Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə28/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

verdilər. Sürücüyə üzrxahlıq edib aradan çıxmaq istəyəndə arxada post patrul xidmətinin maşını 
göründü. Ələ keçsəm, qanım getdi! Səsgücləndiricidən eşidilər “yol ver!”, “kənar dur!” 
sədalarını kürəyimdə hiss edirdim. Gücüm çatdıqca qaçır, gözdən itmək istəyirdim. Qorxudan
həyəcandan ürəyim ağzıma gələcəkdi. Yolda-rizdə kim vardısa ayaq saxlayıb mənə baxır, başını 
bulayırdı. Sürətimi azaldıb geriyə qanrıldım. Maşın görünmürdü. Axmaqlıq elədiyimə görə 
özümü qınadım. Niyə qaçmalıydım, axı? Bu soxasoxda özümü ələ vermək üçün bundan əlverişli 
bəhanə ola bilməzdi! Polis sağ-salamat olduğumu görəndə nə edə bilərdi? Onsuz da, zibilə düşən 
həmişə sürücü olur. Protokoldan-zaddan dəm vuranda, 150-200 manatından keçib, yaxasını 
qurtaracaqdı.  
Əla, 95 nömrəli avtobus dayanacaqda göründü. Özümü içəri təpib adamlara qarışdım. Avtobus 
nəriltiylə yırğalana-yırğalana yerindən tərpənər-tərpənməz polis maşını işıqforda dayandı. 
Cavan, şüvərək oğlan başını pəncərədən çıxarıb səkiyə tərəzi qoyan qocadan nəsə xabər aldı. 
Kişi üzbəüz küçəni göstərib polisin ağzını azdırdı. Qarnına yiyə dura bilməyən gonbul arvadların 
günbəgün ovqatını korlayan kişinin hər həftə ovcuna basdığım 40 qəpik halal xoşu olsun! Bazar 
günləri Əsmərlə şəhəri gəzəndə özümüzü qocanın yanına verib tərəzidə növbə gözləyirdik. 
Əsmərin bəxti gətirirdi. Vay mənim halıma! Qarnına yiyə dura bilməyən gödənqulu adamlardan 
biri elə özüməm. Bahoo, bir də gördün Əsmərin istirahət gününə həsr olunan konserti başladı: 
deyin ki, deyinəsən!!!  
Eh, Əsmər, Əsmər!!! Axı nə baş verib, yenə nədən şübhələnmisən? Təzə-təzə münasibətlərimiz 
istiləşəndə əvvəllər görüşdüyüm qızlardan biri zəng edib köhnə günahlarımdan xəbərçilik 
eləmişdi. Yaramaz adam, bu bəs deyilmiş kimi “Ulduz”, “İnşaatçılar”, “Gənclik”də ikicə saatlığa 
kirayələdiyim evlərdən hansı qoxu gəlirdi, pərdəsi nə rəngdəydi, neçənci mərtəbədə yerləşirdi - 
hamısını bitdə-bitdə danışmışdı. Hələ üstəlik deyibmiş ki, Rəcəbin mənə aldığı hədiyyələri 
görmək istəyirsənsə, cümə günü yeddidə Milli Dram Teatrının yuxarı tinindəki məhəlləyə gəl! 
(Mən həmin qızla “Solğun çiçəklər” tamaşasının antraktında tanış olmuşdum). Bəlkə kimsə yenə 
mərdimazarlıq edib?  
Telefonun sms zəngi səsləndi. “Rəcəb, Əsmər evdə qalmadı. Qapının ağzındakı ayaqaltını qaldır, 
paket görəcəksən. Sənə çatacaq! Sevinc” Bədənimə üşütmə gəldi. Nə paket, paket nədir? 
Udqundum. Avtobus Sevincgilin binasının tinində saxladı. Pilləkənləri tez qalxmaq üçün kaş 
əllərim də işə yarayardı! Gözlərimi qızartdaq qapıya zillədim. Təngnəfəslikdən boğazım 
qurumuşdu. Ayaqaltını qaldırıb bəyaz paketin içinə əl apardım. Lənətə gələsən, bu nədir?! 
İlahi!!! İçimdə qasırğa qopdu, tufan... tufan qıyha çəkdi. Axx, ay əclaflar, nadürüstlər elə 
gücünüz buna çatdı, kişiliyiniz bura qədərdi?!!! Dizlərimin taqəti çəkildi, heysiz cəmdəyimi 
pilləkənin üstünə yıxdım. “Miraj” restoranının foyesində vurnuxan ofisiantlar, biz içəri girəndə 
qapını zərblə çırpıb deyinə-deyinə özünü küləyin ağzına verən müştərilər, Elçinin yalançı 
nəzakəti, isti-ilıq rəftarı gözümün qabağına gəldi. Elçin, Elçin... Bu nakişiliyə, nanəcibliyə sənin 
əlinləmi qol qoydular?! O gecə hesabı bağlayıb (?) aradan sivişmək buna görə idi?! Xəbərin 
olubmu iki daşın arasında otağa quraşdırılan kameradan?!  
 
Leylanı qucaqlayanda, döşlərini əməndə, sıra ilə düzülən stulların üstünə yıxıb vəhşi ehtirasımın 
odunu söndürəndə... Hamısını, hamısını çəkmişdilər. Saydım. On beş şəkil vardı paketdə. 
Üstəlik, disk də “hədiyyə” etmişdilər. Əlbəttə, Əsmər Sevincin kompüterində diskə baxmışdı. 
Qəlbim göynədi. Hələ, ... hələ bu görüntülər günü sabah televiziya ekranlarına çıxandan sonra 
nələr olacaqdı? Zavallı Rəcəb, görəcək günlərin varmış! Yetim!!! 
...Əsmərdən xəbər tutmaq ümidilə Sevincin nömrəsini yığıb telefonu qulağıma sıxdım. Çağırış 
zənglərini birbəbir saymaq işə yaramadı. Yəni bu qız da məndən üz çevirdi? Huşsuzluğa görə 
bağışlayın. Bilirəm, qaranlıq qalan çox şey var, səbrlə incələməliyəm: Əsmərə zəng vuran qadın 
kim olub, nə istəyirmiş? “Miraj” restoranında çəkilən şəkilləri ona kim, necə, harda ötürüb? 
Həmin gün səhərəcən çimir almadım, Sevincə ard-arda min kərə, min bir dəfə zəng çalmağım işə 
yaramadı. Axır, ürəyi dözmədi, qüssəli səsini telefonda eşidəndə umu-küsüylə zəhlə aparmadım. 
Mərhəmət, kömək uman tonda uzun-uzun cümlələr üyüdüb-tökdüm. Sağ olsun, sözümü 
kəsmədi, təmkinlə sonacan dinlədi. Hələ üstəlik, hadisənin necə olduğunu da hirs-hikkəsiz, 
toxtaq səslə danışdı: 
- Əsmər bizim kafedraya gələndə həyəcanlı idi. Rəngi qapqara qaralmışdı. Fikirləşdim, yəqin 
uşaqlarla dilləşib, ya da sən xətrinə dəymisən. Hərdən axı belə olur: bir də gördün rəngi pörtüb, 


doluxsunub yanımı kəsdirir ki, Rəcəb könlümü qırıb, nə bilim, yanımda bir qız ona zəng vurdu 
dedi, hədiyyə üçün çox sağ ol-filan. İndi belə şeyə qəti oxşamırdı, həyəcandan əsim-əsim əsirdi. 
Dedi, Rəcəbə nəsə olub, məni metroya qədər ötür, tək getməyimi istəmir. Pilləkənləri düşəndə 
halı xarab oldu, səndən sarı çox nigaran idi. Ürək-dirək verdim, ovundurdum ki, narahat olma, 
xeyirlisindən olar, inşallah. Akademiyanın qapısından çıxanda arxadan Əsmərin adını eşitdik. 
Mən arxaya çevrilmək istəyəndə qolumdan tutdu ki, lazım deyil, Rəcəb belə tapşırıb. Bir-iki pillə 
də düşmüşdük, səs lap qulağımızın dibində guruldadı. Elə bil kimdisə, yad deyildi, tanış gəldi. 
Bu dəfə öz adımı qulağım aldı. Başqa yolumuz yox idi, ikimiz də qəfil çevrildik. Akademiyanın 
mühafizəçisi qarşımızda dişini ağardırdı. Üzrxahlıq elədi, əzilib-büzüldü. Əlində bükülü qəzet 
vardı, Əsmərə dedi, xalanız sizə çatdırmağı xahiş edib. Bizim duruxduğumuzu görüb özü də 
çaşdı. Bükülünü uzadanda mən ehtiyat elədim, amma... neynəyə bilərdik, əli havada qalmışdı. 
Akademiyanın arxasına keçib, aralıq yolla metroya sarı tələsdik. Mən ətrafa göz gəzdirirdim ki, 
birdən kimsə bizə göz qoyar, izləyər. Sakitlik idi. Bükülünü açanda... ikimiz də dəhşətə gəldik 
Rəcəb, niyə o qızın bütün ümidlərini alt-üst elədin? (Sevincin səsində qəzəbdən çox tənə vardı) 
Bilirsənmi, nə hala düşdü, (məni qəhər boğur) əli-ayağı əsirdi. Qoluna girib sakit bir yerə 
aparmaq istədim. Get-gedə rəngi gömgöy göyərir, hönkürməyə gücü çatmırdı. Ağaca söykənib 
halsız-halsız dayandı, dizlərinin taqəti çəkilmişdi. Qorxdum başına bir iş gələr, iraq olsun, 
peşmançılığını olar. Taksiyə əl elədim. Sənə qəzəblənmişdi, düzdü, amma lap çox öz 
axmaqlığına yanırdı. Rəcəb, qızın hansı vəziyyətə düşdüyünü başa sala bilmərəm. Yalvardım, 
üz-gözünü oxşadım ki, sakit ol, dünyanın axırı deyil! Nə xeyri? Üzünü yastığa sıxıb içini çəkə-
çəkə hönkürürdü. Səninlə danışdığımı eşidəndə acıqlandı. Çantasını götürüb evdən çıxdı ki, ... - 
Sevinc dilini sürüdü. - İncimə, nə deyibsə gizlətməyəcəm... Dedi, o əclafın üzünü görmək 
istəmirəm. Açığı, qorxdum ki, əlindən xəta çıxarıb, hamını peşman qoyar. Apardım evlərinə. 
İstəmədim anası bilsin, yaşlı, xəstə qadındır. Hər şeyi özü danışdı. Daha mənim orda qalmağımın 
mənası yox idi, uşağı bacımgildən götürməliydim. Belə, Rəcəb,... Niyə belə elədin?  
Sevincin gicgicə sualına cavab verməyib sağollaşmışdım. Gizlətmirəm, elə sağollaşan kimi də 
gözümün yaşını sıxmışdım. Sonra bir siqaret yandırıb həzin, kədərli mahnılar dinləməkdən başqa 
əlacım qalmamışdı. Bir də Humayı xatırlamışdım, Humayı!!! Yeniyetməliyimin sevgi dağını!!!  
 
* * *  
 
Telefon zəngindən diksindim. Leylanın adını displeydə oxuyanda xəfif bir sevinc doldu ürəyimə.  
- İşlər necədir? 
- Pisdir, çox pisdir... 
- Bir hadisə olmayıb ki, - Səsi titrədi, elə bil quyu dibindən qırıq-qırıq eşidilirdi - Özün yaxşısan? 
- Neçə gündür yoxsan, heç olmasa telefonunu açıq saxla!  
- Darıxmısan?! - Güldü. Cin vurdu beynimə. Belə axmaq, duzsuz zarafatın yeri idi?  
- Rayondayam. Anam bir az naxoşdur, yaxşılaşsın, iki-üç günə gələcəm. Bankdan zəng 
vurmuşdular. Mədəni şəkildə, nəzakətlə dedilər ki, maşını qaytar, yoxsa işi məhkəməyə 
göndərəcəyik. Nə isə, fikir eləmə, düzələr. Romanın işləri necədir? Yazırsan?  
- Nə roman, roman vaxtıdır? - Çəmkirdim.  
- Nə olub sənə, niyə əsəbisən? 
- Elçin sənə zəng vurmayıb ki? Restoranda oturduğumuz gündən sonra danışmısan onunla?  
- Elçin... Elçinlə? Yo-ox, nə olub, niyə soruşdun?  
Yüngül köks ötürüb nəfəs dərdim. O gündən bəri başıma nə gəlmişdisə bittə-bittə danışdım. 
Evimin yağmalanması, hədə-qorxu, Əsmərə verilən şəkillər, qızın məndən üz döndərməsi, yox-
yox, cəmdəyimə tüpürməsi... Hər şeyi ovcuna qoydum. Səsi titrədi. Nigaran, kədərli bir tonda 
üzrxahlıq elədi ki, mənə görə özünü nahaq qurban verirsən. Açığı, Elçin söhbətinin üstündən 
keçməsi şəstimə toxundu; bilməmişdik, onun dostunun ətəyində namaz qılmaq azmış, hələ 
nəfəsiylə dəstəmaz da almaq olarmış! Mənim dil-dil ötüb şübhələri uc-uca calamağım könlünə 
dəydi. Guya, “Miraj” restoranına gedəndə başımız söhbətə qarışıb, qoyunu qurda vermişik. Pah, 
atonan!!! Əzvaylığımız ucbatından qara “Pajero”nun rəddimizi basmasını ağlımıza 
yerləşdirməmişik, vəssalam. Dedi, dediyindən dönmədi:  
- Milli Bankın yanında bizi ötən “Pajero” bilirmiş ki, “Miraj”a gedirik. Bir də ki, bunu bilməyə 
nə var: bu restoran ancaq müğənnilərə işləyir.  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə