GəLƏCƏk kadastr sistemiNİn göRÜNÜŞÜ



Yüklə 494,19 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix05.09.2018
ölçüsü494,19 Kb.
#66774
1   ...   8   9   10   11   12   13   14   15   16

KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

24



Torpaq qeydiyyatının 4 prinsipi var: kitabda qeydiyyat yazıları prinsipi; razılaşma prinsipi; 

aşkarlıq prinsipi; peşəkarlıq prinsipi. [Henssen, 1995]. 

 

Qeyd etmək lazımdır ki, bu prinsiplər, prosedurlar və və onların institutları yüz ildən çoxdur ki, 



müvəffəqiyyətlə fəaliyyət göstərmiş və bu gün də fəaliyyət göstərirlər. 

 

Özəl hüquqa aid olan vəziyyət 3.3 şəklində göstərilmişdir. 



 

Ənənəvi kadastrın əsasına aid özəl hüquq 

 

Ənənəvi kadastr "Özəl qanuna"  



                əsaslanıb 

 

 



   100–120%                   Hüquqların təhlükəsizliyi 

 

Şəkil 3.3 



 

Vaxtilə mövcud olan sistemlər o qədər mükəmməl idilər ki, hüquqların təhlükəsizliyi 100%- 

dan artıq kimi görünürdü. 

 

Yer kürəsinin artan əhalisi və yeni texnologiyaların inkişafı təbii ehtiyatların və  yerin 



daha intensiv istifadəsinə  gətirir. Buna görə  də  təbii sərvətlərdən mövcud hədsiz istifadədən, 

yerin məhvindən və  zədələnməsindən qorunmaq üçün təbii ehtiyatlardan mütləq istifatə 

hüququnun məhdudlaşdırılmasına müəyyən ictimai zərurət vardır.  

 

Özəl hüquqda ictimai maraqların özəl maraqlardan üstün olduğu hallarda torpaqların 



ekspropriasiya ehtimalı artıq nəzərdə tutulmuşdur. Başqa tərəfdən ekspropriasiya sərt və  çətin 

tədbirdir, çünki dövlət hər konkret hala ayrılıqda baxmalıdır. Bu halda dövlət həmin 

məhdudiyyətlərin qüvvədə olduğu müəyyən zonalar yaratmağa başlayır. 

 

İkinci Dünya müharibəsindən sonra xüsusilə çox ictimai qanunlar dərc edilmişdir. Torpaqdan 



istifadə, ətraf mühitin qorunması, səsdən müdafiə, tikinti hüququ, təbiəti məhvdən qoruyan 

qanunlar həmin ictimai qanunların köməyilə tənzimlənmişdir. 

 

Bütün bu qanunların  əsası milli konstitusiyalarda qoyulmuşdur. Onlar müəyyən fəaliyyətlərə 



icazə verilən yaxud qadağan edilən əraziləri müəyyən edirlər. Bu ərazilərin sərhədləri prinsipcə 

özəl mülklərin sərhədlərindən asılı deyil, lakin onlar torpaqdan istifadəyə təsir edir. 

 

Bu reqlamentasiya ictimai qanunların mülkiyyət hüquqlarına birbaşa təsirini göstərir, amma 



reqlamentasiya rəsmi qeydiyyatın bir hissəsi olmadığı üçün prinsipial deyil. Baxmayaraq ki, 

əksər hallarda sahiblik hüququnun və  məhdudiyyətlərin təyini prosesinin dəqiq çərçivəsi olur

amma nəticələr barədə ictimayyətə heç bir məlumat verilməmişdir. Belə  ərazilərin müvafiq 

xəritələri qanun külliyatının yaranması vaxtı qanun layihələrinin təsdiq edilməsindən əvvəl tərtib 

Saziş yolu ilə 

sərhədlərin 

müəyyənləşdirilməsi 

Sərhədlərin 

yoxlanması prosesi 

Hüquqların 

yoxlanması prosesi 

Qeydiyyat 




KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

25



edilir. Nəticədə belə  sənədləşdirilmə müvafiq dövlət strukturlarında saxlanır. Maraqlanan 

vətəndaşlar və ya təşkilatlar mülk barədə  məlumatları hüquq registrlərində tapa bilərdilər. 

Hüquqi situasiyanın nəticəsi olaraq və öz növbəsində yuxarıda göstərilmiş  ərazilərin müxtəlif 

təşkilatlarla demarkasiyasının özəlliklərindən irəli gələrək, başqa hüquq və  məhdudiyyətlər 

barədə məlumat almaq üçün onlar çoxlu səy göstərməli idilər. Əgər vətəndaşlar müəyyən torpaq 

sahəsinə aid hüquqi situasiyanı bütünlüklə müəyyənləşdirməyiblərsə, onda onlar torpaqdan 

istifadəyə  və onun planlaşdırılmasına xərclədikləri pul və ya vaxtlarını itirmək təhlükəsinə 

atıblar. Bu sual ilə bağlı situasiya cədvəl 3.4-də göstərilib. 

 

Ənənəvi kadastrın əsasına aid özəl hüquq 

 

"Özəl hüquq" üzərində 



  qurulmuş kadastr 

İctimai hüququn 

təsiri 

 

 



   100–120%                       Hüquqi müdafiə   0% 

 

Şəkil 3.4 



 

 

İctimai hüququn köməyilə hüquqların sərhədləri və məhdudiyyətlərin təyini prosesi razılıq 



prinsipinə uyğun gəlir və demokratik qaydalara əməl edir. Lakin bu halda təsdiq edilmiş 

sərhədlər yoxlanılmır, hüquqlar yoxlanılmır, rəsmi hüquq registrində qeydiyyat aparılmır. 

Qeydiyyat, ixtisaslaşma və aşkarlıq prinsipləri pozulur. 

 

Eyni zamanda kadastr üzərindı qurulmuş qeydiyyat sistemindəki hüququn təhlükəsizliyi özəl 



hüquq üçün 100%-dən çox və ictimai hüquqların məhdudlaşdırılması üçün 0% olur. 

 

Özəl və ictimai hüquqdan başqa ənənəvi hüquqların qüvvədə olduğu bir sıra dövlətlərdə üçüncü 



bir kateqoriya mövcuddur. Üçüncü kateqoriya üçün belə ərazilər mülkiyyət və torpaqdan istifadə 

hüquqları nəsildən keçmə prinsipi ilə təyin olunur. Bu halda üçüncü kateqoriya o biri ikisindən 

(özəl və ictimai sahiblik hüququnun və məhdudiyyətlərin təsir dairəsi kimi sahələrdən) üstün ola 

bilər və bu halda təbii sərvətlərin qeyri-məhdud istismarı mümkündür. Hüquqi müdafiə ehtiyacı 

yaradan belə hüquqlar əsasən adi yolla sənədləşdirilmir. 

 

 “Kadastr 2014” gündən-günə aktuallaşan vəziyyəti düzəltməlidir. Bu bütün hüquqi torpaq 

aspektlərinə uyğun sənədləşdirilməlidir. ”Kadastr 2014” mövcud olan vəziyyəti  şəkil 3.5-də 

göstərildiyi kimi dəyişəcək. 

 

 



 

 

 



 

Sazişə əsaslanmış 

sərhədlərin təyini 

 

Sərhədlərin 



yoxlanması prosesi 

Hüquqların 

yoxlanması prosesi 

Qeydiyyat 

Siyasi məsələlərin 

köməyilə


 

sərhədlərin 

təyini

 



Yüklə 494,19 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə