A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə56/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   52   53   54   55   56   57   58   59   ...   171

 197 

istəyirdim, insan olmağıma, insan ölməyimə bir işarə, bir nişan 

qoymaq istəyirdim. Lakin məni öldürmədilər. Sürgün elədilər. 

Vətən həsrətini mən yalnız orada duydum. Gənc yaşlarımdan 

Vətənimi  şair-şair, müəllim-müəllim güllələyən mən, yalnız 

orada vətənin  şirinliyini,  əzizliyini, sənətindən tutmuş, 

torpağının iyinə qədər, səmasından tutmuş yaşıl otlarına qədər, 

şerindən tutmuş xörəklərinə qədər, musiqisindən tutmuş dilinə, 

ən adi sözlərinə  qədər necə doğma olduğunu hiss elədim. 

Orada mən öz-özümlə azərbaycanca danışırdım. Yox, şer 

oxumurdum.  Ədəbi cümlələr də  qırıldatmırdım. Nə  qədər səy 

etsəm də heç olmasa bir misra şer, ya ədəbi cümlə yada sala 

bilmirdim. Öz-özümə ən adi sözlər deyirdim: 

–Hava əntiqədir a. Suda balıqlara bax a. Bu nə iyidir gəlir? 

Nə yatardım – və s. Mən öz–özümlə danışırdım. Çünki öz 

dilimdə danışmağa adam yoxdu. Mən  ən adi, sizin, xalqımın 

orada öz ana yurdunda gündə danışdığı sözləri deyirdim. Mən 

bu sözlərin musiqisindən həzz alırdım "hava, göy, torpaq, 

azadlıq, yuxu, çörək". Nədənsə ən çox "çəhrayı" sözünü təkrar 

edirdim. Bu söz öz sədaları etibarilə mənim qulağımı oxşayırdı. 

Mən dönə–dönə  təkrar edirdim: "çəhrayı, çəhrayı, çəhrayı, 

çəhrayı"... 

Hamı elə bilirdi ki, mən dəliyəm. Təzəcə  ağıllandığım 

zaman adımı gicbəsər qoymuşdular. 

Bağışlayın. Deyəsən təzə dastan başladım. Axı dedim ki, 

özümdən danışmayacağam. Öz taleyimdən  şikayətlənmirəm. 

Çox  əclaflıqlar eləmişəm. Amma amnitsiyanı  mən 

verməmişəm axı... Bu amnitsiyaya layiq olduğumu 

doğrultmağa çalışacam, bildiklərimi danışacam, vəhşiliklərimi 

ifşa edəcəm, həqiqi qəhrəmanları tanıdacam. Mənə kömək 

edin. 

–Mən sizə nə cür kömək edə bilərəm?  



O məyus–məyus baxdı: 

–Elədir, – dedi. Heç kəs mənə kömək edə bilməz. Hər  şey 

olub qurtarıb. Öz daxilimi heç kəsə aça bilməyəcəm. Bu heç 

downloaded from KitabYurdu.org




 198 

kəsi maraqlandırmır. Heç kəs də o kişinin faciəsindən xəbərdar 

olmayacaq? Bəs nə etməli. Onların, o bədbəxtlərin, yüzlərlə 

bədbəxtliyin təqsırı  nə idi? – Onun səsində yenidən faciəvi 

xallar eşidilirdi – Bəs onların, arvadını, uşağını öldürən, özü də 

dəli olub başını çarpayının dəmirinə  çırpan, qanadan, qan 

aparıb ölən, onların, yüzlərin, minlərin, insanların, həqiqi 

insanların, günahsızların təqsiri nə idi? 

–Elə cavabsız suallar var ki, – dedim – onlara cavab 

axtarmaq lazım deyil. Gələcəyə, ləkəsiz gələcəyə, qoy olsun, 

siz dediyiniz kimi iztirabın vicdanıyla dağlanmış, lakin daxilən 

bütöv, yarasız və sağlam gələcəyə, yer üzündə insanlığın 

qələbəsinə inanmaq lazımdır. 

Onun haçan və necə getdiyini duymadım. Bir də başımı 

qaldırıb qarşımdakı stulu boş gördüm. Mən onu yuxu, xəyal 

bilərdim, amma külqabı dolu idi, papiros tüstüsü də açıq 

pəncərədən yavaş-yavaş uçub gedirdi. Otaqda bir mən, bir də 

məni dağlayan iztirabın vicdanı qalmışdı. 

 

 

1958-ci il  



Avqust-sentyabr  

Moskva-Bakı 

downloaded from KitabYurdu.org




 199 

 

 



ÜRƏYİM AĞRIYIR 

 

Vallah, heç bilmirəm nədən danışım ki, mənim qoca 



riyaziyyat müəllimim demişkən, işin içindən iş  çıxmasın. 

Yaxşı, ta keçib, qoy qudamgilə getməyimi və qudalarımla, həm 

də gəlinimlə, eləcə də onun bacısı və qardaşıyla tanış olmağımı 

sizə  nəql eləyim. Bəli, bir gün oğlum dirədi iki ayağını bir 

başmağa ki, gərək mən səni gəzdiyim qıznan tanış eləyəm və 

həm də ki, onun ata-anasıyla, odur ki, gərək bəs onlara qonaq 

gedək. Nə qədər elədimsə də ki, əşi, nə vacib olub, dedi yox ki, 

yox. Və  mən  ən nəhayətdə aman–zaman bircə  oğlumun 

könlünü sındırmaq istəmədim və doğrusu, elə özum də gələcək 

gəlinimi görməyə maraqlanırdım. Və odur ki, təyin elədim bir 

gün qudamgilə qonaq getməyə  və  oğlum da bu barədə onlara 

xəbər çatdırdı. Özüm qəsdən elə bir gün təyin eləmişdim ki, 

maaşımı aldığım gün olsun. Məqsədim də bu idi ki, gəlinimə, 

yainki onun kiçik qardaşına, ya özünnən balaca bacısına, yaxud 

da elə  bəlkəm, ata–anasına qabiliyyətli bir hədiyyə alım və 

beləliklə də təzə qohumların yanında nə oğlum başıaşağı olsun, 

nə  də ki, mənim üzüm qara. Deyir əyyamda düşər  şənbəyə 

novruz. Gətirdi maaş aldığım gün də düşdü  şənbəyə. Nə olar, 

şənbə daha yaxşı. Bəli, oğlum xəbər elədi ki, sabah sizə gəlirik. 

Bazar günü axşamtərəfi çıxdım eyvana, əyləşdim, bir az 

qəzetə-zada baxdım, üç-dörd stəkan pürrəngi çay içdim, sonra 

da durub təzə köynəyimi ütülədim, geyindim, kostyumumu da 

geyindim və təxminən belə saat altı olardı, çağırdım oğlumu ki, 

yavaş-yavaş yola düzələk. Evdən belə tez çıxmağımızın səbəbi 

güman ki, sizə aydındır. Mağazalar bağlanmamış bir yaxşı şey 

almaq fikrində idim ki, həmin şeyi aparaq təzə qohumlarımıza 

hədiyyə. Yolda oğlum elə hey gəzdiyi qızı  və onun ailəsini 

tərifləyirdi. Ay belə yaxşı adamlardır, ay belə kulturnudular, 

axsıranda üç dəfə üzr istəyirlər, ayaqlarını beş dəqiqə silməmiş 

downloaded from KitabYurdu.org




 200 

otağa girmirlər, da nə bilim nə! Mən də lap sevinirdim. Vallah, 

mənim də bu dünyada elə bircə sevincim varsa, o da oğlumdur. 

Min  əzabını  çəkmişəm. Anasız uşaq böyütmək asan iş deyil. 

Anası rəhmətə gedəndə yazıq uşağın heç bir yaşı olmazdı. İndi 

maşallah, bir gör nə boydadır. Boy–buxun... üzdən çox 

xoşsifətdir. Ali məktəbi bildir qurtardı. İndi altı aydır ki, injinar 

işləyir. Məvacibi də özünə çatır. Bir az da canına cəfa bassa

ailədə dolandıra bilər. İndi də ki, göylünə yatan qız tapıb, qoy 

evlənsin. Allah xeyir versin. Atanın arzuladığı  nə olar? 

Evladının xoş günü, xoş yaşayışı... İndi ki, xoşuna gəlib, göylü 

sevib, xoşbəxt olsunlar. Bu fikirlərlə  gəlib mağazaya çatdıq, 

gördüm bağlıdır. Yazısına baxıb barmağımı dişlədim. "Ey dili–

qafil", – dedim, – fikrin hardaydı, huşun qaçıb? Axı bu gün 

bazardır. Mağazalar iki saat tez bağlanır. Lənətə  gələsən kor 

şeytan, gərək gələcək qohumların evinə  əliboş gedək. Bu heç 

yaxşı olmadı". 

–Bura bax, oğlum, – dedim, – bəlkə səfərimizi təxirə salaq. 

Cavab verdi ki, yaxşı çıxmaz, çünki iki gün əvvəldən xəbər 

eləyiblər və qızın anası da "Mudrost çudaka ili Jan Jak Russo" 

adlı bir piroq bişirib və hamısı da əməllicə hazırlaşıblar və 

məni gözləyirlər. Və qızın anası həm də əlavə edib, ki, əgər bu 

gün gəlməsəniz, piroq qıcqırar və odur ki, mütləq getməliyik. 

Bu sözlərdən mən lap oldum pərişan və  həm də çox pərt 

oldum. Ondan ötəri kim, əli  ətəyindən uzun getməli olurduq. 

Nə isə, oğlum darta-darta apardı məni. 

İzdihamlı bir küçəyə çıxdıq və oğlum dedi ki, bu elə həmin 

onların küçəsidir və bax odur, onların dəhlizi də. Elə 

dəhlizlərinə olsa-olsa beş-on addım qalmışdı ki, baxdım divarın 

dibində  qəribə bir şey görünür. Hava qaralmaq üzrə idi və 

gözüm də pis gördüyündən əvvəl seçə bilmədim ki, bu adamdı, 

yainki başqa bir şeydi. Və adam deyildisə də nə idi? Doğrudur, 

rəngi boz idi, amma ki, daş ola bilməzdi, o səbəbdən ki, çox 

böyük idi və güman eləmək olmaz ki, şəhərin belə  mərkəz 

küçəsində bu boyda daşı qoysunlar qalsın. Yavuq gəlib gördüm 

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə