətdə də,
müdafiə vasitəsilə qiymətli məlumatlar əldə edə bilərlər. K. bütün bunları nəzərə alaraq, bəzən
məmurların müştərilərlə necə əsəbi danışdıqlarına, xətirlərinə dəydiklərinə – bu, hamının
başına gəlir – hələ çox təəccüblənəcək. Üzdən sakit görünsələr də, bütün məmurlar əsəbidir.
Əlbəttə, bundan ən çox ziyan çəkən adi vəkilləridir. Məsələn, bütün bunların həqiqət
olduğunu göstərən belə bir əhvalat danışırlar: sakit, yaxşı insan olan bir yaşlı məmurda
vəkillərin öz vəkalətnamələrilə qarışdırdığı çətin bir məhkəmə işi olur. Kişi bir gün – bir gecə
həmin işin üzərində çalışır – çalışqanlıqda heç kim bu məmurlara tay ola bilməz – səhərə
yaxın,
yəni iyirmi dörd saatdan sonra, güman ki, çox da yaxşı olmayan bir nəticə ilə giriş
qapısına yaxınlaşır, onun arxasında dayanıb içəri girmək istəyən vəkilləri pilləkəndən bir-bir
geri itələyir. Vəkillər pilləkən xanasına yığışıb, nə edəcəkləri barədə məsləhətləşirlər. Bir
tərəfdən içəri keçməyə ixtiyarları olmadığından həmin məmura hüquqi cəhətdən heç nə eləyə
bilməzlər və bayaq deyildiyi kimi, məmurları da özlərinə qarşı qaldırmaq olmaz, digər
tərəfdən də məhkəmədə olmadıqları gün itirilmiş gün sayılır, ona görə də bir yol tapıb içəri
girməyə çalışırlar. Axırda belə qərara gəlirlər ki, qoca məmuru yorub əldən salsınlar. Vəkillər
bir-bir pilləkənlə yuxarı qalxır, “ciddi” müqavimət göstərsələr də, geri yıxılır, aşağıdakı
yoldaşları da onu tutur. Bu, təxminən bir saat çəkir və onsuz da bütün gecəni işlədiyi üçün
əldən düşmüş qoca
məmur doğrudan da yorulur , otağına çəkilir. Aşağdakılar buna inanmır,
əvvəlcə bir nəfər göndərirlər ki, onun doğrudan da qapının arxasında olub-olmadığını
öyrənsin. Yalnız bundan sonra içəri doluşurlar və məlum məsələdir ki, orda cınqırlarının da
çəkə bilmirlər. Cünki vəkillər – hətta ən adisinin də burdakı münasibətlərdən, qismən də olsa
xəbəri var – məhkəmədə nəyisə dəyişməkdən, yaxşılaşdırmağa çalışmaqdan çox-çox
uzaqdırlar, ancaq – buna ciddi fikir vermək lazımdır – hər bir müttəhim, hətta ən gicbəsəri də,
məhkəməyə ayaq basan kimi nəsə bir dəyişiklik etmək üçün təkliflər vermək barədə düşünür,
buna görə çoxlu vaxt,
güc itirir, halbuki bunları daha yaxşı şeylərə sərf etmək olardı. Burda ən
düzgün yol, mövcud vəziyyətlə barışmaqdır. Hətta bəzi xırda məsələləri düzəltmək mümkün
olsa da, – bunun özü də mənasız bir xəyaldır – ən yaxşı halda, gələcək üçün nəsə qazansan da,
kinli-küdurətli məmurların diqqətini cəlb etməklə özünə böyük ziyan vurmuş olursan. Diqqəti
cəlb etmək olmaz! Lap ağlına batmayan şeylər də olsa, sakit dayanmalısan. Başa düşmək
lazımdır ki, bu məhkəmə böyük bir orqanizm kimi həmişə müəyyən mənada göydən asılı
vəziyyətdədir və əgər kimsə təkbaşına onun dayandığı yerdə nəyisə dəyişirsə, deməli, öz
ayağının altını qazmış olur, ona görə də yıxılır, bu böyük orqanizm isə çox asanca başqa bir
yerdə əvəz tapmaqla həmin xırda çatışmazlığın yerini doldurur, dəyişməz qalır, hətta bəlkə