Azərb ay can miLLİ elmlər akademiy asi folklor institutu cəlal bəYDİLİ (MƏMMƏdov)



Yüklə 162,84 Kb.
Pdf görüntüsü
səhifə79/102
tarix14.06.2018
ölçüsü162,84 Kb.
#48775
1   ...   75   76   77   78   79   80   81   82   ...   102

IV BÖLMƏ 
TÜRK XALQ DEMONOLOGİYASININ 
OBRAZLAR ALƏMİ
Türk  mifologiyasımn  qaynağı  olaraq 
türk xalq  demonologiyası
Demonoloji  təsəvvürbr  çox  əksi  etnik-mədəni  informasiyanm  эп 
dayanıqlı  elementlərini  özündə  qoruyub  saxlayır.  Demonoloji  inanışlar 
xalq  mədəniyyətinin  эп  başlıca  kateqoriyalarıyla  birbaşa  bağhhqdadır. 
Demonologiya  ənəııəvi  cəmiyyətin  həyatımn  bütün  sahələrini  əhatə  edən 
təsəvvürbrlə  bağlı  olduğundan  praktik  olaraq  xalq  mədəııiyyətinin 
istənilən  sahosinin  təsvirini  verməkdə  «yardımmı  əsirgəməyəıı»  xüsusi 
nıodoııi  koddur  [193].  Yeraltı  qaranhq  dünya  ilə  bağlı  acıqlı,  bədxah 
ruhlar  haqqında  mifoloji  görüş  və  təsəvvürbr  kompleksindən  ibarət  olan 
demonologiyaya köhnə ədəbiyyatlarda «şeytaniyyat» da deyilmişdir  [105, 
s.228].  Universal,  arxetipik  yaşantılara  yaxmlığı,  eləcə  də  mLixtəlif 
ideoloji  sistemləre  miinasibətdə  kompromisə  meyilli  olmağı  sayəsində 
xalq  demonologiyası mifologiyanın эп  az dəyişən,  sabitliyini  isə daha çox 
qoruyan tərkib hissəsidir. Onun başlıca qaynağım demonik varlıqlar haqda 
mifoloji rəvayətlər, ovsunlar, alqışlar,  qarğışlar və s. təşkil edir.
Özüniin  təqribən  iki  yüz  illik  tarixi  ərzində,  ümumiyyətlə, 
folklorşünaslıq mədəniyyətbrin  büllur saflığınm pozulması  fonunda klassik 
folklor  əııənəbrinin  göz  görə-görə  necə  öz  yaşarılığmı  itirməsinin,  neçə- 
neçə  folklor jannmn  öz  ömrünü  necə  başa  vurmasmm  şahidi  olubdur.  Bu 
gün  təbii  şərtlərdə  canlı  ifada  dastan,  nağıl  dinləməyin  mümkün  olduğu 
yerləriıı  də  sayı  xeyli  azalıbdır63.  Lakin  folklor  ənənəbrinin  yaşamaqdan
63  «Bu  giins  qədər  toplanmış  və  nəşr  olunmuş  folklor  öm əkbrinin  əksəriyyəti  «klassik» 
folklora  nıəxsıısdıır.  «Klassik»  folklorun  hər  bir  örnəyi  əzizdir.  Ona  görə  ki,  bu  folklora 
məxsus örnəkbr bizi keçmişimizə aparır və ya keçmişdə olmuş öz dünyamızm yadigarlarıdır. 
Keçmiş dünyamız haqqında folklor öməkləri  yalnız «o zaman» və  «o zaınan»  haqqında olan 
folklor  m ətnbri  bir  daha  yaranmayacaq...  «klassik»  folklor  gözümüzün  qarşısında  yoxa 
çəkilir.  Nəinki  söybyici  və  ya  ifaçı  məktəbbri  sıradan  çıxıb,  hətta  tək-tük  professional 
söyhyicilərədətssadüfetm ək, dem əkolarki, mümkün deyil» [18, s. 13].
qalması  prosesi  heç  də  hər  yerdə  eyni  dərəcədə  getmir.  Miiasir  folklora 
diqqət  yetirdikdə  apancı  janrlar  ıçərisindo  informativ  fiınksiyası  güclii 
olanlarm  üstünlük  təşkil  etdiyi  aydm  nəzərə  çarpır.  Bu  mənada  bolli  bir 
yerb bağlı əfsanələr,  mifoloji rəvayətbr kimi  gerçəkliyə kökbnmiş mətnbr 
səciyyavidir.  Özünüıı  strukturuna,  təhkiyə  quruluşuna  görə  olduqca  arxaik 
sayılan  e b   folklor  mətnləri  var  ki,  daha  az  dəyişikliyə  ıığrayır.  Söhbət 
anomaliya  səciyyəli  hadisələrdən,  о  biri  dünya  ib   bağlı  fövqəltəbii  mistik 
gücbrlə,  yadplanetlilərb,  qeyri-adi  kosmik  varlıqlarla  qarşılaşmaqdan 
danışan  mətnlərdən  gedir.  Stnıktur  baxımdan  bu  tipli  mətnlərin  ənənovi 
mifoloji rəvayətlərdən bir о  qədor də  böyük fərqi yoxdur.  Eyni  demonoloji 
süjetbrdir  ki,  dünyamn  olduqca  sürətb  dəyişən  mənzərəsi  qarşısmda 
mahıyyotini  əsla  dəyişmədən  varlığmı  qoruyub  saxlayır  [315].  Bu  mənada 
beb  demək  mümkündür  ki,  xalq  demonologiyası  mifoloji  ənənənin  эп  az 
dəyişikliyə  uğrayan  qismidir.  Xalq  demonologiyasmm  etnoqıaf  və 
folklorçulardan  ötrü  xüsusi  maraq  kəsb  etməsinin  bir  başlıca  səbəbi  do 
budur  ki,  о  hər  bir  etnik  mədəni  ənənənin  özliiyündə  bənzərsizliyini  iizə 
çıxarmaq imkam verir [193].
Ruhlar,  demonik  varhqlar  haqqında  xalq  arasmda  dolaşan 
hekayətbrə -  mifoloji  rovayatloro  gəldikdə  isə  aynca  folklor jann  kimi  bu 
tipli  mətnbr  indinin  özündə  beb  aktuallığmı  tam  güclə  qoruyub  saxlayır. 
Söybyicilik  ənənəsinin  binası  qoyulandan  bu  yana  onlar  inkişafdadır  vo 
уепэ  yaşamaqda  davam  edir.  Dəyişən  sadəcə  nosnəııin  zahiri  yöııbri  ib 
bağlıdır,  mühüm  struktur-semantik və  funksional  cizgibr  isə  az  qala  biitiin 
hallarda pozulmaz qalır.
Dini-mifoloji  sistemdə  о  biri,  yeraltı  qaranlıq  dünyası  ib   bağlı  bir 
sürü  varlıqlar  mövcud  ola  bilir.  Mifoloji  hekayətlərdə  yer  alan  bıı 
qüw ətbrin  arasmda  insan  şəkli  veribnlər və  insan'şəkli  verilməyənlər  var. 
Həmin  varlıqların  birinci  qrupuna aid  olanlan  ilahi  monşoli  sayılır;  onların 
başlıca  ortaq  yönləri  məkan  vo  zaman  baxımmdan  insanlarm  yaşadıqları 
yerbrdən  uzaqda  olmalarıdır.  Onlar  kosmosun  о  yerbrində  məskıındtırlar 
ki,  adi  ölümlübrin  oraya əli yetmir. Zaman etibarib də onlar  ilkin yaradılış 
çağına  bağlı  olurlar.  Bu nizamlı dünya onların fəaliyyətinin  əsəridir.  Lazım 
bılmədikbrindən  bu  dünyanm  nizamma,  gedişinə,  gündəlik  həyata  ya 
olduqca az müdaxib edər, ya da heç qanşmazlar.
Dini-mifoloji  sistemin bir də elə qatı  var ki,  bu qatla bağlı  məxluqlar 
ilahi  statusa  malik  deyil  və  mifoloji  ilkin  yaradılış  çağmda  da  heç  bir 
fəaliyyət  dairəbri  yoxdur.  Daima  insanlarla  münasibətdə  olan  bu  varlıqlar 
təkcə  mif mətnlərində yox,  sakrallığı, yəni  dini  mahiyyəti  olmayan  mifoloji


rəvayətlərdə  daha  çox  yer  alırlar.  Polisemantik  demonik  varlıqlarm  yer 
tutduğu  demonoloji  təsəvvürlər  xalq  inam  və  etiqadları  sferasmda  эп 
hərəkətli və dəyişkən olan qismdir [369,  s.65].
Arxaik  və  ənənəvi  cəmiyyətbrdə  ətraf  abm   bir  mikrokosm  kimi 
düşünülmüşdür.  Bu  mikrokosmun  hər  qanşmda  sakral  eneıji,  mistik  güc 
mövcuddur.  Ənənəvi  cəmiyyət  üçün  onun  məskunlaşdığı  yer  sakral 
enerjinin  эп  çox  toplandığı  yerdir.  Dünyanm  orta  göbayi  bilinən  bu  yeri 
əhatə  eləyən  dairə  içərisində  nə  varsa  nizamlı  dünyanm  timsalıdır.  Buna 
görə  də  yaradılışın güc  qaynağı dünyanın tan  ortasmdadır.  Həmin yerdən -  
sakral  eneıjinin toplandığı  о dairədan qırağa çıxdıqca və oradan da gedərək 
uzaqlaşdıqca  qalan bütün  yerlor özgə  məkanı  olaraq  qavramhr.  Daha  uzaq 
yerbr isə demonik gücbrin xaotik məkam kimi mənfi çalar qazanır. Bir çox 
hallarda  demonologiyaya  məxsus,  lakin  eyni  vaxtda  mifoloji  hami  ruhlara 
«əqrəbalığı  çatan»  varlıqlar  da  olur  ki,  onlar  insan  oğlu  ib   ilahi  güclər 
arasında  vasitəçi  yerində  çıxış  edə  bilirlər.  Həmin  dönorgə  varlıqlann 
fəaliyyət  dairələri  yüksək  staluslu  mifoloji  qəhrəmanlardan  fərqli  olaraq, 
sosial  miqyas  almır,  sadəcə  bir  şəxsin  və  ya  bir  aibnin  taleyi  ilə  bağlı 
səciyyə daşıyır.
Yeni dini sistem bərqərar olduğu zaman xalq demonologiyası «qeyri- 
rəsmi»  xaıakter  ahr  və  «rəsmi»  kulta  münasibətdə  hətta  müxalif  olur. 
Maıkəzi  Asiyada  buddizm  missionerlərinin  ram  edib  э1э  aldıqlan  və  öz 
panteonlanna  daxil  etdikləri  yerli  şaman  ruhlan  «sarı  din»ə  qısqanclıqla 
xidmət  göstərməyə  başlayırdılar.  Bənzər  örnəklərin  sayı  digər  dini 
ənənələrdə də istənibn qədərdir.
Demonologiyamn əsasmda təbiətin, ətraf abmdəki bütün obyektlərin, 
tikililərin,  insanm  ruhi  hallanmn  (xəstəüyin,  dəliliyin),  təsadüfün,  uğurun, 
bədbəxtliyiıı...  maddi  dərki  dayanır.  Mosələn,  xəstəliyin  şəxsləndirilməsi 
demonoloji  obrazlar  silsıləsinitı  mühüm  qaynaqlanndan  biridir.  Мйэууэп 
mənada  rııh  özüııdə  təcəssüm  etdirdiyi  hadisə  ilə  eyniyyət  təşkil  edır,  bir 
sözlə, təbiət ruhlan təmsil elədikbri obyektlərin özüdür.
Demonologiyanm  digər  bir  bölümü  ölənlərin  ruhlarına  sitayişlə 
bağlıdır.  Bu  əcdad  ruhlan  mənsub  olduqlan  soyla  bağlılığı  uzun  zaman 
qoruyurlar. Ölənbrin ruhlannm hami ruhlara dönməsi xalq ənənəsində əksini 
tapan  bir  prosesdir;  dağda  basdmlmış  olan  bir  ulu  şamanm  ruhu  bu  dağı 
qomyan ruha da  çevrilir.  İnsanlann ruhi hallan  ilə bağlı  demonlara gəldikdə 
isə  bunlann  şaman  mifologiyasında  da  çox  sayda  öməkləri  var.  Xalq 
demonologiyasında bir başqa qrupu real həyatda yaşayan,  qeyri-adi  keyfiy- 
yətləri  ib   seçilən  və  sakral  bilgilərin  daşıyıcısı  olan  kəslər  -   şamanlar,
gələcəkdən  хэЬэг  verən  və  qeybi  bilənlər,  görücülər,  baxıcılar, 
sehrkarlardan ıbarət dəstə təşkil edir.
Demonoloji təsəwürlər dairəsində bu dünya ilə о biri -  yeraltı dünya 
arasında  münasibətlər  ən  mühüm  yer  tutur,  yəni  hər  iki  dünya  biri-birinə 
təsir  etməkdədir.  Yeraltı  dünya,  ruhlar  aləmi  qaranlıq  bir  dünyadır.  О  biri 
dünya gücləri  məhz gecənin  qaranhğmda daha fəal  olurlar.  Güniin  gimorta 
çağı  isə onlar qeybə çəkilmiş kimidir. Demonoloji  sistemə daxil  olaıı  о  biri 
dünya  güclərinin  başlıca  olaməti  onlann,  iimumiyyətlə,  dönərgə  təbiətli 
olmalarıdır.  Guya ölənlər о  biri  dünyada bu dünyadakmm tam əksini təşkil 
edən  situasiyaya  düşürlər.  Elə  bu  səbəbdən  də  ənənəvi  təsəwürlərə  görə, 
məsələn, о biri dünya varhqlannm ayaqları tərsinədir,  о dünya varlıqlarınm 
dilini  bu  dünyadakılar  anlaya  bilməz  və  s.  Döııərgəlik  bu  diinyalar 
arasmdakı sərlıədin nişanıdır [315]. Magik çevrilmə praktikası bu baxımdaıı 
özündə  bir sıra mifik elementləri  ehtiva edir.  Demonologiyada bu  düııyaya 
məxsus  varlıqlarla  yeraltı  dünya  məxluqlanm  biri-birindən  fərqləndirən 
birinci  başlıca  cəhət  onlann  asimmetrikliyi  və  yanmçıqlığı,  ikincisi  isə 
korhıqlan və görünməz olmalandır. Bir sıra xalqlarm təsəvvürbrinə görə bu 
dünyanın  hüdudlarmdan  kəııarda,  sulann  о  taymda  təkayaqh,  tokəlli 
məxluqlar, təkqanadlı,  təkgözlü, təkqıçlı quşlar yaşayır,  günbatan tərəfbrdə 
təkgözlü adamlar məskən salıblar və s.  [yenə orada].
Demonik  personajlann  asimmetrikliyi  motivinin  b eb   geniş 
yayılmasınm  kökləri  də  arxaik  mifoloji  təsəvvürlərdən  golir.  Həmin 
təsəw ürbrə  göıə  bu  varlıqlar  ya  axsaq,  topal,  ya  da  təkgözlü,  təkayaqh 
təsəvvür olunan  xtonik mhlardır.  Yakutlardakı abaahı,  xakaslardakı  şulbus, 
altaylardakı  Erlik,  təkgözlü  və  təkdöşlü  olub  о  bir  döşünü  do  çiyni 
üzərindən  geriyə  atan  cadugər  Almas  da  beb  xtonik  gücbrdəndir.  Yaxııd 
Anadolunun cənubundakı türkmənbrin təsəwürüııdə insan  qıhqlı  olduğuııa 
inanılan  qorxunc  dönərgə  obrazı  var ki,  təkayaqlı,  təkqollu,  təkgözlü,  yəni 
tən yanya bölünmüş kimi yarımçıq təsəvvür edilmişdir.
Dönərgəlik,  yarımçıqlıq  və  axsaqhq  bu  dünyadakı  gücbıiə  oks 
qütbdə  dayanan  qaranhq  dünya  güclərinin  demonik  özəlliyidir.  Beb 
görünüş  bu  dünyaların  sərlıədinə  yaxın  yerbrdəki  varlıqlar  üçiin, 
ümumiyyətb,  səciyyəvidir  [309;  315].  Mancur şamanmm  hekayətində  rast 
gəlinən  və  bu  dünyadakı  canlan  о biri  dünyaya daşıyan  demonik  varlıq  da 
təkgöz,  tayqulaq,  əyriburun,  keçəl  bir məxluqdur.  Diinyanm  sonu  ib   bağlı 
islami  təsəvvürbrdəki  təkgözlü  Dəccal  obrazı  da  [108,  s.83]  demonik 
təbiətli  obrazlar  sırasındadır.  Demonologiyada personajlann təkgözliiyünün 
korluq  mifologemi  ilə  bağlılığı  daha  güclüdür  [175,  s.95]  və  obrazın


Yüklə 162,84 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə