Fxslxgghpxn-nxplhkxn-ncpxl



Yüklə 4.01 Mb.
səhifə5/16
tarix11.09.2018
ölçüsü4.01 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16
O, hər qadına (meyvə sib soymaq üçün) bir bıçaq verdi”.2

Əbu Hüreyrə Peyğəmbər(s)-dən nəql etdiyi hədislərdən birində məhz bu kəlmədən (yəni sikkin, bıçaq kəlməsindən) istifadə etmişdir. Hədisdə deyilir: “Camaat arasında qəzavət edən şəxs həqiqətən özünü onların yolunda bıçaqla deyil, öz əməli ilə qurban edir.”

***


Əbu Hüreyrənin bu iki ilahi peyğəmbər haqqında uydurduğu başqa bir hədisdə deyilir:

“Bir gecə bir şəxsin qoyunları başqa birisinin əkin yerinə girib oranı tamamilə bərbad vəziyyətə salır. Əkin sahibi şikayət üçün Davud(ə)-ın yanına gəlir və əhvalatı ona danışır. Davud (ə) onun şikayətini axıradək dinlədikdən sonra o vaxtın şəri qanunlarına əsasən belə bir hökm verir: “Əkin yerinə dəyən zərər qoyunların qiyməti ilə bərabər olduğu üçün qoyunlar əkin sahibinə verilməlidir.” Elə həmin anda Süleyman(ə)-a vəhy nazil oldu və hökmü belə çatdırdı: “Qoyunlar əkin sahibinə verilməli və əkin yeri qoyun sahibinin ixtiyarına keçməlidir. Əkin yeri özünün əvvəlki vəziyyətinə düşməyincə və zərər ödənilməyincə qoyunlar əkin sahibinin, əkin yeri isə (zərəri ödəmək üçün) qoyun sahibinin ixtiyarında qalmalıdır. Zərər ödənildikdən sonra hər kəs öz malına sahib olmalıdır.”

Allah-təala belə bir hökm verməklə əkin sahibinə icazə verir ki, qoyunlara malik olmadan onlardan bəhrələnib öz zərərini ödəyə bilsin. Qoyunların sahibi isə belə bir vəziyyətdə yenidən öz heyvanlarına malik olmaq üçün necə olursa olsun, dəyən ziyanı ödəməyə çalışacaqdır. Vəhy Həzrəti Süleymana nazil olduqdan sonra dərhal onu atasına (yəni Davud(ə)-a) bəyan etdi. Davud (ə) da tərəddüd etmədən bu əmri qəbul etdi. Çünki, bu Allah tərəfindən gəlmiş bir əmr idi.

Həzrəti Davud (ə) və Süleyman (ə) haqqında nəql olunmuş dastanın xülasəsi bu idi. Deməli hər iki əmr Allah tərəfindən nazil olmuşdur və onlar arasında heç bir ixtilaf ola bilməz. Sadəcə olaraq birinci hökm (Həzrəti Davud(ə)-ın verdiyi hökm) sonradan Həzrəti Süleymana nazil olmuş hökm ilə əvəz edilmişdir.

Aşağıdakı ayəyə diqqət yetirin:

(Ya Məhəmməd!) Davudu və Süleymanı yad et! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik. Biz məsələnin hökmünü dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm (hikmət, peyğəmbərlik) və elm verdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tərifləsinlər deyə ona ram etdik. Bunları (sizə təəccüblü görünsə də Lövhi-məhfuzdakı əzəli hökmümüzlə) Biz etmişdik”.1

Ayədəki

Hər birinə elm hikmət verdik cümləsinə diqqət yetirsəniz görəcəksiniz ki, hər iki hökm ilahi qanunlar əsasında verilmişdir və hər şeyi bilən Allah şübhəsiz ki, bu əhvalatdan da agah olmuşdur. Amma Əbu Hüreyrənin fikir və əqidəsinə əsasən peyğəmbərlər də ictihad* edərək hökm vermişlər və sair müctehidlər kimi bəzən onların da səhvə yol verməsi tamamilə mümkündür.



Onlar Allahı layiqincə tanımadılar”.2

Çünki, onlar zənn və gümana əsaslanaraq ictihad edər, sonra isə öz əməllərini zənnə əsasən həyata keçirərdilər. Onlar hətta qəzavət məsələlərində belə səhvə yol verməyi caiz (mümkün) bilirlər, yəni belə bir əqidədədirlər ki, qazinin səhvə yol verməsi adi bir haldır və bunun üçün onu cəzalandırmaq və ya mühakimə etmək lazım deyildir.

Amma Qur”ani Kərim bizə bu haqda tam başqa bir məlumat verir:

Hər kəs Alllahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməzsə əlbəttə, kafir-dirlər”.3

Peyğəmbərlərin elmi yəqinə və dərin hikmətə əsaslanmışdır. Onlar mədrəsə oxumamış və kimsədən dərs almayan şəxslər olmuşlar. Dərs aldıqları məktəb ilahi məktəb, müəllimləri isə Allah-təalanın özü olmuşdur. Onlar ya mələyin (Həzrəti Cəbrayıl(ə)-ın) vasitəsi ilə, ya da arada heç bir vasitə olmadan Allah ilə ünsiyyətdə olmuşlar. Deməli onların səhvə yol verməsi qeyri-mümkündür. O ki, qaldı ictihada, bu, (müəyyən vaxt ərzində müxtəlif şəxslərdən dərs almış) müctehidlərə xas olan bir işdir. Bunu da qeyd edək ki, onların elmi ilahi peyğəmbərlərin elmi ilə müqayisədə çox naqis və məhduddur.

Əgər peyğəmbərlərin ictihad etməsi mümkün olsaydı, onda müctehidlər ilə (bəzi şəri) məsələlərdə müxalifətçilik edər və onlar ilə mübarizə aparardılar. Belə olduqda isə onların peyğəmbərlik məqamına xələl gəlmiş olardı. Yox əgər müctəhidlərdən (və yaxud adi insanlardan) biri bu fikrə düşsə, müsəlmanlar onu dindən çıxmış və kafir hesab edərlər.

Qur”an, Həzrəti Məhəmməd (s) haqqında bizə belə xəbər verir:

O həvayi-nəfs üzündən danışmır, bu, ancaq ona nazil olan bir vəhydir”.4

Bu ayənin hökmü digər peyğəmbərlərə aiddir.

6-cı hədis

Bir gecədə həzrəti Süleymanın yüz qadınla yatması

Bu hədisi Müslüm və Buxari Əbu Hüreyrədən və o da Peyğəmbər(s)-in adından nəql etmişdir. Hədisdə deyilir: “Bir gün Süleyman ibni Davud dedi: Bu gecə qadınlarımın yüzü ilə də yatacağam. Qoy onlar mənim üçün Allah yolunda cihad edən (vuruşan) yüz cəngavər dünyaya gətirsinlər. Mələk ona yaxınlaşıb dedi: İnşallah de! Amma Süleyman buna əhəmiyyət vermədi və “inşallah” demədən qadınlarının yanına gedib onlarla yaxınlıq etdi. Qadınlardan cəmi biri doğdu: o da əlil idi. Əgər o gecə Süleyman Mələyin sözünə qulaq assaydı (yəni inşallah desəydi) belə bir müsibət başına gəlməzdi və istəyinə də nail olardı.”

Bu hədisdə də bir necə sual yaranır:

1-İnsan nə qədər güc və qüdrətə malik olsa belə, bir gecədə yüz qadınla cinsi əlaqədə ola bilməz. Əbu Hüreyrənin Həzrəti Süleymana aid etdiyi bu iş isə insan təbiətindən xaric və qeyri-mümkün bir işdir.

2-Həzrəti Süleyman kimi şərəfli bir insanın öz istəyini Allahın iradəsi ilə əlaqələndirməməsi (inşallah deməməsi) qeyri-mümkün və peyğəmbər xislətindən xaricdir. Əbu Hüreyrənin dediyinə görə Həzrəti Süleyman mələyin etdiyi xəbərdarlığa əhəmiyyət belə verməyib öz işini davam etmişdir.

Allah və Onun mələklərini yalnız nadan və cahil insanlar unudar və bir iş gördükləri zaman “inşallah” kəlməsini dillərinə gətirməyi belə özlərinə ar bilərlər. İnsanları haqqa hidayət edən Həzrəti Süleyman Allahdan qafil ola bilərdimi?! Əbu Hüreyrənin iftiralarından Allaha pənah aparıram!

3-Əbu Hüreyrə bu hədisi bir neçə yerdə nəql etmişdir və onların hər birində Həzrəti Süleyman(ə)-ın qadınlarının sayını müxtəlif rəqəmlərlə nəql etmişdir. Məsələn “Səhihi-Buxari”də yüz, doxsan, yetmiş, “Səhihi-Müslüm”də altmış və s. Çox maraqlıdır, Əbu Hüreyrənin bütün bu nöqsanlarını görən sadiq tərəfdarları onu nə üzlə müdafiə edirlər?! Çox dərinə getsək bəlkə də onlardan bu sözləri eşidəcəyik: Süleyman bu işi bir neçə dəfə görmüşdür, yəni bir dəfə yüz sonra doxsan və s. və hər dəfə mələk ona xəbədarlıq edir, amma o bütün bunları qulaq ardına vurur və öz bildiyinə davam edir. Güman etmirəm onlar belə bir söz desin, amma əgər (bunu özlərinə borc bilərək) demiş olsalar onda necə deyərlər “artıq onların kitabı bağlanmışdır.”

El arasında belə bir misal var, deyərlər: “Yalançı unutqan olar.”



7-ci hədis

Musa (ə)-ın həzrəti Əzrail (ə)-a sillə vurması

Buxari və Müslüm bu hədisi Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir:

“Əzrail (ə) Musa(ə)-ın ölüm ayağında olduğu zaman yanına gəlib deyir: Allahın dəvətinə cavab ver! Musa (ə) onun üzünə möhkəm bir sillə vurur və gözünün birini kor edir. Əzrail (ə) Allah-təalanın yanına gəlib gileylənərək deyir: (İlahi!) Məni elə bir bəndənin yanına göndərdin ki, ölümü əsla arzulamayır. O, mənim sözlərimi eşidən kimi möhkəm bir sillə vurub gözümü kor etdi. Allah-təala onun gözünü yenidən özünə qaytarıb dedi: Get o bəndəmə de ki, əgər yaşamaq istəyirsə əlini erkək inəyin üzərinə qoysun. Onun bundan sonra yaşayacağı müddət əlinin altında qalan tüklər qədər olacaqdır.”

Bu hədis Əhməd ibni Hənbəlin “Əl-Müsnəd” kitabında da nəql edilmişdir. Amma orada bəzi fərqlər mövcuddur. Məsələn: Əzrail hamının yanına aşkar gələrdi, amma (o gün) Musanın yanına gizli gəldi və aldığı zərbədən gözü kor oldu. Hədisin bu hissəsi digər mənbələrdə nəql olunmamışdır.

Təbəri öz kitabının birinci cildində hədisi olduğu kimi nəql edir və hədisin sonunda deyir:

“Musa (ə) vəfat etdikdən sonra Əzrail camaat arasına gəldi.”

Biz bu hədisdə bir neçə müəmma ilə qarşılaşırıq:

1-Allah-təalanın peyğəmbərliyə təyin etdiyi şəxslər, ən ali insani (əxlaqi) xüsusiyyətlərə malik olmuşlar. Onlar Allahın əmrinə müt”i və tabe olan möminlər (ariflər) olmuşlar.

2-Peyğəmbərliyə təyin olunan şəxs kiçik günahlardan belə uzaq olardı və onların heç birindən kobud hərəkət gözləmək olmazdı.

Musa (ə) Ulul-Əzm* peyğəmbərlərdən və şəriət sahibi idi. Bəni-İsrailə Tövratı gətirib onlara (yeni İlahi) dini təlim verirdi.

Belə bir peyğəmbər, Allaha ən yaxın olan mələklərdən birinə sillə vuraraq gözünü kor edə bilərdimi?! O, ömrünün sonunadək Allaha bəndəlik edib Onun dəvətinə “ləbbeyk”dən savayı cavab vermədi.

3-Həzrəti Əzrail yalnız Allahın əmrinə tabe idi və məmuriyyət zamanı kimsə ilə məşvərət etməzdi. Məgər onun günahı nə idi ki, Musa (ə) ona sillə vuraraq gözünü kor etsin?!

Allah-təalanın zatı pak və müqəddəsdir, onun göndərdiyi peyğəmbər və mələklər də əziz (pak) və müqəddəs olmamışdırlar. Məgər biz gecə və gündüz peyğəmbərlə düşmənçilik edən “Fir”on”-lara və “Əbu Cəhl”-lərə lə”nət oxumuruqmu?! Buna əsas səbəb onların nadanlıq üzündən zehnlərdə yaratdıqları mənfi obraz olmadımı?!

Allah-təala yaratdığı bütün məxluqata müəyyən miqdarda güc vermişdir. İnsan da bu məxluqatın biri kimi təbii ki, müəyyən güc və qüdrətə malik olmalıdır. Amma onun mələyə sillə vuraraq kor etməsi qeyri-mümkündür. Ümumiyyətlə, mələyin nə vaxtdan gözü oldu ki, sonradan kor olmuş olsun?

Fərz edək ki, mələyin gözü var idi və həqiqətən də aldığı zərbədən kor olmuşdur. Bəs qisas necə, almaq lazım deyildimi? Çünki Musa(ə)-a nazil olmuş Tövratda qisas haqqında belə deyilir:

Biz Tövratda İsrail oğullarına yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burnun qisası burun, qulağın qisası qulaq, dişinki diş və yaralarınkı yaralardır.”1

Əgər qisas alınmasaydı mələyin haqqı tapdanmış olardı, bu isə ədalətdən uzaqdır. Digər tərəfdən isə Allah-təala Musa(ə)-ı cəzalandırmaq əvəzinə onu daha əziz tutdu və ömrünü (əlinin altındakı tük qədər) uzatdı.

Bilmirik, nə üçün məhz erkək inəyin tükü Musa(ə)-a deyilmişdir?!

Yalanla dolu olan bu (maraqsız) nağıllara aqil insan inana bilərmi? Təəssüflər olsun ki, Əbu Hüreyrənin qazdığı bu quyuya çoxları düşmüşdür. Təəssüb hissi onları haqqa göz yummağa və kor-koranə təqlidə vadar etmişdir. Ağılın qəbul edə bilmədiyi şeylərə müxtəlif don geydirmək hələ də onların heç bir müşkülünü həll etməmişdir.

8-ci hədis

Musa (ə)-ın üzərinə paltarlarını qoyduğu daşın qaçması

Buxari və Müslüm bu hədisi Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir: “İsrail övladları çimərkən tamamilə soyunar və fitədən istifadə etməzdilər. Onlar (çimərkən) bir-birlərinin övrətinə baxdıqları üçün Musa (ə) daim onlardan uzaqda çimərdi. Günlərin biri o su kənarına gəlib çimmək istədi.

Yəhudilər onu uzaqdan görüb dedilər: And olsun Allaha, bu kişinin övərtində (xayalarında) mütləq bir eyb (şiş) vardır, yoxsa o bizdən uzaqda çimməzdi!

Musa (ə) paltarlarını soyunub bir daşın üzərinə qoydu. Elə suya girmək istəyirdi ki, daş hərəkətə gəlib qaçmağa başladı. Daş qaçır, Musa (ə) da onu təqib edirdi. Bəni İsrail Musa(ə)-ın övrətinə baxıb deyirdilər: Allah bilir ki, biz onda heç bir eyb görmədik. O, tamamilə sağlamdır. Daş onların yanına çatıb dayandı. Musa (ə) paltarlarını geyinib daşı qəzəblə vurmağa başladı. Əbu Hüreyrə sonra deyir: And olsun Allaha ki, daş yeddi və ya səkkiz yerə bölündü.

Onun fikrincə “Əhzab” surəsinin 69-cu ayəsi bu hadisə baş verdikdən sonra nazil olmuşdur. Orada deyilir:

Ey iman gətirənlər! Musaya əziyyət verən slər kimi olmayın. Allah Musanı onların dediklərindən təmizə çıxardı. O, Allah yanında çox hörmətli qədir-qiymətli idi.”2

Hədis məzmun baxımından ağıl ilə bir neçə cəhətdə ziddiyyətlik təşkil edir:

1-Böyük ismət sahibi Həzrəti Musanın dilsiz-ağızsız daşın ardınca qaçmağı şübhəsiz ki, onun məqamına xələl gətirə bilərdi.

2-Həzrəti Musanın cansız daşı vurması Bəni İsrail camaatında ona qarşı mənfi təsəvvür yarada bilərdi.

Fərz edək ki, daş həqiqətdə qaçmışdır. Belə olduqda Musa (ə) bunu ilahi möcüzə bilib daşı təqib etmək əvəzinə paltarlarının gətirilməsini gözləməli idi. Yuxarıda qeyd etdiyimiz kimi başqalarının onun övrətini görməsi peyğəmbərliyinə və ismətinə xələl gətirə bilərdi. O ki, qaldı daşın hərəkət etməsinə, belə bir hadisə yalnız mühüm işlərin sübuta yetməsi üçün baş verə bilərdi. Məsələn: Günlərin biri Məkkə müşrikləri Həzrəti Məhəmməd(s)-in yanına gəlib ondan bir möcüzə (xurma ağacını hərəkətə gətirməsini) göstərməsini istədilər. (Onlar Həzrəti Məhəmməd(s)-dən həqiqi peyğəmbər olduğuna dair tutarlı bir dəlil istəyirdilər.) Həzrəti Məhəmməd (s) ağaca hərəkət etməyi əmr etdi və ağac Allahın izni ilə yerindən çıxıb onlara tərəf yaxınlaşdı!

Həzrəti Musa (ə) çimdiyi vaxt necə, hər hansı bir möcüzəyə ehtiyac duyulurdumu? Onun peyğəmbərliyinə Bəni İsrail camaatı şəhadət vermiş və ondan kimsə möcüzə tələb etməyirdi.

Musa(ə)-ın övrətində eyb olub-olmamasına gəldikdə isə Bəni İsrail bunu başqa yol ilə də öyrənə bilərdilər. Məsələn, qadınlarından söz alaraq Musa(ə)-ın bu və sair sirlərinə agah ola bilərdilər.

İnsanın bədənində eyb və nöqsanın olması isə adi bir haldır.

Məsələn, Həzrəti Şüeybin gözləri ömrünün son illərində tutulmuş, Həzrəti Əyyub böyük müsibətə (xəstəliyə) düçar olmuş və s. Deməli, müvəqqəti xəstəliklər və bədən nöqsanları peyğəmbərlərin heç birinə xələl gətirməmişdir. Lakin insanların onlardan uzaqlaşmasına və nifət yaratmasına səbəb olan cismi nöqsanlar (məsələn: çirkinlik, yoluxucu xəstəliklər və s.) heç bir peyğəmbərdə müşahidə olunmamışdır. Əgər onlarda ciddi cismi nöqsan olsaydı ilahi qanunların (cəmiyyətdə) icra olunmasına böyük maneə törədərdi.

Bütün bunları qoyaq kənara. Əbu Hüreyrədən başqa bu hədis (Bəni İsrail camaatı haqqında) heç bir mühəddis və ravi tərəfindən nəql olunmamışdır. “Əhzab” surəsinin 169-cu ayəsində Bəni İsrailin həzrəti Musa(ə)-a etdikləri əzab-əziyyət haqqında deyilir:

Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah Musanı onların dediklərindən təmizə çıxardı. O, Allah yanında çox hörmətli və qədir-qiymətli idi.”

Əli(ə)-dan və İbni Abbasdan nəql olunmuş hədisdə deyilir: “Bu ayə Bəni İsrail qövmü barəsində nazil olmuşdur. Onlar belə zənn edirdilər ki, Harunu Musa (ə) qətlə yetirmişdir, amma bu ayə nazil olduqdan sonra onun günahsız olduğu bir daha sübuta yetirildi.”

Başqa bir hədisdə deyilir: Qarun Musa(ə)-ı zindana salmaq üçün müxtəlif bəhanələrə əl atırdı. Günlərin biri o bir qadını vadar edir ki, Musa(ə)-ı necə olursa olsun, bir işdə müttəhim etsin. Amma çox keçmədən həqiqət həmən şəxsin dili ilə hamıya bəyan edilir.

Mühəddislərdən bəziləri deyir: “Misir camaatı başda Fir”on olmaqla Musa(ə)-ı sehr və cadugərlik kimi şeylərdə müttəhim edirdilər. Bu ayə nazil olduqdan sonra həqiqət aşkara çıxdı.

“Səhiheyn” müəlliflərinin nəql etdikləri təzadlı hədisləri (yəni məna baxımından bir-birləri ilə zidd olan hədisləri) mütaliə etdikdən sonra oxucuda onlara qarşı belə bir sual yaranır: Görəsən həm peyğəmbərlərin fəzilətləri və həm də şə”ninə xələl gətirən hədis nəql etməkdə onların nə məqsədi olmuşdur? Əgər bu iş Allah xatirinə idisə onda ən mötəbər saydıqları şəxslərin nəql etdikləri hədisləri yığmalı və (Əbu Hüreyrə kimi) hədis dəllallarının zəmanənin və siyasətin tələbatına uyğun nəql etdikləri hədisləri öz əsərlərində dərc etməməli idilər. Yox əgər şəxsi mənafeyləri üçün belə ediblərsə daha heç bir şey soruşmaq lazım deyildir!!!



9-cu hədis

Qiyamət Günü insanlar şəfaət üçün Adəm, Nuh, İbrahim, Musa İsa(ə)-ya pənah apararlar, amma onların əlindən heç bir gəlməz

Buxari və Müslüm (həcm baxımından çox böyük olan bu hədisi) Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir: “Qiyamət günü Allah bütün insanları bir yerə (məhşərə) yığar. Günəş onlara o qədər yaxınlaşar ki, süstləşərək yerlərində hərəkətsiz qalarlar. Mələklər onlara yaxınlaşıb deyərlər: Bir görün başınıza nə müsibət gəldi! Əcəb bədbəxtçiliyə düçar oldunuz!

Onlardan (insanlardan) bəziləri deyər: Gərək Adəm(ə)-a pənah aparıb ondan şəfaət istəyək.

Belə də edərlər, Adəm(ə)-ın yanına gəlib deyərlər: Bütün bəşəriyyətin atası sənsən, Allah səni öz əli ilə yaratdı və öz ruhundan sənə üfürdü. O səni yaratdığı zaman mələklərə əmr etmişdi ki, qarşında səcdə etsinlər. İndi özün görürsən ki, necə böyük müsibətə düçar olmuşuq. Səndən xahişimiz budur ki, Allah-təaladan bizim üçün şəfaət istəyəsən.

Adəm (ə) onları dinlədikdən sonra deyər: Allahın bu günkü kimi qəzəbləndiyini hələ görməmişdim. O mənə bu ağacın meyvəsindən yeməməyi əmr etmişdi, biz (mən və zövcəm) isə onun əmrindən çıxıb meyvədən yedik. Vay halıma! Vay halıma! Başqa birisinin yanına gedin və ondan şəfaət istəyin.

Onlar Nuh(ə)-ın yanına gəlib deyərlər: Ey Nuh! Sən yer üzərindəki insanlar üçün göndərilmiş ilk peyğəmbərsən. Allah-təala səni çox şükr edən və qədir bilən bəndə adlandırmışdır. Səndən yalnız bir xahişimiz var: o da bundan ibarətdir ki, Allahdan bizim üçün şəfaət istəyəsən. Düçar olduğumuz bu böyük müsibəti özün görürsən.

Nuh (ə) da Adəm(ə)-ın dediklərini təkrar edərək deyər: Allah-təala hələ bu günə kimi belə qəzəblənməmişdi. Peyğəmbərlik etdiyim zaman öz qövmümə nifrin (qarğış) etdim və Allah-təaladan onlara bəla nazil etməsini istədim! Vay halıma! Vay halıma! İbrahimin yanına gedin, bəlkə o sizin üçün şəfaət edə bilsin.

Onlar İbrahim(ə)-ın yanına gəlib deyərlər: Ey İbrahim! Sən Allahın dostu (Xəlilullah) və elçisisən. özün görürsən ki, necə böyük bəlaya düçar olmuşuq. Allah-təaladan bizim üçün şəfaət istə.

İbrahim (ə) Nuh və Adəm(ə)-ın dediklərini eyni qaydada təkrar edər və sonra deyər: Peyğəmbərlik etdiyim müddət ərzində üç dəfə yalan danışdım, indi özüm Allaha pənah aparıb Ondan şəfaət istəyirəm. Vay halıma! Vay halıma! Ey kaş, yalan danışmayaydım! Musanın yanına gedin, bəlkə o sizin üçün şəfaət edə bilsin.

Onlar Musa(ə)-ın yanına gəlib deyərlər: Ey Musa! Sən Allahın (yer üzündəki) sevimli peyğəmbərlərindən biri olubsan. O sənin məqamını hamıdan uca tutmuş və səni özünün ən əziz bəndələrindən biri hesab edirdi. Bir anlıq bizə nəzər sal, gör necə böyük müsibətə düçar olmuşuq. Səndən xahişimiz budur ki, Allah-təaladan bizim üçün şəfaət istəyəsən.

Musa (ə) özündən əvvəlki peyğəmbərlərin dediklərini təkrar edib sonra deyər: (Peyğəmbərlik etdiyim zaman) Allah mənə öldürülməsini əmr etmədiyi bir şəxsi qətlə yetirdim. Vay halıma! Vay halıma! Başqa birisinin yanına gedin və ondan şəfaət istəyin. İsaya pənah aparın, bəlkə o sizin üçün şəfaət edə bilsin. Onlar əlacsız qalıb İsa(ə)-ın yanına gələrlər. Onu gördükdə deyərlər: Sən Allahın ruhusan (Ruhullah—İsa (ə)-ın ləqəbi idi). Hələ bələkdə ikən insanlar ilə söhbət edər, onları haqq yola dəvət edərdin. İndi bizim halımıza yanan bir adam lazımdır, səndən xahişimiz budur ki, Allahdan bizim üçün şəfaət istəyəsən. O da özündən əvvəlki peyğəmbərlərin dedikləri sözləri təkrar edər. Amma o başqalarından fərqli olaraq heç bir günahı etiraf etməz və buna baxmayaraq “Vay halıma! Vay halıma!” deyə-deyə onlardan uzaqlaşar. Gedərkən onlara Həzrəti Məhəmməd(s)-ə pənah aparmağı və ondan şəfaət istəmələrini məsləhət görər. Onlar hamılıqda Həzrət Məhəmməd(s)-in hüzuruna gəlib deyərlər: Ey Məhəmməd! Sən Allahın sonuncu peyğəmbərisən. Bütün ümmətinə (istər özündən əvvəl, istərsə də özündən sonrakılara) şəfaət edərsən. İndi sənə pənah gətirmişik, bizi öz şəfaətindən məhrum etmə!

Əbu Hüreyrə sonra deyir: Həzrəti Məhəmməd (s) onları dinlədikdən sonra deyər: Allahın ərşi altına gedib orada torpağa səcdə edəcəyəm. Bundan sonra Allah bütün həmd (şükr) qapılarını mənim üzümə açar və mənə belə bir xitab edər: Ey Məhəmməd! Ayağa qalx! İstədiyin hər bir şeyi sənə verəcəyəm və sənin bütün şəfaətini qəbul edəcəyəm. Sonra yerdən qalxıb deyəcəyəm: İlahi! Ümmətimi! Ümmətimi bağışla! Allahdan xitab gələr: İstədiyin hər bir şəxsi cənnətə daxil et. Onlar bu nemətlərdən bəhrələnməkdə cənnət əhli ilə şərikdirlər.1

Göründüyü kimi bu hədisdə Ulul-Əzm peyğəmbərlər tənqid və təhqirə məruz qalmışlar. Ən dəhşətlisi isə budur ki, Əbu Hüreyrə bütün bunları hədis adlandırmış və onu Həzrəti Məhəmməd(s)-dən eşitdiyini iddia etmişdir.

Bir halda ki, dinsiz və müşrik insanlar onların (peyğəmbərlərin) kəramət və fəzilət-lərini etiraf edərək göstərdikləri möcüzələrin qarşısında diz çökmüşlər. Amma təəssüflər olsun ki, özünü müsəlman adlandıran Əbu Hüreyrə cür”ət edərək belə bir nalayiq işi özünə rəva bilmişdir.

Həzrəti Məhəmməd(s)-dən nəql olunan hədislərdə keçmiş peyğəmbərlərin tarixi, yaşadıqları cəmiyyət, göstərdikləri möcüzələr və s. haqqında dəqiq məlumatlar gəlib çatmışdır. O həzrətdən bizə miras qalan ikinci bir şey onun əxlaq və davranışıdır. Həzrəti Məhəmməd(s)-in məktəbindən bəhrələnmiş hər bir müsəlman Əbu Hüreyrənin uydurduğu hədisləri mötəbər mənbə kimi istifadə və etimad etməməlidir. Çünki onun nəql etdiyi hədislər məntiqsiz olmaqla yanaşı heç bir dəlil və sübuta əsaslanmayır. Bu hədislər nə Qur”anla, nə də sünnə ilə uyğun gəlməyir və bəzən ziddiyyətlik belə təşkil edir.

1-Qur”ani kərimdən məlum olur ki, Həzrəti Adəm (ə) onlara qadağan olunmuş meyvəni yedikdən sonra tövbə etmiş və onun tövbəsi Allah-təalanın (rəhmət) dərgahında qəbul olunmuşdur. Belə olduğu bir halda, Allah-təala yenidən ona qəzəblənə bilərdimi?!

2-Həzrəti Nuh (ə) kafirlərdən savayı kimsəyə nifrin (qarğış) etməmiş və Allah-təaladan onlardan savayı heç bir qövmü həlak etməsini istəməmişdir.

3-Həzrəti İbrahim bütün ömrü boyu bir dəfə də olsun yalan danışmadığı bir halda Əbu Hüreyrə utanmadan bu rəqəmi şişirdərək üçə çatdırmışdır! Ümumiyyətlə, yalan danışmaq peyğəmbərlərin xislətindən uzaq bir xüsusiyyətdir.

4-Həzrəti Musa (ə) Allahın əmr və göstərişini almadan bir kəsi öldürə bilməzdi. öldürdüyü şəxs isə qətli haram olan şəxslərdən deyildi, Musa (ə)-da onu səbəbsiz olaraq şəxsi qərəzlik üzündən qətlə yetirməmişdir. Bütün cüz”i məsələlərdə Allahdan əmr gözləyən peyğəmbərlər (o cümlədən Musa(ə)) gördükləri bütün xeyirli işlərin müqabilində Allah-təala tərəfindən layiqincə mükafatlandırılırdılar.

Yaxşılığın əvəzi ancaq yaxşılıqdır.”1

Peyğəmbərlər Allah dərgahında bizim təsəvvür etdiyimizdən daha ali məqamlara sahibdirlər. Onlar Allah-təalanın ən kamil bəndələri və bəşəriyyəti haqqa hidayət edən şəxslər olmuşlar.

Qiyamət gününü isə Allah-təala Qur”anda belə vəsf edir:

O gün hər bir görpəsinə süd verən qadın əmizdirdiyi uşağı unudar. Hər bir hamilə qadın bari-həmliyini yerə qoyar (uşaq salar). İnsanları sərxoş kimi görərsən, halbuki onlar sərxoş deyillər, lakin Allahın əzabı şiddətlidir.”2

Belə bir şəraitdə məşvərət etməyə və məsləhətləşməyə vaxt tapmaq olarmı? Deməli Əbu Hüreyrənin nəql etdiyi bu hədis digər hədislər kimi həqiqətdən uzaq və məntiqsizdir. Çünki ana öz doğma südəmər körpəsini atdığı bir zaman insanların (məhşərdə) məsləhət-ləşərək bu peyğəmbərin yanından başqa bir peyğəmbərin yanına getmələri qeyri-mümkündür!




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə