GəLƏCƏk kadastr sistemiNİn göRÜNÜŞÜ



Yüklə 494,19 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix05.09.2018
ölçüsü494,19 Kb.
#66774
1   ...   8   9   10   11   12   13   14   15   16

KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

29



3.3.5 "Kadastr 2014"-də İnformasiya Texnoloqiyaları 

 

 

Şəkil 3.10 

 

Ənənəvi qeydiyyat proseduru gündən-günə kompüterləşdirilir. Komüterlə işləmə çox effektivdir. 



Məhz buna görə bütün dünyada mühasibatlıq kompüter proqramlarının köməyilə aparılır. 

Qeydiyyatın bu texnoloqiyadan istifadə etməməsinin heç bir səbəbi yoxdur. 

 

Fəza obyektlərinin işlənməsi mühasibatlıqdan daha mürəkkəb proqramları  tələb edir, buna 



baxmayaraq bu sahədə əhəmiyyətli inkişaf müşahidə olunur. Hal-hazırda məlumatların işlənməsi 

prosesində fəza obyektləri o qədər də adi bir şey deyil. Obyekt oriyentli modellərdə obyektlərin 

məkan (fəza) komponentləri obyektin yerini və formasını təyin edən atributlardan başqa bir şey 

deyil. 


 

İsveçrədə (Eidg. Vermessungsdirektion, 1997) hazırlanmış  İNTERLİS məkan (fəza) 

obyektlərinin və modellərin təsviri dilinin nümunəsidir. Bu dil indiyə kimi konseptual sxemləri 

təsvir edən yeganə  işlək bir alət idi. O, məlumatların təsviri, translyasiyası  və avtomatik 

formatlaşdırılması texnikasından istifadə edir. 

Məkan (fəza) obyektlərinin təsviri nümunəsi şəkil 3.11-də göstərilmişdir. 

 

INTERLIS dilinin nümunəsi 

INTERLIS-Təsvir

 

Obyekt oriyentli diaqram 

Sahə 

Cədvəl = 

İdentifikasi nömrəsi: 

Quruluşu: 

Yararlılıq: 

Sahə: 

Yaradılma üsulu: 

Text 12 

Sahə, akrla 

[valid, project] 

[0…9999999]; 

fotoqrammetriya; 

 

Yerin (pozisiyanın) nömrəsi

Sahənin sərhədlərinin 

koordinat cədvəli 

Obyekt 


Yerin nömrəsi 

Oriyentlərin sayı 

Obyekt: sahə; 

Koordinatlar: COORD2; 

Ölçü vahidi: GRADS; 

Şəkil 3.11 



"Kadastr 2014"-də Qayda 4 

Kağız və qələm kadastrdan yox olacaq! 

 

Şərh: İnformatika sahəsində texnoloqiyalar kadastr işi üçün adi alət 

olacaqdır. Texnoloqiya inzibati fəaliyyətlərlə birlikdə istifadə 

olunarsa çox bahalı olmayan həllərə nail olmaq mümkündür. 

Əhalinin, ətraf mühitin və torpadan səmərəli istifadə problemlərinin 

həlli üçün inkişaf etmiş, inkişafda olan və keçid dövründə olan 

dövlətlərin cari situasiyanın modelinə ehtiyacları var. 



 

Nəticə: Müasir kadastr məlumatların baza modelini təmin etməlidir. 

Belə modelləri idarə etmək üçün bütün dünya üzrə yerölçənlər 

modellə fikirləşməli və müasir texnoloqiyaları tətbiq etməlidirlər. 



KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

30



 

Obyektin həndəsəsi (ölçüləri) sadəcə olaraq obyektin atributu kimi təsvir edilir. Hal-hazırda açıq 

informasiya sistemlərində bu təsvir daxili məlumat modelinə keçirilməlidir, ancaq gözlənilir ki, 

daxili məlumat modelləri belə məlumat təsvirinə uyğun olaraq avtomatik şəkildə yaradıla bilər. 

 

Torpaqların qeydiyyatı  məsələsinin daha effektiv və daha gəlirli həlli olan kompüter 



texnoloqiyasının köməyilə həmçinin coğrafi məlumatlar da asan işlənilə bilər. 

 

 

3.3.6 "Kadastr 2014"-də özəlləşlmə 

 

  

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 3.12 



 

Bütün dünyada qanunvericilik və özəlləşmənin dəyişilməsi  ənənələri müşahidə olunur. 

İndiyədək dövlət sektorlarında həll olunan məsələlər özəl sektora keçir. Yeni dövlət idarəçiliyi 

strukturunun daxilində (Schädler, 1995) dövlət xidmətli idarələr işi çevik edən və istehlakçıya 

yönəlmiş özəl və ya qarışıq təşkilatlara çevrilir. 

 

Bu prosesə kadastr təşkilatları qoşulacaqlar. Biz burada hətta özəl sektorlar tərəfindən dövlət 



sektorundan daha yaxşı yerinə yetrirə bilən  əməli işlər tapırıq. Kadastr sistemlərinin 

müdaxiləsinə və ya dəstəyinə ehtiyacı olan bir cox məsələlər  torpaq yazılarının təhlükəsizliyini 

heç bir riskə atmadan özəl sektorlar tərəfində icra oluna bilər. Hətta mülkiyyət hüquqlarına  

sənədlərin və titulların, mülkiyyət hüquqlarına  sənədlərin və titulların qeydiyyatının 

hazırlanması özəl sektorlarda və ya qarışıq iqtisadiyyatlı təşkilatlarda yerinə yetirilə bilər. Bütün 

işin birbaşa dövlət sektorunda görülməsinə heç bir ehtiyac yoxdur. 

 

Bununla belə dövlət sektoru mühüm rol oynayır, çünki dövlət torpaq qeydi aparan sistemlərin 



təhlükəsizliyinin müdafiəsinə zəmanət verməlidir. İşin nəzarəti və idarə edilməsi üçün güclü və 

effektiv prosedurlar yaradılmalıdır. Bu ancaq kompüterin köməyi ilə idarəetmənin ciddi və daimi 

nəzarət prosesi ilə; kadrların ehtiyatlı seçimi və öyrədilməsi ilə; qarışıq iqtisadiyyatlı təşkilatların 

yaradılmasında dövlət sektorunun maliyyə iştirakı ilə əldə edilə bilər. 



 

 

 

 

"Kadastr 2014"-də Qayda 5 

“Kadastr 2014” yüksək səviyyədə özəlləşəcək! 

Dövlət və özəl sektorlar yanbayan işləyirlər!  

 

Şərh : Dövlət sistemlərinin daha az çevik olmaq 

ənənələri var və istehlakçı özəl təşkilatlara istiqamət 

götürür. Azad iqtisadiyyatlar torpaq bazarının, torpadan 

istifadənin planlaşdırılmasının və torpadan çoxməqsədli 

istifadənin çevikliyini tələb edir. 

Çeviklik özəl idarələrlə daha yaxşı təmin olunur. 

Həmçinin təhlükəsizlik məqsədilə dövlətin iştirakı 

vacibdir. 



 

Nəticə: Özəl sektor baş verən dəyişikliklərdən xeyir 

qazanır. Dövlət sektoru nəzarət və idarəetməyə 

yönəldilir.  



Yüklə 494,19 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə