GəLƏCƏk kadastr sistemiNİn göRÜNÜŞÜ



Yüklə 494,19 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix05.09.2018
ölçüsü494,19 Kb.
#66774
1   ...   8   9   10   11   12   13   14   15   16

KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

26



"Kadastr 2014" özəl və ictimai hüquqların tarazlaşdırıcısıdır  

 

"Özəl hüquq" üzərində 



  qurulmuş kadastr 

İctimai hüququn 

təsiri 

 

 



   100–120%                       Hüquqi müdafiə   100% 

 

Şəkil 3.5 



 

Özəl və ictimai hüquqlara əsaslanmış yeni və mövcud hüquqi torpaq obyektləri üçün sərhədləri 

diqqətlə yoxlamaq lazımdır. Sərhədlər dəqiq təyin ediləcək və  nəticələr açıq ictimai reyestrdə 

qeyd olunacaqdır. Bu halda mülkiyyətin, torpadan istifadənin və  sərvətlərin idarəedilməsinin 

təhlükəsizliyi torpaq sahibləri və ümumiyyətlə ictimaiyyət üçün qorunacaqdır. 

 

3.3.3 "Kadastr 2014"-ün Təşkili 

 

Kadastr sistemləri məcburən  ən yaxşı  təşkilati strukturlara malik olacaq və  gələcəyin 

tələbatlarına, özəl şəxslərin və ümumiyyətlə cəmiyyətin tələbatlarına cavab verəcəklər. 

 

 



Şəkil 3.6 

 

Bir çox dövlətlərin kadastr və hüquqların qeydiyyatından ibarət olan torpaq qeydiyyat sistemi 



var. Kadastr hissəsi əsasən yerölçənlər tərəfindən reallaşdırılır, notariuslar və vəkillər isə 

hüquqların qeydiyyatını aparırlar. Belə bölgü əsasən prosesin iki təşkilat arasında bölünməsinə 

gətirib çaxarır, ancaq onların ikisi də eyni işi görürlər. 

 

Ənənəvi texnoloji imkanlarla əlaqədar olaraq torpağın çəkilməsi və hüquqların qeydiyyatı 



prosesləri çox fərqlənirlər. Kadastr çəkilişi və xəritələşdirmə prosesləri kifayət qədər 

məlumat almaq üçün xüsusi bacarıq tələb edir, lakin hüquqların qeydiyyat prosesi sadəcə 

məlumatların reyestrə köçürülməsidir. Belə bölgü keçmişdə peşə tələbatlarına görə aparılıb. 

Köçürülən işlərdə torpağın hüquqi aspektlərinin düzgün işlənməsi yerölçənlər üçün lisenziya 

(xüsusi icazə), notarius və vəkillər üçün isə xüsusi bilik tələb edirdi. 

 

Siyasi məsələlərin 



köməyilə

 

sərhədlərin 



təyini

 

Sərhədlərin  



yoxlanması prosesi 

Hüquqların  

yoxlanması prosesi 

Qeydiyyat 

Sazişə əsaslanmış 

sərhədlərin təyini 

 

Sərhədlərin 



yoxlanması prosesi 

Hüquqların 

yoxlanması prosesi 

Qeydiyyat 



"Kadastr 2014"-də Qayda 2 

Qeydiyyatla xəritələr arasında bölünmə ləğv ediləcək! 

 

Şərh: Bölünmə texnoloqiyalara görə lazım idi, çünki qələm və kağız 

başqa həllə imkan vermirdi. 



 

Nəticə: Kadastr sahəsində yerölçənlərlə notariuslar (hüquqşünaslar) 

arasında məsuliyyətin bölünməsi əhəmiyyətli dərəcədə dəyişəcək. 

 



KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

27



Bu tipli təşkilatın üstünlüyü səhvləri istisna etməyə kömək edən müəyyən nəzarətin aparılmasını 

aradan qaldırmağa kömək ola biləcək çarpaz nəzarətin zəruriliyinə gətirib çıxarır. 

 

Belə həllin çatışmazlıqları aydındır: 



 

• Sistem yorucu və əziyyətlidir. Torpaq bazarının iştirakçıları sazişin bağlanması üçün iki 

müxtəlif səlahiyyətli orqana müraciət etməyə məcburdur. 

• Çox vaxt məlumatlar artıq olur, bu isə risk ehtimalını artırır. 

• Hər təşkilat sistemin saxlanması üçün xərclərin ödənilməsini tələb edir. 

 

 

3.3.4 “Kadstr 2014” –də xəritələrin rolunun dəyişməsi 

 

 

Şəkil  3.7 



 

Gələcək kadastr sistemləri müəyyən tələblərə cavab verməlidir, belə ki, xəritələrin funksiyalarına 

yenidən baxılmalıdır. Xəritələr özünün məlumat saxlama funksiyalarını itirirlər. Onlar ancaq 

məlumat bazasından alınmış informasiyanın təsvir edilməsinə xidmət edəcəkdir.  

 

İnformasiya texnologiyalarının yeni imkanları yerölçənlərin işini  əhəmiyyətli dərəcədə  dəyişir. 



Keçmişdə obyektlərin çəkilişi və onların müvafiq koordinat sistemində  təsvir edilməsi xüsusi 

biliklər tələb edirdi.  Tələb olunan ən vacib vərdişlərdən biri ölçülən obyektlərin aydın xəritəsini 

yaratmaq bacarığı idi.  Çəkiliş prosesi və  məlumatların xəritəyə daxil edilməsi  Şəkil 3.8-də 

göstərilmişdir. 

 

Çəkiliş və xəritə yaradılmasının ənənəvi metodu

 

 



 

Geodezi ölçmələrlə obyektin lokallaşdırılması 

 

 



 

 

 



Obyektin xəritədə çəkilməsi 

 

 



 

 

Şəkil 3.8 



 

 

“Kadastr 2014”–də Qayda 3 

 

Kadastr xəritəçəkməsi oləcək! Yaşasın modelləşdirmə! 

 

Şərh: Xəritə həmişə model olmuşdur, ancaq mövcud texnologiya bu 

modeldən çevik istifadə etməyə imkan vermirdi. Ona görə də 

xəritəçəkmədə çeviklik miqyasların diferensasiyasına əsaslanırdı. 

Müxtəlif miqyaslar məlumatların müxtəlif modelləri ilə təsvir 

olunurdu. Müasir texnologiyalar məlumatların eyni modelindən 

müxtəlif miqyaslı xəritələrin və müxtəlif formalı registrlərin 

yaradılmasına imkan verir.  

 

Nəticə: 

”Kadastr 2014”-də kadastr sahəsində çertyojçulara və 

xəritəçəkənlərə ehtiyac olmayacaqdır.   

 



KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

28



İnformasiya texnoloqiyalarının istifadəsilə bu proses əhəmiyyətli dərəcədə  dəyişir. Obyektin 

koordinatlarının təyini qlobal coğrafi mövqeləndirmənin (yerinin qlobal təyin edilməsinin) 

(GPS) istifadəsilə daha asan olur və başqa metodların istifadə  zərurətini aradan qaldırır, 

obyektlərin birbaşa xəritəyə köçürülməsi isə  məlumat sistemində obyektlərin yaradılması ilə 

əvəz edilir. Bu prosesin nəticə isə real dünyanın məlumat modelidir (şəkil 3.9). 

 

Məlumat modellərindən xəritə və sənədlərin müasir yaranma 



metodu 

 

 



 

Qeodezi ölçmələrlə obyektin lokallaşdırılması 

 

 



 

 

 



Koordinatların hesablanması 

 

 



 

 

 



Məlumat modellərinə uyğun olaraq obyektlərin modelləşməsi 

 

 



 

 

 



Məlumat sistemində obyektlərin saxlanılması 

 

 



 

 

 



Xəritələrin çapı 

 

Müxtəlif statistik məhsulların, 



hesabatların, sənədlərin və s. yaradılması 

 

 



 

 

Şəkil 3.9 



 

Xəritələr plotterlərin funksiyalarından istifadə etməklə verilmiş məlumat modelindən yaradılır. 

 

Məlumatların ötürülməsi imkanlarının köməyilə  məlumatların paylanması xeyli asanlaşdırılır. 



Coğrafi məlumatlar  İnternet vasitəsilə yüksək sürətli xətlərlə göndərilir. Onun imkanları bütün 

dünya üzrə kadastr məlumatlarının mübadiləsini  əhəmiyyətli dərəcədə asanlaşdırır. Məlumat 

modellərinin mübadiləsi kadastr məlumatlarının ötürülməsində ümumi praktikaya çevrilir. 

 

Bu yeni prosedur bir neçə üstünlüyə malikdir: 



 

• Məlumat modeli haqqında informasiyanın təqdim edilməsinin çevikliyi. Təqdimin tipi, miqyası 

və tərkibi tələblərə uyğun seçilir. 

• Məlumatlar bir dəfə saxlanılır və bu məlumatlar  əsasında müxtəlif başqa məhsullar yaradıla 

bilər. 

• Rəqəmli modellərə müraciət etmək asandır, modeldə təsvir edilən məlumatlar ənənəvi xəritələr 



kimi fiziki olaraq dağılmır. 

• Kadastr məlumatlarının paylanması  və ictimaiyyətə açıqlanması  rəqəmli modellərin 

mübadiləsilə vasitəsilə həyata keçirilir. 

 

 

 

 



Yüklə 494,19 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə