Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə32/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   102

 
126
bına işləyən kalsium nasosu olur, hansı ki, Ca
2+
 mioplazmadan 
uzununa borucuqlara aktiv daşınmasını həyata keçirərək boşalmış 
əzələdə onun qatılığını 10
-7
 m qədər azaldır. 
Tək impuls ilə  təqəllüs qısamüddətli olur (şəkil 5.3, 5.8), 
fəallaşdırıcı Ca
2+
 ionlarının kalsium nasosunun vasitəsilə geriyə 
sarkoplazmatik retikulum kanalına daşınması nəticəsində əzələnin 
boşalması baş verir. Mioplazmadan Ca
2+
 ionlarının xaric edilməsi 
onların qatılığının 10
-7
M qədər davam edir. Bununla miozin – 
ATF-azasının fəallığı ilə, aktin və eninə körpücük arasında qar-
şılıqlı təsiri yox edilir və aktin liflərindən ayrılır.  
 
 
Şəkil 5.12. Ca
2+
 təsiri zamanı miofibrilin fəallaşması. A-Lifin uzununa 
kəsiyində. B-aktin və miozin lifləri. Ca
2+
 tropininlə birləşdikdən sonra 
onlar həm də onun eninə kəsiyində tropomiozin aktinin iki monomeri 
arasındakı novçaya düşür, eninə körpücüklərin birləşdiyi sahəni açır. 
Tək əzələ təqəllüsü zamanı kalsiumun xaric olması. Blinks 
əməkdaşları ilə (1978) işıqsaçan ilbizdən zülal ekborini aldılar. 
Hansı ki, bu zülal ekborin Ca
2+
-la qarşılıqlı təsirdə olanda işıq sa-
çır. Təcrid olunmuş əzələ lifinə bu zülalı ineksiya etdikdən sonra 
izometrik bərkidib, elektrik cərəyanı ilə 100 və ya 200 ms inter-
valla qıcıqlandırırıq. Yüksək həssaslığa malik fotometrin 
(fotogücləndirici) köməkliyilə hüceyrədaxili Ca
2+
-un azad olması 
ilə müşayiət edilən ekvorin lüminessensiyası (işığın da saçması) 
qeyd edilmişdir (şəkil 5.13). 
 
127
Şəkil 5.13-də stimulyasiyanın tezliyini 5 hs, 10 hs və 20 hs 
arasında verdikdə  tək təqəllüsü, dişli və tetanik təqəllüsün  əmələ 
gəlməsini müşahidə etmək olar. 
Stimulyasiyanı 5 hs tezlikdə verdikdə o, qısamüddətli olur, 
belə ki, ion nasosu bir azdan mioplazmada olan Ca
2+
 geriyə 
sarkoplazmatik retikuluma vurur; belə rejimdə əzələ təqəllüs edir. 
Lakin 10 hs tezliyi ilə ritmik qıcıqlandırma zamanı (ikinci stimul 
birincidən 100 ms sonra daxil olur) lif tam boşala bilmir. İkinci 
yığılma birinci stimuldan sonrakı qalıq yığılmanın üzərinə, üçün-
cü – ondan əvvəlkinin və s. üzərinə yığılır və təqəllüs dişli olur.  
Tək təqəllüsün summasiyası  həm təqəllüs tsiklinin, həm də 
tək təqəllüsün qalıq hündürlüyünün maksimal gərginliyində 
böyüməyə aparır, lakin Ca
2+
 hüceyrədaxili səviyyəsi onların hər 
birindən sonra sakitlik vəziyyətindəki səviyyəsinə qayıdır. 
Tetanus zamanı Ca
2+
 xaric olması. Əgər stimul çox yüksək 
tezliklə (20 hs) daxil olarsa, həmin stimulların arasındakı interval-
larda Ca
2+
 səviyyəsi yüksək olaraq qalır, ona görə ki, kalsi nasosu 
bütün ionları sarkoplazmatik retikulun uzununa sisteminə qaytara 
bilmir. Bu səviyyədə  tək təqəllüs tamam itir. Bu vəziyyət 
dəyişməzsə və ya stimullar arasındakı fasilə (və ya hüceyrə mem-
branındakı  fəaliyyət cərəyanı) tək təqəllüsün uzunluğunun 1/3-
dən az olanda tetanus da müşahidə olunur.  
«Hamısı  və ya heç nə» qanununa skelet əzələsinin cəld 
təqəllüs edən lifləri tabe olur. 
Aşağı  qıcıq qapısı qüvvəsində olan qıcıqlar fəaliyyət 
cərəyanının yaranmasına və Ca
2+
 sarkoplazmatik retikuldan xaric 
olmasına təsir etmir. Elə ki, qıcığın qüvvəsi hədd qıcığı 
səviyyəsindən üstün olur, həm nəql olunan fəaliyyət cərəyanı 
yaranır, həm də Ca
2+
 maksimal xaric olması baş verir. Bu isə 
sonra qıcığın qüvvəsinin artırılmasından asılı olmayan və əzələnin 
maksimal təqəllüsünə  səbəb olur (şəkil 5.8). Yəni sonra qıcığın 
qüvvəsini nə qədər artırsaq da, əzələ əvvəlki quvvədə olan qıcığa 
maksimal yığılma ilə cavab verir. Lakin bütün əzələ lifində oy-
anma «hamısı  və ya heç nə» qanununu, ancaq hədd qıcığından 
daha artıq qıcıq verdikdə mümkün ola bilər. 
 
downloaded from KitabYurdu.org


 
128
 
Şəkil 5.13. Əzələ lifindən Ca
2+ 
hüceyrə daxilinə xaric olmasını nümayiş etdirən 
təcrübə. Qurbağanın  əzələ lifini vasitəsiz 0,5 ms müddətində, 5, 10, 20 hs 
texniki cərəyanın impulsu ilə  qıcıqlandırma zamanı stimulyasiyanın tezliyini 
dəyişən zaman summasiyanın hiss olunması və tək təqəllüsün tetanusa (dişli) 
qədər yayılması izometrik yığılma əzələnin eninə cizgisində. 
 
Fazalı  təqəllüs edən skelet əzələ liflərindən fərqli olaraq, 
tonik təqəllüs edən əzələ lifləri «hamısı və ya heç nə» qanununa 
tabe olmur. 
Əzələnin, yerli, dəyişməyən, lakin geridönən yığılmasına 
kontraktura (və ya ölü qıcıması) deyilir. O tetanusdan fəaliyyət 
potensialının yayılmasına görə fərqlənir. Bu kofein kontrakturasında 
da müşahidə olunur. Belə ki, kofein fizioloji olmayan qatılıqda əzələ 
lifinə daxil olaraq, membranda oyanma əmələ  gətirmədən, 
sarkoplazmatik retikuldan Ca
2+
  çıxararaq nəticədə kontrakturaya 
səbəb olur. 
 
129
K-kontrakturası – kaliumun xarici məhlulda qatılığından asılı olur. 
İnsan orqanizmində  əzələ qüvvəsinin tənzimi.  Hərəki 
vahid.  Hərəki vahid bir motoneyrondan və onun innervasiya 
etdiyi  əzələ lifləri qrupundan ibarətdir. Yəni hərəki 
motoneyrondan ayrılan sinir şaxələri  əzələ liflərinə daxil olub, 
onlarla mionevral sinapslar vasitəsilə əlaqə yaradır. 
Hərəki sinirin innervasiya etdiyi əzələ lifləri qrupuna hərəki 
vahid deyilir. Deməli, hər bir hərəki sinir lifinin çoxlu şaxələrlə 
əzələ lifləri ilə sinaptik əlaqəyə girir. Eyni hərəki sinirin şaxələrilə 
innervasiya olunan əzələ lifləri qrupuna hərəki vahid deyilir. Bir 
hərəki vahidin tərkibində liflərin sayı 10-dan 3000-ə  qədər ola 
bilər. Dəqiq hərəkətləri təmin edən göz əzələlərinin və  əl 
barmaqları  əzələlərinin hərəki vahidləri 10-25 əzələ lifindən 
ibarətdir. Onların hər biri bir neçə sinir lifi ilə innervasiya olunur. 
Dəqiq nəzarətə ehtiyacı olmayan əzələlərin hərəki vahidlərini 
2000-dən 3000-ə  qədər liflər təşkil edir. Nəli  əzələnin hərəki 
vahidində 1500-ə qədər lif olur. Hərəki vahidin maksimal qüvvəsi 
isə gözün xarici duz əzələsi üçün 0,001, çiyinin ikibaşlı  əzələsi 
üçün isə 0,5-dir. 
Əzələ qüvvəsi nəinki MSS fəallaşdırıcı  təsirindən, həm də 
əzələ işlədiyi çox yüksək dərəcəli xarici mexaniki şəraitindən də 
asılıdır.  Əzələ  təqəllüsü onda artan qüvvənin ölçüsündən asılı 
olaraq, uzunluğun azalmasına  auksotonik təqəllüs  deyilir. Onun 
qüvvəsi, izometrik təqəllüsdən çox az olur. Əzələni boşalmış 
vəziyyətdə hər iki ucundan elə bərkidirlər ki, aktivləşməsi zamanı 
gərginliyini ölçəndə liflərin uzunluğu dəyişməsin. Lakin hətta 
belə bir vəziyyətdə belə  əzələ lifinin yığıcı elementi vətərə 
əzələdaxili elementlərlə (ola bilsin miozin başcığı) qüvvə ötürür. 
 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə